Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Makkabi Netaniya FK
Makkabi (Netanya) — İsrailin futbol klubu == Tarixi == == Avropa kuboklarında iştirak == 2 dəfə Avropa kuboklarında iştirak edib.
Kataniya
Kataniya (it. Catania) — İtaliyanın Siciliya muxtar vilayətindəki eyniadlı Kataniya vilayətinin mərkəzidir. Bələdiyyə sərhədləri içindəki əhalisi (30.06.2010 etibarilə) 294.756 nəfər olub əhali baxımından Sicilyanın ikinci böyük bələdiyyəsi, İtaliyanın 10-cu böyük şəhəri və 10-cu sırada olmasına baxmayaraq, bir İtalyan inzibati region mərkəzi olmayan tək böyük əhalisi olan şəhəridir. Metropoliten Katanya bölgəsi üçün əhali 752,895 nəfərdir. İtaliyanın ada şəhərlərindən biri olan Katanyanın Aralıq dənizinə sahilində yerləşir. == Coğrafi mövqe == Katanya şəhəri Siciliya adasının şərqində İyonyen dənizi sahillərində Messina ilə Sırakuza şəhərləri arasında və Etna Dağı vulkanı ətəklərində qurulmuşdur. Şəhərin dərhal ətraflarındakı dəniz sahilləri yanardağ lavalarından və qara bazalt kayalarından heyəti böyük yarları ibarətdir. Lakin şəhərin qurulduğu mövqeyi cənubunda "Simento Çayı" var və bu çay Siciliya adasının ən geniş (2000 hektarı aşan sahədə) mümbit düzənliklərində biri olan və Katanya şəhərinin əhəmiyyətli hissələrinin qurulmuş olduğu Katanya düzənliyində Katanya Körfəzinə yerləşir. Şəhərin limanı və ticarət və sənaye bölgələri bu düzənlikdə çayın ağızına doğru yerləşir. == Tarixi == Katanya şəhərini uzun və çox hadisələrə dolu bir tarixi vardır.
Petuniya
Petuniya (lat. Petunia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Cinsin adı portuqal dilində petun — "tütün" deməkdir. Bu onunla izah olunur ki, petuniya tütünlə eyni fəsiləyə aiddir və oxşardır. Hazırda dekorativ gülçülükdə əvvəlki növlərin heç birindən istifadə olunmur, növarası hibridlər isə geniş yayılmışdır. Bağ petunyası (P.x.hybrida) hündürlüyü 75 sm-ə çatan budaqlanan bitkidir. Hibrid petuniya Azərbaycanda dekorativ bitki kimi istifadə edilir. Bu bitkinin çoxlu miqdarda mədəni formaları vardır ki, bunlar da 2 qrupa bölünür: Çoxçiçəklilər qrupu (P.h.multiflora); İriçiçəklilər qrupu (P.h.grandiflora). İriçiçəklilər qrupu bir neçə yarımqrupa bölünür. Onlardan eyvanlarda kompozisiyaların qurulmasında istifadə olunur.
Stefaniya
Stefaniya (lat. Stephania) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinə aid bitki cinsi.
Tiraniya
Tiraniya (yun. τυραννίς - özbaşnalıq, dərəbəylik) — zorakılıq yolu ilə dövlətin təkbaşına idarə edilmə forması. Mədəni epoxada "tiraniya" termini qəddarlıq və mövhumatı, cəhaləti tərənnüm etmiş, sonralar isə XIX əsrdə bu termin "diktatura" ilə əvəz edilmişdir. == Tipləri == erkən yunan tiraniyası; erkən fars tiraniyası; sonrakı yunan (kiçik) tiraniya.
Yeraniya
Yeraniya ( yun. Γεράνεια η Γερανεία) — Yunanıstanda, Meqaridada dağ silsiləsi. Meqarida düzənliyini Korinf düzündən ayırır. Afinadan 60 kilometr qərbdə yerləşir. Ən yüksək zirvənin hündürlüyü 1,360 metr, digər mənbələrə görə 1,351 metrdir. Fliş və əhəngdaşından ibarətdir.
Netanya
Netanya — İsrail Respublikasında respublika tabeli şəhər. Tel-Əvivin 30 km şimalında yerləşir. 14 km-lik cimərlik əraziyə sahibdir. 2016-cı il statistikasına görə əhalinin sayı 210 mindən çoxdur. 2013-cü ildə Netanya bələdiyysəi tərəfindən Xocalı faciəsi haqqında səyyar fotosərgi açılmıdır.
