Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
DAF Trucks
DAF Trucks NV ― yük maşınları istehsal edən Niderland markası. Şirkət ilk vaxtlar minik avtomobillər istehsal edirdi. Daha sonra isə yük maşınları istehsal olunmağa başlandı. Şirkət rəsmən 1928-ci ildə yaradılmışdır. 1993-cü ildə isə yenidən qurulmuşdur. Maddi sıxıntıları olduğundan Amerikanın Paccar şirkəti bu şirkəti özunə birləşdirmişdir. Şirkət 2013-cü ildən EURO 6 tipli yük maşınları istehsal edir.
Trinko Ken
Trinko Ken (22 sentyabr 1971) — Niderlandı təmsil edən stolüstü tennisçi. == Karyerası == Trinko Ken Niderlandı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Trinko Ken Niderlandı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Trinko Ken Niderlandı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
ASAP Rocky
ASAP Rocky (Əsl adı: Rakim Atelaston Mayers; 3 oktyabr 1988, Harlem[d], Nyu-York ştatı) — amerikalı repçi. Harlemdə doğulub böyüyən Rakim, karyerasına ASAP Mob rep qrupunun üzvü kimi başlayıb. Onun ilk miksteypi "Live. Love. A$AP" rep dinləyicilərinin böyük marağına səbəb olmuşdur. Miksteypin uğurundan sonra o, musiqi şirkətləri Polo Grounds Music və RCA Records ilə səsyazma müqaviləsi bağlamışdır. Onun 2013-cü ildə buraxdığı ilk studiya albomu "Long. Live. A$AP" Billboard 200 hit-paradında bir nömrə olub, ardınca albom RIAA tərəfindən ikiqat platin sertifikatına layiq görülmüşdür. Albomda yer alan "Fuckin' Problems" (Dreyk, 2 Chainz və Kendrick Lamar ilə birlikdə) treki 2014-cü ildə "Qremmi" mükafatına namizəd göstərilib.
Tracy Ashton
Treysi Eşton (ing. Tracy Ashton) — ABŞ aktrisasıdır.
Track Top-40
Track Top-40 - Danimarkanın rəsmi hit paradı. Hit parad sinql satış miqdarı və dijital yükləməyə əsasən tərtib edilir.
Euro Truck Simulator 2
Euro Truck Simulator 2 — Yük avtomobili sürücüsü avtosimulyator janrında kompüter oyunu. 2012-ci ildə Çex SCS Software şirkəti tərəfindən hazırlanmışdır. Euro Truck Simulator oyun seriyasının ikinci buraxılışıdır. == Virtual sürücülər == Proqramçılar yollarda süni intellektin hərəkətlərini reallığa maksimum köçürməyə çalışıblar. Yolda hərəkət edən avtomobillər bir çox hallarda gözlənilmədən davranır. Oyun, yol hərəkəti zamanı yol qaydalarını, həm də real həyatdan götürülmüş bir sıra digər üsulları həyata keçirir. Məsələn, bir oyunçu ikinci dərəcəli yol ilə digər avtomobili ötmək istərsə, digər avtomobil sürəti azaldaraq, sizə ötməsinə icazə verər. == Sürət rejimi == Avtomobilinizin surətini seçmək üçün yol kənarlarındaki işarələrə və ya xəritədəki sürət nişanının üzərinə baxa bilərsiniz. Oyundakı bütün yük maşınlarının maksimum sürəti 90 km/saatdır (Oyun parametrlərində, surət məhdudlaşdırıcısı ləğv edilə bilər). Bəzi istisna hallarda, enişlərdə hərəkət edərkən sürət arta və yoxuşları qalxarkən surət daha çox azala bilər, lakin düz yolda sürət maksimum 90 km/saatdır.
Club Tracks EP (volume 1)
Club Tracks EP xorvatiyalı musiqiçi Dj Sineddin üçücü albomudur. == Albom haqqında == Alboma Dj Sinedd tərəfindən əvvəllər yazılmış mahnılarla yanaşı yeni mahnılar da yer alıb. Albomun bütün mahnılarının müəllif hüququ Dj Sinedd-ə məxsusdur. Dj Sinedd blogunda bildirmişdi ki, albomun relizi 1 aprel tarixində olacaq, lakin daha sonradan o reliz tarixini 15 maya keçirdi. Albomun relizi ilə bağlı heç bir tədbir planlaşdırılmamışdı. Albom Xorvatiyanin rəqs albomlari arasinda 6-cı, Azərbaycanda isə 3-cü pilləyə qədər qalxdi. Bu günə qədər albom 11.000 nüsxə ilə satılıb.
Trik-il-Visqa
Trik-il-Visqa (malta Torri ta' Triq il-Wiesgħa) — Maltanın Zabbar şəhəri yaxınlığında iki mərtəbəli gözətçi qülləsidir. 1659-cu ildə tikilmişdir. Bu, De Redinin qüllələri arasında doqquzuncu qüllədir. 20-ci əsrdə qüllə əhəmiyyətli dərəcədə zədələndi, lakin 2008–2009-cu illərdə aparılan bərpa sayəsində indi yaxşı vəziyyətdədir. == Tarixi == Qüllə 1659-cu ildə Maltanın cənub-şərq sahilində, Böyük Limanın yaxınlığında tikilmişdir. "Trik-il-Visqa" adı "Geniş küçə" deməkdir, bu ad qüllənin qorumalı olduğu geniş sahil xəttinə görə verilmişdir. Trik il Visqa qülləsi Santa Mariya delle Graziye (qərbdə) və Çonkor (şərqdə) qüllələri arasında yerləşirdi, lakin bu iki qüllə Britaniya hərbçiləri tərəfindən söküldükdən sonra artıq mövcud deyil. İkinci Dünya Müharibəsi zamanı qüllənin yaxınlığında uzunmüddətli atəş nöqtələri yerləşirdi.
Cucumis melo var. gem-rocky
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Ağcaqışlaq (Tirçay)
Ağcaqışlaq (fars. اغچه قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 22 nəfər yaşayır (6 ailə).