Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
True
True — L'Arc~en~Ciel qrupunun albomu. Bu qrupun barabançı sakura ilə yazdığı son albomu olub. Albom Oricon çartının birinci yerinə çatıb və satılan nüsxələrin sayı bir millionu ötdüyünə görə RIAJ (Recording Industry Association of Japan) tərəfindən sertifikatlaşdırılıb.
Bred Delson
Bred Delson (1 dekabr 1977) — Linkin Parkın gitaraçısı. 1996-ci ildə qrubu yaradanlardan biri olmuşdur. Bred Agura orta məktəbində qrubun digər üzvü Mayk Şinoda ilə eyni məktəbdə oxumuşdur. Onların keçmişdən arzuları biryerdə qrup yaratmaq idi. Məktəbi bitirdikdən sonra 1994-də Rob Bourdon ilə tanışdılar və qruba zərb aləti çala bilən biri əlavə olundu. 1995-də Bred, Mayk, və Rob "Xero" adlı bir qrub yaratmağı müzakirə etdilər və 1996-da bu qrup yarandı. Sonralar qrupun adı Linkin Park olaraq dəyişir və Brad Linkin Parkın gitara çalanı olur.
Bred Fitspatrik
5 fevral 1980-ci ildə amerikalı proqramçı, “Livejournal.com” – pulsuz şəbəkə gündəlikləri saytının müəllifi Bred Fitspatrik (Brad Fitzpatrick) anadan olmuşdur. Hal-hazırda o, “Google” şirkətində proqram təminatının yaradılması üzrə mütəxəssis vəzifəsində çalışır. Brend Fitspatrik Ayova ştatında anadan olan Fitzpatrick Oreqon ştatının Beaverton şəhərində böyüyüb və Sietldəki Vaşinqton Universitetində kompüter elmləri üzrə ixtisaslaşıb . O, ilk şirkəti FreeVote.com-u orta məktəbdə olarkən qurdu.. Şəxsi veb saytı Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı x faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Bred Pitt
Bred Pitt (Uilyam Bredli Pitt, 18 dekabr 1963[…], Şauni[d], Oklahoma) – məşhur ABŞ kinoaktyoru, prodüseri, film səsləndiricisi. 1995-ci ildə "12 Meymun" kinofilmindəki 2-ci planda canlandırdığı obraza görə Qızıl qlobus mükafatına, "12 İllik əsarət" filminə görə 2014-cü ilin ən yaxşı prodüseri Oskar Mükafatına və 2020-ci ildə Bir vaxtlar Hollivudda filmindəki ən yaxşı 2-ci plan kişi roluna görə Oskar mükafatına layiq görülmüşdür. Həyat yoldaşları – Ancelina Coli (2014–2016); Cennifer Eniston (2000–2005). Üçü bioloji olmaqla altı uşaq atasıdır. Pitt 1963-cü ilin Dekabrın 18-də Oklahoma ştatının Şauni şəhərində anadan olub. Atası Ulliam Pitt yükdaşıma şirkətinin birində menecer, anası isə məktəbdə müəllimə vəzifəsində çalışıb. Bred anadan olduqdan bir müddət sonra Pitt ailəsi Missuri ştatının Sprinqfild şəhərinə köçür və o burada özündən yaşca kiçik olan qardaşı və bacısı ilə birlikdə böyüyür. Məktəbdə Bred bir neçə idman növü ilə məşğul olur. Bir neçə intellektual klubların aktiv üzvünə çevrilir. Məktəbi bitirdikdən sonra təhsilini 1982-ci ildə qəbul olduğu Missuri Universitetinin jurnalistika fakültəsində davam etdirir, lakin universitetdən məzun olmağa az müddət qalmış Bred öz gələciyini jurnalistika sahəsində görməyərək,Hollivud ulduzu olmaq kimi bayağı bir istəklə filmlərin vətəninə-Los Angeles şəhərinə üz tutur.
True That
True That — Kanada aktyoru və musiqiçisi Maykl Seranın debüt studiya albomu. 8 avqust 2014-cü ildə Bandcamp üzərindən buraxılıb.
Is It True?
