CLOSE

close1

n I 1. divarla əhatələnmiş / ətrafına divar çəkilmiş yer (evin və ya kəndin yaxınlığında); 2. oyun meydançası (məktəbin yanında);

n II 1. son, axır; qurtaracaq; nəticə; at the ~ of the party qonaqlığın sonunda / axırında; At the close of the party there were few guests who weren’t drunk Qonaqlığın sonunda demək olar ki, hamı sərxoş idi; at the ~ of one’s days ömrünün sonunda / axırında; to draw to a ~ sona / axura yaxınlaşdırmaq; 2. bağlama, işin qurtarması; at the ~ of the shop mağaza bağlananda

close2

adj I 1. bağlı, qapalı, örtülü; ~ carriage bağlı / örtülü minik (fayton, araba və s.); ~ vowel fon. qapalı sait; ~ time / season bağlı mövsüm (ovçuluq üçün); ~ election qapalı / gizli seçki; 2. tənha, yalqız, tek-tenha; to keep oneself ~ tənha / yalqız yaşamaq; 3. gizli, gizlin; üstüörtülü, məxfi; ~ intent gizli niyyət / məram; to lie / to keep ~ gizlənmək; gözdən itmək; to keep smth. ~ bir şeyi gizli saxlamaq

adj II 1. yaxın; Our house is close to the station Bizim evimiz vağzala yaxındır; 2. çox yaxm; səmimi; He is a close friend of mine O mənim çox yaxın / səmimi dostlarımdan biridir; 3. sıx; ~ contact sıx əlaqə; 4. qalın (parça və s. haq.); ~ texture qalın parça; ~ thicket qalın cəngəllik / meşə; 5. bədənə yapışan (paltar haq.): 6. sıx, yığcam (xətt): 7. boğucu, ağır, bürkü, boğanaq; bürkülü (hava haq.): ~ air boğucu / ağır hava; ~ day bürkülü gün; 8. əsaslı, ətraflı; ~ investigation əsaslı / ətraflı tədqiqat; 9. dəqiq, düz; ~ translation dəqiq tərcümə; 10. xəsis, simic, dargöz; He is close with his money O, xəsisdir / simicdir

close3

v I 1. örtmək, bağlamaq; yummaq; to ~ a door / a window qapını / pəncərəni örtmək; to ~ one’s mouth ağzını yummaq; 2. örtülmək, bağlanmaq; The window / The door won't close Pəncərə / Qapı örtülmür: 4. el. qapamaq; to ~ down 1) bağlamaq, işini / fəaliyyətini dayandırmaq; qapanmaq; Schools were closed down by the influenza epidemic Qrip epidemiyası ilə əlaqədar olaraq məktəblər bağlandı: to ~ down a factory fabriki bağlamaq; 2) bağlanmaq, ləğv olunmaq; The theatre closes down Teatr ləğv olunur: 3) boğmaq, susdurmaq; to ~ up 1) bağlamaq (zərfi); 2) örtülmək, bitişmək (yara haq.): 3) kip bağlamaq;

◊ to have one’s eyes ~d bir şeyə göz yummaq; to ~ one’s parent’s eyes valideynin gözünü bağlamaq, valideynin ölümünün şahidi olmaq; to ~ smb.’s eye bir kəsin gözünü vurub əzmək / göyərtmək / zədələmək; to ~ one’s ear to qulaqardına vermək / vurmaq

v II 1. qurtarmaq, tamamlamaq, başa çatdırmaq; to ~ a speech nitqi / çıxışı qurtarmaq; 2. bağlamaq; to ~ a meeting iclası bağlamaq; to ~ an account mal. hesabı bağlamaq; 3. qurtarmaq, başa çatmaq / gəlmək; His short life closed Onun qısa ömrü qurtardı / başa çatdı;

