Alatoran. Saqa: Tutulma (film, 2010)

Alatoran. Saqa. Tutulma (ing. The Twilight Saga: Eclipse) daha çox “Tutulma” kimi tanınan, 2010-cu ildə Stefani MayerinTutulma” romanı əsasında romantik-fentezi janrında çəkilmiş ABŞ filmidir. Alatoran filmlər seriyasından üçüncü film olan “Tutulma” 2008-ci ildə çıxarılmış “Alatoran” və 2009-cu ildə çıxarılmış “Yeni Ay” filmlərinin davamıdır. “Summit Entertainment” filmin çəkiləcəyini 2009-cu ilin fevralında elan etmişdi.[4] Devid Sleydin rejissorluğu ilə çəkilmiş filmdə Kristen Stüart, Robert PattinsonTeylor Lotner müvafiq olaraq Bella Svon, Edvard KallenCeykob Blek obrazlarını canlandırmışlar.[5] “Alatoran” və “Yeni Ay” filmlərində olduğu kimi “Tutulma” filminin də ssenarisini Melissa Rozenberq yazmışdır.[6] Filmin çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamış[7] və oktyabrda tamamlanmışdır, çəkilişdən sonrakı istehsala isə növbəti ay start verilmişdir.[8] Brays Dallas Hovard əvvəlki filmlərdə Viktoriya obrazını canlandırmış Raşel Lefevreni əvəz etmişdir.

Alatoran. Saqa. Tutulma
ing. The Twilight Saga: Eclipse
Janr Dram
Fentezi
Melodrama
Rejissor Devid Sleyd
Prodüserlər Vik Qodfri
Qreq Muradian
Karen Rozenfelt
Əsərin müəllifi Stefani Mayerin «Tutulma» romanı əsasında
Ssenari müəllifi Melissa Rozenberq
Baş rollarda Robert Pattinson
Kristen Stüart
Teylor Lotner
Operator Xaviyer Aqirresarobe
Bəstəkar Hovard Şor
İstehsalçı Summit Entertainment
Distribütor Fórum Hungary[d][3], Netflix, Disney+, Summit Entertainment
İlk baxış tarixi 24 iyun 2010
(Los-Anceles premyerası)
30 iyun 2010
(ABŞ)
Müddət 123 dəqiqə[1]
Büdcə $68 milyon[2]
Gəlir $698,491,347[2]
Ölkə ABŞ ABŞ
Dil İngiliscə
İl 2010
Əvvəlki film Yeni Ay
Sonrakı film Sübh (I hissə)
Rəng rəngli
Çəkiliş yeri Vankuver, Kokuitlam[d]
IMDb ID1325004

30 iyun 2010-cu ildə dünya kinoteatrlarında təqdim edilən “Tutulma”, Alatoran filmlər seriyasından IMAX formatında təqdim edilən ilk filmdir.[4][9] Film tənqidçilər tərəfindən qarışıq rəylər almışdır. $30 milyon[10] gəlirlə film, ABŞ və Kanadada ən böyük gecə yarısı açılışına səbəb olmuş, sonradan 2011-ci ildə filmin bu rekordu “Harri Potter və Ölüm Hədiyyələri. II hissə” filmi tərəfindən qırılmışdır.[10][11] “Tutulma” filmi $68,533,840 gəlirlə, $62 milyon gəliri olmuş “Transformerlər; Məğlubların qisası” filmini geridə qoyaraq, ABŞ və Kanada tarixinin ən böyük çərşənbə açılışı olmuşdur.[12] 4,416 kinoteatrda vizyona girən “Tutulma” 2009-cu ilin noyabrında vizyona girmiş “Yeni Ay” filminin nəticələrini geridə qoyaraq ən geniş azad çıxış olmuşdur.[13]

Hadisələr Sietlda vampir hücumları xəbəri ilə başlayır, naməlum bir vampir tərəfindən yaradılmış gənc vampirlər qana hərisliklərini idarə edə bilmədikləri üçün çoxlu insanlar öldürür, izləri itirməyi də bacarmırlar. Edvard və Bellanın birlikdə kollecə qəbul olmasından sonra, Bella Edvarddan dostu Ceykob Bleklə görüşmək üçün icazə istəyir. Lakin, Edvard Bellanın təhlükəsizliyi üçün narahat olur, buna görə də onların görüşməsinə yaxşı baxmır. Görüşlərdən birində Ceykob Bellaya onu sevdiyini və Edvardın yerinə onu seçməsini arzuladığını bildirir, Bella isə ona yalnız dost kimi baxdığını bildirir. Bu arada Elis Kallen qisas almaq üçün Bellanı izləyən Viktoriyanın Forksa döndüyünü görür. Bir neçə gün sonra isə Edvard Bellaya evlənmək təklif edir.

Bella və Kallenlər daha sonra müəyyənləşdirirlər ki, Sietlda qəttlər törədən yeni doğulmuş vampirlər “ordu”su Viktoriya tərəfindən idarə olunur. Kallenlər bu təhlükəni rədd etmək üçün canavar adamlar dəstəsinin də köməyindən istifadə etmək qərarına gəlirlər. Hamı döyüşə hazırlaşır, Edvard, Bella və Ceykob döyüş vaxtı dağlarda gizlənirlər, sonradan Set Klirvoter də onlara qoşulur.

Səhər tezdən Ceykob, Edvard və Bellanın arasındakı səmimi münasibəti görərək qısqanır və özünü ölümün pəncəsinə atmaq üçün döyüşə gedəcəyini bildirir. Onun döyüşə getməsinin qarşısını almaq üçün Bella Ceykobdan onu öpməyi xahiş etməyə məcbur olur. Bu öpüşdən sonra Bella əslində Ceykoba qarşı da sevgi hisslərinin olduğunu və bu vaxta kimi özünü aldatdığını başa düşür. Döyüş zamanı Viktoriya Edvardın ətirini hiss edir və Bellanın da onunla birlikdə ola biləcəyini düşünərək onların ardınca dağlara gəlir. Edvard Viktoriyanı öldrür və onun yaratdığı yeni doğulmuşlar ordusu məhv edilir. Daha sonra Bella özündə müəyyən edir ki, həm Edvardı, həm də Ceykobu sevsə də, Edvarda olan sevgisi daha böyükdür.

Epiloqda göstərilir ki, Ceykob canavar formasında qaçaraq uzaqlaşır. Özü də Semlə Bella və Ceykobun hadisəsinə oxşar hadisə yaşayan Leya Ceykoba qarşı yaxınlıq və Bellaya qarşı nifrət hiss edir.

