Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Encore
Encore Eminemin beşinci studiya albomudur. Albom 16 noyabrda satışa çıxmalı idi, lakin internetə sızdığınnan 12 noyabrda satışa çıxdı. Encore satışa çıxannan sonralı ilk 3 gündə 710,000 nüsxə satıldı. Billboard Top 200 siyahısında ay zirvəyə çıxdı. 17 dekabr 2004-də RIAA tərəfindən 4x Platinium olaraq sertifikatlaşdırılan albom, 2008-in oktaybrına qədər 5.1 milyon nüsxə satdı.
Unborn Love
Unborn Love (azərb. Gələcək sevgi‎) – C. C. Catch və İspan ifaçısı Xuan Martinez tərəfindən 2010-cu ildə ifa edilmiş mahnıdır. Mahnı sözlərini C. C. Catch və Xuan Martinez yazmışdır. Mahnının ilk çıxış tarixi 1 sentyabr 2010 tarixində rəqəmsal paylaşdırma sayəsində baş tutmuşdur.
Fate/Extra Last Encore
Fate/Extra Last Encore (フェイト/エクストラ ラストアンコール, Feito/Ekusutora Rasuto Ankōru, azərb. Tale/Əlavə Son təkrar‎) – Fate/Extra video oyunu əsasında çəkilmiş anime serialı. Shaft studiyası tərəfindən çəkilmiş anime 28 yanvar 2018-ci ildən 1 aprel 2018-ci ilə kimi yayımlanmış və 10 seriya davam etmişdir. Netflix tərəfindən lisenziyalaşdırılmışdır. == Məzmun == Qəribə virtual dünyada oyanan Hakuno Kişinami keçmişi ilə bağlı heç nəyi xatırlamır. Tezliklə bu virtual dünyada yarışan ustalardan birinə çevrilir və Seyber onun xidmətçisi olur. Digər ustalarla birlikdə bu virtual dünyada Müqəddəs qədəh üçün döyüşməyə başlayan Hakuno kim olduğunu da aydınlaşdırmağa çalışır. == Personajlar == == Anime == Fate/Extra video oyunu əsasında anime çəkiləcəyi 22 mart 2016-cı ildə açıqlanmışdır. 2017-ci ildə anime serialının "Fate/Extra Last Encore" adlanacağı və 2017-ci ildə buraxılacağı bildirilmişdir. Anime studiyası Shaft serialı istehsal etmək işinə cəlb olunmuşdur.
Devid Uork Qriffit
David Llewelyn Wark Griffith (22 yanvar 1875[…], La-Qreynj[d], Kentukki – 23 iyul 1948[…], Hollivud, Kaliforniya) Akademiya Mükafatına layiq görülmüş Amerika kinorejissoru idi. O, 1915-ci ildə çəkdiyi və kinematoqrafik şücaətinə görə bəyənilən və eyni zamanda bütün zamanların ən mübahisəli filmlərindən biri olan və "Bir millətin doğulması" filmi ilə tanınır. == Karyerası == David Wark Griffith (1875–1948), jurnalist, teatr tənqidçisi, teatr aktyoru kimi müxtəlif işlərdə çalışdıqdan və tamaşaçılar tərəfindən maraqla qarşılanmayan "The Fool and The Girl" ("Axmaq və Qız", yaxud "Çılğın və Qız") adlı komediya yazdıqdan sonra Biograph Production House adlı studiyaya daxil olan və filmlərə rejissorluq etməyə başlayan cənublu bir zabitin oğlu olub, qeyri-adi intuisiyası və nadir məharəti ilə yalnız istehlak mallarının istehsalı ilə məşğul olan kinonu müstəqil ifadə vasitəsinə, şəxsi baxışın ifadəsi üçün müvafiq olan yeni bədii dilə çevirməyə müvəffəq olmuşdur. Dostu ilə ilk dəfə kinoya getdiyi zaman kinonu çox darıxdırıcı görmüş və "belə bir şoudan zövq alan hər kəsi səhər tezdən güllələmək lazımdır" demişdir, lakin Nyu-Yorkda işsiz qalandan sonra o, Edison və Bioqraf şirkətlərinə film mövzularını tövsiyə etməyə başlamışdır. === Bir Millətin Doğulması === 15 il nümayiş etdirilmiş və Qriffitin şah əsəri sayılan "Bir millətin doğulması" filmi Tomas Diksonun həm roman, həm də pyes kimi yazdığı "The Clansmen" əsərindən uyğunlaşdırılmışdır. Hətta prezident Uilson üçün belə Ağ Evdə filmi xüsusi olaraq nümayiş etdirmişdirlər və o filmi "videoya çəkilmiş tarix" kimi təsvir edərək filmi çox yüksək səviyyədə qiymətləndirilmişdir. Məşhur Variety jurnalında da "Qriffitin iki dollarlıq filmi kino sənayesinə həyəcan gətirdi" başlığı ilə bir məqalə çap olunmuşdur. Bir Millətin Doğulması öz istehsalçılarına öz dövrünə görə inanılmaz sayılacaq bir miqdarda, iyirmi milyon dollar gəlir qazandırmışdır. Bir Millətin Doğulması xüsusi ilə Atlanta yanğını, Peterburq müharibəsi, ağdərili qadının zorlanması və Linkolnun qətli kimi səhnələrin yer aldığı kino tarixinin əsas filmlərindən biridir. === Dözümsüzlük === "Bir Millətin Doğulması" əsərindən sonra, qismən də ona ünvanlanan tənqidlərə cavab vermək üçün Qriffit tarix boyu dözümsüzlük anlayışından bəhs edən dörd hissədən ibarət Intolerance ("Dözümsüzlük") (1916) əsərini çəkmişdir.
Bahriyə Uçok
Bahriyə Üçox (1919, Trabzon – 6 oktyabr 1990, Ankara) Türk tarixçi və siyasətşünası, ehtiyat kadrdan senator, Ordu millət vəkili və Sosial-demokrat Xalqçı Partiya Məclis üzvü. == Həyatı == Hamit Ataçın qızıdır. Ankara Universiteti Hüquq fakültəsinin müəllimi Coşqun Üçox ilə evlənmiş və Qumru adlı bir qızı olmuşdur. İlk və orta məktəbi Orduda oxuyan Üçox, İstanbul Kandilli qız liseyini bitirdi. Ali təhsilini Ankara Universiteti Dil və tarix-coğrafiya fakültəsi orta əsr türk-islam tarixi ixtisası üzrən alıb. O, eyni zamanda Ankara Dövlət Konservatoriyasının Opera bölümündə də təhsil almışdır. Samsun və Ankarada on bir il müəllimlik etdikdən sonra, 1953-cü ildə Ankara Universiteti İlahiyat fakültəsində müəllim kimi çalışdı. O, bu fakültənin ilk qadın müəllimidir. 1957-ci ildə doktor, 1964-cü ildə "İslam Dövlətlərində Qadın Hökmdarlar" adlı dissertasiyası ilə də dosent olmuştur. Farsca və ərəbcəni yaxşı dərəcədə bilirdi.