Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Termistor
Termistor, standart rezistorlardan daha çox müqaviməti temperaturdan çox asılı olan yarımkeçirici bir rezistor növüdür. Termistor sözü istilik və rezistorun birləməsidir . Termistorlar keçiricilik modelinə görə bölünür. Mənfi Temperatur Əmsalı (NTC) olan termistorlar yüksək temperaturda daha az müqavimət göstərir, müsbət temperatur əmsalı (PTC) olanlar isə daha yüksək temperaturda daha çox müqavimət göstərir. == Növləri == İstifadə olunan materiallardan asılı olaraq termistorlar iki növə bölünür: NTC-mənfi tempratur əmsallı termistorlar ilə temperatur yüksəldikcə müqavimət azalır; adətən valentlik zolağından termal ajitasiya ilə çarpan keçirici elektronların artması ilə əlaqədardır. NTC adətən bir temperatur sensoru kimi və ya bir dövrə ilə ardıcıl olaraq başlanğıc cərəyan məhdudlaşdırıcısı kimi istifadə olunur. PTC-müsbət tempratur əmsallı termistorlar ilə temperatur yüksəldikcə müqavimət artır; adətən artan termal qəfəs ajitasyonları, xüsusən də çirklər və qüsurlar səbəbindən. PTC termistorları adətən bir dövrə ilə ardıcıl quraşdırılır və yenidən qurulan qoruyucular kimi həddindən artıq cərəyan şəraitindən qorunmaq üçün istifadə olunur.
Terminator
Terminator – terminator ~ терминатор ~ sonlandırıcı ~ sonlandırıcı, magistral kabeldən keçən siqnalların əks olunmasının qarşısını almaq məqsədilə həmin siqnalların boğulması üçün kabelin hər iki ucuna quraşdırılan rezistorlu konnektor. Terminatorlardan, adətən, SCSI kabellərində və koaksial şəbəkə kabellərində istifadə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Termidor
Termidor (fr. thermidor, yun. θέρμη sözündən — isti, hərarət və δῶρον — hədiyyə) — Böyük Fransa inqilabından sonra tərtib olunmuş təqvimə əsasən, 1793 cü ilin oktyabrdan 1806 cı ilin 1 yanvarına qədər qüvvədə olmuş XI ay (19/20 iyul — 17/18 avqust). Bu ay yakobinlər diktaturasına son qoymuş termidor çevrilişi kimi də tanınır.
Tiristor
Tiristor — əsasını üç p — n keçidi təşkil edən yarımkeçirici elementdir. Belə cihazlar üçün ümumi cəhət onların Volt-Amper xarakteristikasında mənfi müqavimətli hissənin olmasıdır. Bu isə onlardan açar rejimində işləyən çevirici cihazlar kimi istifadə etməyə imkan verir. Belə açar rejimində işləyən çoxkeçidli cihazlardan praktikada ən çox istifadə olunanı tiristorlardır. Bunlar p − n − p − n sturukturlu dörd təbəqədən təşkil olunmuşdur. Tiristorlar, əsasən, silisiumdan hazırlanır. Tiristorlar quruluş və iş prinsiplərinə görə müxtəlifdir: dinistorlar, trinistorlar və simistorlar. İdarə olunmayan tiristor dinistorlar adlanır. Adi diodlardakı kimi, iki elektroda malik olduğundan, çox vaxt, bu cihaza diod tiristoru da deyilir. Yarımkeçirici cihazlar müasir radioelektron qurğuların əsas element bazasını təşkil edir.
Terminator (film)
Terminator (ing. The Terminator) — 1984-cü ildə istehsal olunmuş ABŞ-nin fantastik janrlı döyüş filmlərindən biridir. "Terminator" filmi 2008-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. == Məzmun == 2029-cu ildə süni intellektə sahib olan "Skaynet" adlı hərbi kompüter sistemi nüvə müharibəsini törədir və robotları idarə etməyə başlayır. İnsanlar isə yalnız Con Konnor adlı şəxsə ümid bəsliyirlər. Çünki Con Konnorun sayəsində insanlar robotlara qarşı müqavimət göstərə bilmişlər. Bu səbəbdən "Skaynet" sistemi Con Konnorun anası olan Sara Konnoru öldürmək üçün keçmişə, 1984-cü il tarixinə Terminator adlı robotu göndərir. Con Konnor isə öz növbəsində Sara Konnoru qorumaq üçün Kayl Riz adlı döyüşçünü keçmişə göndərir. Onlar Los Anceles şəhərində peyda olurlar. Terminator geyim və silah əldə etmək üçün bir sıra şəxsləri öldürür.
