Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tetuan
Tetuan (ərəb. تطوان‎ , bər. ⵜⵉⵟⵟⴰⵡⵉⵏ , isp. Tetuán) və ya ləqəbi ilə Ağ Göyərçin (ərəb. الحمامة البيضاء‎) — Mərakeşin şimalında yerləşən şəhər. Martil vadisi boyunca uzanır və Çərakeşin Aralıq dənizindəki iki böyük limanından biridir. Şəhər Cəbəllütariq boğazından bir neçə mil cənubda və Tanjerin təxminən 60 km (40 mil) şərq-cənub-şərqində yerləşir. 2014-cü il Mərakeş siyahıyaalınması zamanı şəhər əhalisi 380 787 olaraq qeyd edilmişdir. Şəhər Tanjer-Tetuan-Əl-Xoceyma inzibati ərazi vahidinə daxildir. Şəhər 2000 ildən çox bir çox inkişaf dövrünün şahidi olmuşdur.
Helix texta
Helix texta (lat. Helix texta) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin helix cinsinə aid heyvan növü.
Teatral həyat (film, 2009)
Teatral həyat — Rejissor İlqar Nəcəfin filmi. Filmdəki hadisələr Sovet İttifaqı dağılandan sonrakı illərə təsadüf edir. Filmin qəhrəmanı əyalət teatrlarından birinin aktyorudur. Yaşadığı dövrün xaotik əhval-ruhiyyəsi onun xarakterinə, ruhi vəziyyətinə birbaşa təsir eləyib. Qəhrəman depressiya keçirir. Onun valideynləri də aktyor olub, uşaqlığı səhnədə keçib, səhnədə böyüyüb. Keçmişi çox yaxşı olub, amma indi düşdüyü mühit, təklik onu sıxır, psixoloji sarsıntı içindədir. O, həm də teatrdakı tərəf-müqabili Leylanı sevir. Filmdə Gəncə Kukla Teatrının aktyorları çəkiliblər. Filmin çəkiliş texnikası İrandan gətirilib.
Etual-Sen-Siris
Etual-Sen-Siris (fr. Étoile-Saint-Cyrice, oks. Estela Sant Cirici) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05051. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 35 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 16 nəfər arasında (15-64 yaş) 11 nəfər iqtisadi cəhətdən fəal, 5 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.8%, 1999-cu ildə 53.8%). 11 aktiv adamdan 10 nəfər (7 kişi və 3 qadın) işləyir, 1 nəfər işsizdir.
Etual Filant Lome FK
| başlıq = Etual Filant | emblem = | klubun tam adı = | rəngləri = | ləqəbi = | yaranma tarixi = 1932 | stadionu = Oskar Antoni stadionu | tutumu = 10.000 Etual Filant — Toqonun ən titullu futbol klubu. == Tarixi == 1932-ci ildə yaranmışdır. Etual Filant 1960-cı ilədək 12 dəfə ölkə çempion olsa da, bu titullar FİFA tərəfindən tanınmamışdır. Bundan sonra komanda daha yeddi dəfə Toqo çempionatının qalibi olub. Klubun sonuncu çempionluğunu 1992-ci ildə bayram etmişdir. === Yol qəzası === 2011-ci ilin noyabrında klubun 8 futbolçusu yol qəzasında həlak olmuşdur. Ölənlərin hamısı Toqo millisinin üzvü idi. Daha 28 nəfəri isə ciddi xəsarət almışdır. Hadisə Etual Filantın Semassi ilə oyuna getdiyi zaman Akapama şəhəri yaxınlığında baş vermişdir. "Etual Filant" komandasının avtobusu dərəyə aşıb.