Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tonqa
Tonqa (ton.: Tonga, ing. Tonga [ˈtoŋa]), rəsmi adı — Tonqa Krallığı (ton.: Puleʻanga Fakatuʻi ʻo Tonga, ing. Kingdom of Tonga) — Sakit Okean hövzəsinin Polineziya sahəsində yerləşən dövlət. Şimalda Samoanın ərazi su hövzəsi, şərqdə Niuenin ərazi su hövzəsi, qərbdə Ficinin ərazi su hövzəsi ilə həmsərhəddir. Sahil su xətti — 419 km. Tonqa eyniadlı arxipelaqın 177 adasında yerləşib. Amma bu adaların ancaq 36-da əhali məskunlaşmışdır.Quru ərazisi — 750 кm². Əhalisi — 119 min 009 nəfər. (2008-ci il rəqəmi). Paytaxtı — Nukualofa(əhalisi 30 min).
Tonqa bayrağı
Tonqa bayrağı — Tonqanın Dövlət bayrağı
Tonqa dili
Tonqa dili (tonqa lea faka-Tonga)- Avstroneziya dillərinə aid olan və Tonqada danışılan dildir.Təxminən 220.000 nəfər bu dildə danışırlar və Tonqanın milli dilidir.
Tonqa himni
Tonqa adaları kralının mahnısı (Tonqaca: Ko e fasi ʻo e tuʻi ʻo e ʻOtu Tonga)- Tonqanın dövlət himnidir. Lakin gündəlik həyatda fasi fakafonua ("milli mahnı") adlandırılır. Sözlərinin müəllifi Şahzadə Uelinqatoni Nqu Tupoumalohi və bəstəkarı isə Karl Qustavus Şmittdir və 1874-cü ildə təsdiq olunub. ʻE ʻotua māfimafi ko homau ʻeiki koe ko koe ko e falalaʻanga mo e ʻofa ki Tonga. ʻAfio hifo ʻemau lotu ʻaia ʻoku mau faí ni mo ke tali homau loto ʻo maluʻi ʻa Tupou. Ey,hər şeyə qadir Tanrı! Sən bizim Rəbbimizsən, Sənsən Tonqanın sütunu Və Tonqa üçün sevgi. Bizim dualarımıza bax O indi etdiyimiz işdir Olsun ki istəklərimizə cavab verəsən Tupounu qorumaq üçün.
Tonqa paanqası
Paanqa — Tonqanın pul vahidi. Krause, Chester L.; Clifford Mishler (1991). Standard Catalog of World Coins: 1801–1991 (18th ed.). Krause Publications. ISBN 0873411501. Pick, Albert (1994). Standard Catalog of World Paper Money: General Issues. Colin R. Bruce II and Neil Shafer (editors) (7th ed.). Krause Publications. ISBN 0-87341-207-9.
Alp Ər Tonqa
Alp Ər Tonqa (Əfrasiyab)— əfsanəvi türk xaqanı. "Alp" sözünün mənası "igid", "qəhrəman", "bahadır", "ər" sözünün mənası "erkək adam", "tonğa" sözünün mənası isə "bəbir" deməkdir". Alp Ər Tonqadan bəzən Saka xanı kimi də bəhs edilir. == Həyatı == Həyatı haqqında məlumatlar əfsanələrlə bağlı olan Alp Ər Tonganın turançılara görə türklərin qədim atalarının soyundan gəldiyi önə sürülür. Ayrıca Divanü-Lügat-it-Türkdə və Qutadqu-Bilikdə, İran dastanı "Şahnamə"nin qəhrəmanı Əfrasiyabla eyni adam olduğu bilinir. "Şahnamə"yə görə İran-Turan savaşları sırasında Keyxosrov ilə girişdiği mübarizə zamanı pusquya salınaraq öldürülmüşdür. Öldürülməsiylə bağlı Alp Ər Tonga Sagusu, Divan-ı Lügati't-Türk'ün müxtəlif yerlərində örnək mətin olarak verilmişdir. == Orxon yazılarında == Alp Ər adı, Altay dağlarından olan qədim runik Türk yazılarında da bəhs edilmişdir. Orxon Yazılarıında (i, kuzəy. 7, ii, doğu.
