Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tromboz
Tromboz (thrombōsis "laxtalanma" ← q.yun. θρόμβος "laxta") — qan damarlarının içərisində qan laxtalarının (trombların) ömür boyunca formalaşması prosesi olub, qanın sərbəst axınını əngəlləyir. Tromboz həm bədənin qoruyucu mexanizmi, həm də patoloji proses ola bilər. Birinci halda, tromboz qanaxmanın dayandırılmasına kömək edir: qan damarı zədələndikdə qan laxtalanma sistemi aktivləşir, qan laxtası (tromb) əmələ gəlir, damar divarındakı qüsuru örtərək qan itirilməsinin mexaniki olaraq qarşısını alır. İkinci halda, tromboz müxtəlif xəstəliklərin və patoloji vəziyyətlərin gedişatını çətinləşdirir (ateroskleroz, infeksiyalar və s.). Damar divarına bərkiməmiş və qan axını boyunca sərbəst dövr edən qan laxtasına emboliya deyilir . Tromboembolizm, ilkin əmələ gəlmə və fiksasiya yerindən qopmuş trombun parçası ilə qan damarının kəskin tıxanmasıdır. Tromb arteriya lümeninin kəsik sahəsinin 75% -dən çoxunu əhatə etdikdə, qan axını və müvafiq olaraq toxumaya oksigen o qədər azalır ki, hipoksiya əlamətləri və metabolik məhsulların, o cümlədən laktik turşunun yığılması görünür. Obstruksiya 90%-dən çox olduqda, hipoksiya, oksigenin tam çatışmazlığı və bədəndə hüceyrələri və toxumalarının ölümü müşahidə edilə bilər. == Səbəbləri == Trombozun inkişafına aşağıdakı amillər (Virxov triadası) səbəb olur: qanın tərkibi (hiperkoaqulyasiya və ya trombofiliya); damar divarının zədələnməsi (endotel hüceyrələrinin zədələnməsi); qan axınının xarakteri (staz, turbulentlik).
Anal tromboz
Anal tromboz — Anal kanal ətrafında hemorroidal damar yumaqcıqlarının (kavernoz cisimciklərin) birinin və ya bir neçəsinin mənfəzinə qan laxtasının toplanması hadisəsidir.
Portal vena trombozu
Portal vena trombozu — qapı venasının özündə və ya böyük şaxələrində (çöz və dalaq venaları, sağ və sol Qaraciyər şaxələri) kəskin və ya xroniki şəkildə ortaya çıxan, tam və ya hissəvi trombotik tıxanmadır. Xəstəliyin əsas əlaməti PH olsa da, kəskin və tam tıxanmalarda hepatosellular disfunksiya və digər qastrointestinal əlamətlər də (venoz işemiya) görünə bilər.
Trombin
Trombin (II laxtalanma faktoru) — serin proteaza, insan və heyvanlarda qanın laxtalanma sisteminin ən mühüm kompanenti. Tombin fermentlərin hidrolaz sinfinə aid olub, arginin və lizin qalıqlarından əmələ gələn peptid rabitələrinin hidrolozini katalizə edir. Məhdud substrat finksiya daşıyır. Trombin fibrinogeni fibrinə və onu isə fibrinopeptidlərə parçalayır. Bundan başqa qanın V, VII, VIII, XIII laxtalanma faktorlarını aktivləşdirir. Trombin qaraciyərdə yaranır, protrombin halında qan zərdabında olur. F2 gen defektli olarsa, bu disprotrombinemiyaya səbəb olur ki, nəticə etibarilə iflic riskini artırmış olur. Normada qaraciyərdə sintez olunmuş və qana ötürülmüş protrombinin trombinə keçməsinə təbii orqanizm substantı olan antitrombin III (AT III) mane olur, beləliklə də qanın laxtalanması nizamlanmış olur. Əks təqdirdə qanda olan protrombinin tombinə çevrilməsi nəticəsində trombinin miqdarı artar, fibrinogenin fibrinə keçməsi baş verər nəticə etibatilə əmələ gələn tromb kütlələri damarları tıxamış olardı.
Drombon
Heyvalı (əvvəlki adı: Drombon və ya Drmbon) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Heyvalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Drombon kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Drmbon kəndi Heyvalı kəndi adlandırılmışdır. == Tarixi == XIX əsrdə Cənubi Azərbaycandan gəlmiş erməni ailələri burada yerləşdikdən sonra kənd Drmbon (Heyvalı toponimindən erm.-yə kalkadır) kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adı bərpa edildi. Oykonim "heyva ağacları olan yer" mənasındadır. Heyvalı kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Heyvalı kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir. Heyvalı kəndi Birinci Qarabağ müharibəsi zamanı 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Tromb
Tromb — (r trombe, ital. tromba — hərfi mənada "boru" deməkdir) — atmosferin burulğanlı, diametri yüz metrədək çatan, çox güclü şaquli hərəkətidir. Tromb quru üzərində ilin isti dövründə tropik kontinental havada, atmosferin termik stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Trombda küləyin sürəti 50–100 m/saniyə olub, yüksək dağıcıdı qüvvəyə malikdir. Tromb ABŞ-də müşahidə edilən tornadoya oxşayır. == Metereoloji tromb == Metereoloji tromb- atmosferin burulğanlı çox güclü, şaquli hərəkətidir. Tromb qurunun üstündə ilin isti dövründə tropik kontinental, atmosferin stratifikasiyası qeyri-sabit olan zaman baş verir. Tromb kiçik ərazidə (diametri bir neçə 10 metr), iti sürətlə (tromb zamanı küləyin sürəti 50–100 m/san-yə çatır) və eni 100 m-ə qədər zolaqda böyük dağıdıcı qüvvəyə malik olur. Tromb ABŞ-də baş verən tornadoya oxşayır. Onun təkrarlanması son 10–35 ildə 8–10 dəfə artmışdır.
