TRANSPORT

transport1

n 1. nəqliyyat; nəqliyyat vasitələri; 2. daşıma, daşınma

transport2

v daşımaq, gətirmək, aparmaq, köçürmək (miniklə)

TRANSPLANTATION
TRANSPORTABLE
OBASTAN VİKİ
Transport Tycoon
Transport Tycoon və Transport Tycoon Deluxe — şotland Kris Soyer tərəfindən Şotlandiyada hazırlanan, MicroProse tərəfindən 1994 (TT) və 1995-ci (TTD) illərdə buraxılan videooyunlar. 2D ölçüsündə olan bu iqtisadi xarakterli videooyun izotermik xəritə üzərində oynanılır. Videooyunda oyunçular su, hava, quru nəqliyyatlarından ən səmərəli və tez şəkildə istifadə etmək və daha çox gəlir əldə etməyə çalışırlar. Oyunu inkişaf etdirən yamadır. Xüsusiyyətləri: Yeni alətlər, yeni qrafiklər. Daha çox nəqliyyat vasitəsiə Yeni stansiyalar Yeni siqnallar Daha çox inşaat seçimi Hiylələr OpenTTD isə Transport Tycoon oyunun digər platformlarda oynanıla bilən versiyasıdır. İşləməsi üçün əsas TTD sənədlərinə ehtiyac duyur.
IKAU Transport Services
International Air Transport Association
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (ing. International Air Transport Association). 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi Konfransda təsis olunmuşdur. IATA hava nəqliyyatı sahəsində qeyri-hökumət təşkilatıdır. IATA-nın fikir və tövsiyələrini ICAO nəzərə alır və istifadə edir. IATA-nın üzvləri həqiqi (beynəlxalq hava daşımaları həyata keçirən istənilən kommersiya avia şirkətlər) və assosiasiya edilmiş (daxili hava daşımalarını həyata keçirən avia şirkətlər) üzvlərə bölünürlər. IATA tarif və rüsumlara, sərnişinlərə ümumi xidmət standartlarına dair tövsiyələrin işlənib hazırlanması, daşıma sənədlərinin unifikasiyası və standartlaşdırılması kimi işlərlə məşğul olur. IATA-nın üzvü olan aviaşirkətlər arasında özünün xüsusi hesablama orqanı vasitəsilə maliyyə hesablamaları aparır. IATA-nın idarəedici və işçi orqanları: Ümumi İclas, İcraiyyə Komitəsi, Daimi Komitələr, Katiblik, Daşımalar üzrə müvəqqəti regional konfranslar. Mənzil-qərargahı Monrealda yerləşir.
Metropolitan Transportation Authority
Metropolitan Transportation Authority ABŞ-nin Nyu-York ştatında ictimai nəqliyyatdan məsul olan təsərrüfat hesabına fəaliyyət göstərən bir şirkətdir. Nyu-Yorkun 12 qraflığı ilə yanaşı Konnektikut Nəqliyyat Departamenti ilə müqavilə əsasında cənub-şərqi Konnektikutin 2 qraflığına da xidmət edir. Həftəiçi günlərdə ümumi sistem vasitəsilə ortalama 11 milyondan artıq sərnişin daşınır və yeddi pullu körpü və iki tunel 800.000-dən artıq nəqliyyat vasitəsinə xidmət göstərir. MTA ABŞ-də ən böyük ictimai nəqliyyat idarəsidir.
Transportir
Transportir və ya bucaqölçən, bucaqların ölçülməsi üçün alət. Tipik bir transportir bir qayda olaraq 1° aralıqlarla ölçür və hər 5 və ya 10°-lik interval uzun bir xətt ilə göstərilir. Bununla birlikdə daha mürəkkəb işlərdə istifadə olunan transportirlər daha dəqiq ölçülü ola bilərlər. Bucaqları 0,1 qövs saniyəsi (1°/3600) dəqiqliyi ilə ölçməyə imkan verən optik transportir (qoniometr), fırlanan bir dairə, bu dairəyə perpendikulyar olan bir ox üzərində nişanlama durbinindən və vernier dairəsindən ibarətdir. Kristalloqrafiyada, prizmaların və optik komponentlərin qurulmasında istifadə olunur.
Zirehli transportyor
Zirehli transportyor (ZTR) piyada qoşun hissələrinin döyüş ərazisinə təhlükəsiz şəkildə çatdırılması məqsədilə hazırlanmış zirehli döyüş maşını növüdür. Zirehli transportyoru piyadanın döyüş maşınından fərqləndirən əsas cəhət onların daşıya bildikləri silah sistemləridir. Əsas etibarilə müxtəlif çaplı pulemyotlarla təchiz olunan bu kimi döyüş maşınları bəzi hallarda geri təpməsiz top, tank əleyhinə idarəolunan raket və ya minaatanla da silahlana bilər. Birbaşa döyüş əməliyyatları üçün dizayn olunmayan bu maşınlar əsasən daşıdıqları hərbçiləri şrapnel yaralanmasından və düşmən pusqusu zamanı atəşdən qorumaq vəzifəsi daşıyır. Bu nəqliyyat vasitəsinə nisbətən daha möhkəm zirehlə örtülü olan zirehli döyüş maşınları isə birbaşa döyüşdə iştirak etmək üçün yaradılmışdır. Müasir dövrdə bir çox ölkənin silahlı qüvvələrində istismar olunan ZTR-lərə ABŞ istehsalı M113, Rusiya istehsalı BTR-60, BTR-70, BTR-80 və s. misal göstərmək olar.

Значение слова в других словарях