Tonqa Milli Futbol Çempionatı
Tonqa Qırmızı Xaç Cəmiyyəti
Tonqa Qırmızı Xaç Cəmiyyəti — 1961-ci ildə yaradılmışdır və baş qərargahı Nukualofa şəhərində yerləşir.
Tonqa 2018 Qış Olimpiya Oyunlarında
Tonqa 2018 Qış Olimpiya Oyunlarında — 9 fevral-25 fevral tarixləri arasında Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən 2018 Qış Olimpiya Oyunlarında Tonqan idmanşısının iştirakı. Tonqadan bu qış olimpiya oyunlarında cəmi 1 iştirakçı ilə təmsil olunur. Bu artıq Tonqanın qış olipiyadalarında ikici iştirakıdır. Ölkəni xizək yarışlarında Pita Taufatofua təmsil edəcək. O, ölkəni Rio-de-Janeyroda keçirilən 2016 Yay Olimpiya Oyunlarında Taekvondo idman növü üzrə təmsil etmişdir. Xizək yarışları Pita Taufatufa Yarışma qaydararına görə idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak hüququ əldə edir. İdmançı "A" kateqoriyalı lisenziya əldə etmək məqsədi ilə BXİF reytinqində 100 xal toplamalıdır. Bununla belə hər milli olimpiya komitəsi "B" kateqoriyasını təmin etmiş 1 kişi və 1 qadın idmançı ilə təmsoil oluna bilər. Qadınlar 10 km, kişilər isə 15 km xizək yarışlarında iştirak etmək hüququ əldə edir. Nəticəyə əsasən Tonqa kişilərin "B" kateqoriyalı 15 km-lik xizək yarışlarında Pita Taufatufanın uğurlu uğurlu çıxışı sayəsində bir iştirakçı ilə təmsil olunmaq hüququ əldə etmişdir.
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Tonqan dili
Tonqa dili (tonqa lea faka-Tonga)- Avstroneziya dillərinə aid olan və Tonqada danışılan dildir.Təxminən 220.000 nəfər bu dildə danışırlar və Tonqanın milli dilidir.
Ahu Tonqariki
Ahu Tonqariki —Ahu Tonqariki Sakit okeanda Şərqi Polineziyada Rapa Nui adasında (Pasxa adası) arxeoloji ərazidir. == Tarixi == Ahu Tonqariki, Rapanuinin şərq konfederasiyası olan Hotu İtinin əsas mərkəzi və paytaxtı idi. Moai Ahu Tonqariki adada vətəndaş müharibəsi zamanı devrilmişdi. 1960-cı ildə Çili sahillərində zəlzələ nəticəsində yaranan sunami Ahu Tonqariki bölgəsini basdı. Ahu Tonqariki əsasənv XX əsrin 90-cı illərində əhəmiyyətli dərəcədə bərpa olundu. Ahu arxeoloqlar Klaudio Kristino və Patrisiya Varqasın başçılıq etdiyi şoxprofilli qrup tərəfindən bərpa edilmişdir. Beş illik layihəyə daxil olan bərpa işləri Çili hökumətinin Tadano Limited şirkəti və Çili Universiteti ilə rəsmi razılığı əsasında həyata keçirilib. == Təsviri == Ahu Tonqariki Pasxa adasındakı ən böyük ahudur. Bu ahu Pasxa adasının cənub sahilində, iki sönmüş — Rano Raraku və Poika vulkanlarının yaxınlığında yerləşir. Ahu Tonqariki moaisinin demək olar ki, yarısı hələ də Rano Rarakunun yamaclarında basdırılır.
Azərbaycanda tonqal qalamaq adəti
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Sahil tonqal otu
Sahil tonqal otu - lat. Zerna riparia R. sıx çim əmələ gətirən,dik duran, çox gövdəli ot bitkisidir. Taxıllar fəsiləsinin efemer xassəli çoxillik ot bitkisidir. Yarpaqlan ensiz xətli olub 30-60(70) sm-ə qədər boy verirlər. Çiçəkyanlığı süpürgəvaridır və hər gövdənin tilində 10-15 sm uzunluğunda yerləşirlər. May ayının əvvəlində çiçəkləyir, sonunda isə meyvə verirlər. Bir qədər quraqlığa davamlıdır, suvarıldıqda bol yaşı, kütlə verirlər. Sahil tonqa, otu rekultivasiyanın bioloji mərhələsində əkin qara yoncası ilə sıx cəngəllik əmələ gətirə bilirlər. Yaxşı fitomeliorativ xüsusiyyətə malikdir.