Terminator BMPT
"Terminator" – düşmənin tank əleyhinə silahlarını məhv etmək üçün tank birləşmələrinin bir hissəsi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulmuş Rusiyanın tanka dəstək döyüş maşınıdır (TDDM). Qumbaraatan, tank əleyhinə sistemlər və atıcı silahlarla təchiz edilmiş düşmən şəxsi heyətini effektiv şəkildə məhv etmək, hərəkətdə və yerindən tankı, PDMı, yüksək mühafizə olunan hədəfləri vurmaq da mümkündür.
Termidor çevrilişi
Termidor çevrilişi — Fransa inqilabı dövründə dövlət çevrilişi. İnqilab 1794-cü ildə, iyulun 27-dən 28-nə keçən gecə (inqilab təqvimi ilə respublikanın 2-ci ilinin 9–10 termidoru) baş verdi. Bu, montanyarlar diktaturasının süqutuna səbəb olmuşdur. == Çevriliş == 1794-cü ilin yazında ölkənin inkişaf perspektivləri məsələsi konventin solçu yakobinlər və radikal montanyar deputatları arasında mübahisələrə səbəb olmuşdur. Jak Rene Eber və tərəfdarları maksimumun və terrorun əbədiləşdirilməsini müdafiə etmişdilər. Bu siyasət inqilabın düşmənlərini qorxutmaq və siyasi rəqibləri məhv etmək məqsədi daşıyırdı. Jak Jorj Dantonu dəstəkləyənlər sülhün bağlanmasını və terrora son qoyulmasını tələb edirdilər. Maksimillian Robespyer və onun tərəfdaşları hər iki qrupun liderlərinin edam edilməsinə nail olmuş və əksinqilabın qalibiyyətlə sona çatması, cəmiyyətin mənəvi yenilənməsi üçün bir proqram irəli sürmüşdülər. Bunun alətlərindən biri də terror idi. Cavab olaraq Konvensiyada deputatların sui-qəsdi yarandı.
Termist FK
Termist FK — Bakı şəhərində əsası qoyulan futbol klubu idi. Fəaliyyət göstədiyi dövr ərzində 2 dəfə Azərbaycan SSR Çempionatının qalibi olmuşdur. 1983-cü ildə keçirdiyi 34 oyundan 22-sində qalib gələrək qızıl medala yiyələnmişdir. Növbəti mövsüm də Pambıqçı Bərdə ilə eyni xal toplamasına baxmayaraq, qol fərqindəki üstünlüyünə görə eyni uğuru təkrarlayaraq 2-ci dəfə Azərbaycan SSR çempionu olmuşdur.
Terminator (film, 1984)
Terminator (ing. The Terminator) — 1984-cü ildə istehsal olunmuş ABŞ-nin fantastik janrlı döyüş filmlərindən biridir. "Terminator" filmi 2008-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir. == Məzmun == 2029-cu ildə süni intellektə sahib olan "Skaynet" adlı hərbi kompüter sistemi nüvə müharibəsini törədir və robotları idarə etməyə başlayır. İnsanlar isə yalnız Con Konnor adlı şəxsə ümid bəsliyirlər. Çünki Con Konnorun sayəsində insanlar robotlara qarşı müqavimət göstərə bilmişlər. Bu səbəbdən "Skaynet" sistemi Con Konnorun anası olan Sara Konnoru öldürmək üçün keçmişə, 1984-cü il tarixinə Terminator adlı robotu göndərir. Con Konnor isə öz növbəsində Sara Konnoru qorumaq üçün Kayl Riz adlı döyüşçünü keçmişə göndərir. Onlar Los Anceles şəhərində peyda olurlar. Terminator geyim və silah əldə etmək üçün bir sıra şəxsləri öldürür.
Terminator (film musiqisi)
Terminator (saundtrek) - 1986-cı ildə Bred Fidel tərəfindən Terminator filmi üçün hazırlanan saundtrekdir. "Enigma Records" leyblı tərəfindən 26 oktyabr 1986-cı il tarixində istehsal edilmişdir. Albomun ayrıca olaraq "Remastered" versiyası 1994-cü ildə istehsal edilmişdir. == Saundtrek == === Orijinal saundtrek (1984) === === Orijinal saundtrekin yeni variantı (1994) === == İştirakçılar == Bred Fidel – instrumental, musiqi prodüseri. Ross Levison – elektroskripka. Emile Robertson – musiqilərin müəllifi. Robert Randles – musiqi istehsalçısı. Bill Uolford – audioredaktor, remiks.