"Is It True?" (ing. Doğrudurmu?) 2009 Avroviziya Mahnı Müsabiqəsində İslandiyanı təmsil edən Yohannanın oxuduğu mahnıdır. Mahnının sözləri və musiqisi Óskar Páll Sveinssona aiddir. 12 may 2009-cu ildə keçirilmiş I yarımfinalda 174 xalla birinci olmuşdur və finala keçmişdir. Finalda isə 217 xalla ikinci olmuşdur. Bu nəticə 1999-cu ildən bəri İslandiyanın əldə etdiyi ən yaxşı nəticə idi.
True Fantasy EP
True Fantasy – Vugarixx-in ilk EP albomu. Albom 13 noyabr 2015 – ci ildə təqdim olunmuşdur. Payız aurasında olan və 300 nüsxədən ibarət xüsusi disk şəklində çıxarılan bu albomdan yalnız 50-si satışda olub. Digər 250 albom isə yaxın insanlara hədiyyə olunmuşdur. Albomdakı mahnıların hazırlanması zamanı Flora Kərimova, Qədir Rüstəmov və Rafiq Babayev-in unudulmaz səs və əsərləri, həmçinin Bəxt Üzüyü, Təhminə filmlərindəki dialoqlardan istifadə olunmuşdur. Albomdan çıxarılmış ilk sinql olan Bir Axşam mahnısı 10 iyul 2015 – ci ildə dinləyicilərə təqdim edilmişdir. Daha sonra 28 sentyabr Bəxt Üzüyü, 30 oktyabr Sən Getdin, 30 noyabr isə Təhminə və Zaur adlı təqdim olunan sinqllar dinləyicilərin böyük marağına sahib olmuşdur. Albomdakı mahnılar 2015-ci ilin iyun ayından, noyabr ayına kimi hazırlanıb. Mahnıların əksəriyyəti FL Studio, bəziləri isə Ableton proqramı vasitəsi ilə işlənilib. Mahnıların səs uzlaşması zamanı Vüsal Həsən tərəfindən bəzi göstərişlər verilib.
True Blue (Madonna albom)
True Blue Madonnanın üçüncü studiya albomu. 30 iyun 1986 ildə Sire Records tərəfindən nəşr olundu.Madonna, bu albomda Stefen Bray və Patrik Leonard ilə işləmişdir və bütün mahnıların yazmaqında əməkdaşlıq etmişdir.
True Crime: New York City
True Crime: New York City - oyunu Luxoflux tərəfindən hazırlanan, Activision tərəfindən nəşr edilən açıq-dünya aksion-macəra janrlı oyundur. Bu oyunun PlayStation 2 və Xbox platformaları üçün olan versiyası 15 noyabr 2005-ci il, Microsoft Windows platforması üçün olan versiyası isə 24 mart 2006-cı ildə satışa çıxarılmışdır. Bu oyun True Crime: Street of LA oyununun növbəti versiyasıdır. Adından da göründüyü kimi hadisələr New Yorkda baş verir. Baş qəhrəman Marcus polis departamentində işləyir. Oyunda həm atıcılığa, həm də döyüşə üstünlük verilir. Burada şəhər olduqca böyükdür.
Orue
Orue (fr. Aurouër) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor (Alye) kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03011. 2008-ci ildə əhalinin sayı 375 nəfər təşkil edirdi. 2007-ci ildə 231 yaşda olan (15-64 yaş arasında) 180 nəfər iqtisadi fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.9%, 1999-cu ildə 73.8%). Fəal 180 nəfərdən 173 nəfəri (93 kişi və 80 qadın), 7 nəfəri işsizdir (1 kişi və 6 qadın). Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 14 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Bled
Bled (sloven. Bled, alm. Veldes‎) — Sloveniyanın şimal-qərb hissəsində yerləşən şəhər. İtaliya və Avstriya sərhəddinə yaxındır. 2002-ci ilin siyahıya alınmasına görə şəhərin əhalisi— 5252 nəfərdir. Şəhər ətrafı yaşayış məntəqələri ilə birlikdə — 10 899 nəfərdir. Bled şəhəri Bled gölü sahilində, Yulian Alpları dağları ətəklərində yerləşir. Şəhər Triqlav Milli Parkından şərqindədir. Ölkənin populyar turizm mərkəzi hesab olunur Bled ölkənin paytaxtı Lyublyanadan 45 km şimal-qərbdə və Esenise şəhərindən isə 10 km cənub-şərqdə yerləşir. Şəhərin 8 km şimalından Avstriya sərhəddi, 40 km qərbindən isə italiya sərhəddi keçir.
