Triceratops
Triseratops (lat. Triceratops) — heyvanlar aləminin xordalılar tipinin quşçanaqlılar dəstəsinin seratopsidlər fəsiləsinə aid heyvan cinsi.
Son Təbaşır dövründə yaşamış buynuzlu dinozavrlar yarımdəstəsindən qazıntı halda tapılmış sürünən heyvan cinsi. Uzunluğu 6 metrədək, başında 3 buynuz (qısa burun və iki uzun alın buynuzu) olmuşdur. 4 nəhəng ayaq üzərində hərəkət etmişdir. Ot bitkiləri ilə qidalanmışdır. Qalıqları Şimali Amerika çöküntülərindən məlumdur.
Triceratopsun yerdən olan hündürlüyü 2,5–3metr, uzunluğu başından quyruğuna qədər 9–10,5metr, çəkisi 6,1–12 ton olmuşdur. Bütün dinozavr növləri arasında ən böyük kəllə strukturuna malik olmuşlar. Kəllənin uzunluğu bəzi hallarda heyvanın bədənin uzunluğunun 1/3 qədər ola bilirdi və uzunluğu 2,5 metrə çatırdı.