BƏRÇİDƏ
BƏRDAR
OBASTAN VİKİ
93 saylı Bərdə şəhər seçki dairəsi
Azərbaycan Respublikası 93 saylı Bərdə şəhər seçki dairəsi — Azərbaycan Respublikasında seçki dairəsi. == Haqqında == Azərbaycan Respublikası Konstitusiyasının 83-cü maddəsində 2002-ci il avqustun 24-də keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilən dəyişikliyə əsasən Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində 125 birmandatlı seçki dairəsi (ərazisi) yaradılması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 21 iyun 2003-cü il tarixli 3/07 saylı Qərarına uyğun olaraq yaradılmışdır. Bu qərara qədər həmin ərazini 56 saylı Bərdə şəhər seçki dairəsi əhatə edib. == Tərkibi == 93 saylı Bərdə şəhər DSK-nın tərkibi aşağıdakı kimidir: == Məntəqələr və hüdudları == == Seçkilər == === Milli Məclis === Tərlan Musayeva 1995-ci ildə I çağırış, Zahid Oruc 2001, 2005 və 2010-cu illərdə II, III və IV çağırış, Gövhər Baxşəliyeva 2015-ci ildə V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. ==== 1995-ci il Milli Məclis seçkiləri ==== 12 noyabr 1995-ci ildə keçirilən seçkilərdə Tərlan Musayeva Bimandatlı seçki dairələri üzrə (majoritar) 56 saylı Bərdə şəhər seçki dairəsindən I çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. ==== 2000-ci il Milli Məclis seçkiləri ==== 7 yanvar 2001-ci ildə keçirilən təkrar seçkilərdə Zahid Oruc Bimandatlı seçki dairələri üzrə (majoritar) 56 saylı Bərdə şəhər seçki dairəsindən II çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. ==== 2005-ci il Milli Məclis seçkiləri ==== 6 noyabr 2005-ci ildə keçirilən seçkilərdə Zahid Oruc 93 saylı Bərdə şəhər seçki dairəsindən III çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. ==== 2010-cu il Milli Məclis seçkiləri ==== 7 noyabr 2010-cu ildə keçirilən seçkilərdə Zahid Oruc 93 saylı Bərdə şəhər seçki dairəsindən IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Protokol üzrə seçicilər haqqında informasiya ==== 2015-ci il Milli Məclis seçkiləri ==== 1 noyabr 2015-ci ildə keçirilən seçkilərdə Gövhər Baxşəliyeva 93 saylı Bərdə şəhər seçki dairəsindən V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
94 saylı Bərdə kənd seçki dairəsi
ABN-Bərdə FK
ABN-Bərdə FK — Azərbaycan futbol klubu. Azərbaycan Birinci Liqasında çıxış edirdi. Klub 1992-ci ildə təsis edilmişdir. Çempionatda Azərbaycanın mərkəzi bölgəsi Bərdə şəhərini təmsil edirdi. == Tarixi == Klub 1992-ci ildə "Pambıqçı" adı ilə yaradılmışdır. Elə həmin il müstəqil Azərbaycanın ilk çempionatında çıxış etməyə başladı. 1998-ci ilə qədər Premyer Liqada yarışırdı. 1997-ci ildə klubun adı "Qarabağ Bərdə" olaraq dəyişdirildi. 1998 mövsümündə maddi çətinliklər üzündən komanda dağıldı və Premyer Liqanı tərk etdi. 2005-ci ildə yeni sponsor əldə edərək klub yenidən fəaliyyətə qayıtdı, lakin artıq "ABN" adı ilə çıxış etməyə başladı.
Alpout (Bərdə)
Alpout — Azərbaycan Respublikasının Bərdə rayonu inzibati ərazi vahidində kənd. == Tarixi == Əvvəllər Azərbaycanın Quba, Ağdam, Şamaxı, Samux rayonlarının ərazilərində də Alpout adlı kəndlər qeydə alınmışdır. Etnotoponimdir. Məlumdur ki, VIII əsrdən adları çəkilən alpoutlar Səfəvilərə hərbi xidmət etdiklərinə görə Cənubi Qafqazın müxtəlif yerlərində torpaqlar almışdılar. Buda Alpout adının yayılma arealına öz təsirini göstərmişdir. Hal-hazırda bu adda yaşayış məskəni Qazax, Göyçay, Ucar, Goranboy və Laçın rayonlarında da vardır. Mənbələrdə bu sözə Alp Azux, Alp-ər Tonqa, Alp- Arslan tərkiblərinədə rast gəlirik. Alp igid mənasında XV əsərə qədər dilimizidə işlənmişdir.XV əsrdən sonra mənbələrdə bu sözə rast gəlinmir. Qeyd etmək lazımdır ki, "Dədə Qorqud"da "alp" sözü ilə yanaşı "dəli" sözü də igid mənasında işlənnmişdir (Dəli Domrul, Dəli Budaq). XVəsərdən sonra alp sözü arxa plana keçmiş, dəli sözü igid mənasında ümumişləkilik qazanmışdır.