Art terapiya
Art terapiya — Art terapiya və ya sənət terapiyası musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növləriylə həyata keçirilən terapiya növüdür. Art terapiyanın əsas məqsədi fərdin özünü rahat və azad şəkildə ifadə etməsini, içində həbs olunmuş duyğularını üzə çıxarmasını, yaradıcılığını daha da artırıb, estetik yönlərinin ortaya çıxarmasını təmin etməkdir. Diqqətlə baxıldığında təsviri sənət ilə psixoterapiya arasında bir bənzərlik vardır əslində. Hər ikisi də daxilə atılmış hisslərin, yaşantıların və ya gerçək dünyadakı xəyal qırıqlıqlarının, qorxuların, insanlararası münasibətlərin kəşf edilərək ortaya çıxarılması və yenidən şəkilləndirilməsi prosesidir. Art terapiya sözün bitdiyi, yetərsiz qaldığı yerdə başlayır, insanları fərqli yöndən dəyişdirir, öz imkanlarının fərqinə vardırıb, sağaldır. == Tarix == İlk dəfə 1950-ci illərdə ortaya çıxan bu üsul son zamanlar dünyada getdikcə yayılmaqdadır. Təsviri sənətin bir terapiya kimi ortaya çıxmasının hekayəsi olduqca maraqlıdır. Amerikalı psixoloqlar çox qədim zamanlarda insanların mağaralarda daşlar, qayalar üzərində çəkdikləri rəsmləri analiz etmişlər. Psixoloqların diqqətini çəkən şey hələ sözün bir ünsiyyət vasitəsi kimi istifadə olunmadığı vaxtlarda, bu insanların müxtəlif qətliamları, köçləri, günlük hadisələri rəssamlıq yolu ilə ifadə etmələri olmuşdur. Baharın gəlişini niyə bayram etdikləri, niyə daima rituallar həyata keçidikləri, niyə hər bir ayinə xas müxtəlif rəqslərin olduğu da onların geniş müzakirə və tədqiqat hədəfinə çevrilmişdir.
Elektrokonvulsiv terapiya
Elektrokonvulsiv terapiya — baş beyinə elektrik cərəyanın təsiri zamanı süni qıcolmaların törədilməsidir. Depressiyalar zamanı bu müalicəyə göstərişlərə xəstənin somatik vəziyyətini pisləşdirən (qidadan imtina) yüksək intihar təhlükəsi, psixotik depressiya, pis həssaslıq və ya antidepressant qəbulunun çətin keçirilməsi, pasiyentin şəxsi istəyi aiddir. ET-nin əlavə təsirlərinə hiposteziya, ürəkbulanması, baş və əzələ ağrıları aiddir. Sümük-əzələ travmaları, dişlərin zədələnməsi, mialgiya, ürək-damar pozuntuları, koqnitiv funksiyaların qısamüddətli pozuntusu kimi hallar daha az qeydə alınır.
Hamar stefaniya
Hamar stefaniya (lat. Stephania glabra) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ikievli tropik lian olub, uzunluğu 5-8 m-ə bərabərdir. Kök sistemi demək olar ki, dairəvi, aşağı hissəsi isə saçaqlıdır. Bir bitkinin çəkisi 20 kq-a bərabərdir. Gövdəsi çılpaq, dairəvi, dırmaşan, vegetativ inkişaf dövründə əsası oduncaqlı olur. Qafqazda yayılan növün uzunluğu 6-9m-ə qədər olub, qışda quruyur. Yarpaqları iri, növbəli, itiuclu, bütövkənarlı, hamar, uzunluğu 15-20 sm, saplaqları ilə birlikdə 40 sm-ə qədər olur. Çiçəkləri yaşıl-sarı, başcıqla birlikdə toplanan, çətir çiçək qrupuna aiddir. Erkək çiçək qrupları 6 sərbəst kasayarpağından və 3 tərsyumurtavari yumşaq ləçəkdən, dişi çiçəkləri 3 kasayarpağından və 3 ləçəkdən ibarətdir.
Jelaniya burnu
Jelaniya burnu — Şimal adasının şimal qutaracağına yaxın ərazidə yerləşir. Burun 1596-cı ildə Villem Barens tərəfindən adlandırılmışdır. Burada «Jelaniya burnu» (1931) adlı qütb stansiyası fəaliyyət göstərir. İkinci Dünya müharibəsi dönəmində stansiya alman su altı qayıqları tərəfindən atəşə tutulmuşdur. == Təbiəti və coğrafiyası == Burun 28 metr hündürlüyə malik bir ərazi olaraq adaya alçaq bir bərzəxlə birləşir. Şimal-qərbdən və cənub-şərq istiqamətdə burun uzaqdan adaya bənzəyir. Adanın üzəri bir platodur. Jelaniya burnundan Barens və Kara dənizləri arasındakı sərhəd başlayır. == Adının tarixi == İlk dəfə buruna adı holland səyyahı Villem Barens 1596-cı ildə vermişdir. O, burunu "Arzu olunan" adlandırmışdır.
Kataniya FK
Kataniya (it. Catania Società Sportiva Dilettantistica)- İtaliya futbol klubu. 1953-1954-cü illərdə klub 1960-1961, 1963-1964, 1964-1965 və 2012-2013-cü illərdə ən yaxşı yer kimi səkkizinci yeri tutaraq, 17 çempionat oynadığı kateqoriyada ilk dəfə İtaliya A Seriyasına yüksəldi. O, Birinci Divizion çempionluğu, İtaliya B Seriyası çempionluğu və altı İtaliya C Seriyası çempionluğu qazanıb.
