Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Triba
Triba (lat. tribus, tribuo bölürəm, ayırıram) — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı. Bu bölgü prinsipi e.ə.VI əsrdə Roma çarı Serviy Tulliy tərəfindən tətbiq edimişdir. Nəticədə Roma ərazisi 4 şəhər və 17 kənd tribasına bölünmüş olur. Sonradan bu say e.ə. 241 ci ildə 35 triba çatır. Ənənəyə görə Roma əhalisi 3 triba — latınlara, sabinlərə (piçenlərə) və etrusklara bölünürdü. İlkin olaraq hər bir triba 100 sonralar isə 300 ailə ya nəsil daxil idi.
Triba (biologiya)
Triba fəsilə və cins arasında yerləşən taksonomik qrupdur. Aralarında böyük taksonomik fərqlər olduqda və ya bir çox növün bir-birindən aydın şəkildə ayrılmadığı hallarda təsnifatı asanlaşdırmaq üçün istifadə olunur. Bəzən yetərli olmadıqda yarımtriba termini istifadə olunur. Digər taksonomik qruplar kimi, böyük hərflərlə başlayır və tək bir sözdən ibarətdir, lakin italiklə yazılmır. Triba çox böyükdürsə, yarımtribalara bölünə bilər. Tribanın elmi adının sonu belə müəyyən edilir: Botanikada – eae Zoologiyada – ini Məsələn, İtlər fəsiləsi (Canidae) Canini və Vulpini olan iki tribaya ayrılır.
Triba (dəqiqləşdirmə)
Tribadizm, əsasən bir qadının xüsusən klitoruna xəbərdarlıq edilməsi üçün vulvasını partnyoruna toxundurduğu bir seks pozasıdır Triba (biologiya) — Triba fəsilə və cins arasında yerləşən taksonomik qrupdur. Triba — Qədim Romada triba komisiyasında bir səsə malik əhalinin bölündüyü ərazi və seçki dairələrinin adı.
Dirçəkkimilər (triba)
Dirçəkkimilər (lat. Ajugeae) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçəkkimilər yarımfəsiləsinə aid bitki tribası.
Baribal
Baribal (lat. Ursus americanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin ayı cinsinə aid heyvan növü. Qara ayı yaxud Baribal Şimali Amerikada yaşayır. Onların həyat tərzi Himalay ayısının həyat tərzlərini xatırladır. Orta ölçülü ayının çəkisi 150 kiloqrama çatır. Digər ayılar kimi Baribal da qış yuxusuna gedir. Bu zaman onların 2–3 balaca (təsadüfü hallarda 1–4 ədəd) 250–300 qram ağırlığında balaları dünyaya gəlir. Balalar sürətlə inkişaf edir, növbəti yaya kimi anaları ilə birlikdə yaşayırlar. Baribal həşaratlar, balıqlar, meyvələr, giləmeyvələr və bitkilərlə qidalanır. Şimalda Kanada və Alyaskadan cənubda Meksikaya və şərqdə Atlantik okeanından qərbdə Sakit okeana qədər olmaq üzrə, qitənin böyük əksəriyyətində rast gəlinir.
Tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
Tribunal
Tribunal (latın tribunal-divanxana; Məhkəmə; əsas mənası: Qədim Romada mühüm vəzifəli şəxslərin-konsulların, pretorların xidməti vəzifələrini yerinə yetirməkdən ötrü oturduqları hündür yer, təpə) İnqilab dövründə, bəzi dövlətlərdə (Böyük Fransa İnqilabi, Böyük Oktyabr İnqilabı) — əksinqilaba və xüsusilə təhlükəli cinayətlərə qarşı mübarizə aparmaq üçün təsis edilmiş fövqəladə Məhkəmələr; Hərbi Tribunallar -hərbi cinayətləri: hərbi qüvvələrin təhlükəsizliyi; hərbi nizam, hərbi xidmət qayda pozuntularını araşdıran Məhkəmələr; Beynəlxalq Hərbi Tribunallar -İkinci Dünya Müharibəsi bitdikdən sonra (1945), SSRİ, ABŞ, İngiltərə və Fransa dövlətlərinin birgə razılığı ilə təsis olunmuş, əsas hərbi canilərini təqib edən və cəzalandıran Məhkəmələr (Nyurnberq və Tokio prosesləri); Fransada, İtaliyada birinci instansiya Məhkəməsi və barışdırıcı Məhkəmənin baxdığı işlər üzrə appelyasiya Məhkəmə instansiyası; bəzi Ali Məhkəmələrin adı.
Tridax
Tridax (lat. Tridax) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Cibal
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Riyal
İran rialı — İranın pul vahidi. Qatar rialı — Qatarın pul vahidi. Oman rialı — Omanın pul vahidi. Səudiyyə Ərəbistanı rialı — Səudiyyə Ərəbistanının pul vahidi. Yəmən rialı — Yəmənin pul vahidi.
Tidal
Tidal — abonementə əsaslanan musiqi, podkast xidməti. Tidal 2014-cü ildə İsveç şirkəti Aspiro tərəfindən istifadəyə verilib, hazırda əksəriyyəti Amerikan şirkəti olan "Block, Inc"ə məxsusdur. Bütün üç əsas səsyazma leyblləri və bir çox müstəqil leybl ilə distributor müqavilələri ilə Tidal 80 milyondan çox trek və 350.000 musiqi videosuna girişi təmin etdiyini iddia edir. O, iki səviyyəli xidmət təklif edir: Tidal HiFi (CD keyfiyyətinə qədər – FLAC əsaslı 16 bit/44,1 kHz) və Tidal HiFi Plus ( MQA – 24 bit/96 kHz-ə qədər). Tidal musiqi bazarında musiqi sənətçilərinə və mahnı müəlliflərinə qonorarın ən yüksək faizini ödədiyini iddia edir.
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Trias
Trias :
Oriba
Anemonoides (lat. Anemonoides) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Aiolon Lunell Nemorosa Ruppius ex Nieuwl. Anemonanthea Gray Arsenjevia Starod. Oriba Adans. Tamuria Starod.
Hərbi tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
Hərbi tribunal
Hərbi məhkəmə (Azərbaycan) — Hərbi məhkəmə (Azərbaycan Xalq Cümhuriyyəti) — Azərbaycan Xalq Cümhuriyyəti ordusu tərkibində məhkəmə işlərinə baxan ədliyyə orqanı.
Konsulyar tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
Kribul təpəsi
Kribul təpəsi (bolq. Крибулски хълм, ‘Kribulski Halm’ \'kri-bul-ski 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 520 m hündürlüklü təpədir. Təpə cənub-qərbi Bolqarıstanda yerləşən Kribul şəhərinin adını daşıyır. == Yerləşməsi == Kribul təpəsi 63°37′59″ c. e. 57°54′32″ q. u. koordinatlarında yerləşmişdir. Qornik təpəsindən 2.71 km cənub-qərbdə, Çörç burnundan 5.27 km şimalda, Marten qayasından 7.88 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Reyna Trindl
Reyna Trindl (トリンドル 玲奈, Torindoru Reyna, 23 yanvar 1992, Vyana) – Avstriya-Yaponiya modeli, tarentosu və aktrisası. Reyna 23 yanvar 1992-ci ildə Avstriyanın Vyana şəhərində doğulmuşdur. Anası yapon, atası avstriyalıdır. Luna (ルナ, Runa) adlı balaca bacısı var. Atasının iş yeri ilə əlaqədar olaraq tez-tez köçməli olub, Fransa və ABŞda yaşayıb. Lakin liseyin birinci sinifindən etibarən Yaponiyanın Tokio şəhərində yaşamağa başlayıb. Reyna Beynəlxalq Xristian Universitetinin liseyindən məzun olduqdan sonra Keyo Universitetinə daxil olub. Lakin karyerası ilə əlaqədar olaraq 2015-ci ilin sentyabrına qədər universitetdən məzun ola bilməyib. Reyna liseyin ikinci sinifində oxuyan zaman Platinum Production tərəfindən kəşf edilmiş və modellik etməyə başlamışdır. "JJ" və "Vivi" jurnallarının ekslüsiv modeli olduqdan sonra "With" jurnalının ekslüsiv modeli olmağa qərar vermişdir.
Treban (Alye)
Treban (fr. Treban) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03287. 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 247 nəfər (15-64 yaş arasında) arasında 186 nəfər iqtisadi cəhətdən fəal, 61 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,3%, 1999-cu ildə bu göstərici 71.2%). Fəal 186 nəfərdən 166 nəfəri (92 kişi və 74 qadın), 20 nəfər işsiz (11 kişi və 9 qadın) idi. 61 hərəkətsiz 16 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 23 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tridax parviflora
Xırdaçiçək qalinsoqa (lat. Galinsoga parviflora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qalinsoqa cinsinə aid bitki növü. Adventina parviflora (Cav.) Raf. Baziasa microglossa Steud. Galinsoga hirsuta Baker Galinsoga laciniata Retz. Galinsoga laciniata Retx. Galinsoga parviflora var. adenophora Thell. Galinsoga parviflora f. parceglandulosa Thell.
Trigla fasciata
Aralıq dənizi uzunüzgəci (lat. Dactylopterus volitans) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇ynəbalığıkimilər dəstəsinin uzunüzgəclər fəsiləsinin uzunüzgəc cinsinə aid heyvan növü. Callionymus pelagicus Rafinesque, 1818 Cephalacanthus spinarella (Linnaeus, 1758) Cephalacanthus volitans (Linnaeus, 1758) Dactilopterus volitans (Linnaeus, 1758) Dactylopterus blochii Swainson, 1839 Dactylopterus communis Owen, 1853 Dactylopterus fasciatus Swainson, 1839 Dactylopterus occidentalis Swainson, 1839 Dactylopterus spinarella (Linnaeus, 1758) Dactylopterus tentaculatus Swainson, 1839 Dactylopterus vulgaris Steindachner, 1867 Gasterosteus spinarella Linnaeus, 1758 Gonocephalus macrocephalus Gronow, 1854 Polynemus sexradiatus Mitchill, 1818 Trigla fasciata Bloch & Schneider, 1801 Trigla volitans Linnaeus, 1758 Bədəninin uzunluğu adətən 38 sm (bəzən 50 sm-ə qədər), kütləsi 1 kq 810 q-a qədər olur. Yuxarı hissələri açıq qəhvəyi, aşağı hissələri gümüşü, bütün bədəni və üzgəclərində kiçik ağ xallar olur. İri döş üzgəcləri yelpikşəkillidir və ilk 6 şüası qısadır və ayrıca qanad əmələ gətirir. Kürək üzgəcində 7 iti uclu və 8 yumşaq, anal üzgəcində 6 yumşaq şüa var. Zəhərli deyil. La Manş boğazından Anqolaya kimi Aralıq dənizi, Madeyra sahilləri və Azor adaları da daxil olmaqla Atlantik okeanının şərqində, Meksika körfəzidə daxil olmaqla Kanadadan Argentinaya kimi Atlantik okeanının qərbində tropik və subtropik zonalarında yayılıb. Dənizin dibində qumsal və lilli sahələrdə, bəzən isə 1 m-dən 100 m-ə qədər dərinlikdə sualtı qayalıqlarda yaşayır. Riflərdə rast gəlinir.
Trigla volitans

Yördis Trebel
Yördis Trebel (alm. Jördis Triebel‎; 30 oktyabr 1977, Şərqi Berlin) — alman aktrisa. Trebel Berlinin Prenzlauer-Berq ərazisində dörd bacıdan ikinci böyüyü olaraq anadan oldu. Berlin divarının dağılmasından əvvəl teatrda müəyyən kiçik rollarda yer aldı. 1997-ci ildən 2001-ci ilə qədər Ernst Busch Academy of Dramatic Arts-da aktyorluq təhsili aldı. Trebel teatr fəaliyyətindən başqa 2005-ci ildə Wolffs Revier adlı teleserialda rol almışdır. Rol aldığı filmlərə Ein guter Sommer, Westen, Lagerfeuer və Emmas Glück misal göstərilə bilər. O həmçinin 2017-ci ildə Netflix-in Dark serialında rol almışdır. Trebel 2014-cü ildə ayrıldığı almaniyalı aktyor Mattias Uedenhoferdən iki oğlu var.