Alpout bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Arif Bərdəli
Arif Bərdəli — Tibb Elmləri doktoru, professor. == Həyatı == Arif bərdəli 1962-cü ildə Azərbaycan Respublikası Bərdə rayonu Arabaçılar kəndində anadan olmuşdur. Ali təhsilini Azərbaycan Tibb Universitetində almışdır.Hal-hazırda Türkiyə Cümhuriyyətində yaşayır. Türkiyə Egey Universitetinin Molekulyar Tibb Laboratoriyasında fəaliyyət göstərir. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === Tibb Elmləri doktoru, professor === Mükafatları === "Genetik xəstəliklər mütəxəssisi"; "Uşaq xəstəlikləri mütəxəssisi"; "Revmatoloji xəstəliklər mütəxəssisi"; Molekulyar Genetika sahəsində fəlsəfə elmləri doktoru alimlik dərəcəsi, Milan Universiteti; Tibb sahəsində fəaliyyətinə və tədqiqatlarına görə onlarca sertifikata və 23 medala layiq görülmüşdür. === Elmi, elmi-pedaqoji və digər fəaliyyəti haqqında məlumat === Rusiya Səhiyyə Nazirliyinin Uşaq xəstəliklər İnstitutunda həkimlik təcrubəsi; Türkiyənin İzmir şəhərində "Şəfa Özəl Xəstəxanalar" şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini qurub və rəhbəri olub; Egey Üniversitetində Kök Hüceyrəsi kafedrasının qurucusu və professorudur, tibb fakültəsində Molekulyar Tibb laboratoriyasının müdiridir; Yaratdığı Molyekulyar Tibbi Laboratoriya bütün Türkiyədə ilk və tək, dünyada 3 elmi mərkəzdən biridir; İngilscə nəşr olunan SCI indeksli jurnallarda 145 məqaləsi yayınlanıb. Dünya ədəbiyyatında ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF genetik çalışma işləri ona aiddir. SCI indeksli jurnallarda 62 elmi tezisi dərc olunub, beynəlxalq konfrans və simpoziumlarda 172 elmi məruzə ilə çıxış edib. Türk dilində nəşr olunan 34 məqalənin muəllifidir və Türkiyədəki konfranslarda 191 elmi təqdimatı var. 603 elmi məqaləsinə dünya tibb ədəbiyyatında dərc olunan 1700 elmi işdə istinad edilib.
Ağalı (Bərdə)
Yerliağalı — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 191 nəfərdir.
Bahar Bərdəli
Bahar Bərdəli (tam adı: Bahar Hüseynəli qızı Məmmədova; 6 may 1957, Bala Qacar, Bərdə rayonu) — AMEA Ədəbiyyat İnstitutu, filologiya üzrə fəlsəfə doktoru, dosent. Ədəbiyyatşünas, yazıçı, şair, AYB-nin üzvü (1995); Yeni Azərbaycan Partiyasının üzvü (1998). == Həyatı == Bahar Məmmədova 1957-ci il mayın 6-da Bərdə rayonunda anadan olmuşdur. Şirvanlı kənd orta məktəbini (1964-1974), Azərbaycan Dövlət Pedaqoji Universitetini (1974-1979) bitirmişdir. 1979-1991-ci illərdə Bərdədə, 1991-2008-ci illərə qədər isə Bakıda orta təhsil məktəblərində müəllim, direktor müavini və direktor işləmişdir. 2008-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində elmi fəaliyyətə başlamışdır. Hazırda isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Yazıçı kimi prezident təqaüdçüsüdür. == Qalereya == == Yaradıcılığı == === Bədii kitablar === Qarabağın maralı.
Bayramlı (Bərdə)
Bayramlı — Azərbaycan Respublikasının Bərdə rayonunun Otuzikilər inzibati ərazi vahidində kənd. Əhalisi 150 (2009) nəfərdir. == Tarixi == Qarabağ düzündədir. Keçmişdə Bayramuşağı adlanan bu kənd otuzikilər tayfasının bayramuşağı oymağının burada məskunlaşması nəticəsində yaranmışdır.
Bəcirəvan (Bərdə)
Bəcirəvan — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Bəcirəvan kəndi Xəsili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Bəcirəvan kənd Soveti yaradılmışdır.