Terminator: Qurtuluş (film, 2009)
Terminator: Qurtuluş (ing. Terminator Salvation) — 2009-cu ildə Makci tərəfindən çəkilmiş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Terminator: Qurtuluş — Internet Movie Database saytında.
Terminator: Yaranma (film, 2015)
Terminator: Yaranma (ing. Terminator Genisys) — 2015-ci ildə Alan Teylor tərəfindən çəkilmiş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Terminator: Yaranma — Internet Movie Database saytında.
Terminator 2: Axirət günü
Terminator 2 (ing. Terminator 2: Judgment Day) — 1991-ci ildə ABŞ rejissoru Ceyms Kemeron tərəfindən fantastik janrda çəkilmiş filmlərdən biridir. Filmin distribütoru "TriStar Pictures" kinokompaniyasıdır. 1992-ci ildə Oskar mükafatının dörd kateqoriyası üzrə (Ən yaxşı səs, ən yaxşı səs montajı, ən yaxşı qrim və ən yaxşı vizual effektlər) mükafatı qazanmış və iki kateqoriyası üzrə (Ən yaxşı operator işi və ən yaxşı montaj) nominasiyaya layiq görülmüşdür. == Məzmun == Proqramçı Maylz Daysonun başçılığı altında «Kiberdayn Sistems» (ing. Cyberdyne Systems) korporasiyasının bir qrup mühəndisləri filmin ilk hissəsində məhv edilmiş T-800 robotun qalıqlarından prosessor hazırlamışlar. Bu prosessorun əsasında «Skaynet» (ing. Skynet) adlı süni yaddaş sistemi yaradılacaqdır və bu sistem idarədən çıxaraq, ABŞ-nin hərbi qüvvəsini ələ keçirəcəkdir. 1995-ci ilin avqust ayında «Skaynet» sistemi Rusiyaya nüvə silahı atacaq, Rusiya da öz növbəsində ona müqavimət göstərəcəkdir. Bu zaman "Axirət günü" yaxınlaşacaq və 3 milyard insan məhv olacaqdır.
The Terminator (video oyun)
The Terminator — 1991-ci ildə "action" janrında yaradılan macəra oyunudur. == Məzmun == Gələcək zamanda "Skaynet" adlı super kompüter sistemi idarədən çıxır və bu da robotların insanlarla müharibə etməsinə səbəb olur. Con Konnor insanların robotlara qarşı müharibəyə etmək üçün onları davamlı olaraq silahlandırır və onlara doğru istiqamət görsədir. Lakin "Skaynet" sistemi Con Konnorun anası Sara Konnoru öldürmək üçün T-800 robotunu keçmişə göndərir. Bu zaman Con Konnor həmin robota qarşı Kayl Riz adlı döyüşçünü keçmişə göndərir. Müxtəlif macəralardan sonra T-800 robotu məhv edilir.
Terminator 3: Maşınların yüksəlişi
Terminator 3: Maşınların üsyanı (ing. Terminator 3: Rise of the Machines) — 2003-cü ildə Conatan Mostou tərəfindən çəkilmiş ABŞ filmidir. == Məzmun == Con Konnor 2004-cü il tarixində Los Ancelesdə yaşayır. Anası Sara Konnor uzun sürən xəstəlikdən sonra dünyadan köçmüşdür. Həmçinin, Con Konnor gələcəyin döyüşçüsü kimi böyüməsinə baxmayaraq həyatının əsas məqsədini tam başa düşə bilməyib. Gələcəkdəki "Skaynet" sistemi Con Konnorun yerini təxmin edə bilmir. Bu səbəbdən T-X robotunu onun yaxınlarını öldürməyə göndərir. T-X robotu görünüşünə görə cavan qızı xatırladır. Quruluşu Т-800 və T-1000 modellərinə bənzəyir. Ona qarşı "101" modelinin 850 seriyası (T-850) göndərilir.
The Terminator (videooyun, 1991)
The Terminator — 1991-ci ildə "action" janrında yaradılan macəra oyunudur. == Məzmun == Gələcək zamanda "Skaynet" adlı super kompüter sistemi idarədən çıxır və bu da robotların insanlarla müharibə etməsinə səbəb olur. Con Konnor insanların robotlara qarşı müharibəyə etmək üçün onları davamlı olaraq silahlandırır və onlara doğru istiqamət görsədir. Lakin "Skaynet" sistemi Con Konnorun anası Sara Konnoru öldürmək üçün T-800 robotunu keçmişə göndərir. Bu zaman Con Konnor həmin robota qarşı Kayl Riz adlı döyüşçünü keçmişə göndərir. Müxtəlif macəralardan sonra T-800 robotu məhv edilir.