Əsas obrazlar
  • Kristen StüartBella Svon. Vampir Viktoriyanın ətrafında dolanmasının onun həyatı üçün təhlükə yaratmasını öyrənir. Həmçinin vampir Edvard və canavar adam Ceykobun sevgisi arasında seçim etməyə məcbur olur.[14]
  • Robert PattinsonEdvard Kallen. Bellanın vampir sevgilisidir, Bella xaric olmaqla insanların fikirlərini oxuya bilir. “Yeni Ay” filmində Bellanı tərk etmiş Edvard bu filmdə geri qayıdaraq onun həyatının bir parçası olmağa çalışır.[15]
  • Teylor LotnerCeykob Blek, Bellanı sevən və Edvardın yoxluğunda onu ovunduran canavar adam. Edvardın qayıtmasından sonra Bellanın həyatı dəyişir, o canavr adamlarla daha az ünsiyyət saxlamağa çalışır və Ceykob özünün Bellanın sevgisinə daha çox layiq olduğunu sübut etməyə çalışır.[5]
Köməkçi obrazlar
  • Piter Façinelli – Karlayl Kallen, Kallenlər ailəsinin ata obrazı olan həkim-vampir. Elis və Casper istisna olmaqla Karlayllar ailəsini qurmuşdur.[16]
  • Elizabet Rizer – Esme Kallen, Kallenlər ailəsinin sevimli ailə fiquru.[17][18]
  • Eşli Qrin – Elis Kallen, Kallenlər ailəsinin üzvü, gələcəyi görə bilir və Bella ilə dostluq edir.[19]
  • Kellan LatsEmmet Kallen, Kallenlər ailəsinin fiziki baxımdan ən güclü üzvü.[20]
  • Nikki Rid – Rozali Heyl, Kallenlər ailəsinin üzvü, vampirə çevrilməmişdən əvvəl nişanlısı və onun dostları tərəfindən zorlanaraq ölməsi üçün küçəyə atılıb. Bellanın insan həyatı yerinə vampir həyatı seçməsinin yanlış olduğunu düşünür.[21]
  • Cekson Retbon – Casper Heyl, Kallenlər ailəsinin üzvü, vətəndaş müharibəsi zamanı vampirə çevrilib. Kallenlərin yeni doğulmuşlar ordusu ilə mübarizəsində mühüm rol oynayır.[22]
  • Billi Bruk – Çarli Svon, Bellanın atası və Forksun polis şerifi. Bruk müsahibələrindən birində Alatoran romanlarını oxumadığını bildirir və qeyd edir ki, “Biz kitab yox, film hazırlayırıq” və ssenari üzrə hərəkət edirik.[23]
  • Brays Dallas Hovard – Viktoriya, sevgilisi Ceymsin ölümünə görə Edvarddan qisas almaq məqsədi ilə Bellanı öldürməyə çalışan vampir.
  • Dakota Fanninq – Ceyn, Volturilərin yerli xidmətçisi.
  • Kameron Brayt – Alek, Ceynin ekiz qardaşı, Volturilərin xidmətçisi.
  • Ksavye Samuel – Rilli Bayers, Viktoriyanın çevirdiyi vampirlərdən biri, yeni doğulmuşlar ordusunun idarə olunmasına kömək edir.
  • Codell Ferlend – Bri Tanner, Kallenlərlə döyüşmək üçün çevrilmiş vampir.
  • Sara Klark – Rene Dyuer, Bellanın Ceksonvill, Floridada həyat yoldaşı Fillə birlikdə yaşayan anası.
  • Anna Kendrik – Cessika Stenli, Bellanın Forksdakı dostlarından biri.
  • Maykl Velç – Mayk Nyuton, Bellanın Forksdakı dostlarından biri. Maykın Bellaya vurulur və Edvarddan xoşu gəlmir.
  • Katalina Sandino Moreno – Mariya, Casperi çevirmiş vampir.
Rejissor Devid Sleyd filmin London premyerasında

2008-ci ilin noyabrında “Summit” Stefani Mayerin Alatoran seriyasından olan “Alatoran”, “Yeni Ay”, “Tutulma” və “Sübh” romanlarının ekranlaşdırılması hüquqlarını aldığını elan etdi.[24] 2009-cu ilin fevralında “Summit” “Tutulma” filmi üzərində işlərin başladığını elan etdi. Elə həmin gün rejissor Kris Veytzin “Yeni Ay” filminin istehsalı ilə məşğul olduğundan “Tutulma” filminin rejissor kürsüsündə əyləşə bilməyəcəyi də açıqlandı.[25][26] Bundan sonra film rejissor Devid Sleydə həvalə edildi, ssenarini yazmaq isə yenidən Melissa Rozenberqə həvalə olundu. Devid Sleyd ssenari və personajları bir neçə dəfə müzakirə etdikdən, həmçinin aktyorlarla fərdi müsahibələrdən sonra işə başlamışdı.[27]

2009-cu ilin iyulunda “Summit Entertainment” əvvəlki filmlərdə qəddar vampir Viktoriya obrazını yaratmış Raşel Lefevreni Brays Dallas Hovardla əvəzləyəcəklərini elan etmişdi. Bu qərar qrafik konflikti ilə əlaqələndirilmiş, Lefevre isə alınmış qərardan “təsirləndiyini” və “çox kədərləndiyini” bildirmişdi.[28]Alatoran” filmində Viktoriya obrazını canlandırmaq təklif edildikdə Hovard “rolun çox kiçik olması” səbəbiylə obrazı canlandırmaqdan imtina etmişdi.[29]

Saylent Hill” filminin ulduzu Codell Ferland yeni çevrilmiş vampir Bri Tanneri canlandırmışdır.[30] Ksavye Samuel, Rayli obrazını[31], Cek Hyuston, Kral II Roys obrazını[32], Katalina Sandino Morena, Mariya obrazını, Culia Cons, Li Klirvoter obrazını, Bu Bu Stüart Set Klirvoter obrazını canlandırmışlar.[30]

Dinləmələrdən keçirilən aktyorlara ssenari göstərilməmişdir. Aktrisa Kristen Prout qeyd edir ki, “biz kitabdan götürülmüş konkret səhnələr üzərində çalışdıq...Onlar ssenarini bizə göstərmədilər. Beləliklə, dinləmə hissəsi yalnız “Alatoran”dan bəzi hissələrin oxunmasından ibarət idi.” [33]

Çəkiliş və sonrakı istehsal

[redaktə | mənbəni redaktə et]

