Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kalama
Kalama (ispanca:Calama) — Çilidə şəhər. Əhalisi 138402 nəfərdir (2002). Ərazi — 15597 km², əhali sıxlığı — 8,87 nəfər/km²-dir.
Ucarma
Ucarma (gürc. უჯარმა) — Gürcüstanda kənd. Kaxetiya ölkəsinin Saqareco bələdiyyəsi ərazisindədir. Dəniz səviyyəsindən 770 m yüksəklikdə yerləşir. Bir zamanlar Qafqaz Albaniyası ilə Gürcüstanın sərhədini müəyyən edirdi. Əhalisi 445 nəfərdir (2014).
Yalama
Yalama — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. 'Yalama Stansiyası-' Stansiya 1900-cü il noyabrın 1-də özəl Vladiqafqaz dəmir yolunun Dərbənd- Biləcəri xəttində kommersiya istifadəsinə verilmiş və sərnişinlərin və yüklərin daşınması üçün açılmışdır. 20-ci əsrin əvvəllərində Dərbənd-Biləcəri xəttinin istismar uzunluğu 217 mil idi.Marşruta Vladiqafqaz yolunda Biləcəri stansiyasının lokomotiv və vaqon anbarlarından qatar və dartma briqadaları xidmət göstərib. Bütün sərnişin, kuryer, poçt və baqaj qatarları stansiyada dayanıb. 1919-cu ildə Azərbaycanla Könüllü Ordunun nəzarətində olan ərazilər arasındakı sərhəd stansiyanın xətti ilə keçirdi. “Əli və Nino” romanında Yalama stansiyasında həmin vaxtlardan bəhs edilir. Kənddə Yalama kənd məscidi dini icması fəaliyyət göstərir.
Ulama
Malek Salama
Malek Salama (1 fevral 1997, Qahirə) — Misirli karateçi. Malek Salama Misiri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi. == Karyerası == Malek Salama birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilət kumite 60 kq çəki dərəcəsində, 1/16 final mərhələsində İranın nümayəndəsi Amir Mehdi Zade ilə üz-üzə gəldi. Həmin görüşdə Malek Salama rəqibinə 0:5 hesabı ilə uduzdu.
Ucarma qalası
Ucarma qalası (gürc. უჯარმის ციხე) – Gürcüstanın Kaxetiya bölgəsindəki Saqaredsco bələdiyyəsində yerləşən orta əsrlərə aid gürcü kilsəsidir. İori çayının sahilində və Qombori dağ keçidinin yaxınlığında yerləşən qala Ucarma qəsəbəsinin təxminən 4 km şimalındadır. Qala iki hissədən ibarətdir: yuxarı qala və aşağı şəhər. Qalanın şərq qismində iki mərtəbəli binadan formalaşan kraliyyət sarayı vardır. Üst qala X əsrdə ərəb sərkərdəsi Əbülqasım tərəfindən dağıdılmış, ancaq XII əsrdə onu xəzinə olaraq istifadə edən kral III Georgi tərəfindən bərpa edilmişdir. Gürcü tarixçi Leonti Mroveliyə görə Ucarma qalasının təməl daşı III–IV əsrlərdə İberiya krallığı kralı Aspaqur tərəfindən ucaldılmışdır. Kral Vaxtanq Qorqasali dövründə qala genişləndirildi və yaşayış yeri olaraq istifadə edildi. Ucarma 914-cü ildə ərəblər Qafqaz dağlarını istila etdiyində fəth edildi. Döyüşlər zamanı binalara ciddi ziyan dəydi.
