Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Treskleu
Treskleu (fr. Trescléoux, oks. Trescléus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05172. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 314 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 185 nəfərin (15-64 yaş arasında) 131-i iqtisadi cəhətdən fəal, 54-ü fəaliyyətsizdir (fəaliyyət göstərici 70.8%, 1999-cu ildə 66.5%). 131 fəal şəxsdən 115 nəfəri (71 kişi və 44 qadın), 16 nəfəri işsizdir (8 kişi və 8 qadın).
Nestle
Nestlé S.A.- Qida məhsulları istehsal edən məşhur İsveçrə kompaniyasıdır. Kompaniyanın əsası 1866-cı ildə Henri Nestle tərəfindən qoyulmuşdur. Kompaniyanın baş ofisi Veve şəhərində yerləşir. == 1860-1904-cü illər == Nestle şirkətinin yaradılmasına səbəb olan əsas amil Henri Nestlenin körpələrini döşlə əmizdirə bilməyən analar üçün sağlam, və qənaətcil alternativ axtarışı olmuşdu.1860-cı illərin ortalarında ixtisaslı əczaçı olan Nestle bu cür anaların körpələrini qidalandırması üçün alternativ mənbənin yaradılması məqsədilə inək südü, buğda unu və şəkər tozunun müxtəlif kombinasiyalarını təcrübədən keçirməyə başladı. Onun əsas məqsədi pis qidalanma səbəb olduğu uşaq ölümü probleminin aradan qaldırılmasına yardım etmək olmuşdu. O, yeni məhsulu “Farine Lactee Henri Nestle” adlandırdı. Nestlenin ilk müştərisi nə ana südü, nə də ki şərti əvəzediciləri qəbul edən və həkimlər tərəfindən ölüm diaqnozu qoyulan yarımçıq doğulmuş uşaq olmuşdu. İnsanlar Nestlenin yeni məhsulunun dəyərini uşağın həyatını xilas etdikdən dərhal sonra və bir neçə il ərzində tanıdılar və “Farine Lactee Nestle” Avropanın bir çox ölkələrində satılmağa başladı. Henri Nestle, həmçinin markalaşma gücünü də tez anladı. O, ticarət nişanı kimi öz ailə gerbini yaratdı, alman dilinin İsveçrə aksentində Nestle “balaca quş yuvası” deməkdir.
Trest
Trest — Kartel və sindikatla müqayisədə nisbətən yüksək inhisar formasıdır. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqillikləriini tam itirirlər. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur.. == Mənbə == Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.339.
Bulbophyllum triste
Bulbophyllum triste (lat. Bulbophyllum triste) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Trifolium spinulosum var. triste
Trifolium variegatum (lat. Trifolium variegatum) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü.
Proyektiv testlər
Proyektiv testlər - daxili proyeksiya dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır. Bu cür testlərə Rorşarx testini, tematik apperseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TAT-ın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun) == Mənbə == Ümumi psixologiya. Prof. S.İ.Seyidov və prof. M.Ə.Həmzəyevin elmi redaktorluğu ilə.
Arəstə Baxışova
Arəstə Kərim qızı Baxışova (4 may 1989; Xaçmaz, Azərbaycan SSR – 23 oktyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmaz rayonunun Qımılqışlaq kəndində anadan olub. Arəstə Baxışovanın 2 qardaşı olub. Onun atası — baş leytenant Kərim Baxışov Azərbaycan Fövqəladə Hallar Nazirliyi Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin 4 yaşı olanda vəfat edib. Arəstə Baxışova 1995–2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbdə təhsil alıb. 2004–2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İngilis dili" üzrə təhsil alıb. Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qaldı. == Hərbi xidməti == Arəstə Baxışova 2018–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Klinik Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə operator vəzifəsində xidmət edirdi. Arəstə Baxışova oktyabrın 23-də şəhid olub.
Nadir mirzə Arəstə
Nadir mirzə Bədiəzzəman mirzə oğlu Qovanlı-Qacar (1893, Təbriz – XX əsr, Tehran)—diplomat, nazir == Həyatı == II Nadir mirzə Bədiəzzəman mirzə oğlu 1893-cü ildə Təbriz şəhərində doğulmuşdu. Saray təlim-tərbiyəsi, təhsili görmüşdü. Rus, ingilis və fransız dillərini bilirdi. Rusiyada 1917-ci il inqilabına qədər Peterburqdakı İran missiyasına başçılıq etmişdi. Sonra Aşxabadda Baş konsul işləmişdi. XX əsrin 20–30-cu illərdə İngiltərədə, Cənubi Amerikada, Polşada, Almaniyada diplomatik işdə çalışmışdı. 1943-cü ildən Nazir təyinatına qədər birinci ostanın osqandarı işləmişdi. İngiltərəyə meyl edirdi. Mürtəzaqulu Bayatın kabinetində Poçt və teleqraf naziri olmuşdu. == Ailəsi == Nadir mirzə Əşrəfsəltənə xanım Miftahla ailə qurmuşdu.