Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Evangelista Torriçelli
Evangelista Torriçelli (it. Evangelista Torricelli; 15 oktyabr 1608[…], Roma – 25 oktyabr 1647[…], Florensiya[…]) — XVII əsrdə yaşamış İtalyan fizik və riyaziyyatçı. Toriçelli 1643-cü ildə hava təziqinin ölçmək üçün indi civəli barometr deyilən cihazı icad etmişdir. Uşaqlıq vaxtlarından dəqiq elmlərə maraq göstərməyə başlamışdır. 1627-ci ildə Roma şəhərinə getmiş və burada hidrolika elminin banilərindən olan Benedetto Kastelli ilə birlikdə işləmişdir. Benedetto Kastelli Qalileo Qalileyin tələbələrindən bir idi və Evangelista Torriçellidə 1641-ci ildən etibarən Qalileo Qalileylə məktublaşmağa başlamışdır. Həmin ildə Kastellinin məsləhətlərindən sonra Qalileo Qaliley Evangelista Torriçellini Toskana şəhərinə dəvət etdi. Torriçelli Toskana şəhərinə gəldikdən, bir neçə həftə sonra Qalileo Qaliley vəfat etdi. Toskana knyazı şəhərdə elmi işlərlə məşğul olmağı Qalileo Qalileyə tapşırmışdı, onun ölümündən sonra bu vəzifəyə Evangelista Torriçelli gətirildi. 1644-cü ildə Torriçelli tərəfindən Həndəsə və Mexanika bölmələrinə aid olan bir kitab nəşr edildi.