Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Termodinamika
Termodinamika — makroskopik cisimlərin daxili durumunu tarazılıqda öyrənən elm. Başqa sözlə termodinamika qarşılıqlı çevrilmə və enerji ötürülməsini öyrənən elmdir. Fizika elminin əsas bölmələrindən biridir. Termodinamika enerjinin və qanunların bir növdən digərinə çevrilmələrini öyrənən elm sahəsidir. İşçi maddələrin köməyi ilə istilik və mexaniki enerjilərin qarşılıqlı çevrilməsinə baxılan hissəsi texniki termodinamika adlanır. Bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsi olan cisimləri göstərən termodinamik sistem texniki termodinamikanın əsaslarından biridir. Termodinamik sistemlərə misal olaraq silindrdə porşenin hərəkəti ilə genişlənən və ya sıxılan qazları göstərmək olar. Termodinamik sistem olan konkret fiziki şərtləri təyin etmək üçün para-metrlərin vəziyyəti adlanan göstəricilərdən istifadə olunur. Əsas parametrlərə temperatur T, təzyiq P və həcm V (və ya xüsusi həcmin əksi olan sıxlıq ρ) daxildir. Termodinamik sistemdə işçi maddənin vəziyyətinin dəyişmə ardıcıllığı termodinamik proses adlanır.
Kimyəvi termodinamika
Kimyəvi termodinamika — termodinamik metodlarla reaksiyaların birləşməsi proseslərini öyrənir.
Termodinamik dövrə
Termodinamik dövrə — hərəkət edən cismin vəziyyətini izah edən, başlanğıc və son nöqtələri üst-üstə düşən, termodinamikanın kürəvi prosesləridir. Başlıca termodinamik dövrəyə enerji dövrəsi və istilik nasosu dövrəsi aiddir. Güc dövrələrində istilik girişi və mexaniki iş çıxışı vardır. İstilik nasosu dövrələrində isə mexaniki iş girişi ilə aşağı istilikdən yüksək temperatura istilik ötürülür. Базаров И. П. Заблуждения и ошибки в термодинамике. Изд. 2-ое испр. М.: Едиториал УРСС, 2003. 120 с. Александров А. А. Термодинамические основы циклов теплоэнергетических установок.
Termodinamik kəmiyyətlər
Terodinamik kəmiyyətlər - termodinamik sistemlərdə prosesləri izah etmək üçün istifadə olunan fiziki kəmiyyətlərdir. Андрющенко А. И. Основы технической термодинамики реальных процессов. — М.: Высшая школа, 1967. — 268 с. Белоконь Н. И. Основные принципы термодинамики. — М.: Недра, 1968. — 112 с.
Termodinamik potensial
Termodinamik potensial — termodinamik sistemlərdə prosesləri izah etmək üçün istifadə olunan skalyar kəmiyyətlərdir. 1866-cı ildə fransız alimi Pyer Dühem tərəfindən elmə gətirilmişdir. ABŞ alimi Cozayya Uillard Gibbs elmi işlərində bir sıra termodinamik potensiallar göstərmişdir. Daxili enerji, entalpiya, Helmholts enerjisi, Hibbs enerjisi, Böyük terodinamik potensial, əlaqəli enerji kimi kəmiyyətlər termodinamik potensiallardır.
Termodinamik proseslər
Termodinamik proseslər və ya istilik prosesləri — termodinamik sistemin makroskopik vəziyyətinin dəyişməsinə deyilir. Termodinamik proseslər Termodinamik sistemdə işçi maddənin vəziyyətinin dəyişmə ardıcıllığıdır, həm tarazlıq halında olur, həm də tarazlıq olmayan vəziyyətdə olur. Bu proseslərdən mühərriklərin hərəkətə gətirilməsində, soyuducu kimi texnikaların yaradılmasında, meteorologiya və s. sahələrdə istifadə edilir.
Termodinamik sistem
Termodinamik sistem — tarazlıq vəziyyətində konsentrasiya, temperatur, təzyiq və b. hal parametrlərinin müəyyən qiymətlərilə səciyyələnən və çoxsaylı hissəcikləri (atomlar, molekullar və b.) olan fiziki sistem (cism); termodinamikada "sistem" adı altında onu xəyalən bütün ətraf mühitdən ayıran cismlər (məsələn: süxurlar, minerallar və b.) nəzərdə tutulur. Termodinamik sistem hüdudlarından kənardakı cismlər xarici mühitə aid edilir. Sistemə öz fiziki xüsusiyyətlərini dəyişən və (yaxud) öz aralarında və ətraf cismlərlə (mühitlə) qarşılıqlı əlaqəyə girərək köhnələrin yeniləşməsi, ya da tamamilə itməsi və yeni fazaların yaranmasına səbəb olan yekcins cismlər (fazalar) aiddir. Faza məfhumunu təmin edən yekcinslilik əlaməti ona əsaslanır ki, həmin cism (faza) özünün bütün hissələrində tamamilə eyni fiziki xüsusiyyətlərə və eyni kimyəvi tərkibə malik olur. Birfazalı sistemlər homogen, iki və daha artıq fazalılar isə heterogen adlanır. Bir mineralın digərindəki möhtəvisi mineralların iki bərk fazalı heterogen, qaz və maye möhtəviləri isə üç fazanın (bərk, maye və qazın) heterogen sistemini əmələ gətirir. Müxtəlif sərbəstlik dərəcəsinə görə divariantlı, monovariantlı, nonvariantlı, polivariantlı; komponentlərin sayına görə birfazalı, ikifazalı, üçfazalı, çoxfazalı; ətraf mühitə münasibətinə görə qapalı, təcrid olunmuş, açıq; fiziki-kimyəvi amillərə görə izobar-izoentropik, izotermik-izobarik, izoxor-izotermik termodinamik sistemlərə ayrılır. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Termodinamik tarazlıq
Termodinamik tarazlıq və ya İstilik tarazlığı Müxtəlif dərəcədə qızdırılmış iki cisim təsəvvür edək. Təbiidir ki, bu cisimlərdən hər birinin molekulları arasıkəsilmədən xaotik hərəkət (istilik hərəkəti) edir. Belə hərəkət, molekullar arasında təmas yaradır. Məhz, belə təmas nəticəsində, istilik (molekulların xaotik hərəkətinin kinetik enerjisi) nisbətən isti cisimdən soyuq cismə verilir. Enerjinin qarşılıqlı mübadiləsi, hər iki cismin eyni istilik vəziyyətinə gəlməsinədək (bir qədər sonra tanış olacağımız temperatur deyilən parametrin, hər iki maddə üçün bərabər olmasına qədər) davam edir. Heç bir xarici təsir olmadan, özbaşına davam edən bu növ proses nəticəsində meydana gələn son hal, istilik tarazlığı halı adlanır. İstilik tarazlığı halında olan sistem daxilində enerjinin makroskopik daşınma prosesi baş vermir. Lakin, bu heç də o demək deyildir ki, istilik tarazlılığı halında olan sistemin atomları (yaxud, molekulları) öz xaotik hərəkətlərini dayandırır. Daimi xaotik hərəkət sistemin bütün hallarında, o cümlədən istilik tarazlığı halında mövcuddur. İstilik tarazlığı halında da, atom və molekullar daimi toqquşur və bu toqquşmalar nəticəsində enerji mübadiləsi baş verir.