◊ to ~one’s days günlərini / ömrünü başa vurmaq, dünyasını dəyişmək, ölmək

v III yaxınlaşmaq, yaxma gəlmək; birləşmək; We must close the ranks to secure peace Sülhü təmin etmək üçün biz birləşməliyik; to ~ in 1) düşmək; bürümək, çulğalamaq; Night closed in Gecə düşdü: Mist closed in upon us Duman bizi bürüdü / çulğaladı; 2) əhatə / mühasirə etmək; The enemy now closed in upon us Düşmən bizi mühasirəyə aldı

CLOISTRAL
CLOSE-CROPPED
OBASTAN VİKİ
Close to You
Close to You — The Carpenters albomu.
Danger Close Games
DICE Los Angeles (əvvəllər DreamWorks Interactive L.L.C., EA Los Angeles və Danger Close Games) — ABŞ videooyun istehsalı şirkəti. "DICE Los Angeles" 1995-ci ilin aprel ayında "DreamWorks" və "Microsoft" şirkətləri tərəfindən təsis edilmişdir və 2013-cü ildən bəri "EA DICE" şirkətinin diviziyasıdır. 2000-ci ildə "Electronic Arts" studiyanı satın almış və onun adını "EA Los Angeles", daha sonra isə 2010-cu ildə "Danger Close Games" olaraq dəyişmişdir. 2013-cü ildə studiya baş ofisi İsveçdə yerləşən "EA DICE" şirkətinin bir diviziyası olmuş və "DICE Los Angeles" adını almışdır. Şirkət başlıca olaraq yaratdığı "Medal of Honor" və "Command & Conquer" videooyun seriyalarına görə tanınır. == Tarix == === DreamWorks Interactive (1995–2000) === "DreamWorks Interactive" şirkətinin təsis ediləcəyi 22 mart 1995-ci ildə açıqlanmışdır. 3 aprel 1995-ci ildə fəaliyyətə başlayan şirkət "DreamWorks" və "Microsoft" şirkətlərinin birgə idarə etdiyi bir müəssisə idi. Studiyaya rejissor Stiven Spilberq rəhbərlik edirdi. Spilberqin dövründə studiya çoxlu lisenziyalı videooyun buraxmışdır. "Los Angeles Times" qəzetinin redaktoru Lezli Helmin dediyinə görə, şirkətin istehsal etdiyi ilk videooyunlar olduqca müvəffəqiyyətsiz idi.
So Close, So Far
Çox yaxın, çox uzaq ( fars. خیلی دور، خیلی نزدیک‎ , Kheili Dour, Kheili Nazdik ) - rejissor Reza Mirkəriminin 2005 -ci ildə çəkdiyi İran dram filmi . Film həmçinin Oskarda ən yaxşı xarici film üçün İran təmsilçisi seçilib. Təkəbbürlü nevropatoloq oğluna əməliyyat olunmayan beyin şişi diaqnozu qoyulanda həyatının mənasını araşdırmalıdır. Oğlunun astronomiya sahəsində səyahətinə yetişmək üçün səhrada gəzintisi onu onun baxışlarına və dəyərlərinə meydan oxuyan bir sıra adi görünən insanlarla qarşılaşmasına gətirib çıxarır.
In The Closet
In The Closet — Maykl Ceksonun bir mahnısı.
One Step Closer
One Step Closer, Linkin Park tərəfindən 2001-ci ildə satışa çıxarılan sinqldır. Mahnı çox rəğbət gördü və 2001-ci ilin rok marşı adlandırıldı. One Step Closer-in klibi qrubun üzvü Co Hanın prodüserliyi ilə hazırlanmışdır. Klip Los-Ancelesdə subway tunelində 19 metr dərinlikdə çəkilmişdir. Çox Linkin Park azarkeşlərinə görə mahnı Linkin Park-ın indiyə kimi çıxmış ən yaxşı mahnısıdır. Amerika mahnı siyahılarından olan Billboard 100-də 75-ci sıranı tutub.