Melaniya Qreqo
Melaniya Qreqo (19 iyun 1973) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Melaniya Qreqo, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Qısaerkəkcikli stefaniya
Qısaerkəkcikli stefaniya (lat. Stephania brachyandra) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü.
Stefaniya Belmondo
Stefaniya Belmondo(d. 13 yanvar, 1969)— Sabiq italiyalı xizək sürmə idmançısı. Karyerası ərzində iki dəfə Olimpiya dörd dəfə Dünya çempionu olmuşdur. == Həyatı == Belmondo Geneonun əyaləti olan Vinadioda anadan olub. Karyerası ərzində o, İtaliya polis qüvvələrinin idman bölməsində -Gruppo Sportivo Forestaleda xizək sürmüşdür. O xizək sürməyə üç yaşında başlamışdır. O, 1987-ci ildə Xizək idman növləri üzrə dünya çempionatında debüt etdi. Növbəti mövsümdə İtaliyanın əsas milli komandasına qoşuldu və Kanadanın Kalqari şəhərində təşkil olunmuş 1988-ci il Qış Olimpiyadasında iştirak etdi. 1989-cu ildə o, Solt-Leyk Sitidə Dünya kubokunun qalibi oldu və bu uğurla mövsümü başa vurdu. == Karyerası == 1991-ci ildə Xizək idman növləri üzrə dünya çempionatında müxtəlif məsafələrə yarışda gümüş və bürünc medallar qazandı.
Stefaniya Turkeviç
Stefaniya Turkeviç-Lukiyanoviç (25 aprel 1898, Lvov, Avstriya-Macarıstan İmperiyası – 8 aprel 1977, Kembric, Birləşmiş Krallıq) – Ukraynanın ilk qadın bəstəkarı hesab olunan pianoçu və musiqişünas. == Həyatı == === Erkən illəri === Stefaniyanın babası-Lev Turkeviç və atası-İvan Turkeviç keşiş idi. Anası Sofia Kormoşiv isə pianoçu idi. Yəni, ailənin bütün üzvləri heç olmasa bir musiqi alətində ifa etməyi bacarırdı. Stefania da piano, arfa və qarmonda sərbəst ifalar edirdi. Bəstəkar Turkeviç sonralar uşaqlığını və musiqiyə olan sevgisini belə təsvir edirdi: === Təhsili === Stefaniya musiqi təhsilinə Vasili Barvinski ilə başlamışdır. 1914-1916-cı illər arasında Vyanada pianoçu Vilem Kurtz ilə çalışmışdır. Birinci Dünya müharibəsindən sonra Lviv Universitetində Adolf Çibinski ilə çalışmağa başlamış və Lvov Konservatoriyasında musiqi nəzəriyyəsi mövzusunda mühazirələrdə iştirak etmişdir.:10 1919-cu ildə Müqəddəs Georgi Katedralində bir neçə dəfə səsləndiriləcək Liturji adlı ilk musiqi əsərini bəstələmişdir. 1921-ci ildə Vyana Universitetindən Qvido Adler və Vyana Musiqi və Səhnə Sənətləri Universitetindən Yozef Marks ilə çalışmış və 1923-cü ildə diplomula təltif edilmişdir. === Şəxsi həyatı === 1925-ci ildə Robert Lisovski ilə evləndi və cütlük Berlinə köçdü.
Çılpaqçiçək stefaniya
Çılpaqçiçək stefaniya (lat. Stephania cephalantha) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin menispermaceae fəsiləsinin stefaniya cinsinə aid bitki növü.
Target terapiya
Target terapiya (ing. Targeted therapy) – target hədəf deməkdir. İmmunterapiyanın bir növü olub, ənənəvi kimyaterapiyadan fərqli olaraq konkret şiş toxumalarına təsir edir. Növlərinə: monoklonal antitellər, kiçik molekullu preparatlar, angiogenezin inhibitorları aiddir.
Terapiya Otağı (film, 2022)
Terapiya Otağı — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Film bir terapiya otağında baş verən cinayətin araşdırılmasından bəhs edir. Ssenari və rejissorunun müəllifi olan Zaur Tahirsoy, filmi Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirib. Layihə Postmodern Aktyorluq Məktəbinin ilk bədii filmi hesab olunur. Filmdə paranormal sujet xətti ilə yanaşı aktyor oyununa üstünlük verilib. == Məzmunu == Terapiya otağında 5 psixoloji problemi olan pasientin psixiatrı qətlə yetirilir. Qətlə yetirilən Səmanın ölümündə qrup terapiyasında olan pasiyentləri bir nömrəli şübhəlilərdir. Amma cinayət psixoloqu olan Səmanın əri də pataloji qısqanclığa görə şübhəlilər sırasındadır. Hadisəni araşdıran Səmanın qrup yoldaşı Oktay da cinayət psixoloqudur. Səmanı sevdiyi üçün o da şübhəlilərdən hüsab edilir.