Bəcirəvan bələdiyyəsi (Bərdə)
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bərdiya
Qaumata (e. ə. VI əsr, Pasargad, Fars ostanı – e.ə. 522, Pasargad, Fars ostanı) — kahin, üsyan rəhbəri, yalançı şahzadə, hökmdar. == Həyatı və fəaliyyəti == Fars epik əsərlərinin leytmotivi olan İran-Turan qarşıdurmasının qaynağı, fars-türk münaqişələrinin başlanğıcı pers və mada əyanlarının hakimiyyət uğrunda mübarizəsi, İran imperiyası sarayındaki çevrilişlərdə gah pers, gah da mada sülalələrinin qələbəsi ilə bağlı yaranmışdır. Belə saray çevrilişlərindən biri də məşhur Qam Ata (Qaumata) üsyanıdır. Bu tarixi şəxsiyətin İran imperiyasındakı rolunu geniş tədqiq və təsvir edən onlarla iranşünasın heç biri onun etnik mənsubiyətini açmağa cəhd göstərməmişdir. Herodot bu etnik qarşıdurmanı Əhəmənilər sülaləsindən olan İran şahı Kambizin (Kuruşun oğlu) dilindən verir. Qam Ata üsyanını eşidən Kambiz ölümqabağı fars əyanlarını yanına çağırıb deyir: "Şahların öcünü sürdürən Tanrıların adını anaraq, sizlərə borcunuzun nə olduğunu söyləyirəm; bunu hamınıza, xüsusilə aranızda olan əhəmənilərə deyirəm. Taxtın madalılara keçməsinə yol verməyin, əgər hiylə ilə ələ keçirsələr, siz də hiyləyə baş vurun, əgər zorla alsalar, siz də zorla ordularınızla onların əlindən alın.
Bərdiyan (Urmiya)
Bərdiyan (fars. برديان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 318 nəfər yaşayır (46 ailə).
Bərdsir
Bərdsir və ya Məşiz— İranın Kirman ostanının şəhərlərindən və Bərdsir şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 31,801 nəfər və 7,391 ailədən ibarət idi.
Bərdsir şəhristanı
Bərdsir şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bərdsir şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 84,543 nəfər və 18,650 ailədən ibarət idi.
Bərdə
Bərdə şəhəri — Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4–5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX–X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Qədim alban tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib. Arxeoloqlar qazıntılar zamanı Bərdə şəhərinin 943-cü ildə ruslar tərəfindən işğalını əks etdirən izlərə də rast gəlib. Bərdə ərazisindən Mesopotomiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar da tapılıb.
Bərdə (dəqiqləşdirmə)
Bərdə (gəmi-bərə) — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Bərdə (qəzet) — Bərdə rayon icra hakimiyyətinin qəzeti Bərdə (şəhər) — Bərdə rayonunun inzibati mərkəzi Bərdə rayonu — Azərbaycan Respublikasında inzibati ərazi vahidi.
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Bərdə (şəhər)
Bərdə şəhəri — Bərdə rayonunun inzibati mərkəzi. 1948-ci ildə rayon tabeli şəhər statusu almışdır. == Tarixi == Qədim Bərdə şəhəri indiki ərazisindən təqribən 5 kilometr kənarda yerləşib. Tarixi mənbələrə görə, eradan əvvəl 4–5 ci əsrlərdən inkişaf edən bu şəhər 1500 il əvvəl Qafqazın ən böyük şəhərindən biri olub və sonralar Azərbaycan ərazisindəki Albaniya dövlətinin iri yaşayış məntəqəsi hesab edilib. 75 kvadratmetr ərazidə aparılan arxeoloji tədqiqatlar zamanı şəhərin tarixini 3 təbəqədə izləmək mümkün olub. Üst təbəqə IX–X əsrləri, 2-ci mədəni təbəqə II əsrdən VIII əsrə qədər olan dövrü, 3-cü təbəqə b.e.ə. IV əsrdən bizim eranın III əsrinə qədər olan dövrü əhatə edir. Qədim alban tayfalarının məskunlaşdığı Bərdənin xarabalıqları altından müxtəlif dövrlərə aid sənətkarlıq nümunələri ilə yanaşı evlərin qalıqları, təndirlər, ocaq yerləri, quyular aşkar edilib. Arxeoloqlar qazıntılar zamanı Bərdə şəhərinin 943-cü ildə ruslar tərəfindən işğalını əks etdirən izlərə də rast gəlib. Bərdə ərazisindən Mesopotomiya, Yunan və Parfiya mədəniyyəti dövrlərinə aid pullar da tapılıb.