Yalama bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yalama döyüşü
Yalama döyüşü — 1920-ci ilin aprel ayının 28-sində Yalama ərazisində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunun Quba alayının Yalama qarnizonu ilə XI Qırmızı Ordu arasında baş vermiş döyüş. 1920-ci il aprel ayının 28-si, saat 00:05 dəqiqə ikən 70 minlik XI Qırmızı Ordu, öndə "III İnternasional", daha 3 zirehli qatar və 300 nəfərdən ibarət piyada desant olmaqla, Samurçay üzərindəki körpünü keçir. İşğalçı qoşunla Anastas Mikoyan, Qəzənfər Musabəyov da rus süngüləri üzərində Azərbaycanda şura hökuməti qurmağa gəlirlər. Körpünün başında keşik çəkən piyada taqımının əsgərləri və altı süvari zirehli qatarları görəndə təəccüblənirlər. Çünki cəmi bir neçə saat əvvəl onlar həmin bu körpünün üstündə indi top-tüfənglə üstlərinə gələn rus zabitləri və əskərləri ilə rəqs edir, dostluq-qardaşlıqdan danışırdılar… Artilleriya və pulemyot atəşi ilə kiçik dəstənin müqavimətini qırmaq ruslar üçün çətin olmur. Bundan sonra qatar Yalamaya üz tutur. Yolboyu onları dəmir yolunun kənarında meşədən olan azərbaycanlıların süvari patrulları izləyir. Ruslar Yalamaya qəflətən hücum etmək istəyirlər. Onların desantı stansiya ilə sərhəd məntəqələrini birləşdirən telefon xəttlərini kəsir. Lakin Azərbaycan Ordusunun Quba alayının zabiti Ağaəli Babazadənin rəhbərliyi altında bir neçə yüngül top və pulemyotla silahlanmış iki rota, 300 nəfərdən ibarət süvari eskadronu və kiçik jandarm dəstəsi stansiya yaxınlığında düşməni gözləyir.
Yalama Aqropark
Yalama Aqropark Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığna əsasən 07.09.2016 tarixində Xaçmaz rayonuun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində "Yalama Aqropark" yaradılmışdır. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem istehsalı təsərrüfatları yaradılmışdır.Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, Almaniya, Türkiyə və İtaliya istehsalı olan texnika və avadanlıqlarından istifadə olunub. Layihənin birinci mərhələsi üzrə 385 ha sahədə müasir suvarma sistemlərinin (pivotlar) tətbiqi ilə növbəlilik nəzərə alınmaqla ikili əkin aparılır. Layihənin icrası nəticəsində 200-dən artıq iş yeri yaradılmışdır. Yalama Aqropark Azərbaycanda ilk Ən böyük Aqroparkdır.
Ubayama balıqqulağı təpəsi
Ubayama balıqqulağı təpəsi (姥山貝塚, Ubayama kayzuka) – Yaponiyanın Çiba prefekturasının İçikava şəhəri yaxınlığında yerləşən arxeoloji qazıntı yeri. Şərqdən qərbə 130 metr, şimaldan cənuba 120 metr genişliyindədir. == Tarixi == Bu neolitik balıqqulağı təpəsi Comon dövrünə aiddir və 3000-5000 il əvvələ aid olduğu təxmin edilir. 1893-cü ildən etibarən burada qazıntı işləri aparılır. Burada 30-dan çox molyusk növü tapılmışdır. 1926-cı ildə Tokio Antropologiya Cəmiyyəti tərəfindən aparılmış ən əhəmiyyətli qazıntı işləri zamanı iki qadın, iki kişi və bir uşağa aid sümük qalıqları ilə yanaşı fuqu balığının sümükləri də tapılmışdır. Əvvəlcə uşağın qadınlardan birinə aid olduğu güman edilsə də, daha sonra aparılmış DNT analizi bunun əksini sübut etmişdir. Onların ölümü naməlum qalmaqdadır. İndiyə qədər təpədə 39 çuxur yaşayış yeri və 147 insan qalığı, eləcə də, dulusçuluq məmulatları tapılmışdır. == Status == 17 avqust 1967-ci ildə Yaponiya hökuməti tərəfindən Milli Tarixi Yer statusu verilmişdir.
Samur-Yalama Milli Parkı
Samur-Yalama Milli Parkı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində yerləşən milli park. Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonunun inzibati ərazisində yaradılmışdır. Samur-Yalama Milli Parkı "Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Main ("KfW") arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində "Samur-Yalama Milli Parkının yaradılması" layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi" və həmin müqaviləyə dair Xüsusi Razılaşmaya uyğun olaraq Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə yaradılmışdır. Layihə çərçivəsində KfW tərəfindən Azərbaycan Maliyyə Nazirliyinə 2.550.000.00 avro məbləğindən çox olmamaq şərtilə maliyyə vəsaitinin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazisində olan dövlət meşə fondu torpaqlarının əlavə olunan yerquruluşu planında göstərilmiş 11772,45 hektarlıq sahəsiyə malikdir. Milli Parkın florasında itburnu, sarmaşıq, dazı, yağı otu, ballı nanə və başqa dərman bitkiləri geniş yayılmışdır. Torpaqları çəmən-meşə, şabalıdı və açıq şabalıdıdır. Çəmən və kolluqlar geniş yayılmışdır. Düzənlik meşələri də var. Xaçmaz faunasının əsas nüməyəndələri Çöl donuzu, yenot, qırqovul, kəklik və s.-dir.
