Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hindistan tirəndazı
Hindistan tirəndazı (lat. Hystrix indica) – (Rodentia) dəstəsindan bir məməli heyvan növü. == Yayılması == Kiçik və Orta Asiyanın quraq sahələrində, Qazaxıstanın Cənubunda, Levantda, Qərbi Ərəbistanda, Cənubi Qafqazda, İndostanda, Tibetdə və Şri-Lanka adasında məskən salmışlar. Bu növə XIX əsrin sonlarından başlayaraq, Azərbaycanın bütün ərazillərində rast gəlmək mümkündür. XX əsrin başlanğıcında bu növ Talış dağlarında və Kiçik Qafqazın Cənub-qərb hissəsi üçün səciyyəvi idisə, sonralar onun Respublikanın digər arid və meşəli rayonlarında, hətta Dağıstanla sərhəddə yerləşən Samur çayı boyunca yayılması haqqında məlumatlar əldə olunmuşdur.. == Yaşayış yeri və həyat tərzi == Müxtəlif landşaftlarda məskən salır. Özləri tərəfdən qazılan və ya porsuq yuvalarında, mağaralarda, qayanın çatlarında, daş qırıntıları və yuyulma nəticəsində əmələ gələn yarğanlarda məskunlaşırlar. Yuvaları mürəkkəb və çoxşaxəli quruluşa malikdir. Yaşayış məntəqələri yaxınlığında tez-tez rast gəlinir. Ailə qrupları əmələ gətirir.
Tirəndazlar
Tirəndazlar (lat. Hystricidae) — Gəmiricilər dəstəsinə aid fəsilə. Tirəndazlar məməlilər arasında ən üzün tikanlara malik heyvandır. Bu tikanlardan bəzilərinin uzunluğu 40 sm, diametri 7 mm-ə çatır. Tirəndazlar əsasən Asiya və Afrikanın tropik və subtropik hissələrində yayılmışlar. Onun Avropanın cənubuna insan tərəfindən gətirilməsi, yaxud təbii şəkildə gəlməsi hələ də aydınlaşdırılmayıb. Əsas növləri cənub-şərqi Asiyadadır. Onlar həmçinin Avropa, Afrika, Hindistan, Cənubi Amerika, həmçinin ABŞ, Kanada, Orta Asiya və Qazaxıstanda da yaşayırlar. Onların təbii yaşadıqları yer səhralar, savannalar və tropik meşələr də ola bilər. Yerdə yaşayırlar.
Terendez
Terendez və ya Trndez (erm. տրնդեզ) — Erməni Həvari kilsəsi və Erməni Katolik Kilsəsi tərəfindən İsanın doğumundan 40 gün sonra qeyd olunan təmizlənmə bayramı. Onun sreteniye ilə çox oxşar cəhətləri var. İki kilsə bunu müxtəlif günlərdə – 13 fevralda və 2 fevral qeyd edirlər. Trndez bayramı paqan mənşəlidir. Bu, ilkin olaraq xristianlıqdan əvvəlki Ermənistanda yazın gəlişini və məhsuldarlığı simvolikləşdirən atəşpərəstlik ilə əlaqələndirilir. İnsanlar inanırdılar ki, odun gücü qışın soyuğunu aradan qaldıracaq, münbit torpaq və bol məhsul götürməyə imkan verəcək. Cütlüklər, xüsusən də yeni evlənənlər şans, firavanlıq və məhsuldarlıq üçün Trndez alovlarının üstündən tullanırdılar. Od külünün müalicəvi xüsusiyyətlərə malik olduğuna inanılırdı, çünki insanlar ondan ağrı üçün məlhəm kimi istifadə edir və görmə qabiliyyətini yaxşılaşdırmaq üçün göz qapaqlarına sürtürlər. Rusiya Federasiyasının bəzi şəhərlərində də (Moskva, Ryazan və s.) Terendez qeyd olunur.