Tonqada təhsil
Tonqada təhsil Tonqada 14 ali və orta ixtisas məktəbi vardır (onlardan 8 — özəl məktəb). Texniki-Peşə Təhsili və Tədrisi İnstitutu (ing. Institute for Vocational Education and Training) Politexnik İnstitutu (ing. Polytechnical Institute) Pedaqoji Kollec (ing. Teacher's College) Kraliça Salot adına Tibb Bacıları Məktəbi (ing. Queen Salote School of Nursing) Cənubi Sakit Okean Universiteti . Tonqa Xüsusi Polis Məktəbi (ing. Tonga Police Training School).
Tonqalotu
Tonqalotu (lat. Bromus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Yapon tonqalotu
Yapon tonqalotu (lat. Bromus japonicus) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin tonqalotu cinsinə aid bitki növü.
Tinqa
Lilbalıq (lat. Tinca tinca) — lilbalıq cinsinə aid balıq növü. Çəkikimilər fəsiləsinə aid balıq növüdür. D III–IV 8, A III 7, birinci qəlsəmə qövsündə 16–20 dişcik olur. Udlaq dişləri bir sırada yerləşir, adətən 4–5 və ya 5–4 olur. Lilbalığının bədəni pulcuqlarla və sıx seliklə örtülüdür. Pulcuqlar xırda olub, dəridə möhkəm yerləşmişdir. Yan xətt bədənin tam ortasında yerləşir. Orta hesabla hər sırada 100-ə yaxın pulcuq olur. Rəngi qidalanma şəraitindən asılıdır: yaşımtıl-gümüşü (qumsal şəffaf sularda) rəngdən bürünc çalarlı tünd-qonur (lil qruntlu su hövzələri) rəngə qədər olur.
Tonya
Tonya (türk. Tonya) — Trabzon ilinin ilçəsi.
Tona
Tona, Tana (erm.: e.ə. Դեբեդ, l.ə. Debed, gür.: g.ə. დებედა, l.ə. Debeda) — indiki Ermənistan və Gürcüstan ərazilərindən axan çay. Anaxatır çayının sağ qolu. XIX əsrin sonu, XX əsrin əvvəllərinədək Rus mənbələrində tarixi Borçalı mahalının adı ilə Borçalı çayı adlanırdı. Tona hövzəsi Kiçik Qafqazın təqribən orta hissəsində, Ermənistan (yuxarı və orta axımı) və Gürcüstan (aşağı axımı) ərazisində yerləşir. Hövzə 44° və 45°10′ şərq uzunluqları və 40°30′ ilə 41°15′ şimal enlikləri arasında yerləşir. Tona çayı iki ən böyük qolları olan Cəlaloğlu və Pəmbək çaylarının birləşməsindən yaranır.
Toqa
Toqa (lat. Toga, lat. tego – örtürəm) — Qədim Romada vətəndaşların üst geyimi, qolsuz uzun plaş. Adətən ağ yun parçadan tikilirdi. Toqa böyük yun parçadan olub, dairəvi və ya oval şəkilə malikdir. Onun uzunluğu 6 m və daha artıq olub, dairəvi kənarı 2 m-ə çatır. Yalnız Roma vətəndaşlığı olanlar toqa geyinə bilərdilər.
Pap Yonqa
Pap Yonqa (1 iyul 1997) — Qambiyalı üzgüçü. Pap Yonqa Qambiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Pap Yonqa birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 27.48 saniyəlik nəticəsi ilə 79-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Tolqa Sarıdaş
Tolqa Sarıdaş (30 may 1991, İstanbul) — Türkiyə aktyoru. Əslən Sivaslıdır. İstanbulda doğulub, böyümüşdür. Xəlil Aqqənd litseyindən məzun olub. Litseydəki təhsili bitdikdən sonra aktyorluğa maraq göstərib. Əsənyurd bələdiyyə teatrı və Zeytun budağı teatrlarında aktyorluq edib. Bir neçə film və teleserialdan sonra Möhtəşəm yüz il adlı teleserialda canlandırdığı Şahzadə Cahangir roluyla Türkiyədə məşhurlaşmağa başlayıb. Günəşin qızları adlı teleserialda Ali Mərdoğlu rolunu canlandırmışdır. 20 yanvar, 2017-ci ildə yayımlanan Pis uşaq filmində Meriç Tuna rolunda olmuşdur. Hal-hazırda Söz adlı teleserialda Yavuz Qarasu rolunu canlandırır.
