Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Demoqrafiya
Demoqrafiya (q.yun. δῆμος — xalq, q.yun. γράφω — yazıram) — əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elm. Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-cü ildə dünya əhalisi 1.6 mlrd., 1960-cı ildə 3 mlrd., 2000-cı ildə 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-cı ildə dünyada 10 mlrd. insan yaşayacaq.
Tomoqrafiya
Tomoqrafiya (q.yun. τομή - bölmək, ayırmaq və γράφω - yazıram) — obyektin daxili strukturunun qatlar şəklində təsvirinin əldə edilməsi. Anatomik və ya dağıdıcı tomoqrafiya (biotomiya) tədqiq olunan orqanizmin hissələrinin kimyəvi maddələrdən istifadə edərək sonrakı fiksasiyası ilə fiziki kəsiminə əsaslanır. Anatomik tomoqrafiyanın klassik nümunələri Piroqov kəsimləri və histoloji preparatların təsvirləridir. Kəsimlər həyata keçirilərkən orqanizmin formasını qorumaq üçün orqanizm, məsələn, dondurulmaq yolu ilə fikasasiya olunur. Rekonstruktiv və ya qeyri-dağıdıcı tomoqrafiya — obyekti məhv etmədən onun aşağı ölçülü proyeksiyalarından daha yüksək ölçülü obyektdə maraq parametrinin paylanması haqqında bu və ya digər şəkildə məlumat əldə etmək; anatomik tomoqrafiyanın antonimidir. Konsepsiyanın əhatə dairəsinə analoq rekonstruktiv tomoqrafiya və kompüter tomoqrafiyası daxildir. Analoq rekonstruktiv tomoqrafiya — obyekt parametrinin paylanmasını bərpa etmək üçün rəqəmsal deyil, analoq hesablama cihazlarından (məsələn, optik) istifadə edən rekonstruktiv tomoqrafiyadır.
Kompüter tomoqrafiya
Kompüter tomoqrafiyası – müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. Kompüter tomoqrafiyası bədənin istənilən hissəsinin köndələn kəsiklərlə təsvirini almağa imkan verir. Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Müayinənin davametmə müddəti 1 dəqiqəni aşmır. Multislays kompüter tomoqrafiya metodu əsasında kompüter angioqrafiya, 3D rekonstruksiya və virtual endoskopiya yaradılmışdır. == Multislays spiral kompüter tomoqrafiyasının üstünlükləri == Müayinənin yüksək sürəti digər sadə spiral tomoqraflara nisbətən rentgen şüalanmasını 5 dəfəyə qədər azaldır. Müayinənin davametmə müddətinin çox az olması (təxminən 1 dəqiqə) pasiyentlərin hərəkəti zamanı meydana çıxan artefaktların qarşısını alır. Narkoz və sedasiyalara ehtiyac olmur. 3 ölçü rekonstruksiyalı təsvirlər bir çox xəstəliklərin diaqnostikasında yeni imkanlar açır.
