Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cryostasis: Sleep of Reason
Cryostasis: Sleep of Reason (rus. Анабиоз: Сон разума; azərb. Anabioz: İdrak yuxusu‎) — "Action Forms" tərəfindən hazırlanan və nəşr olunan "survival horror" janrında videooyun. == Geympley == Oyunun hekayəsi başqa bir personajın yaddaşına nüfuz etmək və bu personajın keçmişdə etdiyi hərəkətləri dəyişdirmək bacarığı olan "Mental Echo" adlı unikal sistemin köməyi ilə cərəyan edir. Bu, insanların xatirələrində bədənlərini ələ keçirərək və tarixin gedişatını dəyişdirərək, insanların həyatını xilas edə bilər. Arktika şəraitində qurulan oyun sağlamlıq sayğacı kimi bədən istiliyindən istifadə edir. Oyunçu sağlamlığını artırmaq üçün istilik mənbələrindən istifadə etməlidir. Oyun birinci şəxs baxış bucağından oynanılır.
Breanson
Breanson (fr. Bréançon) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz. Əhalisi — 332 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 40 km şimal-şərqdə, Serji belediyyənin 29 km şimalda yerləşir.
Trenton
Trenton — ABŞ-nin şərq sahilində şəhər, Nyu Cersi ştatın paytaxtı. == Əhali == 2010-cu ilin siyahıyaalınmasına görə, Trenton şəhərində 84 913 nəfər yaşayırdı.
Beason
Beason — ABŞ-nin Nyu-York ştatında yerləşən şəhər. 2020-ci ilin statistikalarına əsasən şəhərin əhalisi 13769 nəfərdir. == Ərazi == ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən şəhərin ümumi sahəsi 13 km²-dir. Ərazinin 12 km² hissəsi quru, 0,26 km² hissəsi isə sudur. == Əhali == 2000-cu ilin statistikasına əsasən şəhərin əhalisi 13808 nəfərdir. Şəhərdə 5091 ev və 3360 ailə vardır. Əhalinin tərkibini 68,37% ilə ağdərililər, 31,63% ilə afroamerikalılar, 1,31% ilə asiyalılar, 0,31% ilə yerli amerikalılar, 6,92% ilə isə digər etnik qruplar təşkil edir. Şəhərdə Sakit okean adalıları yoxdur.
Rason
Rason (kor. 라선 직할시) — Şimali Koreyada şəhər. Rason şəhəri 1993-2004-cü illər aralığında respublika tabeli şəhər olmuş, 2010-cu ildə isə xüsusi şəhər statusu almışdır. Ölkənin ucqar şimal-şərqində, Yapon dənizi sahilində yerləşən şəhər Çin Xalq Respublikasının Jilin vilayəti və Rusiyanın Primorsk diyarı ilə həmsərhəddir. == Həmçinin bax == Şimali Koreya Şimali Koreya coğrafiyası == İstinadlar == == Xarici keçidlər == North Korea Uncovered Arxivləşdirilib 2012-01-14 at the Wayback Machine (North Korea Google Earth) Maps out Rason's economic infrastructure, including railways, hotels, tourist destinations, cultural facilities, ports, electricity grid, and electrified perimeter fence on Google Earth.
Bresson (İzer)
Bresson (fr. Bresson) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Eşirol kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38057. Kommunanın 2012-ci il üçün əhalisi 686 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 228 ilə 533 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 60 km cənubda, Qrenobldan 38 km şimal-qərbdə yerləşir.
Tenson sülaləsi
Tenson sülaləsi yaxud Şunten sülaləsi — Rükyu adalarını idarə etmiş yarıməfsanəvi sülalə. İlk 25 üzvünün adı bilinmir. "Çüzan güzgüsü" yap. 中山世鑑 (Çüzan seikan) əsərinə əsasən Rükyu mifologiyasının baş tanrısı Amamikyo tərəfindən əsası qoyulub. 1186-cı ildə sülalə Riyü tərəfindən devrilmişdisə də, sülalənin üzvlərindən biri olan Şunten tərəfindən məğlub edilmişdi. Buna görə sülalə həm də bu adla tanınır. == Üzvləri == 1–25 — İlk 25 hökmdarın adı elmə bəlli deyil.