Tolqa Taş
Tolqa Zəngin
Tolqa Zəngin (d. 10 oktyabr 1983, Türkiyə) — Beşiktaş PFK-da forma geyinən Türkiyəli qapıçı.
Tolqa Çevik
Tolga Çevik (Tolqa Çevik) - Türk komediya ustası, teatr, kino və serial aktyoru. "Avrupa Yakası" adlı serialda Sacit Kral xarakterini canlandırmışdır. Serialdan çıxdıqdan sonra "Komedi Dükkanı" adlı komediya proqramında çıxış etməyə başlamışdır. 1996-cı ildə Missuri Ştatı Mərkəzi Universitetinin Teatr sənəti fakültəsinin aktyorluq bölməsini bitirmişdir. Məşhur amerikalı aktyor Robin Uilyamsdan dərs almışdır. ABŞ-dakı təhsilini tamamladıqdan sonra Hadi Çaman Teatrında profesional səhnə həyatına başlamışdır. BKM-nin aktyoru olan Tolga Çevik, əsasən BKM istehsalı olan film, serial və tamaşalarda rol alır. Cem Yılmazın bacısı Özge Yılmaz ilə evlidir. Bir qızı (Tuna) və bir oğlu (Tan) var.
Tonka (yanacaq)
Raket yanacağı TQ-02 (Samin) — Almaniyada İkinci Dünya müharibəsi dövründə inkişaf etdirildi və alman adı “Tonka-250” idi. Bu bir sıra anti-təyyarə, balistik raketlərdə, eləcə də raket daşıyici larında istifadə edilmişdir. TQ-02 raket yanacağının tərkibi ksilidin C6H4CH3NH2 və texniki trietilamin (C2H5)3 qarışığıdır. Yanacağın tərkibində olan trietilamin və ksilidin (6 izomer) – zəhərli və kanserogen maddələr qrupuna aid olmasına görə ətraf mühitə, sakinlərin sağlamlığına zərər verən və yeraltı suların çirklənməsi ilə nəticələnə bilən təhlükə mənbəyidir. TQ-02 yanacağı giqroskop, havadaki oksigenlə vaxtaşırı oksidləşir və bu prosesin katalizatorları kimi işıq, yüksək temperatur, rütubət və mis ionlarının iştiraki qeyd edilir.Əvvəllər yararsız vəziyyətə düşmüş “Samin” açıq tipli sobalarda yandırırdılar. Bu üsul ətraf mühitin çirklənməsi ilə nəticələnirdi. Bununla bağlı adı çəkilən yanacaqdan trietilamin (88-92 °C) və ksilidenlər (220-224 °C) ayrılırlar. Yanacağın rektifikasiya ilə ayrılması nəticəsində az miqdarda dietilaminin qarışığı ilə 43% texniki trietilamin və 41% ksilidinin qarışıq izomerləri alınır. Atmosfer təzyiqində 220 °C qovulan ksilidenlərdə parçalanma prosesi müşahidə olunur. Odur ki, həmin bu proses 80-82jC 10 mm/cs-da vakuumda aparılır.
Tonqo plitəsi
Tonqo plitəsi — tekoktonik plitə olaraq 0,00625 steradian sahəyə malikdir. Avstraliya plitəsinin tərkib hissəsinə daxildir. Sakit okeanın qərbində yerləşir və Tonqo adalarının təməlini təşkil edir. Sakit Okean plitəsi ilə şərqdən sərhədlənir. Burada Tonqo çökəkliyini əmələ gəlir. Qərbdə Niufoou plitəsi və Avstraliya plitəsi, cənubda isə Kermadek plitəsi ilə sərhədlənir.
Tsonqa dili
Tsonqa dili (tsonqa Xitsonga) — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Tsonqalılar (Şanqanlar kimidə tanınan)tərəfindən danışılır.