“Tutulma” filminin əsas çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamışdır.[7][34] 29 avqustda Kristen Stüart, Billi Bruk və digər aktyorların iştirakı ilə buraxılış səhnəsindən şəkil yayılmışdır.[35] 2 sentyabrda Ksavye Samuel, Kristen Stüart və Robert Pattinsonun srudiyada Bellanın ev səhnələri çəkilmişdir.[36] Rejissor Devid Sleyd həmin səhnələrin fasilələrlə 13 sentyabrda çəkildiyini qeyd edir.[37] O, həm də bildirir ki, Ceykob və Bella arasında öpüş səhnəsi də 17 sentyabrda çəkilmişdir.[38] Çəkilişlər 29 oktyabr 2009-cu ildə tamamlanmış və sonrakı istehsala noyabrda başlanılmışdır.[8] Sleyd öz twitter səhifəsində montaj işlərinin yaxşı getməsini qeyd edərək, istehsal prosesi haqqında məlumat yaymışdır.[39] O, qeyd edir ki, “hekayə və vəziyyət filmə daha realistik yanaşmanı tələb edir.”[40] 2010-cu ilin aprelində filmin bəzi səhnələrinin yenidən çəkiləcəyi elan edilmişdi. Sleyd və Stefani Mayer filmin üç əsas ulduzu ilə birgə çəkilişlərdə iştirak etmişdilər.[41]

2010-cu ilin yanvarında filmin ssenarisinin ilkin variantlarından biri internetə sızdı.[42] Səhifələrin hər birinin kənarında filmin ulduzlarından biri olan Cekson Retbonun adı yazıldığına görə, sızan ssenarinin ona aid olması güman edilir.[42]

“Tutulma” filminin musiqisi “Üzüklərin hökmdarı” trilogiyası və “Aviator” kimi filmlərin musiqisini yazmış bəstəkar Hovard Şor tərəfindən bəstələnmişdir.[43] Film musiqiləri albomu 8 iyun 2010-cu ildə “Atlantic Records” tərəfindən, Aleksandra Pastavasın “Chop Shop” leyblının iştirakı ilə satışa çıxarılmışdır.[44] Britaniya qrupu “Muse” tərəfindən ifa edilmiş “Neutron Star Collision (Love Is Forever)” mahnısı albomdan sinql kimi çıxarılmışdır.[45]

11 may 2010-cu ildə MySpace, növbəti gündən etibarən hər saatın ilk yarısında, ümumilikdə gün ərzində altı saat müddətində “Tutulma” film musiqilərinin tam siyahısının açıq istifadədə olacağını elan etdi.[46] Albom “Billboard 200” hit-paradında ikinci yerdə debüt etmişdi.[47]

5 noyabr 2009-cu ildə “American Film Market” “Tutulma” filminin ilk afişasını təqdim etmişdir.[48] 2010-cu ilin fevralının sonlarında “Summit Entertainment” filmin ilk treylerinin Robert Pattinsonun baş rolu canlandırdığı “Xatırla məni” filmi ilə birlikdə təqdim ediləcəyini elan etmişdir. 10 mart 2010-cu ildə filmin ilk treylerinin 10 saniyəlik təqdimatı baş tutmuş[49], növbəti gün isə treyler tam şəkildə təqdim edilmişdir.[50] Filmin ilk treylerinin çıxarılması onun rəsmi saytının işə düşməsi ilə üst-üstə düşmüşdür. 19 mart 2010-cu ildə “Alatoran Saqa: Yeni Ay” filmi DVD və Blu-ray formatlarında çıxarılmışdır; “Walmart Ultimate Fan Edition” versiyasına “Tutulma” filminin 7 dəqiqəlik ilk baxış videosu da əlavə edilmişdir.[51] 23 martda filmin ikinci afişası təqdim edilmişdir.[52] 13 mayda filmin final treyleri “Ofra Unfri Şousu”nda təqdim edilmiş və filmin təbliği üçün Robert Pattinson, Kristen Stüart, Teylor Lotner və Dakota Fanninq şouda iştirak etmişlər.[53] 6 iyun 2010-cu ildə, “MTV Film Mükafatları”nın təqdim edilməsi mərasimində filmin ilk baxışı keçirilmiş, həmin həftə filmdən videolar və TV şərhləri çıxardılmışdır.[54]

26 iyun 2010-cu ildə ay tutulması ilə əlaqədar olaraq “Summit Entertainment” ABŞ-nin iyirmi şəhərində “Alatoran” filmlər seriyasından olan iki ilk filmin baxışını təşkil etmişdir. Tədbir FiladelfiyaSan Diyeqodan canlı yayımlanmış, film aktyorları tədbiqlərə qatılmış və “Tutulma” filminin bəzi səhnələri göstərilmişdir.[55]

“Nordstrom” və “Summit Entertainment” filmdən ilhamlanaraq hazırlanmış geyim kolleksiyasının satışına başlamışdır. “Awake Inc.” tərəfindən hazırlanmış geyimlər Eşli Qrinin yaratdığı Elis Kallen və Kristen Stüartın yaratdığı Bella Svon obrazlarına əsaslanmışdır. “Tutulma” kolleksiyasının satışına 4 iyun 2010-cu ildən başlanmışdır.[56] “Yeni Ay” filminin təbliğatında olduğu kimi “Tutulma” filminin də təbliğatı üçün 21 iyun 2010-cu ildən “Burger King” restoranlarında reklamlara start verilmişdir. Bu təbliğat zamanı xüsusilə “Ceykob dəstəsi Edvard dəstəsinə qarşı” xəttindən istifadə edilmişdir.[57]

Çıxarılması

[redaktə | mənbəni redaktə et]
Tutulma filmi Norsrap kinoteatrında, Sirakuza, Kanzas, 2010-cu ilin avqustu.

14 may 2010-cu ildən etibarən müxtəlif bilet satışı şirkətləri “Tutulma” filmi üçün biletlərin satışına başlamışlar.[58] Filmin rəsmi qırmızı xalı premyerası 24 iyun 2010-cu ildə Los-Anceles Nokia Teatrında baş tutmuşdur.[59][60] Təqdimat yerinin 23 iyunda dəyişdirilməsinə kimi, 21 iyundan etibarən fanatlar Los-Anceles Nokia Plazanın qabağına toplaşmağa başlamışdılar.[61] Rəsmi Birləşmiş Krallıq təqdimatı 1 iyul 2010-cu ildə Leyçester meydanı Londonda baş tutmuşdur. Lakin, Kristen Stüart, Robert Pattinson və Teylor Lotner həmin təqdimatda iştirak etməmişlər.[62]

“Tutulma” 4416 kinoteatrda və 193 IMAX ekranında açılmışdır. İlkin məlumatlara görə film çıxarılmasından ilk altı gün ərzində $150 — $180 milyon dollar arası gəlir gətirərək “Yeni Ay” filminin rekordunu qırmağa yaxın olmuşdur.[63][64] “Fandango”da onlayn bilet satışının 82 faizini əhatə edən “Tutulma” filmi 14 may 2010-cu ildə filmin ilk beşliyə düşməsinə səbəb olmuşdur. “MovieTickets.com” qeyd edir ki, “Tutulma” filmi onların gündəlik bilet sifarişinin əlli faizdən çoxunu təşkil etmişdir.[65] Film 2010-cu ilin iyununa kimi bilet satışlarının yarıdan çoxunu təşkil etmişdir.[66] “Gold Class Cinemas”da da erkən bilet satışları rekord göstəricilərə nail olmuş, 8500-dən çox Alatoran fanatı bilet sifariş etmişdir.[67]