Anri Kartye-Bresson
Anri Kartye-Bresson (fr. Henri Cartier-Bresson) (22 avqust 1908-ci il — 3 avqust 2004-cü il) — Fransız fotoqraf, XX əsrin məşhur fotoqrafı, fotorəssam, fotoreportajın və fotojurnalistikanın atası sayılır. == Bədii şüarı == Bresson deyirdi: Hadisələrin təşkil edilməsinə və səhnələşdirilməsinə dözə bilmirəm. Bu dəhşətdir... Əsli saxtalaşdırmaq olmaz. Həqiqəti sevirəm və həqiqəti də göstərirəm. === Bioqrafiya === Anrinin anası Marta Le Verder, atası Andre Kartye-Bresson idi. Atasının ikiqat soy adı "Kartye-Bresson" kəndli Kartye və pambıq sap istehsal edən sənayeçi Bresson soy adlarının birləşməsindən əmələ gəlib və ilk dəfə 1901-cü ildə qeydə alınıb. Bressonlar ailəsi uşaqlarına qulluq edilməsini Kartye ailəsinə etibar edir. Sonradan Kartyenin iki oğlu(Onlardan birinin adının Anri idi) Bressonun şagirdləri olur.
Trianon sülh müqaviləsi
Trianon sülh müqaviləsi - I dünya müharibəsinin yekunlarına dair Paris Sülh Konfransının gedişində Antanta ölkələri ilə Macarıstan arasında imzalanmış sülh müqaviləsi. == Haqqında == 1920-ci il 4 iyunda Macarıstanla Antanta arasında Parisin Trianon sarayında sülh müqaviləsi imzalandı. Müqaviləyə görə Macarıstandan slavyan malikanələri alındı. Macarıstan Çexoslovakiyanın müstəqilliyini tanıyır, Slovakiya və Zakarpat Ukraynasını ona, Serb-Xorvat-Sloven krallığının müstəqilliyini tanımaqla Xorvatiya, Baçka və Banatın qərb hissəsini isə ona verirdi. Həmçinin Macarıstan Rumıniyaya Transilvaniya və Banatın şərq hissəsini, Avstriyaya Burqenland əyalətini verirdi. Macarıstan özünün Dunaydakı bütün donanmasından məhrum edilirdi. O ancaq 35 min nəfərlik muzdlu qoşun saxlaya bilərdi. Macarıstan ərazisi belə parçalandığına görə İkinci Dünya müharibəsinə qədər onu “kəsilmiş dövlət” də adlandırırdılar. == Hazırlıq == Müttəfiq Dövlətlərin müharibədən sonra Macarıstana sülh müqaviləsinin şərtlərini göndərməsi çox gecikmişdi. Bunun səbəbi əvvəllər Macarıstanda Bela Kun rəhbərliyində kommunist rejimin mövcud olması və sonralar daha mülayim olan iqtidarların gəlməsinə baxmayaraq Rumıniyanın Budapeşt şəhərini işğal altında saxladığı müddət ərzində (Avqust - Noyabr 1919) mövcud olmuş siyasi qarışıqlıq idi.
Arkaşon (rayon)
Arkaşon (fr. Arcachon) — Fransanın Akvitaniya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Jironda. Suprefektura — Arkaşon. Rayonun əhalisi 2006-cı ildə 128.290 nəfər təşkil edirdi. Rayon ərazisi — 2903 km².
Teyşon sülaləsi
Teyşon sülaləsi (vyet. Nhà Tây Sơn, tı-nom 家西山), həmçinin bəzən Tayşon dövrü də adlanır — Vyetnam tarixinin 1778-1802-ci illər kəndli üsyanları və mərkəzsizləşdirmə dövrü; == Tarixi == === Çin və Nquen ailələrinin hakimiyyətinin devrilməsi === XVIII əsrin axırlarında Vyetnamda istismara qarşı şüurlu müqavimət hərəkatı formalaşmaqda idi. Ölkədə daha da təkmilləşmiş formada üsyana hazırlıq işləri gedirdi və nəhayət,1771-ci ildə güclü xalq üsyanı baş verdi. Bu üsyan teyşonlər üsyanı adı ilə məşhurdur (Tay-şen - "Qərb dağları" mərkəzi Vyetnamda, Kontum şəhərinin yaxınlığında yerləşən kəndin adıdır). 1771-ci ilin ortalarında başlanan bu üsyan uzun müddət idi ki, hazırlanırdı. Xalq elçiləri, xüsusilə xalqın dərd-sərini bilən ziyalılar "Xalqın səsi" adlanan klublarda izahat işləri aparırıdılar. Üsyan demək olar bütün ölkəni bürüdü və 30 il davam etdi. Öz xarakteri etibarilə bu üsyan antifeodal hərəkatı xarakteri daşıyırdı. Əsas hərəkətverici qüvvə isə kəndlilər idi. Şəhər sakinləri, sənətkarlar və bəzi müflisləşmiş tacirlər də üsyana qoşulmuşdular.