Dalton Trambo
Daltron Trambo (ing. Dalton Trumbo; 9 dekabr 1905[…] – 10 sentyabr 1976[…], Los-Anceles, Kaliforniya) — ssenarist, yazıçı, rejissor. == Həyatı == Ceyms Dalton Trambo 1905-ci ildə Koloradoda anadan olmuşdur. Hələ məktəbdə oxuduğu illərdə yerli qəzetlərin birində müxbir kimi fəaliyyət göstərir və orada müxtəlif mülki təşkilatların işini işıqlandırırdı. O, hələ Kolorado Universitetində oxuyarkən də jurnalistlik işini davam etdirirdi. Trambo öz sənətini peşəkarlıq səviyyəsinə "Vogue" jurnalı ilə əməkdaşlığı zamanı çatdırmışdır. Onun ilk mətbu əsəri sosrealizm janrında yazılmış "Tutqunluq" idi və bu qəzet məhsulu Kolorado ştatının geridə qalmış sadə əhalisinin həyatından bəhs edirdi. Dalton Trambo kinematoqrafla 1936-cı ildən əlaqə saxlamağa başlasa da artıq XX əsrin 40-cı illərində o, Hollivudun ən tanınmış müəlliflərindən biri idi. Dalton Trambonun antihərbi romanı olan "Conni silah götürdü" əsəri 1939-cu ildə Milli ədəbi mükafat (National Book Award) qazanmışdır. Trambo 40-cı illərdə ABŞ-nin kommunist partiyasına qoşulmuşdur.
Tromba Marina
Tromba Marina (dəniz trumpeti) (Çexcə Trumšajt.) — Musiqi aləti. Bu alət üçgən bir dabana dayanan kəsik konus şəklindəki bir gövdə boyundan ibarətdir. Adətən 4 və ya 7 fut (2 m)hündürlüyündə simli çalğı alətidir. Orta əsrlərin ruporuna (dənizdə danışmaq üçün istifadə olunan alət, megafon) bənzəməsi ilə onun adına bənzər adla adlandırılmışdır. Bu sim dayanmadan çalınır lakin bəzi nöqtələrdə simə yüngülcə toxunaraq təbii harmoniyalar çalınır. Alət 15-ci əsrdə İngiltərədə məşhur idi daha sonradan Avropaya yayıldı.
Tormoz və amortizator mayeləri
Tormoz və amortizator mayeləri — Mexanizmlərdə bəzən maye və buxar qarışığı sıxılarkən əyləcin pedalında iş prinsipi dayanır. Bu hadisəni aradan qaldırmaq üçün xüsusi tormoz mayelərindən istifadə edilir. Onları qaynama temperaturuna və özlülüyünə görə DOT (Departament of Transpartation – ABŞ Nəqliyyat Nazirliyi) normasına əsasən təsnifata ayırırlar. Özlülük iki temperatur əsasında (1000C və 400C) müəyyən edilir. Tormoz mayelərinin sürtkü xassələri tormoz silindrlərinin işçi təbəqəsinin siyrilməsinin qarşısını almaqla yanaşı, metalları korroziyadan qorumalı və davamlığını təmin etməlidir. Odur ki, tormoz mayelərinə inhibitorlar əlavə edilir. == Tərkibi və istismar xassələri == Tormoz mayeləri əsasən (93-98%) müxtəlif əlavələrdən, aşqarlardan və bəzi boyalardan (7-2%) ibarətdir. Öz tərkibinə görə onlar minerallara, qlikollara və silikonlara ayrılır. Minerallar t/m-ə əsasən müxtəlif qarışıqlardan sivuş yağı və spirtlərdən (məs. butil spirtindən) 1:1 nisbətində hazırlanır (БСК).
Tromsö
Tromsö (norv. Tromsø [²trʊmsœ] dinlə) — Norveçdə şəhər və kommuna, Troms fülkesinin inzibati mərkəzi. Tromsö bələdiyyəsi şəhər xaricində böyük bir ərazini əhatə edir. Tromsö, Norveçin ən çox məskunlaşdığı doqquzuncu şəhərdir. Şəhər mərkəzi, Arktik dairəsindən təxminən 400 km şimalda yerləşən Tromsö adasında (sahəsi 22 km²) yerləşir. Burada dünyanın ən şimal botanika bağları, pivə zavodu, futbol klubu və planetariyalar var. == Tarixi == Tromsö ərazisindəki yaşayış məskənləri son buzlaşma dövründən və Dəmir dövründən bəri mövcuddur. Tromsödəki ilk kilsə 1252-ci ildə inşa edilmişdir. Orta əsr salnamələrində indiki Norveçin şimal-şərqini əhatə edən sahil torpaqlarından qorunmaq üçün qala adlandırılır. Tromsö şəhər statusunu 1794-cü ildə almışdır.
Tromsö FK
Tromse İS — Norveçin Tromse şəhərini təmsil edən futbol klubu. == Tarixi == Tromse klubu 1920-ci ildə yaradılıb. Tromse Norveç yüksək liqasında ilk çempionluğunu 1931-ci ildə qazanıb. Daha sonra komanda 1949 və 1956-cı illərdə baş mükafata sahib çıxıb. 1937 və 1952-ci illərdə isə Tromse təmsilçisi çempionatın gümüş medallarına yiyələnib. İki dəfə ölkə kubokunun qalibi olan Tromsenin Avrokuboklarda uğurları nəzərə çarpmır.