Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zirehli transportyor
Zirehli transportyor (ZTR) piyada qoşun hissələrinin döyüş ərazisinə təhlükəsiz şəkildə çatdırılması məqsədilə hazırlanmış zirehli döyüş maşını növüdür. Zirehli transportyoru piyadanın döyüş maşınından fərqləndirən əsas cəhət onların daşıya bildikləri silah sistemləridir. Əsas etibarilə müxtəlif çaplı pulemyotlarla təchiz olunan bu kimi döyüş maşınları bəzi hallarda geri təpməsiz top, tank əleyhinə idarəolunan raket və ya minaatanla da silahlana bilər. Birbaşa döyüş əməliyyatları üçün dizayn olunmayan bu maşınlar əsasən daşıdıqları hərbçiləri şrapnel yaralanmasından və düşmən pusqusu zamanı atəşdən qorumaq vəzifəsi daşıyır. Bu nəqliyyat vasitəsinə nisbətən daha möhkəm zirehlə örtülü olan zirehli döyüş maşınları isə birbaşa döyüşdə iştirak etmək üçün yaradılmışdır. Müasir dövrdə bir çox ölkənin silahlı qüvvələrində istismar olunan ZTR-lərə ABŞ istehsalı M113, Rusiya istehsalı BTR-60, BTR-70, BTR-80 və s. misal göstərmək olar.
Transportir
Transportir və ya bucaqölçən, bucaqların ölçülməsi üçün alət. Tipik bir transportir bir qayda olaraq 1° aralıqlarla ölçür və hər 5 və ya 10°-lik interval uzun bir xətt ilə göstərilir. Bununla birlikdə daha mürəkkəb işlərdə istifadə olunan transportirlər daha dəqiq ölçülü ola bilərlər. Bucaqları 0,1 qövs saniyəsi (1°/3600) dəqiqliyi ilə ölçməyə imkan verən optik transportir (qoniometr), fırlanan bir dairə, bu dairəyə perpendikulyar olan bir ox üzərində nişanlama durbinindən və vernier dairəsindən ibarətdir. Kristalloqrafiyada, prizmaların və optik komponentlərin qurulmasında istifadə olunur.