Qədim Uadan, Şinqetti, Tişit və Ualata ksarı
Mavritaniyadakı Qədim Uadan, Şinqetti, Tişit və Ualata ksarı 1996-cı ildə UNESCO-nun Ümumdünya irsi siyahısına yazılmışdır. Sözügedən şəhərlər XI əsrdə, Böyük Səhradan keçən Trans-Saxara ticarət karvanlarının dayanacaq yer olaraq qurulmuşdur. Bir zamanlar çiçəklənən Saxara mədəniyyət mərkəzləri olan bu şəhərlər bu gün təkcə ticarət yollarının köklü şəkildə dəyişməsi səbəbindən deyil, hər şeydən əvvəl səhranın getdikcə irəliləyən qumları səbəbindən bir çox çətinliklərlə yaşayır.
Çaqama
Çaqama (茶釜) və ya sadəcə kama – Yaponiya çay mərasimlərində istifadə olunan çaydan. Çay hazırlamaq üçün istifadə olunur. == Tarixi == Dəmir çaydanlar qədim dövlərdən etibarən Yaponiyada istifadə olunur. Muromoçi dövründə (1333–1538) çay mərasimi mədəniyyətinin inkişafı ilə əlaqədar olaraq dəmir çaydanlar xalq incəsənəti işləri, eləcə də, funksional əşyalar olmuşdur. Yaponiyada iki region çaqama istehsalına görə tanınmışdır: Aşiya və Tenmyo. Aşiya çaydanlarının səthi hamara və zərif dekorasiyaya malikdir. Tenmyo çaydanlarının səthi qabadır və sadə görünüşü var. Çay mərasimi rituallarının yaradıcısı olan Sen no Rikyuya görə çaydan ən vacib çay ləvazimatıdır. == Xüsusiyyətlər == Çaqama tökmə dəmirdən hazırlanmış böyük çaydandır. Çaydan əridilmiş dəmirin gil və qumdan hazırlanmış qəlibə tökülməsi ilə hazırlanır.
Çalma
Çalma və ya türban – Şimali Afrika, Ərəbistan yarımadası, Hindistan və Asiyanın bəzi digər bölgələrində geniş yayılmış kişi baş örtüyü. Onun hazırlanması üçün 6-8 metr parça lazımdır. Bəzi növlərinin hazırlanması üçün 20 metrədək parçadan istifadə edilir. Adətən, fəs, yaxud araqçının üstündən dolayırdılar. Tipik İran geyimi olan türban hələ e.ə. 6—5 əsrlərdə Midiyada geniş yayılmışdı. Çalmanı başa bağlanmış yaylıq, fəs və ya araxçına sarıyırlar. Bəzi regionlarda çalma başda xüsusi sancaqlarla bərkidilir.
Atsuşi Uçiyama
Atsuşi Uçiyama (d. 29 iyun 1959) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Masaru Uçiyama
Masaru Uçiyama (d. 14 aprel 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Tamaki Uçiyama
Tamaki Uçiyama (d. 13 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 58 oyun keçirib, 26 qol vurub.
Yumi Uçiyama
Yumi Uçiyama (内山 夕実, Uchiyama Yumi, d. 30 oktyabr 1987) — Yaponiya səs aktrisası. Tokio şəhərində anadan olmuşdur və bu şəhərdə yaşayır. Arts Vision agentliyi üçün fəaliyyət göstərir.
Çaqama şəlaləsi
Çaqama şəlaləsi (茶釜の滝, Chagama no taki) – Yaponiyanın Akita prefekturasının Kazuno rayonunda, Yoneşiro çayının Yoakeşima qolunun üzərində yerləşən şəlalə. 1990-cı ildə Yaponiya Ətraf Mühit Nazirliyi tərəfindən nəşr olunmuş "Yaponiyanın Top-100 şəlaləsi" siyahısındadır. Şəlalə 100 metr yüksəklikdən tökülür və bu, onu siyahının ən hündür şəlalələrindən biri edir. Şəlalə həm də siyahının ən təcrid olmuş şəlaləsidir. Şəlaləyə çatmaq üçün relyefi sıldırımlı olan ərazidə 5,5 kilometr yolu piyada getmək lazımdır.