Brend
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Brez
Brez (fr. Braize) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03037. 2008-ci ildə əhalinin sayı 286 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 183 nəfər (15-64 yaş) arasında 124 nəfər iqtisadi fəal, 59 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 72.3%). Aktiv olan 124 nəfərdən 111 nəfər (62 kişi və 49 qadın) işləyir, 13 nəfər işsizdir (7 kişi və 6 qadın). 59 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bored
"Bored" — amerikalı müğənni Billi Aylişin "13 səbəb" serialının soundtrek albomunda ifa olunmuş mahnısı. Mahnının müəllifləri Ayliş, onun qardaşı Finneas O'Konnell, Aron Forbes və Tim Andersondur. Mahnı 30 mart 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən rəqəmsal formatda buraxılıb.
Oumar Ture
Oumar Ture (24 yanvar 1996) — Malili üzgüçü. Oumar Ture Malini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Oumar Ture birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 57.56 saniyəlik nəticəsi ilə 41-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Trua(rayon)
Trua (fr. Troyes) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ob (departament). Suprefektura — Trua. Rayon əhalisi 2006-cı ildə 217 625 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 3534 km².
Trua (rayon)
Trua (fr. Troyes) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ob (departament). Suprefektura — Trua. Rayon əhalisi 2006-cı ildə 217 625 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 62 nəf / km². Rayon sahəsi — 3534 km².
Trua FK
ES Trua AC ya da sadəcə "Trua" (fr. Espérance Sportive Troyes Aube Champagne) - 1900-cü ildə Trua şəhərində qurulan Fransa futbol klubu. Ev oyunları Stade de l'Ob Stadionunda keçirilir. Klubun ən yüksək nailiyyəti 2001-ci ildə UEFA İntertoto Kubokunda qələbədir. 2008/2009 mövsümünün sonunda klub Liqa 2-də 19-cu yeri titdu bə Liqa 3-ə düşdü. Ancaq 3 mövsümə komanda əhəmiyyətli bir sıçrayışını bacardı və Trua artıq, 2012-2013 mövsümünə Liqa 1-də başlamışdı, ancaq dərhalda oradan çıxdı. 2014/2015 mövsümündə komanda yenidən Liqa 1-ə doğru irəlilədi amma sonuncu yeri alaraq, Trua yenidən Liqa 2-yə getdi. 2016/2017 mövsümündə "Trua" Liqa 2-də 3-cü yer tutub pley-offa çıxdı. İlk matçda Loryanı 2:1 hesabı ilə məğlub etdi və ikinci oyunda onlar 0-0 oynadılar ki, bu da Truanın mövsümün sonunda Liqa 1-ə qayıtmasına imkan verdi.
Ture Lindhardt
Ture Lindhardt (tam adı: Ture Frank Lindhardt, alm. Thure Frank Lindhardt‎; 24 dekabr 1974, Kopenhagen) — Danimarka aktyoru. Ture Kopenhagendə anadan olmuş, Roskilledə isə böyümüşdür. O nazir Mogens Lindhardtın oğludur. 12 yaşında o İşğalçı Pelle filmində rol almışdı. Ture Odensedə yerləşən aktyorluq məktəbinə daxil olur və 1998-ci ildə müvəffəqiyyətlə bitirmişdir. 12 yaşında o İşğalçı Pelle rolunda filmə çəkilmişdir. Ən çox tanınma və şöhrət ona 2012-ci ildə şəkilmiş "İşıqlar yanana qədər" filmində baş rolu qətirdi. İşğalçı Pelle (Pelle erobreren, 1987) Yaxın bir yer (film) (dan. Her i nærheden, 2000) Bir Milad günü (film) (One Hell of a Christmas, 2002) Slim Slam Slum (Slim Slam Slum, 2002) Sevqi haqqında fikirlər nəyə?
