Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Terrakota ordusu
Terrakota ordusu, Yeraltı heykəllər ordusu və ya Torpaq əsgərlər (Sadələşdirilmiş Çin dilində: 兵马俑; Ənənəvi Çin dilində: 兵马俑; pinyin: bīngmǎ yǒng; düz olaraq "əsgər və at cənazə heykəlləri") — 1974-cü ildə Çində kəşf olunmuş Yeraltı Heykəllər Ordusu. İlk Çin imperatoru Sin Şi Xuandinın məzarında olan heykəllər. Ordunun "ilklərin imperatoru" olaraq bilinən Sin Şi Xuandinin məzarını qoruduğuna inanılar. Yeraltı Heykəllər Ordusu 1974-cü ildə Çin Xalq Respublikasının Shaanxi əyalətinə bağlı Xi'an yaxınlarında bir əkinçi tərəfindən tapılmışdır. Kəşf edildikdən sonra Sit sahəsində 1977-1985-ci illərdə 2 dəfə qazıntı işləri aparılıb. Boyları 1.83 və 1.93 santimetr arasında dəyişən heykəl əsgərlərin hər birinin üz ifadəsi fərqlidir. Qazıntı sahəsindən çıxarılanlarla birlikdə 520 atıyla 8000 min əsgərin, 130 döyüş arabası, 150 suvari atı olduğu təxmin edilir. Çinlilər tərəfindən dünyanın 8-ci möcüzəsi olaraq qəbul edilən, Terro Cotta əsgərləri olaraq bilinən yeraltı heykəllər ordusunun tapıldığı Sit sahəsində 2009-cu il iyul ayının 13-də üçüncü qazıntı işlərinə başlanıldı. Şansı əyaləti mədəni əsərlər müdirliyinə bağlı Mədəni əsərlər və arxeologiya dairəsi basçısı Co Kuiying heykəllərin üzərindəki rəngli boyaları qoruma, heykəlləri sağlamlaşdırma və təmiri texnikaların artıq inkişaf etdiyini və bunların 3-cü qazıntı işləri üçün lazımlı zəmanəti təmin etdiyini ifadə edib. O, 3-cü qazıntı işlərinin Sit sahəsinin, heykəllərin çıxarıldığı qazıntı bölgəsinin xaricində qalan hissələrində icra ediləcəyini, lakin bu anda qazıntı işləri haqda hər hansı bir təxmin verməyin mümkün olmadığını söyləyib.
Parisin "Vensen qapısı" məhəlləsində terrakt
Vensen Qapıları qarşısında terror aktı — silahlı terrorçunun koşer ərzaq məhsulları dükanina 9 yanvar 2015-ci il tarixində Paris şəhərində hücümu. Terror aktı zamanı 5 nəfər həlak olub (terrorçunun ölümünü nəzərə almaqla). Hücum Paris şəhərində «Charlie Hebdo» jurnal redaksiyasında baş vermiş terror aktlndan 2 gün sonra baş verib. == Xadisələrin qedişaltı == 9 yanvar saat 13:00 radələrində «Charlie Hebdo» jurnal redaksiyasında baş vermiş terror aktın səbəkarları olan Kuaşı qardaşlarının cinayət yoldaşı olan 32 yaşlı Amedi Kulibali , AKC74Y silahı ilə Paris şəhərində, Vensen qapıları ətrafında yerləşən "Hypercacher" koşer ərzaqları məhsulları mağazasını girov götürüb. Terror aktı zamanı Kulibali 4 nəfəri öldürərək 15 nəfəri girov saxlayıb. Terrorçu Kaşai qardaşlarının qizləndiyi binanın Fransa Polisi tərəfindən ələ götürülməsi təqdirdə, girova götürülən şəxslərinin öldürəcəyini bildirib. Hadisə yeri dərxal fransa polisi tərəfindən əhatəyə alınıb. Kulibalinin mağaya girdiyi anda mağazanın 24-yaşlı müsülman işçisi Lassana Batxili mağazanın 6 müştərisini mağazanın 0-cı mərtəbəsində yerləşən söndürülmüş soyuducu ambarda qizlədib. Sonradan yük lifti vasitəsi ilə qaça bilib, lakin çölə çıxdığı zaman anlaşılmasızlık nəticəsində Fransa Polisi tərəfindən terorrist kimi saxlanılıb. Hadisə Şahidlərin bildirdiyinə görə, Kulibali ansimetik şuarlar qışqıraraq, girov saxlanları milliyətləri barədə sual verib və "yahudi" cavabı verən girov saxlananları öldürüb.
Tarrakon
Tarrakon (Tarraco/Colonia Tarraco) - İcpaniyada Aralıq dənizi sahillərində qədim şəhər (indiki Tarraqona şəhəri). == Haqqında == Tarrakon şəhəri e.ə. 218-ci ildə romalılar tərəfindən işğal edilmiş və Yaxın İspaniya əyalətinin paytaxtı olmuşdur. Qay Yuli Sezarın hakimiyyəti dövründə burada Rma əyalətinin (Colonia Tarraco) əsası qoyulmuşdur. E.ə. I əsrin sonlarında Qalisiya ilə birləşdiriləndən sonra Tarrakon İspaniyası əyaləti adlandırılmışdır. Kantabriya müharibələrini uğurla başa vuran Roma imperatoru Tarrakon şəhərində qış mövsümünü keçirmiş və qələbə münasibətilə şəhərdə çoxlu binalar tikdirmişdir.
