Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yüksək tezlikli ticarət
Yüksək tezlikli treydinq, yüksək tezlikli ticarət (ing. high-frequency trading, HFT) — maliyyə bazarlarında alqoritmik ticarətin əsas formasıdır, müasir avadanlıq və alqoritmlərdən qiymətli kağızların sürətlə ticarəti üçün istifadə olunur. HFT, kompüterlərin saniyənin bir hissəsində mövqeləri alqı-satqısı etdiyi xüsusi ticarət strategiyalarından istifadə edir. 2009-cu ildə yüksək tezlikli ticarətin ABŞ bazarlarındakı əməliyyatların ümumi həcminin 60-73% -ni təşkil etdiyi təxmin edilirdi, 2012-ci ildə bu pay təxminən 50% -ə düşdü. == Təsviri == Yüksək tezlikli treyderlər hər ticarətdə kiçik bir qazanc əldə etmək üçün (bəzən səhm yüzdə fraksiya səviyyəsində) qısa müddətli mövqeləri böyük həcmdə açır və bağlayırlar. HFT şirkətləri çox kapital tələb etmir, mövqelər yığmırlar və bir gecə ərzində portfel saxlamırlar. Nəticədə, yüksək tezlikli ticarət üçün potensial Sharpe nisbəti (risk və mükafat ölçüsü) alış və saxlayın kimi ənənəvi strategiyalardan on qat daha yüksəkdir Ümumiyyətlə, HFT alverçiləri yalnız bir-biri ilə rəqabət aparırlar, lakin uzunmüddətli investorlarla rəqabət etmirlər . HFT şirkətləri ticarət başına az gəlirliliyə sahibdirlər, lakin milyonlarla əməliyyatla yüksək həcmdə ticarət edirlər. Yüksək tezlikli ticarət texnologiyalarının inkişafı üçün stimullardan biri, əməliyyatlar üçün sifarişlərin ötürülməsindəki müxtəlif gecikmələrin əvvəlcədən məlumat əldə edənlərə üstünlük verdiyi (məsələn, daha az gecikmə ilə rabitə kanallarından istifadə etmək) üstünlük verən strategiyanın hazırlanması idi . == Texnoloji üsulları == Yüksək tezlikli ticarət birjanın ticarət sisteminin yerləşdiyi eyni məlumat mərkəzində ticarətə birbaşa giriş və avadanlıq yerləşdirmə üstünlüyünə malikdir.
Tezlik
Tezlik (ing. frequency) — vahid zamandakı rəqslərin sayıdır. Düsturla ifadəsi belədir: n = 1 T {\displaystyle n={\frac {1}{T}}} yaxud, n = N t {\displaystyle \mathrm {n={\frac {N}{t}}} } . Burada T - period, N - rəqs sayı,t - zaman, f (yaxud n) isə tezlikdir. Tezliyin vahidi hers adlanır (Hs). Cisim 1 saniyədə 1 tam rəqs edirsə onun tezliyi 1 Hs-dir.
Daşıyıcı tezlik
Daşıyıcı tezlik(carrier frequency)– informasiyanın ötürülməsi üçün istifadə olunan modemlərdə və elektron şəbəkələrdə tətbiq olunan yüksək tezlikli siqnal. Bu siqnal Herslə (Hs) – bir saniyədəki rəqs dövrlərinin sayı ilə ölçülür və informasiyanı kodlaşdırmaq üçün tezliyə və ya amplituda görə modullaşır (müəyyən alqoritm üzrə dəyişir). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == What is carrier frequency?