Ev üçün buraxılış

[redaktə | mənbəni redaktə et]

4 dekabr 2010-cu ildə “Tutulma” ABŞ-də DVD formatında satışa çıxarılmışdır. İki diskli “Special Edition” və Blu-ray versiyalarına səkkiz kəsilmiş və genişləndirilmiş səhnə, MuseMetric qruplarının “The Twilight Saga: Eclipse: Original Motion Picture Soundtrack” albomundan olan mahnılara çəkilmiş musiqi videoları, Kristen Stüart, Robert Pattinson, Stefani Mayer və Vik Cofferinin şərhləri əlavə edilmişdir.[68] 1 dekabr 2010-cu ildə film Yeni Zellandiya və Avstraliyada satışa çıxarılmışdır. Həmçinin xüsusi bağlamalı, kolleksionerlər üçün altı foto kartlı, iki diskli hədiyyə dəstini də əldə etmək mümkün olmuşdur.[69] Şimali Amerika DVD satışları $164,676,695 milyon gəlir gətirmiş və 9,424,505 nüsxə satılmışdır.[70]

Gəlir göstəriciləri

[redaktə | mənbəni redaktə et]

4,000 kinoteatrda $30.1 milyon gəlir gətirən “Tutulma” ABŞ və Kanadada kassa tarixində yeni rekorda səbəb olaraq, ən böyük gecə yarısı açılışına səbəb olmuşdur.[10] Bundan əvvəlki rekord isə 3,514 kinoteatrda $26.3 milyon gəlirlə “Alatoran” seriyasından ikinci film olan “Yeni Ay” filminə məxsus idi.[10] 2011-ci ilin yayında “Harri Potter və Ölüm Hədiyyələri. I Hissə” filmi $43.5 milyon gəlir gətirənə kimi “Tutulma” filmi rekordunu qoruyub saxlaya bilmişdir.[71] 2011-ci ilin noyabrında “Alatoran:Sübh 1-ci hissə” filminin $30.3 milyon gəlir əldə etməsinə kimi “Tutulma” həm də françayzın ən çox gəlirli filmi olmuşdur.[72] Filmin rekordu həm də IMAX ekranlarında göstərişə görə, “Transformerlər: Məğlubların qisası” filmi tərəfindən təhlükə altına alınmışdır. “Tutulma” filmi 192 kinoteatrda $1 milyon, “Transformerlər:Məğlubların qisası” filmi isə $959,000 gəlir toplamışdır.[73] Beş ay sonra filmin rekordu $1.4 milyon gəlir əldə etmiş “Harri Potter və Ölüm Hədiyyələri. II hissə” filmi tərəfindən qırılmışdır.[74] Açılış günündə $68.5 milyon gəlir əldə edən film ABŞ və Kanadada çərşənbə günü ən böyük tək gün açılışı olmaqla $62 milyon gəlir əldə etmiş “Məğlubların qisası” filmini geridə qoymuş[75], həmçinin bütün zamanların ən böyük üçüncü tək gün açılışı olmuşdur.[12] 2011-ci ildə verilmiş məlumata görə, “Yeni Ay” ($72.7 milyon) və “Alatoran:Sübh 1-ci hissə” ($72.0 milyon) filmlərindən sonra “Tutulma” Alatoran filmlər seriyasında üçüncü ən çox açılış gəliri gətirən film olmuşdur.[76] Həmçinin ilk həftə ərzində müxtəlif yerlərdə yerləşən IMAX kinoteatrlarından film $9 mmilyon gəlir əldə etmişdir.[77]

ABŞ və Kanadada filmin çıxarılmasından altı gün sonra ABŞ-nin Müstəqillik günü ilə əlaqədar olaraq filmin yayımı dayandırılmış, bu müddətdə ilk həftədə toplanmış $64.8 milyon da daxil olmaqla, film $176.4 milyon gəlir əldə etmişdir.[78] İkinci həftəsonunda film sələflərindən fərqli olaraq daha yaxşı nəticə göstərmiş və gəlirlərini $31.7 milyona çatdırmışdır.[79]

ABŞ-dən kənarda da yüksək nəticələr göstərən film sələflərini geridə qoymuş, Rusiyada $3.9 milyon ($5 milyon gəlir toplamış Karib dənizinin quldurları:Qəribə sahillərdə filmi tərəfindən rekordu qırılmışdır), İtaliyada $3.1 milyon, Filippində $1.2 milyon, Belçikada isə $1.1 milyon gəlir əldə etmişdir.[80] İtaliyada film bütün zamanların üçüncü ən böyük açılışı olmuş, Filippində “Hörümçək adam 3” filmini geridə qoymuş, Belçikada isə bütün zamanların ən böyük açılışına nail olmuşdur. Birinci həftəsonunda qazandığı $71.3 milyon da daxil olmaqla, üçüncü günündə “Tutulma” $121.3 milyon gəlir əldə etmişdir.[81]

İkinci həftəsonunda film, 9,440 kinoteatrdan $70.6 milyon gəlir əldə etmişdir. Birləşmiş Krallıqda 523 məntəqədə nümayişdən $20.7 milyon gəlir əldə edən film 2010-cu ilin ən böyük açılışı olmuşdur (Oyuncaqların hekayəsi 3 tərəfindən geridə qoyulana kimi). Bu göstərişlə “Tutulma” 2009-cu ildə təqdim edilmiş və “Yeni Ay” filmini $1.7 milyon geridə qoymuşdur. Fransada $13.3 milyon gəlir əldə edən film “Harri Potter və Ölüm Hədiyyələri. I Hissə” ($20.7 milyon) və “Alisa möcüzələr ölkəsində” ($15.4 milyon) filmlərindən sonra 2010-cu ilin ən böyük açılışı olmuşdur. Cənubi Koreyada $4.9 milyon gəlirlə film birinci olmuşdur.[82]