Yaya Ture
Nyenyeri Yaya Ture (fr. Gnégnéri Yaya Touré; 13 may 1983, Buake) — "Mançester Siti" və Kot-d'İvuar milli futbol komandasının yarımmüdafiəçisi. Yaya Ture 13 May 1983-cü ildə Sokura-Buakedə anadan olmuşdur. O, 1996-cı ildə ASEC futbol klubunun gənclər akademiyasına dəvət olunmuşdur. Daha sonra o, karyerasını Avropada davam etdirmişdir. Ture 2,5 il Belçikanın Beveren klubunda, 1,5 il isə Metallurq Donetskində oynamışdır. Yaya Ture Olimpiakosa 2005-ci ildə keçdi. Turenin qardaşı Kolo onu yeni Patrik Viera adlandırdı. 2005-ci ildə Eurosport kanalının keçirdiyi sorğuya əsasən Yaya Ture Xavyer Maskerano və Serxio Aquero ilə birlikdə gənc və istedadlı futbolçular adına layiq görülmüşlər. Olimpiakos Tureni Monakoya 4,5 mln avroya satdı.
Liz Trus
Meri Elizabet Trass (ing. Mary Elizabeth Truss; 26 iyul 1975, Oksford, Birləşmiş Krallıq) — Mühafizəkarlar Partiyasının sədri (5 sentyabr–24 oktyabr 2022) olan Britaniyalı siyasətçi, Böyük Britaniyanın Baş naziri (6 sentyabr–25 oktyabr 2022). O, 2021-ci ildən Xarici İşlər, Birlik və İnkişaf Məsələləri üzrə Dövlət Katibi, 2019-cu ildən isə Qadınlar və Bərabərlik Naziri vəzifələrində çalışır. Mühafizəkarlar Partiyasının üzvü, 2010-cu ildən bəri Cənub-Qərbi Norfolkda Parlament üzvü (MP) kimi fəaliyyət göstərir. O, baş nazirlər Devid Kemeron, Tereza Mey və Boris Consonun rəhbərliyi altında Nazirlər Kabinetində müxtəlif vəzifələrdə çalışıb. Trass 5 sentyabr 2022-ci ildə Mühafizəkarlar Partiyasının liderliyi seçkilərində rəqibi Rişi Sunakı məğlub edərək qalib gəldi. O, sentyabrın 6-da baş nazir vəzifəsinə başladı və bu vəzifədə işləyən üçüncü qadın oldu. Truss Oksforddakı Merton Kollecində oxuyub və Oksford Universitetinin Liberal Demokratlar Partiyasının prezidenti olub. 1996-cı ildə o, həm məzun olub, həm də Mühafizəkarlar Partiyasına qoşulub. Shell və Cable & Wireless-da işləyib və Reform beyin mərkəzinin direktor müavini olub.
Almami Ture
Almami Ture (28 aprel 1996, Bamako) — Liqa 1 komandalarından olan Monako FK klubunda müdafiəçi kimi çıxış edən Malili futbolçudur. Almami Ture 28 aprel 1996-cı ildə anadan olub. Ture futbola Monako FK-ın gənclərdən ibarət yığmasında başlamışdır. Ture liqada debütünü 20 fevral 2015-ci ildə səfərdə 1–0 qələbə qazandıqları Nitsa OGK klubuna qarşı oyunda etmişdir. O, 35 dəqiqə Leyvin Kurzavanı əvəz etmişdir. Bernardo Silva görüşdə yeganə qolu vurmuşdur. İlk oyununa isə 25 fevral 2015-ci ildə Emireyts stadionunda keçirilən və sürpriz şəkildə Monako FK-ın Arsenal FK üzərində 3–1 hesablı qələbəsi ilə başa çatan oyunda çıxmışdır. Ture 19 may 2015-ci ildə Monako ilə 4 illik yeni müqavilə imzalamışdır. 20 mart 2016-cı il məlumatlarına əsasən.
