Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tufanlı Yoxuşlar
Tufanlı Yoxuşlar — XIX əsrin ingilis şairə və yazıçılarından biri olan Emili Bronte-nin ölümündən bir il öncə 1847-ci ildə yayımlanmış tək romanıdır. == Məzmunu == Romanda iki əsas qəhrəman olan Cənab Hitkliff və Xanım Ketrinin qarmaşıq və dramatik həyat hekayələri ələ alınır. Hadisələr, başlanğıç anlarından etibarən bütün gedişata şahid olmuş Ellen Din adlı bir xidmətcinin dilindən Cənab Hitkliffin mülkünə kirayənişin olaraq gəlmiş "Lokvud" adlı bir gəncə nağıl edilir. Məlum olur ki, Cənab Hitkliff illər öncə Ketrinin atası Ernşo tərəfindən kimsəsiz bir uşaq olaraq tapılaraq evə gətirilir. Bu andan etibarən Hitkliff və Ketrinin dostluğu başlayır. Bir neçə il sonra bu dostluq məhəbbətə çevrilsə də Ketrin Edqar adlı başqa bir gənclə ailə qurur. Onlar bir neçə müddət ayrı qalsalar da Hitkliff Ketrini təzədən tapır. Ardınca Ketrin öz adını daşıyacaq bir qız övladı dünyaya gətirərkən ölür. Hadisələrin cərəyanı nəticəsində Hitkliff bu qızı öz oğlu ilə evləndirsə də sevdiyi qadının əcəlinə səbəb olduğu üçün son günədək ona düşmən münasibəti bəsləyir. Ketrinin ölümü ilə qətiyyən barışa bilməyən Hitkliff onun ruhuna səslənərək belə deyir: O gündən etibarən Hitkliff qəribə və əsrarəngiz hadisələr yaşamağa başlayır.
2014 Nepal qar tufanı fəlakəti
2014 Nepal qar çovğunu fəlakəti (nep. नेपाल हिमपात) — 2014-cü ilin 14 oktyabrdan mərkəzi Nepalın Annapurna və Dhaulagiri dağlarında və ya ətrafında baş verən və müxtəlif millətlərdən ən azı 43 insanın öldüyü fəlakətdir. Ölənlər va yaralanlar mövsümə uyğun olmayan və son 10 ildə Nepalda baş vermiş qar çovğunlarının ən şiddətlisi hesab edilən qar çovğununa tutulublar. Bu hadisə Nepalda indiyə qədər səyyahların başına gələn ən böyük fəlakət hesab edilir.
Əsrin tufanı (mini-serial, 1999)
Əsrin tufanı (ing. Storm of the Century) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmidir. Əsərin müəllifi Stiven Kinqdir. == Məzmun == Litl-Toll adasında güclü qasırğa baş verir. Bu adada belə qasırğa artıq 100 il idi ki, baş vermirdi. Bu zaman adaya dəhşətli adam gəlir. Bu dəhşətli adam insanlardan istədiyi şeyə çatmayanadək, buradan getməyəcəkdir.
Sükansız avtomobil
Özügedən avtomobil və ya avtonom avtomobil həmçinin sükansız avtomobil içində saxladıqları avtomatik idarə sistemləri sayəsində bir sürücüyə ehtiyac duymadan yolu, nəqliyyat axınını və ətrafını dərk edərək sürücünün müdaxiləsi olmadan gedə bilən avtomobillərdir. Özügedən avtomobilləri radar, GPS, odometr, kompüter görüşü kimi texnologiyalar və texnikalar istifadə edərək ətrafındakı cisimləri dərk edə bilməkdədir. Avtonom avtomobillərin tarixinə baxanda 1920–1930-cu illərdə bəzi gözə dəyən sistemlər avtonom avtomobillərin müjdəsini çoxdan vermişdirlər. Öz-özünə gedə bilən ilk modellər 1980-ci illərdə ortaya çıxmışdı. İlk avtomobil 1984-cü ildə Karnegi Mellon Universitetinin həyata keçirdiyi navlab və ALV layihələri ilə həyata keçirildi. Bu layihəni 1987-ci ildə Mercedes-Benz firmasının və Bundesver Universitetinin bir yerdə həyata keçirtdiyi Eureka Prometheus layihəsi izlədi. Bu iki avtomobilədən sonra saysız şirkət minlərlə avtonom avtomobillər istehsal etdilər və bu avtomobillərin bəziləri hal-hazırda bir neçə ölkədə nəqliyyata açılmış vəziyyətdədirlər. Özügedən avtomobilləri nəqliyyat sektorunda bir inqilaba yol açaraq avtomatik texnika sektorunda da böuük bir çevrilişə səbəb olacaq kimi görünür. Sürücüsüz nəqliyyat vasitəsi texnologiyalarındakı sürətli inkişaf çok yaxın bir zamanda Henri Fordun oyununun qaydalarını böyük ölçüdə dəyişdirəcək. Xüsusilə avtomatik texnikalar sənayesi bu inkişafdan ən çox təsir alan sənayelərdən biri olacaq.