Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tutulma
Tutulma (astronomiya)
Uydurma
Fiksiya – uydurma, yalan. həqiqətin məğzindən asılı olmayaraq bir fakt kimi ehtimalın fərziyyəsi. Bədii ədəbiyyat xəyali və ya icad edilən bir şeyi təsvir edir. Bədii ədəbiyyat termini kimi fiksiya ümumiyyətlə nəsrdə və ya şeirdə olduğu kimi adi dildə yazılan yaradıcı əsərlərdə də istifadə olunur. Bədii ədəbiyyat yazılı əsərlərə, pyeslərə və kinoya aid edilə bilər, lakin ən çox yazılı yaradıcılıqla əlaqələndirilir.Mürəkkəb süjet xətti və personajları özündə əks etdirən və qabaqcıl bədii üslub üsullarından istifadə edən bədii nəsr fantastika kimi tanınır. Ədəbi fantastika əsərləri fantaziya, elmi fantastika, macəra, tarixi, romantika və sirr kimi janrlara şaxələnə bilər.[1] == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Bəradər (uydurma)
Köməkçi, bəradər və ya saydkik (ing. sidekick) — qeyri-mütləq halda adətən uydurmada, birlikdə səyahət etdiyi şəxsin tabeliyində olan və ya elə qiymətləndirilən yaxın yoldaş və ya həmkar. Tanınmış bəradərlərə Don Kixotun Saço Pansası, Şerlok Holmsun Doktor Uatsonu, Harri Potterin Ron Uizlisi, Şrekin Eşşəyi, Marionun Luicisi, Sonikin Teylzi və Betmenin Robini daxildir. == Mənşə == Köməkçi sözünün kökü olan "Kömək" qədim türk dilindən törəmişdir. Əlavə olaraq, bəradər sözü isə fars dilindən törəmişdir (برادر) və "qardaş" deməkdir. "Saydkik" termini əsrin XIX əsrin axırları və XX əsrin əvvəllərində cibgirlik slenqindən törəmişdir. "Kik" şalvar cibinin ön hissəsinə deyilirdi və ən təhlükəsiz hissə hesab edilirdi. Beləliklə, analoqiyaya görə, "sayd-kik" şəxsin ən yaxın yoldaşı olmuşdu. Tarixdə qeydə alınmış ilk köməkçilərdən biri Gilqameşin müttəfiqi olan Enkidudur. Digər erkən nümunələrə İliada dastanındakı Patrokl və Əhdi-Ətiqdəki Harun daxildir.
Krossover (uydurma)
Krossover (ing. crossover) — bir çox müstəqil uydurma kainatın elementlərini və/yaxud personajlarını birləşdirən bədii əsər. Krossover və spin-off anlayışları qarışdırmamalıdır, spin-off əsas əsərin qəhrəmanlarının iştirak edə biləcəyi əlavə əsərə deyilir. Ədəbiyyatda krossover iki və ya daha çox janrda yazılmış əsərdir (məsələn, fantastika detektivi, fantastika romanı, siyasi-məhəbbət trilleri). == Nümunələr == "Frankenşteyn canavarla görüşür" (1943) adlı "Universal"ın klassik qorxu filmi iki hekayə xəttinin kəsişməsindən açıq şəkildə istifadə edən ilk müasir elmi-fantastik filmidir. "Qarağac küçəsində qarabasma" və "Cümə, ayın 13-ü" qorxu filmləri seriyasından olan iki manyak "Freddi Ceysona qarşı" filmində baş-başa gəlirlər, "Yabancı" və "Yırtıcı" ekşn-horror fantastika filmləri seriyasının yadplanetliləri isə "Yabancı Yırtıcıya qarşı" filmində qarşılaşırlar.
Tutulma (astronomiya)
Tutulma — Yerdəki müşahidəçiyə nəzərən bir Göy cisminin digərinin qarşısından keçməsi hadisəsi. Məsələn, Ay Günəşin qarşısından keçəndə Günəş tutulması, Yer Ayın qarşısından keçdikdə Ay tutulması, qoşa ulduz sistemində bir ulduz digərinin qarşısından keçdikdə ulduz tutulması baş verir.