Tolqa Çandar
Tolga Çandar (16 avqust 1959, Muğla ili) Türk Xalq musiqisi sənətçisidir. ODTÜ 3. sinifdə yoldaşlarıyla birlikdə qurduğu Çağdaş Türkü qrupu olaraq Bekle Beni albomunu çıxardı. Delikanlıya albomundan sonra qrup dağıldı. Tolga Çandar albomlarına davam etdi.
Donqa departamenti
Donqa departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Donqa departamentinin ərazisi 11 126 km2-dır. Donqa departamentinə 4 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Donqa departamentinin əhalisi 542 605 nəfərdir.
Tonqo çökəkliyi
Tonqo çökəkliyi — Sakit okeanda yerləşən okean çökəkliyi. Çökəklik Tonqa silsiləsinin şərq sahillərində yerləşir. Burada Kermadek çökəkliyi ilə birləşir. Kermades Kuril adalarının şərq sahili boyunca Kamçatka yarımadası sahilləri qədər uzanır. Çökəklik 860 km məsafədə uzanır və eni 6000 metrlə 80 km arasında dəyişir. Maksimal dərinliyi 10 882 metrdir. Bu nöqtə dünya okeanının cənub yarımkürəsində ən dərin nöqtəsidir. 14 aprel 1970-ci ildə Apollon 13 kosmik gəmisi Radioizotopik termoelektrik generatorla yer kürəsinə qayıdarkən Sakit okeanının cənub hissəsindən atmosferə daxil olur. Fici adalarının cənubuna 6 min metr dərinliyə batır.
Nazlı Tolga
Nazlı Tolga Brenninkmeyer (8 noyabr 1979, Ankara) — türk-holland jurnalisti və xəbər aparıcısıdır. O, atasının vəzifəsi ilə əlaqədar 7 yaşında Ankaradan İstanbula köçüb. Əvvəlcə Erenköy İbtidai məktəbini, daha sonra Üsküdar Amerikan Liseyini bitirib . Universitet təhsilini Marmara Universitetinin Ünsiyyət fakültəsində tamamladı. Daha sonra Qalatasaray Universitetinin Ünsiyyət fakültəsində magistr dərəcəsi aldı. Jurnalistika karyerasına 1998-ci ildə universitetdə oxuyarkən Kanal D -də təcrübə ərizəsi qəbul edildikdən sonra başlayıb. O, ilk olaraq Kanal D-də Xarici Xəbərlər xidmətində işə başlayıb. Daha sonra Tuncay Özkan baş redaktorda gündəlik və gecə xəbərlərini təqdim etdi. Tuncay Özkan 4 il Kanal D-də qaldıqdan sonra 2002-ci ildə Tuncay Özkan ilə Doğan Qrupu arasında yaranan fikir ayrılığına görə Defne Samyeli və komandası ilə Show TV -yə keçdi. Show TV-də qaldığı 1 il ərzində gecə-gündüz xəbərləri ilə yanaşı, xüsusi müsahibələr də verib.
Tolga Çandar
Tolga Çevik
Tolga Çevik (Tolqa Çevik) - Türk komediya ustası, teatr, kino və serial aktyoru. "Avrupa Yakası" adlı serialda Sacit Kral xarakterini canlandırmışdır. Serialdan çıxdıqdan sonra "Komedi Dükkanı" adlı komediya proqramında çıxış etməyə başlamışdır. 1996-cı ildə Missuri Ştatı Mərkəzi Universitetinin Teatr sənəti fakültəsinin aktyorluq bölməsini bitirmişdir. Məşhur amerikalı aktyor Robin Uilyamsdan dərs almışdır. ABŞ-dakı təhsilini tamamladıqdan sonra Hadi Çaman Teatrında profesional səhnə həyatına başlamışdır. BKM-nin aktyoru olan Tolga Çevik, əsasən BKM istehsalı olan film, serial və tamaşalarda rol alır. Cem Yılmazın bacısı Özge Yılmaz ilə evlidir. Bir qızı (Tuna) və bir oğlu (Tan) var.
Typhlodromus longa
Typhlodromus longa (lat. Typhlodromus longa) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus longa Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda "At-dəmir yolu səhmdar cəmiyyəti"nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Konqo
Konqo bu mənaları ifadə edə bilər: