Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tribologiya
Tribologiya— nisbi hərəkətdə bir-biri ilə təmasda olan səthlər haqqında elm. O, yağlama da daxil olmaqla, sürtünmə və yeyilmənin qarşılıqlı vəhdətini araşdırır. Tribologiya həm bərk cisimlər, həm də bərk cism və maye(qaz) arasında uyğun sərhəd səthlərinin qarşılıqlı təsirini əhatə edir. Əsas məqsədi triboloji mühitdə işləyən hissələr üçün əlverişli material, yağlayıcı maddənin və son zamanlar elmi tədqiqat işlərinin əsasını təşkil edən, effektiv örtüklərin seçilməsindən ibarətdir. Hissələrin səthləri arasında təmas münasibətləri şəkil də göstərilmiş triboloji sistem kimi ümumiləşdirilə bilir. Buradan göründüyü kimi triboloji sistemdə əsas cism və onun əksi olan cismin seçilməsi, səthin xassələrinə (kələkötürlük, bərklik, korroziyaya qarşı qat) təlabatın qoyulması, nisbi hərəkətin (sürüşmə, diyirlənmə, yuvarlanma) verilməsi, təmas səthində yaranan gərginliklər (qüvvə, təzyiq) və gözlənilən səthi zədələmə mexanizmləri (yeyilmə) araşdırılır. Aralıq materialının seçil-məsi ümumi triboloji sistem üçün çox əhə-miyyətlidir. Məsələn, yağlama materialının seçilməsi (sürtünmə əmsalı, istilikkeçirmə, materialın verilməsi) ilə təmasda olan hissə-lərin qarşılıqlı yüklənmə halına bir başa təsir etmək olur. Ətraf mühitin təsiri kimi burada temperatur və havanın rütubətliyi də nəzərə alınır. Yuxarıda qeyd olunan, qarşılıqlı təmasda olan əsas hissələrə istənilən triboloji sistemdə rast gəlindiyi halda, aralıq materialı və ətraf mühitin təsiri həmişə mövcud olmaya da bilər.
Trixologiya
Trixologiya dermatologiyanın saç və baş dərisi xəstəliklərinin diaqnoz və müalicəsi ilə məşğul olan sahəsidir. Saçın quruluşu, saç ağarması, trixotillomaniya, diffuz saç tökülməsi, saç tökülməsinin səbəbləri və növləri araşdırılır.
Briologiya
Briologiya — şibyələri öyrənən elm sahəsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Kriologiya
Trilogiya
Trilogiya — ümumi başlıq adı altına yazılan əsərlər. Həm ədəbiyyatda və kinematoqrafiya sahəsində işlədilir. Məs. Əkrəm Əylislinin "Adamlar və ağaclar" trlogiyası milli ədəbiyyatımızda trilogiyanın ən yaxşı nümunəsidir. "Azərbaycanfilm" kinostudiyasının 1974-cü ildə istehsal etdiyi "Ömrün səhifələri" trilogiya janrında çəkilmiş bədii filmdir.
Linqvistik tipologiya
Linqvistik tipologiya və ya dillərin morfoloji təsnifatı — alman əsilli ədəbiyyat tarixçisi, tərcüməçi, yazıçı və filosof Avqust Vilhelm Şleqel-Humbolt tərəfindən işlənib hazırlanmış morfoloji dil təsnifatı daha geniş yayılmışdır. Bu təsnifat dünya dillərini dörd tipə bölür: Köklü və yaxud təcrid olunan dillər; Aqlyutinativ (iltisaqi) dillər; Flektiv dillər; İnkorpor edilənlər. == Dünya dilləri tiplərinin əsas xüsusiyyətləri == Birinci tipin xüsusiyyəti ondadır ki, sözlər morfoloji cəhətcə dəyişməz vəziyyətdə olur. Sözlərdə qramatik məna verən affikslər yoxdur. Cümlədə sözlər bir-birindən təcrid olunmuş vəziyyətdə yerləşir. Burada sözlər arasında əlaqə sintaksis olaraq, yəni sözlərin ardıcıllığı köməkçi sözlər, ritm və intonasiya vasitəsilə müəyyən olunur. Məs. qədim çin, yapon və koreya dilləri təcrid dillərdir. Məs. çin dilində sözlər cümlədəki yerlərindən asılı olaraq müxtəlif məna daşıyır.