ABŞ və Kanadada $300,531,751 gəlirlə “Tutulma” film kassa gəlirlərini 21 oktyabr 2010-cu ildə başa vurmuş, göstərdiyi nəticə ilə bir neçə ay əvvəl $296,623,634 gəlirlə “Alatoran” filmlər seriyasının ən gəlirli filmi olan “Yeni Ay” filmini geridə qoymuşdur.[83] 2010-cu ilin $300 milyondan çox gəlir gətirən dördüncü filmi olan “Tutulma” Kanada və ABŞ-də ən çox gəlir gətirən filmlər siyahısında 46-cı yerdə qərarlaşmışdır. Ümumilikdə $693,579,566 gəlir əldə edən film “Alatoran” filmlər seriyasında $709,826,790 gəlir əldə etmiş “Yeni Ay” filmindən sonra ikinci yeri tutmuşdur.[84] “Tutulma” filmi ABŞ və Kanadadan sonra BK, İrlandiya, Malta ($45,709,785), Almaniya ($33,087,955), Fransa və Məğrib ($32,987,421), İtaliya ($19,984,000), Braziliya ($30,499,010) və Avstraliya ($28,566,737) olmuşdur.[85]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Tutulma” filminə verilən rəylər qarışıq olsa da, “Yeni Ay”la müqayisədə daha müsbətyönümlü olmuşdur. “Rotten Tomatoes” 229 rəy əsasında filmə 49% müsbət rəy vermişdir.[86] Saytın ümumi konsesusunda deyilir ki, “Daha çox obrazların dialoqları əsasında qurulmuş “Tutulma” filmi romantika və fentezi mövzusunu inkişaf etdirsə də, “Alatoran” saqasına yeni izləyicilər toplaya bilməmişdir.”[87]Metacritic” 38 tənqidçinin rəyi əsasında filmi 58/100 balla qiymətləndirir və rəyləri “qarııq və orta” kimi dəyərləndirir.[88]

The Hollywood Reporter” “Tutulma” filmini müsbət qiymətləndirmişdir.[89]Variety” jurnalından Piter Debruj qeyd edir ki, “nəhayət ki, bu film daha çox blokbasterə oxşayır.” [90]

“McClatchy Newspapers”dən Rik Bentli qeyd edir ki, “Tutulma” “Alatoran” filmlər seriyasından olan filmlər arasında ən yaxşısıdır və razılaşır ki, “Tutulma”nın belə uğurlu alınması final filmlər olan iki hissəli “Sübh” üzərində çalışanlara əsl çağırışdır.[91]The New York Times” Devid Sleydin əyləncəli film yaratmaq bacarığını dəyərləndirir və “Tutulma”nın özündən əvvəlki filmlərdən daha uğurlu alındığını qeyd edir, həmçinin, aktyor fəaliyyətinin demək olar ki, yaxşılaşmadığını da vurğulayır.[92]The Los Angeles Times”dan Betsi Şarkli filmi 5 ulduzdan 4.5 ulduzla dəyərləndirir, Devid Sleydin əvvəlki filmləri ilə qarşılıqlı şəkildə maraqlı film yaratmaq bacarığını qeyd edir. O, yazır: “Tutulma sələflərini qaranlığa qərq edir.”[93] “Moviefone ”un 2010-cu ilin əlli ən yaxşı filmi siyahısında “Tutulma” 49-cu yerdə qərarlaşdırılıb.[94]

“Orlando Sentinel”dən Orlando Mur filmi 4 ulduzdan 2.5 ulduzla qiymətləndirir və qeyd edir ki, “Brays Dallas Hovard və ya Anna Kendrikin ifası hərdən aktyorların darıxdırıcı ifasını bölür.” Müəllif filmi “boşboğaz və çox uzun” adlandırsa da, Devid Sleydin rejissorluğunu tərifləyir və filmin fanatları sevindirəcəyini qeyd edir.[95] “Chicago Tribune”dan Maykl Filips filmi 5 ulduzdan iki ulduzla dəyərləndirir və qeyd edir ki, Devid Sleydin stimulyasiyasında “hər şey yüksəklikdən düşmüş kimi görünür”. O, həm də obrazları, aktyorların onları canlandırmasını tənqid edir, Hovard Şorun musiqisini “zibil” adlandırır.[96] “Boston Globe”dan Uizli Morris qeyd edir ki, “əgər ilk iki film “otaq axtarmağa” vadar edirdisə, üçüncq film “terapevt axtarmağa” vadar edir.”[97]

Qarışıq rəydə deyilir ki, “Tutulma, Yeni ayın Alatoran seriyasından uzaqlaşdırdığı enerjini yenidən qaytarır və izləyicini özünə bağlı saxlamaq üçün kifayət qədər keyfiyyətlidir”.[98] “Chicago Sun Times”dan Rocer Ebert “Tutulma”ya ilk iki filmdən daha yaxşı rəy verir, lakin hələ də üç əsas qəhrəman arasındakı dialoqlardan narazı olduğunu ifadə edir. O, film boyu Edvard və Ceykobun Bellaya yönəlmiş baxışlarını tənqid edir və qeyd edir ki, film boyu fonda görünən dağ mənzərələri “televiziya şousunda çəkilməsi öyrədilən mənzərələrə oxşayır”. O, filmi, dörd ulduzdan iki ulduzla qiiymətləndirir.[99] “St. Peterburg Times ”dan Stiv Persall filmi “dəhşətli dərəcədə pis” adlandırır, qeyd edir ki, “Tutulmanın süjet xətti darıxdırıcıdır və vampirlər və canavar adamların dil tapması xaricində hansısa maraqlı bir şey yoxdur” və C- dərəcəsi ilə qiymətləndirir.[100]The Guardian”dan Piter Bredşou filmi bir ulduzla dəyərləndirir və qeyd edir ki, “Bella Svon Doris Dey kimi cəhənnəm nimfasını xatırlatmağa başlayır.”[101]

