Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Transport Tycoon
Transport Tycoon və Transport Tycoon Deluxe — şotland Kris Soyer tərəfindən Şotlandiyada hazırlanan, MicroProse tərəfindən 1994 (TT) və 1995-ci (TTD) illərdə buraxılan videooyunlar. 2D ölçüsündə olan bu iqtisadi xarakterli videooyun izotermik xəritə üzərində oynanılır. Videooyunda oyunçular su, hava, quru nəqliyyatlarından ən səmərəli və tez şəkildə istifadə etmək və daha çox gəlir əldə etməyə çalışırlar. == İnkişaf etdirənlər == === TTDPatch === Oyunu inkişaf etdirən yamadır. Xüsusiyyətləri: Yeni alətlər, yeni qrafiklər. Daha çox nəqliyyat vasitəsiə Yeni stansiyalar Yeni siqnallar Daha çox inşaat seçimi Hiylələr === OpenTTD === OpenTTD isə Transport Tycoon oyunun digər platformlarda oynanıla bilən versiyasıdır. İşləməsi üçün əsas TTD sənədlərinə ehtiyac duyur.
IKAU Transport Services
International Air Transport Association
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association). 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur. IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər. IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır. IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar. Mənzil-qərargahı Monrealda yerləşir.