Bərdə Dövlət Dram Teatrı
Bərdə Dövlət Dram Teatrı — Azərbaycanda fəaliyyət göstərmiş dram teatrlarından biri. Teatr 1944-cü ilin sonlarında yaradılıb və fəaliyyətə 1945-ci il may ayının 1-də başlayıb. Mürşüd Haşımlı, Ağası Zeynalov və Oqtay Xəlilov bədii rəhbər, Alp Ağamirov və Yusif Məmmədov aktyor-rejissor, Abbas Babayev rəssam, İsfəndiyar Abdullayev musiqi hissə müdiri olublar. 1948-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə bütün teatrlar özünümaliyyələşdirmə sisteminə keçdi. Maddi çətinliklərlə qarşılaşan Bərdə Teatrı 1948-ci ilin mart-aprel aylarında bağlandı və əmlakın əsas hissəsi Ağdam Dövlət Teatrına verildi. Truppanın bir sıra aktyorları və rekvizitin, butaforun, geyimin az bir hissəsi Bərdə rayon mədəniyyət evinin sərəncamına keçdi . == Truppanın üzvləri == == Teatrın əsas repertuarı == Teatrın əsas repertuarı: "Aydın", "Sevil", "Yaşar" (Cəfər Cabbarlı), "Toy" (Sabit Rəhman), "Eşq və intiqam" (Süleyman Sani Axundov), "İntizar" (Mehdi Hüseyn və İlyas Əfəndiyev), Musiqili tamaşalardan: "Ər və arvad", "Məşədi İbad" (Üzeyir Hacıbəyov), "Beş manatlıq gəlin" (Məmməd Səid Ordubadi və Səid Rüstəmov), "Durna" (Süleyman Rüstəm və Səid Rüstəmov);.
Bərdə Dövlət Rəsm Qalereyası
Bərdə Dövlət Rəsm Qalereyası — 1989-cu ildən fəaliyyətə başlayıb. == Tarixi == 2008-ci ildən yeni binaya köcürülən Rəsm Qalereyası Bərdə şəhər Heydər Əliyev prospekti 95 ünvanında yerləşən ümumi sahəsi 173 kv.metr olan 2 otaqdan ibarətdir. Ekspozisiya-sərgi sahəsi 152 kv.metr , fonda saxlama sahəsi 21 kv.metrdir. Qalereyanın fondunda peşəkar, gənc və həvəskar rəssamların 50-ə yaxın əl işləri və rəsm əsərləri saxlanılır. == Fəaliyyəti == Qalereyada həvəskar gənclərdən və məktəbli şagirdlərdən ibarət , həftədə 2 dəfə olmaqla rəsm dərnəyi fəaliyyət göstərir. Bundan başqa xalçaçılıq sənətini yaşatmaq və gələn ziyarətcilərə göstərmək ücün xalça toxuma təbliğ olunur. Yay mövsümündə açıq havada turistlərə müxtəlif mədəni xidmətlərin və sərgilərin keçirilməsi ücün Qalereyanın qarşısından istifadə etmək daha məqsədə uyğundur. == İstinadlar == == Xarici keçidlər == "BƏRDƏ RƏSM QALEREYASI". www.govserv.org. İstifadə tarixi: 18.03.2021.
Bərdə Dövlət Təbiət Yasaqlığı
Bərdə Dövlət Təbiət Yasaqlığı — 1966-cı ilin mayında Bərdə və Ağdam rayonlarının ərazisində yaradılmışdır. Yaradılmasının əsas məqsədi Kürətrafı tuqay meşələrini və onların faunasını qoruyub zənginləşdirməkdir. Yasaqlığın ümumi sahəsi 7500 hektardır. Təbii bitki örtüyü əsasən qovaqdan ibarət olan kompleksdən, qovaq, söyüd, tut və s. ibarət cavan meşəlikdən, yulğunun üstünlük təşkil etdiyi kolluqlardan, palıdın üstünlük təşkil etdiyi meşəlikdən ibarətdir. Yasaqlıqda məməlilərdən çöl donuzu, çaqqal, tülkü, meşə pişiyi, qamış pişiyi, porsuq, meşə dələsi, dovşan və s., quşlardan qırqovul, turac, fitçi cürə, qırmızıbaş ördək, meşə cüllütü, alabaxta, kiçik və böyük qarabattaq və s. məskunlaşmışdır.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kolleci — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi == Tarixi == 26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bərdə Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır: Mühasibat uçotu Poçt rabitəsi; Aqrar (fermer) təsərrüfatının təşkili.
Bərdə Dəmiryol Stansiyası
Bərdə Dəmiryol Stansiyası — Bərdə rayonunun inzibati mərkəzi Bərdə şəhərində, Bakı–Xankəndi dəmiryolu xətti üzərində dəmiryol stansiyası. == Tarixi == Dəmiryolların elektrikləşdirilməsinə diqqət artırıldığı illərdə Yevlax – Bərdə - Ağdam dəmiryolu 1967-ci ildə işə salınmışdır.
Bərdə Peşə Liseyi