Tarixi demoqrafiya
Tarixi demoqrafiya — demoqrafik prosesləri və onların tarixi inkişafını öyrənən elm. Tarixi demoqrafiya bəşər tarixinin ayrı-ayrı dövrlərində doğumun və ölümün inkişaf dinamikasını, istər ümumi tarixi proseslərin gedişatı, istərsə də konkret tarixi hadisənin səbəbləri əsasında öyrənməklə ayrı-ayrı demoqrafik hadisələr arasında oxşar və fərqli xüsusiyyətləri, həmçinin bu oxşarlığı, eyniyyəti və fərqliliyi, fərdiliyi doğuran səbəbləri üzə çıxarır. Tarixi demoqrafiyanın mənbələri araşdırmanın dövrünə və mövzularına görə dəyişir. Son dövrdə - XIX əsrin əvvəllərindən başlayaraq əksər Avropa ölkələrində, daha sonra isə dünyanın digər ölkələrində - tarixi demoqraflar hökumətlərin topladığı məlumatlardan, siyahıyaalmalardan və həyati statistikalardan də istifadə edirlər. Erkən müasir dövrdə, tarixi demoqraflar, fransız tarixçisi Luis Henri tərəfindən hazırlanmış üsullardan, ocaq və sorğu vergi qeydlərindən istifadə edərək, vəftiz, evlilik və dəfn hadisələrinin gizli qeydlərinə çox güvənirlər. Tarixi demoqrafiyada tədqiqat şərti olaraq üç əsas istiqamətə ayrılır: 1) əhalinin sayının, tərkibinin və sıxlığının, habelə miqrasiya və köçmə dinamikasının tədqiqatları; 2) bu proseslərin və onların sosial məkanlarının tarixi təhlili; 3) demoqrafik amillərin tarixi prosesdəki rolunun və demoqrafik proseslərin tarixi şərtliliyinin öyrənilməsi. Tarixi demoqrafiya mənbələrdən asılı olaraq üç dövrə bölünür - yazıyaqədərki, pre-statistik, statistik. Yazıyaqədərki dövrün tədqiqatları paleoantropologiya, arxeologiya və etnoqrafiya məlumatlarından istifadə edərək paleodemoqrafiya mövzusudur. Statistikadan əvvəlki dövrün demoqrafik mənbələrinin çatışmazlığı və parçalanması, həmçinin dolayı tədqiqatlardan istifadə ehtiyacı xüsusi metodların inkişafına səbəb oldu. Ən çox öyrənilənlər XVI-XVIII əsrlər Qərbi Avropa demoqrafik tarixinə aid mənbələrdir.
Maqnit rezonans tomoqrafiya
Maqnetik rezonans tomoqrafiya (MRT) — bu üsul sabit maqnit sahəsində toxumada yerləşən hidrogen nüvələrinin yüksək tezlikli impulslara verdiyi cavab reaksiyasının ölçülməsinə əsaslanmışdır. MRT insan bədəninin bütün daxili orqanlanı müayinə etməyə imkan verir və dərin yerləşmiş bioloji toxumların vizuallaşmasını təmin edir… Maqnetik Rezonans Tomoqrafiyası zamanı xəstə elektromaqnetik sahəsi olan bir silindrin içinə yatırılır. Bədəndəki hidrogen atomlarına enerji verməsinə yol açan radiodalğalar göndərilir, alınan təsvir kompüter ekranında canlanır və onu rentgen plyonkasına, ya da fotokağıza köçürmək mümkündür. MRT müayinəsi 20 ilə 40 dəqiqə arasında tamamlanır. MRT sinir sistemi, sümük iliyi, əzələ-oynaq sistemi və yumşaq toxumaların dəyərləndirilməsində istifadə olunur. MRT vasitəsilə baş beyin, hipofiz, göz almaları, boyun orqanları, fəqərə sütunü və onurğa beyni, döş qəfəsi orqanlan, qarın boşluğu orqanlan, çanaq orqanları, sümük-oynaq sistemi, yumşaq toxumalarda meydana gələn dəyişiklikləri aşkar etmək olar. == Tarix == MRT 1946-cı ildə F. Bloch tərəfindən ixtira edilmiş nüvə maqnit rezonansı hadisəsinə əsaslanır. == Müasir tomoqrafiya == Müasir tomoqrafiya vasitəsilə pasiyentin vəziyyətini dəyişmədən skanerləmə üsulu ilə istənilən iradi müstəvidə tomoqramlar almaq mümkündür. MRT müayinədə KT – yə analoji olaraq məlumatın fəza kodlaşması prinsipindən istifadə olunur. Standar skanerləmə zamanı MR – tomoqrafiyada kontrastlığı əsasən T1 vəT2 relaksasiya vaxtı ilə müəyyən olunan görüntülər almağa imkan verən proqramlardan istifadə olunur.