Tutulma (roman)
Tutulma (ing. Eclipse) — Tutulma ABŞ yazıçısı Stefani Mayerin müəllifi olduğu “Alatoran” romanlar seriyasından olan üçüncü romandır. Bu romanda Bella Svon və onun vampir sevgilisi Edvard Kallenin hekayəsi davam etdirilir. Romanda Bella Edvarda və canavar adam dostu olan Ceykoba qarşı olan hissləri arasında kompromis tapmağa çalışır, özünü yol ayrıcında qalmış kimi hiss edir, Sietldakı sirrli vampir hücumlarının səbəbini anlamağa çalışır. “Yeni Ay” romanının davamı olan “Tutuma”dakı hadisələr “Sübh” romanında davam etdirilir. 7 avqust 2007-ci ildə təqdim edilən roman ilkin olaraq bir milyon nüsxə ilə nəşr edilmiş, və ilk 24 saat ərzində 150.000 nüsxə satılmışdır. 2008-ci ilin ən çox satılan romanlarından biri olan “Tutulma”, “Alatoran” və “Yeni Ay”ın uğurunu davam etdirmişdir. Romanın film adaptasiyası 30 iyun 2010-cu ildə təqdim edilmişdir. Tənqidçilər romanın çazibədar və romantik olduğunu bildirmiş və sələflərindən fərqli olaraq əhatə etdiyi mövzulara daha yetkin yanaşma sərgilədiyi qeyd etmişlər. Yaxşı yazılmış sevgi üçbucağı, obrazların inkişafı, gözlənilməz və həyəcanlı sonluğu ilə roman daha çox müsbət rəylər almışdır.
Uydurma azərbaycanlıların siyahısı
Aşağıda uydurma və ya bədii ədəbiyyatda olan azərbaycanlıların siyahısıdır. == Uydurulmuş azərbaycanlı şəxslər == Cazibə Abbasova — "Yaxşı Cazibə" televiziya serialında obraz. Dronqo — Gizli agent, yazıçı Çingiz Abdullayevin romanlarının əsas qəhrəmanı. Əli xan Şirvanşir — Yazıçı Qurban Səidin "Əli və Nino" romanında rus məktəbində təhsil alan əsilzadə müsəlman gəncidir. Əliş Kərəmli — Yazıçı Sergey Borodinin "Dmitriy Donskoy" tarixi romanında (1941) əsas personajlarından biri; XIV əsrin sonunda Moskva kremilinin ilk daş divarlarının tikilməsinə rəhbərlik edən şamaxılı memar-inşaatçı kimi təsvir edilir. Ferdinand Kərimov və ya Mr. K — Televiziya ustası, "Grand Theft Auto V" video oyununda personaj. Koroğlu — Koroğlu dastanının mistik xalq qəhrəmanı. Qara Qasım — Yazıçı Boris Akuninin "Erast Fandorin" romanında Fandorinin yol yoldaşı. Qurd Cəbrayıl — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri.
Alatoran. Saqa: Tutulma
Alatoran. Saqa. Tutulma (ing. The Twilight Saga: Eclipse) daha çox “Tutulma” kimi tanınan, 2010-cu ildə Stefani Mayerin “Tutulma” romanı əsasında romantik-fentezi janrında çəkilmiş ABŞ filmidir. Alatoran filmlər seriyasından üçüncü film olan “Tutulma” 2008-ci ildə çıxarılmış “Alatoran” və 2009-cu ildə çıxarılmış “Yeni Ay” filmlərinin davamıdır. “Summit Entertainment” filmin çəkiləcəyini 2009-cu ilin fevralında elan etmişdi. Devid Sleydin rejissorluğu ilə çəkilmiş filmdə Kristen Stüart, Robert Pattinson və Teylor Lotner müvafiq olaraq Bella Svon, Edvard Kallen və Ceykob Blek obrazlarını canlandırmışlar. “Alatoran” və “Yeni Ay” filmlərində olduğu kimi “Tutulma” filminin də ssenarisini Melissa Rozenberq yazmışdır. Filmin çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamış və oktyabrda tamamlanmışdır, çəkilişdən sonrakı istehsala isə növbəti ay start verilmişdir. Brays Dallas Hovard əvvəlki filmlərdə Viktoriya obrazını canlandırmış Raşel Lefevreni əvəz etmişdir.