Antye Traue
Antye Traue (alm. Antje Traue‎; 18 yanvar 1981) — alman aktrisa. Traue keçmiş Qərbi Almaniyanın (ADR) Saksoniya vilayətinin Mitvayda şəhərində anadan olmuşdur. Anası rəqqas və müğənni idi. Traue rus dilində danışaraq böyümüşdür. İngilis və alman dilində axıcı danışır. Traue Almaniyada, Avropada və Nyu-Yorkda səhnələrdə görünərək dörd il ərzində prodüserlə çıxış etdi və qastrol etdi. 2013-cü ildə Traue Supermen filmində Faora-Ul rolunu oynadı və müsbət rəylər aldı.Faora roluna hazırlaşarkən Traue 4 aylıq intensiv məşq və pəhriz proqramı keçib.O vaxtdan bəri o, baş rollarda və ya təkrarlanan köməkçi rollarda bir neçə alman və beynəlxalq film və televiziya istehsalına çəkilib, o cümlədən Sem Qarbarskinin rejissoru olduğu aktyor Moritz Bleibtreu ilə birlikdə 2017-ci ildə “Bye Bye Germany” filmi və 2017-ci ildə Amazon seriyasının pilot epizodu Oasis. Traue-nin 2017 və 2018-ci illərdə sonrakı aktyorluq çıxışlarına Alman Netflix serialı Dark (Agnes Nielsen kimi) və alman filmləri Das Ende der Wahrheit, Spielmacher və Ballon daxildir. 2019-cu ildə Traue Almaniyanın ZDFneo TV mini-serialında Çıxmaz Sonda aktyor heyətinə başçılıq etdi.
Ben Tre
Bençe — Vyetnamın cənubunda, Mekonq deltası sahəsində yerləşən şəhər, Bençe vilayətinin mərkəzi və bələdiyyəsi. Şəhər 65,75 km2 ərazini əhatə edir və 143 639 nəfər (2009-cu il) əhalisi var.
Tre Cool
Tre Kul (əsl adı Frenk Edvin Rayt III) Green Day qrupunun təbilçisi və qrupun ən cavan üzvüdür. O, 1972-ci ilin 9 dekabrında Frankfurt, Almaniyada anadan olmuşdur. Lakin o, Kaliforniyanın Villits şəhərində atası və 2 böyük bacısı ilə yaşayırdı. Trenin 12 yaşı olanda onun qonşusu — Lourens Livmor onu The Lookout qrupuna dəvət edib Frenkə yeni ləqəb yəni "Tre Coll" ləqəbini verir. Green Day qrupunun 1-ci turnesindən sonra Al Sobrante kollecdə oxumaq üçün qrupu tərk edir. Onun yerinə də Tre gəlir. Trenin Ramona adlı qızı var (1995-ci ilin yanvar ayında anadan olub). Ramona doğulandan 2 ay sonra Tre uşağın anası olan Lize Lions ilə evlənir. Sonra onlar ayrıldılar. 2000-ci ildə Tre Klaudia adlı qadın ilə evlənir.
Trük
Tryuk — xüsusi effektli hərəkət və ya texniki fənd. Adətən bu çox təhlükəli və hazırlıqsız insan üçün mümkünsüz hesab olunur. Xüsusi hazırlıq və qabiliyyət nəticəsində tryuk uğurlu ola bilər. Hər hansı bir tryukün uğurlu icrası onu həyata keçirən şəxsin peşəkarlığından asılıdır. Tryuk fərqli incəsənət sahələrində istifadə olunur. Əsasən sirkdə (fokus, akrobatik tryuklar) və kinematoqrafiyada tryuk daha populyardı. Əksər tryuklar mütəxəssislər tərəfindən xüsusi adlarla adlandırılır. Tryuk və foksu bəzən kunstştyuk adlandırırlar . Kino çəkilişlərində tryukları həyata keçirənləri adətən kaskadyor adlandırırlar. Müxtəlif ölkələrdə kaskadyorların xüsusi təşkilatıları və assosiaları fəaliyyət göstərir.
Turə
Turə — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Zaliyan bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,167 nəfər və 571 ailədən ibarət idi.
Ərəd
Ərəd-İranın Fars ostanının Gəraş şəhristanının Ərəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,264 nəfər və 1,181 ailədən ibarət idi.