Yüksək tezlik çəpərləyicisi
Yüksək tezlik çəpərləyicisi - elektrik veriliş xəttinin (EVX) faz naqilinin əvvəlində və sonunda quraşdırılan, yüksək tezlik kanalının işçi tezliyinə yüksək müqavimət göstərən, sənaye tezliyində (50 Hs) isə kiçik müqavimət göstərən elektrotexniki cihazdır. Yüksək tezlik çəpərləyiciləri yüksək gərginlik elektrik veriliş xətlərində (10, 35-750 kV) əks-qəza avtomatikası, rele mühafizəsi, telefon əlaqəsi, telemexanika, modulyasiya olunmuş yüksək tezlik (24-1000 kHs) siqnallarının ötürülməsini təmin etmək məqsədilə yüksək tezlikli kanallar yaratmaq üçün istifadə olunur. Siqnallar faza naqili vəya ildırımötürən trosla ötürülür. Yüksək tezlik çəpərləyicisi yüksəktezlik kanalındakı təsirləri təcrid edən yüksəktezlikli filtirdir. Çəpərləyici tənzimləyici elementə paralel qoşulmuş nüvəsiz güc reaktorundan (nominal induktivliyi 0.25...2.0 mHn olan induktiv dolaq), həmçinin mühafizə qurğusundan ibarətdir. Reaktor bir, iki və ya üç sarğılı dolağa izoləedici materialla sarınmış alüminium (və ya mis) naqildir. Sazlama elementi yüksək tezlik çəpərləyicisini müxtəlif çəpərləmə diapazonuna sazlamağa imkan verir. Sazlama elementi induktiv sarğacdan, kondansatordan və müqavimətdən ibarətdir. Mühafizə qurğuları sazlama elementini ifratgərginlikdən mühafizə etmək üçün nəzərdə tutulmuşdur. Qoruyucu cihaz olaraq, ifratgərginlik məhdudlaşdırıcıları və ya ventil boşaldıcıları götürülə bilər.
Mel tezlik kepstral əmsallar
Mel tezlik kepstral əmsallar – kepstrin filtrlər bankından istifadə edilməklə mel-şkala üzrə paylanmış qiymətləridir. MFCC əlamətlərin çıxarılması alqoritminə aşağıdakı mərhələlər daxildir: seqmentlərə bölmə, sürətli Furye çevirməsi, dəyişilmiş spektrin loqarifmi, diskret kosinus çevirməsi. Adətən, əlamətlər vektorunu formalaşdırmaq üçün MFCC əmsalların sayı 12-yə bərabər seçilir. Enerjinin loqarifmi də 13-cü əmsal kimi əlavə olunur. Ən relevant məlumat ilk 6 əmsalda olur. Əlavə əmsalların götürülməsi konkret hal və diktorla müəyyən edilir. Delta- və delta-delta əmsalları da əlavə etməklə MFCC əlamətlər vektorunun ölçüsü 39-a bərabər ola bilər:• enerji, Δ-enerji, ΔΔ-enerji;• 12 kenstral əmsal;• 12 Δ-əmsal;• 12 ΔΔ-əmsal. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.
Diferensial tənliklər
Riyaziyyatda diferensial tənlik bir və ya daha çox funksiya və onların törəmələrini əlaqələndirən bir tənlikdir. Bu cür münasibətlər olduqca yaygın olduğundan, diferensial tənliklər mühəndislik, fizika, iqtisadiyyat və biologiya da daxil olmaqla bir çox fənlərdə məşhur rol oynayır. Diferensial tənliklərin öyrənilməsi əsasən onların həllərinin (tənliyi ödəyən edən funksiyaların məcmusu) və həllərinin xüsusiyyətlərinin öyrənilməsindən ibarətdir. Yalnız ən sadə diferensial tənliklər açıq formullarla həll edilə bilər; lakin verilmiş bir diferensial tənliyin həllərinin bir çox xüsusiyyətləri onları dəqiq hesablamadan müəyyən edilə bilər. Həlllər üçün qapalı formalı bir ifadə olmadıqda, kompüterlər istifadə edilərək sayları yaxınlaşdırıla bilər. Dinamik sistemlər nəzəriyyəsi, diferensial tənliklərlə təsvir olunan sistemlərin keyfiyyətcə təhlilinə diqqət yetirir, halbuki müəyyən bir dəqiqlik dərəcəsi ilə həlli təyin etmək üçün bir çox sayda metod hazırlanmışdır. == Tarix == Diferensial tənliklər əvvəlcə Newton və Leibniz tərəfindən hesablama ixtirası ilə meydana gəldi. Onun 1671-ci il iş metodu 2-ci hissəsində Methodus fluxionum et Serierum Infinitarum, Isaac Newton üç növ diferensial tənlikləri sadaladı: d y d x = f ( x ) d y d x = f ( x , y ) x 1 ∂ y ∂ x 1 + x 2 ∂ y ∂ x 2 = y {\displaystyle {\begin{aligned}&{\frac {dy}{dx}}=f(x)\\[5pt]&{\frac {dy}{dx}}=f(x,y)\\[5pt]&x_{1}{\frac {\partial y}{\partial x_{1}}}+x_{2}{\frac {\partial y}{\partial x_{2}}}=y\end{aligned}}} Bütün bu hallarda, y ( x ) və ya bilinməyən bir funksiyadır x 1 {\displaystyle x_{1}} və x 2 {\displaystyle x_{2}} ) və f verilən bir funksiyadır. Sonsuz seriyalardan istifadə edərək bu nümunələri və digərlərini həll edir və həllərin qeyri-bərabərliyini müzakirə edir. Jacob Bernoulli 1695-ci ildə Bernoulli diferensial tənliyini təklif etdi.