Alatoran:Tutulma (film musiqisi)
“The Twilight Saga: Eclipse (Original Motion Picture Soundtrack)” Alatoran. Saqa: Tutulma filminin film musiqisi albomudur. Bu, filmlər seriyasının üçüncü musiqi albomu olmaqla 8 iyun 2010-cu ildə çıxarılmışdır. Bu dəfə də əvvəlki iki filmdə olduğu kimi film musiqisi Aleksandra Patsavasın prodüserliyi ilə hazırlanmışdır. Alboma daxil olacaq musiqilərin siyahısı 12 may 2010-cu ildə xüsusi MySpace açıqlaması ilə elan edilmişdir. 146.000 nüsxə ilə satılan albom “Billboard 200” hit-paradında ikinci yerdə debüt etmişdir. == Kompozisiyaların siyahısı == Kompozisiyaların siyahısı albomun MySpace səhifəsində xüsusi bütün gün tədbiri zamanı açıqlanmışdı. Filmdə istifadə olunmuş mahnılardan, sırf film üçün yazılmış musiqilərə kimi, hər şeydə əvvəlki iki filmdə istifadə edilmiş təcrübəyə əsaslanılmışdır. Sia, The Black Keys və Si Lo Qrin kimi musiqiçilərlə yanaşı, əvvəlki iki filmdə olduğu kimi bu filmdə də Muse qrupunun mahnılarından istifadə olunmuşdur. Tutulma filminin musiqisi Oskar mükafatı laureatı olan bəstəkar Hovard Şor tərəfindən yazılmışdır.
Alatoran: Tutulma (film musiqisi)

Uydurma "Böyük Ermənistan" dövləti
Ermənistan krallığı — İran mənşəli Artaşes və Parfiya mənşəli Arşakilər sülalələrinin idarə etdikləri krallıq.
Alatoran. Saqa: Tutulma (film, 2010)
Alatoran. Saqa. Tutulma (ing. The Twilight Saga: Eclipse) daha çox “Tutulma” kimi tanınan, 2010-cu ildə Stefani Mayerin “Tutulma” romanı əsasında romantik-fentezi janrında çəkilmiş ABŞ filmidir. Alatoran filmlər seriyasından üçüncü film olan “Tutulma” 2008-ci ildə çıxarılmış “Alatoran” və 2009-cu ildə çıxarılmış “Yeni Ay” filmlərinin davamıdır. “Summit Entertainment” filmin çəkiləcəyini 2009-cu ilin fevralında elan etmişdi. Devid Sleydin rejissorluğu ilə çəkilmiş filmdə Kristen Stüart, Robert Pattinson və Teylor Lotner müvafiq olaraq Bella Svon, Edvard Kallen və Ceykob Blek obrazlarını canlandırmışlar. “Alatoran” və “Yeni Ay” filmlərində olduğu kimi “Tutulma” filminin də ssenarisini Melissa Rozenberq yazmışdır. Filmin çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamış və oktyabrda tamamlanmışdır, çəkilişdən sonrakı istehsala isə növbəti ay start verilmişdir. Brays Dallas Hovard əvvəlki filmlərdə Viktoriya obrazını canlandırmış Raşel Lefevreni əvəz etmişdir.
Mona Liza haqqında uydurma hekayələrin xronologiyası
Aşağıda, İtaliya intibahı dövründə Florensiyada Leonardo da Vinçi tərəfindən çəkilmiş Liza del Cakondonun "Mona Liza" adlı portretinə həsr edilmiş və ya qismən əsərdən bəhs edilən uyruma və yarım-uydurma hekayələrin (filmlər, teleserial seriyaları və ədəbi əsərlər də daxil olmaqla) siyahısı verilmişdir. Əsərlər çıxarıldığı dövrə uyğun olaraq xronoloji ardıcıllıqla göstərilmişdir. == 1970-ci illər == 1975 – İkinci xanım Cakonda (ing. The Second Mrs. Giaconda), Elayni Lobl Köniqsburq tərəfindən yazılmış və portretin çəkilməsindən bəhs edən roman. 1979 – "Ölüm şəhəri", "Doktor Kim" teleserialının seriyası, əsas süjet "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edir. == 1980-ci illər == 1985 – Granada Televiziyasının çəkdiyi "Şerlok Holms" teleseriyasının seriyalarından birində Artur Konan Doylun "Sonuncu problem" romanı əsasında "Mona Liza"nın Luvrdan oğurlanmasından bəhs edilir. Süjet ssenari müəlliflərinin ideyası olmaqla, Konan Doylun 1893-cü ilə aid hekayəsinə tam uyğun deyildir. == 2000-ci illər == 2003 – Da Vinçi şifrəsi, Den Braun tərəfindən yazılmış romandır. "Mona Liza" süjetin ayrılmaz hissəsidir və kitabın orijinal nəşrinin üz qabığında istifadə olunub.