Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tarmaşirin xan
Əlaəddin Tarmaşirin xan (XIII əsr – 1334) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. == Həyatı == Tarmaşirin xan ibn Duva xan bin Barak xan bin Yusun-Duva bin Mutugen bin Cığatay xan bin Çingiz xan. 1326-cı ildə xanlıq məqamına gələn Tarmaşirin xan, Mübarək — Şah və Barak xandan sonra gələn üçüncü müsəlman xandır və İslamiyəti qəbul etdikdən sonra Əlaəddin adını almışdır. Onun zamanında müsəlman Türk kütləsindən təşkil olan Türkistan coğrafiyasında xanədanın mənsubları da istisnalar olsa da, İslamiyətə girmişdilər. Əlaəddin Tarmaşirin xan 1329-cu ildə etdiyi səfər ilə hakimiyətini Dehli sultanlığı hududlarına çatdırmışdır. Cığatay ənənələrinə son dərəcə bağlı olan Tarmaşirin xan qış günlərində belə çadırda yaşamışdır. Tarmaşirin xanın İslamiyəti qəbulü Cığatay ulusu ilə İslam ölkələri arasındakı bağlantının qurulmasını da yaratmışdı. Bu sayədə müsəlman ölkələr ilə ticari fəaliyətlər canlanmışdır. Ancaq xanlığın mərkəzinin dəyişmiş olması ikilik çıxmasına səbəb olmuş, Tarmaşirin xan oğlu Səncəri vəzifələndirməsinə qarşı bu ikilik sona çatmamışdır. 1334-cü ilin yayında Almalıq yaxınlarında baş verən qurultayda, Çenkşi və Bozan — Oğulun başçıılığını etdikləri müxalif qrup, onun xanlıqdan çıxarılmasını bacararaq onu qətl etmişdilər.