TONQAR

(Çənbərək)
böyük topa, yığın. – Bü:n malatınqadan iki tonqar taxıl yığdıx
TONQAL
TONPUZ
OBASTAN VİKİ
Ahu Tonqariki
Ahu Tonqariki —Ahu Tonqariki Sakit okeanda Şərqi Polineziyada Rapa Nui adasında (Pasxa adası) arxeoloji ərazidir. == Tarixi == Ahu Tonqariki, Rapanuinin şərq konfederasiyası olan Hotu İtinin əsas mərkəzi və paytaxtı idi. Moai Ahu Tonqariki adada vətəndaş müharibəsi zamanı devrilmişdi. 1960-cı ildə Çili sahillərində zəlzələ nəticəsində yaranan sunami Ahu Tonqariki bölgəsini basdı. Ahu Tonqariki əsasənv XX əsrin 90-cı illərində əhəmiyyətli dərəcədə bərpa olundu. Ahu arxeoloqlar Klaudio Kristino və Patrisiya Varqasın başçılıq etdiyi şoxprofilli qrup tərəfindən bərpa edilmişdir. Beş illik layihəyə daxil olan bərpa işləri Çili hökumətinin Tadano Limited şirkəti və Çili Universiteti ilə rəsmi razılığı əsasında həyata keçirilib. == Təsviri == Ahu Tonqariki Pasxa adasındakı ən böyük ahudur. Bu ahu Pasxa adasının cənub sahilində, iki sönmüş — Rano Raraku və Poika vulkanlarının yaxınlığında yerləşir. Ahu Tonqariki moaisinin demək olar ki, yarısı hələ də Rano Rarakunun yamaclarında basdırılır.