Terminator 2: Judgment Day (videooyun)
Terminator 2: Judgment Day — 1991-ci ildə "action" janrında yaradılan macəra oyunudur. == Məzmun == Gələcək zamanda "Skaynet" adlı super kompüter sistemi idarədən çıxır və bu da robotların insanlarla müharibə etməsinə səbəb olur. Con Konnor insanların robotlara qarşı müharibəyə etmək üçün onları davamlı olaraq silahlandırır və onlara doğru istiqamət görsədir. Lakin "Skaynet" sistemi Con Konnoru öldürmək üçün T-1000 robotunu keçmişə göndərir. Bu zaman Con Konnor həmin robota qarşı keçmişə T-800 robotunu göndərir. Müxtəlif macəralardan sonra T-1000 robotu məhv edilir.
Terminator 2: Axirət günü (film, 1990)
Terminator 2 (ing. Terminator 2: Judgment Day) — 1991-ci ildə ABŞ rejissoru Ceyms Kemeron tərəfindən fantastik janrda çəkilmiş filmlərdən biridir. Filmin distribütoru "TriStar Pictures" kinokompaniyasıdır. 1992-ci ildə Oskar mükafatının dörd kateqoriyası üzrə (Ən yaxşı səs, ən yaxşı səs montajı, ən yaxşı qrim və ən yaxşı vizual effektlər) mükafatı qazanmış və iki kateqoriyası üzrə (Ən yaxşı operator işi və ən yaxşı montaj) nominasiyaya layiq görülmüşdür. == Məzmun == Proqramçı Maylz Daysonun başçılığı altında «Kiberdayn Sistems» (ing. Cyberdyne Systems) korporasiyasının bir qrup mühəndisləri filmin ilk hissəsində məhv edilmiş T-800 robotun qalıqlarından prosessor hazırlamışlar. Bu prosessorun əsasında «Skaynet» (ing. Skynet) adlı süni yaddaş sistemi yaradılacaqdır və bu sistem idarədən çıxaraq, ABŞ-nin hərbi qüvvəsini ələ keçirəcəkdir. 1995-ci ilin avqust ayında «Skaynet» sistemi Rusiyaya nüvə silahı atacaq, Rusiya da öz növbəsində ona müqavimət göstərəcəkdir. Bu zaman "Axirət günü" yaxınlaşacaq və 3 milyard insan məhv olacaqdır.
Terminator 2: Axirət günü (film, 1991)

Terminator 2: Judgment Day (video oyun)
Terminator 2: Judgment Day — 1991-ci ildə "action" janrında yaradılan macəra oyunudur. == Məzmun == Gələcək zamanda "Skaynet" adlı super kompüter sistemi idarədən çıxır və bu da robotların insanlarla müharibə etməsinə səbəb olur. Con Konnor insanların robotlara qarşı müharibəyə etmək üçün onları davamlı olaraq silahlandırır və onlara doğru istiqamət görsədir. Lakin "Skaynet" sistemi Con Konnoru öldürmək üçün T-1000 robotunu keçmişə göndərir. Bu zaman Con Konnor həmin robota qarşı keçmişə T-800 robotunu göndərir. Müxtəlif macəralardan sonra T-1000 robotu məhv edilir.
Terminator 3: Maşınların üsyanı (film, 2003)
Terminator 3: Maşınların üsyanı (ing. Terminator 3: Rise of the Machines) — 2003-cü ildə Conatan Mostou tərəfindən çəkilmiş ABŞ filmidir. == Məzmun == Con Konnor 2004-cü il tarixində Los Ancelesdə yaşayır. Anası Sara Konnor uzun sürən xəstəlikdən sonra dünyadan köçmüşdür. Həmçinin, Con Konnor gələcəyin döyüşçüsü kimi böyüməsinə baxmayaraq həyatının əsas məqsədini tam başa düşə bilməyib. Gələcəkdəki "Skaynet" sistemi Con Konnorun yerini təxmin edə bilmir. Bu səbəbdən T-X robotunu onun yaxınlarını öldürməyə göndərir. T-X robotu görünüşünə görə cavan qızı xatırladır. Quruluşu Т-800 və T-1000 modellərinə bənzəyir. Ona qarşı "101" modelinin 850 seriyası (T-850) göndərilir.
Terminator 2: Judgment Day (video oyun, 1991)