Vyanada terakt (2020)
Vyanada terakt — 2 noyabr 2020-ci il tarixdə, Avstriyanın paytaxtı Vyana şəhərində altı fərqli yerdə çoxsaylı silahlı şəxslərin iştirakı ilə davam edən bir sıra terror hadisələri. Terakt nəticəsində terrorçulardan biri də daxil olmaqla bir neçə nəfər həlak olmuş, biri polis məmuru olmaqla bir neçə şəxsin yaralandığı bildirilmişdir. Bu, 2015-ci ilin noyabr ayında Paris şəhərinə edilən hücumlardan sonra Avropada ilk koordinasiyalı silahlı hücum idi. == Terakt == Hücumlar yerli vaxtla saat 20:00 radələrində, Avstriyanın paytaxtı Vyana şəhərindəki Şvedenplatsda silahlı bir adamın vətəndaşlara atəş açması ilə başladı. Terror hücumu bazar ertəsi günü Avstriyada yerli vaxtla gecə yarısından 06:00-a qədər komendant saatı daxil olmaqla yeni COVID-19 məhdudiyyətləri qüvvəyə mindiyi üçün ölkə daxilində karantin rejiminin gecə yarısı başlamasından bir neçə saat əvvəl gerçəkləşdi. Bu, hazırda Avropada COVID-19 infeksiyasının yayılmasına mane olmaq üçün tətbiq olunan bir neçə məhduriyyətdən biridir. Daha sonra bir neçə dəfə atəş açıldı. Qaçan digər terrorçular barədə məlumatlar qeyd olunur. Atışmada bir terrorçu da daxil olmaqla ən azı səkkiz nəfər öldü. Yerli "Kurier" qəzeti bir terrorçunun Vyananın mərkəzindəki yəhudi məhəlləsindəki kafe və barların kənarında oturan insanlara təsadüfi formada atəş etdiyini bildirir.
Zaxoda terakt (1995)
Zaxoda terakt — 27 fevral 1995-ci ildə, səhər saat 8:18-də İraqda, Kürdüstan regionunda, Dəhuk mühafəzəsində, Türkiyə sərhədindən 19 kilometr (12 mil) məsafədə yerləşən Zaxo şəhərində bombalı maşının partlaması. Bu, insidentdən doqquz ay əvvəl başlayan İraq Kürdüstanında vətəndaş müharibəsi zamanı baş vermişdir. Bomba 150 kiloqram (330 funt) çəkidə dinamitdən hazırlanmışdır. Avtomobil (taksi) çoxlu ziyarətçisi olan bazarda yerləşən çayxananın önündə partlamışdır. Terakt zamanı 100 nəfər həlak olmuş, 150 nəfər yaralanmışdır.
"Krokus Siti Holl"da terakt
"Krokus Siti Holl"da terakt (rus. Теракт в «Крокус Сити Холле») — 22 mart 2024-cü il tarixində, saat 20:00 MSK (UTC+3) radələrində Moskvanın qərb kənarında yerləşən Rusiyanın Krasnoqorsk şəhərindəki Crocus City Hall musiqi salonuna koordinasiyalı hücum hadisəsi. Bir neçə silahlı şəxs məkana toplaşan insanlara kütləvi atəş açıb və məkanı yandırmaq üçün yandırıcı vasitələrdən istifadə edib. Hücum 2004-cü ildə Beslanda terror aktından sonra Rusiyada ən qanlı terror aktı olmaqla, ən azı 144 nəfərin ölümü, 360-dan çox insanın yaralanması ilə nəticələnib. Rusiya Xarici İşlər Nazirliyi hadisəni terror aktı adlandırıb. Hücumdan qısa müddət sonra Amaq Xəbər Agentliyinin Telegram kanalı vasitəsilə yayılan bəyanatda İslam Dövlətinin Cənubi-Mərkəzi Asiyada yerləşən regional qolu olan İslam Dövləti – Xorasan Vilayəti (İD-XV və ya İŞİD-X) məsuliyyəti öz üzərinə götürüb. Rusiya dövlət mediası və prezident Vladimir Putin də daxil olmaqla rəsmilər hücumda Ukraynanın əli olduğunu iddia edir, Ukrayna bunu tamamilə təkzib edir. Martın 23-də İD-XV hücumçuların fotolarını və hücumla bağlı tam hesabatı yayımladı. Daha sonra, həmin gün Amaq Xəbər Agentliyi qurbanların güllələnməsini və boğazlarının kəsilməsini əks etdirən video yayımlayıb. Rusiya prezidenti Vladimir Putin hücumu "barbar terror aktı" adlandırıb və silahlı şəxslərin həbs olunduğunu bildirib.