İl Mükafat Nominasiya Nəticə
2010 Milli Film Mükafatı Yayın Ən Gözlənilən Filmi Qazandı
Teen Choice Awards Yay Seçimi: Film
Seçim Yay Film Ulduzu — Qadın: Kristen Stüart
Seçim Yay Film Ulduzu — Kişi: Robert Pattinson
Seçim Yay Film Aktyoru: Fantasy : Teylor Lotner
Seçim Yay Film Ulduzu — Kişi: Teylor Lotner Namizəd
Seçim Sevgi Mahnısı: Neutron Star Collision (Love Is Forever)
Skrim mükafatı Ən Güclü Skrim
Ən Yaxşı Fentezi Filmi Qazandı
Ən Yaxşı Fentezi Aktrisası: Kristen Stüart
Ən Yaxşı Fentezi Aktyoru: Robert Pattinson
Ən Yaxşı Fentezi Aktyoru: Teylor Lotner Namizəd
Ən Yaxşı Performans — Kişi: Ksavye Samuel
Nikelodeon Avstraliya Uşaqlarının Seçimi Mükafatı 2010 Sevilən Film Qazandı
Sevilən Film Ulduzu: Kristen Stüart Namizəd
Sevilən Film Ulduzu: Robert Pattinson
Sevilən Film Ulduzu: Ksavye Samuel
Cazibədar Kürən: Teylor Lotner
Ən Yaxşı öpüş: Kristen Stüart & Robert Pattinson
Ən Yaxşı öpüş: Kristen Stüart & Teylor Lotner
Nikelodeon Braziliya Uşaqlarının Seçimi Mükafatı 2010 İlin cütlüyü : Kristen Stüart & Robert Pattinson Qazandı
Amerika Musiqi Mükafatı Sevilən Film Musiqisi Namizəd
Peyk mükafatı Ən Yaxı Orijinal Film Musiqisi: Eclipse (All Yours)
Ən Yaxşı Orijinal Mahnı: What Part of Forever
2011 People's Choice Awards Sevilən Film Qazandı
Sevilən Drama Filmi
Sevilən Film Aktrisası: Kristen Stüart
Sevilən Film Aktyoru: Robert Pattinson Namizəd
Sevilən Film Aktyoru: Teylor Lotner
Ən Yaxşı Ekran Dəstəsi: Kristen Stüart, Robert PattinsonTeylor Lotner Qazandı
Qremmi mükafatı Bədii Film üçün Ən Yaxşı Ümumiləşdirmə Albomu, Televiziya və ya Digər Vizual Media Namizəd
Qızıl Moruq Mükafatı Ən Pis Film
Ən Pis Rejissor: Devid Sleyd
Ən Pis Aktyor: Teylor Lotner
Ən Pis Aktyor: Robert Pattinson
Ən Pis Aktrisa: Kristen Stüart
Ən Pis Ssenari: Melissa Rozenberq
Ən Pis Prikvel, Remeyk, Rip-Off və ya Sikvel
Ən Pis Ekran Dəstəsi
İkinci dərəcəli rolda Ən Pis Aktyor: Cekson Retbon Qazandı
Nickelodeon Uşaqların Seçimi Mükafatı Sevilən Film Aktrisası: Kristen Stüart Namizəd
MTV Film Mükafatı Ən Yaxşı Film Qazandı
Ən Yaxşı Qadın Performansı: Kristen Stüart
Ən Yaxşı Kişi Performansı: Robert Pattinson
BƏn Yaxşı Kişi Performansı: Teylor Lotner Namizəd
Ən Yaxşı Yeni Aktyor: Ksavye Samuel
Ən Yaxşı Döyüş: Robert Pattinson, Brays Dallas Hovard və Ksavye Samuel Qazandı
Ən Yaxşı öpüş: Kristen Stüart & Robert Pattinson
Ən Yaxşı öpüş: Kristen Stüart & Teylor Lotner Namizəd
37-ci Saturn mükafatı Ən Yaxşı Fentezi Filmi
Teen Choice Awards Seçim: Elmi-fantastika/Fentezi Filmi
Seçim: Elmi-fantastika/Fentezi Filmi Aktrisası: Kristen Stüart
Seçim: Elmi-fantastika/Fentezi Filmi Aktyoru: Robert Pattinson
Seçim: Elmi-fantastika/Fentezi Filmi Aktyoru: Teylor Lotner Qazandı
Seçim: Qəddar film obrazı: Brays Dallas Hovard Namizəd
Seçim: Film səhnəsi oğrusu — Kişi: Kellan Lats Qazandı
Seçim: Film səhnəsi oğrusu — Qadın: Eşli Qrin
Seçim: Öpüş: Kristen Stüart & Robert Pattinson Namizəd
Seçim: Öpüş: Kristen Stüart & Teylor Lotner
Seçim: Yeni Film Ulduzu — Kişi: Ksavye Samuel
Seçim: Vampir: Robert Pattinson Qazandı
Seçim: Vampir: Nikki Rid Namizəd
Seçim: Cazibədar kişi: Robert Pattinson
Seçim: Cazibədar kişi: Teylor Lotner

2008-ci ilin noyabrında “Summit Entertainment” Alatoran romanlar seriyasının dördüncü kitabı olan “Sübh” romanını ekranlaşdırmaq hüququ aldığını, 2010-cu ilin aprelində isə roman əsasında iki hissəli filmin çəkiləcəyini elan edir.[102] Birinci film 18 noyabr 2011-ci ildə, ikinci film isə 16 noyabr 2012-ci ildə təqdim edilir.[103][104] Hər iki film Bill Kondonun rejissorluğu ilə çəkilir.[105]

