Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arc de Triomphe
Zəfər tağı (fr. Arc de triomphe de l'Étoile) — Fransanın paytaxtı Parisdə yerləşən tarixi abidə. Şarl de Qoll meydanının (və ya Etual meydanı) ortasında, Yelisey çöllərinin qərbində yerləşir. Uzunluğu 44,82, eni 22, hündürlüyü 49,54 metrdir. Tağ iki — şərq və qərb fasadlarından ibarətdir. Qövs şəkilli yuxarı hissəsində (bilavasitə damının altında) üzərində Napoleon Bonapartın zəfər yürüşlərinin adları həkk olunmuş otuz qalxan yerləşir. Qalxanlardan bir qədər aşağıda memarlar Fransua Rüd, Brun, Jorj Jake, Lait, Lui-Denis Kayluet və Bernar Syurra məxsus şərq fasadının üzərində fransız qoşunlarının yürüş səhnələri, qərb fasadında isə fransız qoşunlarının yürüşlərdən dönüş səhnələrinə aid dairəvi miniatür heykəl ansamblı yerləşir. Şərq fasadının sol tərəfində aşağıda Napoleonun zəfərinə, 1810-cu il sülhünə, yuxarıda 1759-cu ildə türk qoşunları üzərindəki qələbəyə — Əbukir döyüşünə, sol tərəfdə aşağıda Marselyeza və 1792-ci il könüllülərinə, yuxarıda 1795-ci ildə Avstriya ilə müharibənin qalibi general Marsonun ölümünə, sağ yan tərəfinin yuxarısında Austerlis döyüşünə həsr olunmuş barelyeflər yerləşmişdir. Tağın yan tərəfindəki girişlərinin divarlarında İmperator ordusunun zabitlərinin adları həkk olunmuşdur. Tağın üst platformasından Yelisey çöllərinin üzərindən Parisin Defens rayonunadək şəhərin panoramasını seyr etmək mümkündür.