Adi diferensial tənliklər
Sərbəst dəyişən x {\displaystyle x} , axtarılan funksiya y ( x ) {\displaystyle y\left(x\right)} və onun törəməsi y ′ ( x ) {\displaystyle y^{\prime }\left(x\right)} arasıda verilmişmünasibətinə birtərtibli adi diferensial tənlik deyilir.Aydındır ki, F ( x , y , z ) {\displaystyle F\left(x,y,z\right)} funksiyası x , y {\displaystyle x,y} dəyişənlərinin birindən və ya hər ikisindən asılı olmaya da bilər, lakin (1) tənliyinin diferensial tənlik olması üçün bu funksiya z {\displaystyle z} - dən hökmən asılı olmalıdır.şəklində olan tənliyə törəməyə nəzərən həll olunmuş birtərtibli aid diferensial tənlik deyilir.Tutaq ki, f ( x , y ) {\displaystyle f\left(x,y\right)} funksiyası X O Y {\displaystyle XOY} müstəvisinin muəyyən bir D {\displaystyle D} oblastında təyin olunmuşdur.Оblast dedikdə, aşağıdakı 2 şərtini ödəyən boş olmayan D {\displaystyle D} nöqtələr çoxluğu başa düşülür: 1) D {\displaystyle D} açıq çoxluqdur, yəni onun hər bir nöqtəsi özünün müəyyən bir ətrafı ilə bu çoxluğa daxildir; 2) D {\displaystyle D} çoxluğu əlaqəli çoxluqdur, yəni onun istənilən iki nöqtəsini tamamilə D {\displaystyle D} – nin daxilində yerləşən və təşkilediçilərinin sayı sonlu olan sınıq xətt vasitəsilə birləşdirmək olar.Tərif. Əgər ( a , b ) {\displaystyle \left(a,b\right)} inteqralında diferensiallanan y = φ ( x ) {\displaystyle y=\varphi \left(x\right)} funksiyası şərtlərini ödəyirsə, həmin funksiyaya (2) tənliyinin ( a , b ) {\displaystyle \left(a,b\right)} intervalında həlli deyilir. Bəzən diferensial tənliyin həllinin qeyri – aşkar funksiya kimi və ya parametrik şəkildə tapmaq əlverişli olur.Tərif. Əgərbərabərliyindən qeyri – aşkar funksiya kimi təyin olunan y = φ ( x ) {\displaystyle y=\varphi \left(x\right)} funksiyası (2) tənliyinin həlli olarsa, (3) münasibətinə (2) tənliyinin qeyri – aşkar şəkildə həlli deyilir.Tərif. Parametrik şəkildə verilmişfunksiyası hər bir t {\displaystyle t} üçün: 1) ( φ ( t ) , ψ ( t ) ) ∈ D {\displaystyle \left(\varphi \left(t\right),\psi \left(t\right)\right)\in D} 2) x ′ = φ ′ ( t ) , y ′ = ψ ′ ( t ) , ( φ ′ ( t ) ≠ 0 ) {\displaystyle x^{\prime }=\varphi ^{\prime }\left(t\right),y^{\prime }=\psi ^{\prime }\left(t\right),\left(\varphi ^{\prime }\left(t\right)\neq 0\right)} sonlu törəmələri və 3) ψ ′ ( t ) φ ′ ( t ) = f ( φ ( t ) , ψ ( t ) ) {\displaystyle {\frac {\psi ^{\prime }\left(t\right)}{\varphi ^{\prime }\left(t\right)}}=f\left(\varphi \left(t\right),\psi \left(t\right)\right)} bərabərliyi ödənirsə, onda (4) funksiyasına (2) tənliyinin ( α , β ) {\displaystyle \left(\alpha ,\beta \right)} inteqralında parametrik şəklində həlli deyilir.Misallar: 1. y ′ = 2 x {\displaystyle y^{\prime }=2x} tənliyi birtərtibli aidi diferensial tənlikdir. İnteqral hesabından bilirik ki, onun həlli y = x 2 + c ( − ∞ < x < + ∞ ) {\displaystyle y=x^{2}+c\,\,\left(-\infty <x<+\infty \right)} düsturu ilə təyin olunur. Bu düsturdan görürük ki, y ′ = 2 x {\displaystyle y^{\prime }=2x} tənliyi bir yox, sonsuz sayda həllə malikdir. Burada C {\displaystyle C} ixtiyari sabitdir.Ümumiyyətlə, y ( n ) = 0 {\displaystyle y^{\left(n\right)}=0} n {\displaystyle n} - tərtibli tənliyin həlli isə n {\displaystyle n} dənə sabitdən asılı olan həllər ailəsinə malikdir.2. y = e 2 x + e x {\displaystyle y=e^{2x}+e^{x}} funksiyası y ′ = y + e 2 x {\displaystyle y^{\prime }=y+e^{2x}} tənliyinin həllidir. Doğrudan da, y = e 2 x + e x {\displaystyle y=e^{2x}+e^{x}} funksiyası ( − ∞ , + ∞ ) {\displaystyle \left(-\infty ,+\infty \right)} inteqralında təyin olunmuş və diferensiallanandır, onu tənlikdə nəzərə alsaq x {\displaystyle x} - in bütün qiymətlərində doğru olduğunugörərik.
Xətti tənliklər sistemi
Xətti tənliklər sistemi mövzusunun elementləri hələ orta məktəbdə tədris olunmağa başlayır. Ən sadə xətti tənliklər sistemi { a 1 x + b 1 y = c 1 a 2 x + b 2 y = c 2 {\displaystyle {\begin{cases}a_{1}x+b_{1}y=c_{1}\\a_{2}x+b_{2}y=c_{2}\end{cases}}} şəklində olan sistemdir. Burada a 1 , b 1 , c 1 , a 2 , b 2 , c 2 {\displaystyle a_{1},b_{1},c_{1},a_{2},b_{2},c_{2}} verilmiş əmsallar, x {\displaystyle x} və y {\displaystyle y} isə dəyişənlərdir. Aydındır ki, hansı tənliyi birinci və hansını ikinci yazmağın əhəmiyyəti yoxdur. Ona görə də a 1 ≠ 0 {\displaystyle a_{1}\neq 0} qəbul edə bilərik. Orta məktəbdə belə sistemin həlli üçün təklif olunan üsullardan biri cəbri toplama üsulu adlanan üsuldur. Bu üsulun mahiyyəti aşağıdakı kimidir. Birinci tənliyin hər iki tərəfini − a 2 a 1 − 1 {\displaystyle -a_{2}a_{1}^{-1}} ədədinə vuraq: − a 2 x − b 1 a 2 a 1 − 1 y = − c 1 a 2 a 1 − 1 {\displaystyle -a_{2}x-b_{1}a_{2}a_{1}^{-1}y=-c_{1}a_{2}a_{1}^{-1}} alınan tənliyi ikinci tənliklə toplayıb, hər tərəfi yenidən a 1 {\displaystyle a_{1}} -ə vuraq. Əgər b 2 a 1 − b 1 a 2 ≠ 0 {\displaystyle b_{2}a_{1}-b_{1}a_{2}\neq 0} olarsa, alarıq: ( b 2 a 1 − b 1 a 2 ) y = c 2 a 1 − c 1 a 2 {\displaystyle (b_{2}a_{1}-b_{1}a_{2})y=c_{2}a_{1}-c_{1}a_{2}} və ya y = c 2 a 1 − c 1 a 2 b 2 a 1 − b 1 a 2 {\displaystyle y=\ {\frac {c_{2}a_{1}-c_{1}a_{2}}{b_{2}a_{1}-b_{1}a_{2}}}} . Alınan qiyməti birinci tənlikdə yerinə yazmaqla x {\displaystyle x} -i də tapmaq olar.