Le-Trüel
Le-Trüel (fr. Le Truel, oks. Lo Truèlh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12284. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 37 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 345 nəfər təşkil edirdi. 2007-ci ildə 185 yaşda olan (15–64 yaş arasında) 121 nəfər iqtisadi fəal, 64 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 65,4%, 1999-cu ildə 64,0%).
Mötley Crüe
Mötley Crüe ('mɒtliː kruː) — 1981-ci ildə Los-Ancelesdə qurulan Amerikan hevi/glam metal qrupu. 1981-ci ildə bas gitarist Nikki Sixx «London» adındakı qrupundan ayrılmış və Tommy Lee ilə tanış olmuşdur. Mick Mars (gitara) və Vince Neil'in (vokal) qatılmasıyla qrup adını Mötley Crüe olaraq dəqiqləşdirdi. «Too Fast For Love» adlı ilk albomlarını hazırladılar və 1981-ci ilin noyabr ayında bu albomu satışa çıxardılar. Bu albom musiqi bazarını alt-üst etdi. Bu albom sayəsində Guns N’ Roses, Bon Jovi kimi qruplar ortaya çıxacaqdı. 20.000 satan albomdan sonra 1982-ci ilin baharında qrup Elektra Records ilə razılaşdı. Bu firmanın israrıyla ilk albom Roy Tomas Baker prodüserliyində təkrar hazırlanıb nəşr olundu. Qrup Elektra Records ilə 80-ci illərdə bir sıra klassik alboma imza atdı. 1983-cü ildə müzakirələrə gətirib çıxaran, satanik elementlər daşıyan «Shout At The Devil», 1985-ci ildə bir az daha qaranlıq quruluşda və təvazökar bir albom olan «Theatre Of Pain», 1987-ci ildə qrupun əvvəlki albomlarına görə daha çox blues təsirli bir iş olan və bir həftə içində yüksək satış müvəffəqiyyətinə nail olan bir nömrəyə yerləşən «Girls, Girls, Girls», 1989-cu ildə də böyük bir albom olan və qrupun zirvəyə çatmasını təmin edən «Dr.
Bled gölü
Bled gölü (sloven. Blejsko jezero) — Alp dağlarının ətəyində dəniz səviyyəsindən 475 km yüksəklikdə yerləşir. Ümumi 1,45 km² sahəyə malik olan bu gölün uzunluğu 2,1 km, eni isə 1,4 km-dir. Maksimum dərinliyi 30 m-dir. Göl, Lyublyana Beynəlxalq Hava Limanından 35 km və paytaxt Lyublyana şəhərindən 55 km məsafədə yerləşir. Gölün ətrafını bir saata gəzmək mümkündür. Dağlar və meşələrlə əhatələnən bu göl gözəl mənzərəyə malikdir. Gölün üzərində Bled adası (Sloven. Blejski otok). yerləşir.
Bredi Ellison
Bredi Ellison (27 oktyabr 1988, Qlendeyl, Arizona, Amerika Birləşmiş Ştatları) — Amerika Birləşmiş Ştatlarını təmsil edən oxatan. Bredi Ellison 2012-ci ildə London Olimpiadasında bir gümüş, 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında isə bir gümüş və bir bürünc medal qazanıb. Bredi Ellison həmçinin 2013-cü ildə Dünya çempionu olub. Bredi Ellison karyerasında birinci ciddi uğurunu 2007-ci ildə Pan Amerikan Oyunlarında qazandı. O, Braziliyada keçirilən yarışlarda qızıl medal qazandı. Bredi Ellison karyerasında birinci dəfə Olimpiya Oyunlarına isə 2008-ci ildə qatıldı. Fərdi yarışlarda o, 1/16 final mərhələsində Kanada idmançısa məğlub olaraq mübarizəni medalsız başa vurdu. Bredi Ellison birinci ciddi zəfərini isə 2011-ci ildə Dünya Çempionatında qazandı. İtaliyanın Turin şəhərində baş tutan yarışlarda Bredi Ellison bürünc medal qazandı. Növbəti, 2012-ci il isə Bredi Ellison daha uğurlu oldu.