Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yoşihiro Toqaşi
Yoşihiro Toqaşi (冨樫 義博, Togashi Yoshihiro, (27 aprel 1966, Yamaqata)) — yapon manqaka. O, manqa illüstrə etməyə erkən yaşda — Şueişa tərəfindən istedadı ilə kollecdə oxuyarkən kəşf olunmamışdan öncə başlamışdır. Toqaşi ötən 30 il boyunca müxtəlif janrlarda bir sıra manqa seriyalarının müəllifi olmuşdur. O, əsasən, YuYu Hakuşo (1990–1994) və Hunter × Hunter (1998—h.h.) seriyaları ilə tanınır, hansı ki, ikisi də bütün zamanların ən çox satılan manqalarından olmuşdur. Toqaşi Seylor Munun yazıçısı — Naoko Takeuçi ilə evlənmişdir. Şinco, Yamaqatada kağız mağazası sahibi bir ailədə dünyaya gözlərini açan Toqaşi ibtidai məktəbin 1–2-ci siniflərində təhsil alarkən manqa çəkməyə başlamışdır. Tam təhsil dövründə məktəbinin təsviri sənət klubuna üzv olub; daha sonra isə Yamaqata Universitetində müəllim olmaq ümidi ilə təhsil alarkən qeydiyyatdan keçib. Kollecdə təhsil alarkən manqa işlərindən bəzilərini Şueişa tərəfindən nəşr olunan Weekly Shonen Jumpa göndərib. 1986-cı ildə 20 yaşında olarkən Buttobi Straight (ぶっとびストレート, Buttobi Sutorēto) adlı bir manqa cizmiş və bu işinə görə yeni sənətçilər üçün ən prestijli mükafat olan Tezuka mükafatını qazanmışdır. Toqaşinin Cura no Mizıki (ジュラのミヅキ, Jura no Mizuki) adlanan başqa bir manqasının isə Şueişanın 1998-da nəşr olunan birinci illik Hop Step Award Selection jurnalında honorable mention kimi adı çəkilmişdi.