  1. ECLIPSE Arxivləşdirilib 2020-08-09 at the Wayback Machine, British Board of Film Classification
  2. 1 2 "The Twilight Saga: Eclipse (2010)". Box Office Mojo. Amazon.com. 2010-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-07-12.
  3. http://nmhh.hu/dokumentum/158992/2010_filmbemutatok_osszes.xlsx.
  4. 1 2 Joshua Rich. "'Twilight': Third film in series, 'Eclipse,' set for June 2010". Entertainment Weekly. 2009-02-20. 2009-03-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2015.
  5. 1 2 "Summit Entertainment Starts Production on The Twilight Saga: Eclipse" (Press-reliz). Summit Entertainment. 2009-08-18. 2010-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2015.
  6. Dave McNary. "Third 'Twilight' film finds director". Variety. 2009-03-11. İstifadə tarixi: 25 fevral 2015.
  7. 1 2 Adam Rosenberg. "'The Twilight Saga: Eclipse' Shoot Dates Revealed!". MTV. Viacom. 2009-06-30. 2010-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2015.
  8. 1 2 Debi Moore. "Eclipse Wrapped, a Trio of New Moon Stills & Wallpaper, Twilight Returning to Theatres". Dread Central. Dread Central Media, LLC. 2009-10-29. 2009-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2015.
  9. Dave McNary. "'Eclipse' sets IMAX release". Variety. 2009-12-09. İstifadə tarixi: 25 fevral 2015.
  10. 1 2 3 4 "'The Twilight Saga: Eclipse' breaks box office records with midnight grosses". Entertainment Weekly. 2010-06-30. 2012-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fevral 2015.
  11. "'Record Breaking Midnight Screenings of 'Harry Potter 7 Pt. 2'". 2012-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
  12. 1 2 "Twilight Eclipse $68 Million Opening Day is Second Best All-Time". 2014-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-25.
  13. "Widest Independent Releases at the Box Office". Box Office Mojo. Amazon.com. 2010-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-15.
  14. "First Official Still Released from The Twilight Saga: Eclipse". 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  15. "A Super-Lame Romantic Look at 'The Twilight: Saga Eclipse'". 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  16. Carroll, Larry. "Peter Facinelli Excited To Play Carlisle Cullen Again In 'New Moon'". MTV. Viacom. 2008-11-26. 2009-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  17. "Meet The Cast Of "New Moon"". MTV. Viacom. 2009-03-25. 2013-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  18. Carroll, Larry. "'Twilight' Film's First Family Revealed: Peter Facinelli, Elizabeth Reaser Lead Cullen Clan". MTV. Viacom. 2008-02-19. 2010-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  19. Trevorrow, Jennifer. "Exclusive: Ashley Greene Dishes On Twilight Sequel New Moon". Entertainment Wise. GiENT. 2009-03-30. 2013-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  20. Carroll, Larry. "'Twilight' Star Kellan Lutz Looks Forward To Emmett's 'New Moon' One-Liners". MTV. Viacom. 2008-12-09. 2010-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  21. Carroll, Larry. "Nikki Reed Has To Pretend To Hate BFF Kristen Stewart In 'New Moon'". MTV. Viacom. 2009-03-26. 2009-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  22. Carroll, Larry. "Jackson Rathbone Dives Into 'Jasper's Backstory' For 'Eclipse'". MTV. MTV Networks. 2009-09-01. 2010-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  23. Brogen Hayes. "Twilight Eclipse — Interview with Billy Burke (Charlie Swan)". Movies.ie. 2011-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  24. Zeitchik, Steven. "'Twilight' film franchise looks ahead". The Hollywood Reporter. Nielsen Business Media. 2008-11-14. 2008-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  25. Joshua Rich. "'Twilight' exclusive: Chris Weitz will not direct third film, 'Eclipse'". Entertainment Weekly. 2009-02-20. 2009-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  26. Brandon Gray. "Third 'Twilight' Dawns Summer 2010". Box Office Mojo. Amazon.com. 2009-02-20. 2018-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  27. "Director David Slade discusses "Eclipse"". MakingOf.com. Event occurs at 3:39 minutes. 2012-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  28. "Rachelle Lefevre 'Stunned' Over 'Eclipse' Recasting". Access Hollywood. NBC Universal, Inc. 2009-07-29. 2009-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  29. "Dish Rag: Catherine Hardwicke on Bryce Dallas Howard". YouTube. Google.com. 2022-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  30. 1 2 Nicole Sperling. "'Twilight Saga: Eclipse' beings production today". Entertainment Weekly. 2009-08-18. 2012-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  31. Tanner Stransky. "'Twilight' third pic 'Eclipse' begins casting with Australian unknown Xavier Samuel". Entertainment Weekly. 2009-07-17. 2009-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  32. Wendy Mitchell. "Jack Huston to play Royce King II in 'Eclipse'". Entertainment Weekly. 2009-08-11. 2009-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  33. Christina Radish. "Exclusive Interview: Kirsten Prout is Lucy in The Twilight Saga: Eclipse". IESB. 2010-01-03. 2010-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  34. "The Twilight Saga: Eclipse Starts Shooting". ReelzChannel. 2009-08-18. 2009-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  35. "Filming Eclipse Graduation Scenes". Twilight Guide. 2009-08-29. 2010-07-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  36. LMCullen. "Eclipse Filming Details: Riley Shows His Creepy Side, Plus New Pics of Bryce Dallas Howard". Eclipse Movie. 2009-09-03. 2010-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  37. LMCullen. "Eclipse Filming Details: The Tent Scene". Eclipse Movie. 2009-09-12. 2010-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  38. "More 'Eclipse' Filming Updates". Clevvertv.com. 2009-09-17. 2009-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  39. "Eclipse is Doing Well in Post-Production". Clevvertv.com. 2009-11-15. 2009-11-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  40. "Updates on 'Eclipse' post-production from David Slade Team-Twilight | Movie News, Pics & Fan Site". Team-twilight.com. 2009-12-11. 2010-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  41. "'Twilight: Eclipse' reshoots with Robert Pattinson, Kristen Stewart and Taylor Lautner were 'fantastic' – The Dish Rag – Zap2it". Zap2it. 2010-05-03. 2010-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  42. 1 2 Jocelyn Vena. "Leaked 'Eclipse' Script Is Reportedly An Early Version". MTV. Viacom. 2010-01-06. 2010-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  43. "Howard Shore to score 'Twilight: Eclipse'". MovieScore. 2010-01-22. 2010-01-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  44. James Montgomery. "'Eclipse' Soundtrack Due June 8". MTV. Viacom. 2010-04-19. 2010-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  45. "Neutron Star Collision (Love Is Forever) – Coming May 17th". muse.mu. 2010-05-07. 2020-11-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  46. "Function Disabled". Myspace.com. 2010-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2015.
  47. "Arxivlənmiş surət". 2012-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
  48. "First Teaser Poster for 'The Twilight Saga's Eclipse'". cinemablend.com. 2009-11-07. 2009-11-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2015.
  49. "Teaser for the Twilight: Eclipse Trailer". AceShowBz.com. 2010-03-10. 2010-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2015.
  50. Mandi Bierly. "'Eclipse' trailer is here: So is the new Victoria". Entertainment Weekly. 2010-03-11. 2010-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-03-11.
  51. Larry Carroll. "'New Moon' Special-Edition DVD To Feature 'Eclipse' Footage". MTV. Viacom. 2010-02-12. 2010-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-29.
  52. "Niet compatibele browser". Facebook. 2016-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2015.
  53. "NA". Harpo, Inc. 2010-04-22. 2012-07-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2015.
  54. "MTV Movie Awards Released New Twilight 'Eclipse' Preview Clip". OnTheFlix. 2010-05-24. 2010-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2015.
  55. "'Twilight Night' event will tie in 'The Twilight Saga: Eclipse' with the lunar eclipse | Twilight Reality". Twilightreality.wordpress.com. 2010-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2015.
  56. Carroll, Larry. "Exclusive: 'Twilight' Fashion Week Highlights 'Eclipse' Merch – News Story". MTV News. Viacom. 2010-05-10. 2010-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2015.
  57. Rosen, Christopher. "Teams Edward and Jacob Crowned at Burger King". Movieline. 2010-06-05. 2010-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2015.
  58. Floydian Trip. "Twilight Saga: Eclipse Final Runtime, New Still & Ticket Info". Dreadcentral.com. 2010-05-11. 2010-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  59. "Eclipse premiere | Eclipse Grauman's | Eclipse June 24". Gossipcop.com. 2010-04-05. 2010-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  60. Rosenfield, Tracy. "Summit Entertainment Announces Camp-Out Dates for "Eclipse" Premier". HollywoodNews.com. 2010-05-16. 2010-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  61. "The Twilight Saga: Eclipse Premiere – Fan Line and Camping Rules & Regulations". Facebook. 2016-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  62. "Noooo! R-Pattz WON'T be at the Eclipse UK premiere". Heatworld.com. 2010-06-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  63. Frankel, Daniel. "Box Office: 'Eclipse' Looks to Scare Up at Least $150M". TheWrap.com. 2010-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  64. Finke, Nikki. "'Eclipse' Top Advance Ticket Seller Of Year –". Deadline.com. 2010-06-24. 2010-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  65. "Twilight's 'Eclipse' tops advance ticket sales for 2010 – Films, Arts & Entertainment". London: The Independent. 2010-06-29. 2016-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  66. Bierly, Mandi. "'Eclipse' now 2010's top advance ticket-seller | EW.com". Popwatch.ew.com. 2010-06-25. 2010-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  67. "'Twilight Saga: Eclipse' Draws Record Advance Ticket Sales for Gold Class Cinemas – LOS ANGELES". PRNewswire. California. June 28, 2010. August 26, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  68. "'Eclipse' DVD Gets Official Release Date! » Hollywood Crush". Hollywoodcrush.mtv.com. 2010-09-13. 2011-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  69. The Twilight Saga: Eclipse (Collector's Edition DVD Gift Set)
  70. "The Twilight Sage: Eclipse (2010)". The Numbers. Nash Information Services, LLC. 2012-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2mart 2015.
  71. Box Office Report: Final 'Harry Potter' Grosses a Record-Breaking $43.5 Million in Midnight Runs Arxivləşdirilib 2011-07-18 at the Wayback Machine. Hollywood Reporter. Retrieved 2 mart 2015.
  72. "'The Twilight Saga: Breaking Dawn – Part 1' earns $30.25 million at midnight showings". 2013-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
  73. "Weekend Briefing: 'Eclipse' Rises with Record Release, Midnight Launch". Box Office Mojo. Amazon.com. 2010-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  74. Harry Potter Posts Big Opening Night Numbers Arxivləşdirilib 2010-11-20 at the Wayback Machine. Yoxlanıb: 2 mart 2015
  75. "'Eclipse' opening breaks record for biggest single-day Wednesday opening". 2010-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
  76. "Box office update: 'Twilight: Breaking Dawn' bites into the third-best opening day ever with $72 mil". 2013-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-02.
  77. Paul Bond. "Imax posts $9 million for 'Eclipse' opening". The Hollywood Reporter. July 6, 2010. July 10, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 2, 2015. "Eclipse" showed on 193 Imax screens domestically from Wednesday through Monday and earned $9 million, about $47,000 per screen.
  78. Box office: 'Twilight Saga: Eclipse' is huge but just short of 'New Moon'; 'Airbender' has solid start Arxivləşdirilib 2019-11-28 at the Wayback Machine. İstifadə: 2 mart 2015.
  79. "Weekend Report: 'Despicable Me' Dominates, 'Predators' Solid But Unspectacular". Box Office Mojo. Amazon.com. 2010-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  80. "Around-the-World Brief: 'Eclipse' Opening Day Overshadows 'New Moon'". Box Office Mojo. Amazon.com. 2010-02-07. 2010-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  81. "Friday Report: 'Eclipse' Doesn't Jump But Easily Leads". Box Office Mojo. Amazon.com. 2010-03-07. 2010-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  82. Segers, Frank. "'Eclipse' still has bite at No. 1 overseas". Hollywoodreporter.com. 2010-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  83. "The Twilight Saga: Eclipse". Box Office Mojo. Amazon.com. 2010-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  84. "'Twilight' Tiff". Box Office Mojo. Amazon.com. 2010-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  85. "The Twilight Saga: Eclipse". Box Office Mojo. Amazon.com. 2010-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  86. "The Twilight Saga: Eclipse Movie Reviews, Pictures". Rotten Tomatoes. Flixster. 2011-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  87. "The Twilight Saga: Eclipse Movie Reviews, Pictures". Rotten Tomatoes. Flixster. 2011-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  88. "Twilight Saga: Eclipse (2010): Reviews". Metacritic. CBS Interactive. 2010-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  89. Honeycutt, Kirk. "The Twilight Saga: Eclipse – Film Review". Hollywoodreporter.com. 2010-06-22. 2010-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  90. Debruge, Peter. "The Twilight Saga: Eclipse Movie Review – Read Variety's Analysis Of The Film The Twilight Saga: Eclipse". Variety.com. 2010-06-27. İstifadə tarixi: 2 mart 2015.
  91. Bentley, Rick. "Romance, action in 'Eclipse' outshine past Twilight films". McClatchy News Service. 2010-07-01. 2010-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  92. A. O. Scott. "Movie Review — The Twilight Saga: Eclipse — Global Warming Among the Undead". New York Times. June 29, 2010. August 1, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  93. Sharkey, Betsy. "Movie review: 'The Twilight Saga: Eclipse'". Los Angeles Times. 2010-06-30. 2010-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-30.4.5 5 dən ulduz4.5 5 dən ulduz4.5 5 dən ulduz4.5 5 dən ulduz4.5 5 dən ulduz
  94. "50 Best Movies of 2010". Moviefone. 2013-06-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  95. "Movie Review: The Twilight Saga: Eclipse – Frankly My Dear – Orlando Sentinel". Blogs.orlandosentinel.com. 2011-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015. 2.5 4 dən ulduz2.5 4 dən ulduz2.5 4 dən ulduz2.5 4 dən ulduz
  96. Michael Phillips Movie critic 11:13 p.m. CDT, June 28, 2010. "The Twilight Saga: Eclipse review". chicagotribune.com. 2009-10-09. 2010-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015. 2 5 dən ulduz2 5 dən ulduz2 5 dən ulduz2 5 dən ulduz2 5 dən ulduz
  97. Morris, Wesley. "'The Twilight Saga: Eclipse' movie review – 'The Twilight Saga: Eclipse' showtimes – The Boston Globe". Boston.com. 2010-06-26. 2010-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  98. Berkshire, Geoff. "'The Twilight Saga: Eclipse' review | Metromix New York". Newyork.metromix.com. 2012-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  99. Ebert, Roger. "The Twilight Saga: Eclipse :: rogerebert.com :: Reviews". Chicago Sun Times. 2004-10-13. 2012-12-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015. 2 4 dən ulduz2 4 dən ulduz2 4 dən ulduz2 4 dən ulduz
  100. Steve Persall. "Review: Sorry, Twihards, but 'Eclipse' is just monstrously bad – St. Petersburg Times". St. Peterburg Times. Tampabay.com. June 30, 2010. August 8, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015. Grade C-
  101. Peter Bradshaw. "Film Review:The Twilight Saga: Eclipse". The Guardian. London. 8 July 2010. 28 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2015.
  102. Steven Zeitchik. "'Twilight' film franchise looks ahead". The Hollywood Reporter. 2008-11-14. 2008-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  103. "THE TWILIGHT SAGA: BREAKING DAWN Release Date November 18, 2011". Collider.com. 2010-05-04. 2013-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  104. "Salary dispute holding up 'Twilight 5' announcement". Thresq.hollywoodreporter.com. 2010-05-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.
  105. Nicole Sperling. "It's official: Bill Condon will direct Breaking Dawn". Entertainment Weekly. 2010-04-28. 2010-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]