David Llewelyn Wark Griffith (22 yanvar 1875[1][2][…], La-Qreynj[d], Kentukki[3][4] – 23 iyul 1948[1][2][…], Hollivud, Kaliforniya[5]) Akademiya Mükafatına layiq görülmüş Amerika kinorejissoru idi. O, 1915-ci ildə çəkdiyi və kinematoqrafik şücaətinə görə bəyənilən və eyni zamanda bütün zamanların ən mübahisəli filmlərindən biri olan və "Bir millətin doğulması" filmi ilə tanınır.
Devid Uork Qriffit | |
---|---|
ing. David Llewelyn Wark Griffith | |
Doğum adı | David Llewelyn Wark Griffith |
Doğum tarixi | 22 yanvar 1875[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyul 1948[1][2][…] (73 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin qansızması[d] |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, aktyor, film prodüseri, ssenarist, montajçı[d], icraçı prodüser[d], rejissor |
Fəaliyyət illəri | 1907–1931 |
IMDb | ID0000428 |
Vikianbarda əlaqəli mediafayllar |
David Wark Griffith (1875–1948), jurnalist, teatr tənqidçisi, teatr aktyoru kimi müxtəlif işlərdə çalışdıqdan və tamaşaçılar tərəfindən maraqla qarşılanmayan "The Fool and The Girl" ("Axmaq və Qız", yaxud "Çılğın və Qız") adlı komediya yazdıqdan sonra Biograph Production House adlı studiyaya daxil olan və filmlərə rejissorluq etməyə başlayan cənublu bir zabitin oğlu olub, qeyri-adi intuisiyası və nadir məharəti ilə yalnız istehlak mallarının istehsalı ilə məşğul olan kinonu müstəqil ifadə vasitəsinə, şəxsi baxışın ifadəsi üçün müvafiq olan yeni bədii dilə çevirməyə müvəffəq olmuşdur.
Dostu ilə ilk dəfə kinoya getdiyi zaman kinonu çox darıxdırıcı görmüş və "belə bir şoudan zövq alan hər kəsi səhər tezdən güllələmək lazımdır" demişdir, lakin Nyu-Yorkda işsiz qalandan sonra o, Edison və Bioqraf şirkətlərinə film mövzularını tövsiyə etməyə başlamışdır.
15 il nümayiş etdirilmiş və Qriffitin şah əsəri sayılan "Bir millətin doğulması" filmi Tomas Diksonun həm roman, həm də pyes kimi yazdığı "The Clansmen" əsərindən uyğunlaşdırılmışdır.
Hətta prezident Uilson üçün belə Ağ Evdə filmi xüsusi olaraq nümayiş etdirmişdirlər və o filmi "videoya çəkilmiş tarix" kimi təsvir edərək filmi çox yüksək səviyyədə qiymətləndirilmişdir. Məşhur Variety jurnalında da "Qriffitin iki dollarlıq filmi kino sənayesinə həyəcan gətirdi" başlığı ilə bir məqalə çap olunmuşdur. Bir Millətin Doğulması öz istehsalçılarına öz dövrünə görə inanılmaz sayılacaq bir miqdarda, iyirmi milyon dollar gəlir qazandırmışdır.
Bir Millətin Doğulması xüsusi ilə Atlanta yanğını, Peterburq müharibəsi, ağdərili qadının zorlanması və Linkolnun qətli kimi səhnələrin yer aldığı kino tarixinin əsas filmlərindən biridir.
"Bir Millətin Doğulması" əsərindən sonra, qismən də ona ünvanlanan tənqidlərə cavab vermək üçün Qriffit tarix boyu dözümsüzlük anlayışından bəhs edən dörd hissədən ibarət Intolerance ("Dözümsüzlük") (1916) əsərini çəkmişdir. Dözümsüzlük dörd hissədən ibarətdir. Bunlar Babilin süqutu, Məsihin əzabları və Müqəddəs Varfolomey gecəsində Huqenotların Soyqırımı hissələridir.
Çəkilişləri 1914-cü ilin iyulunda başlayan filmin məsrəflər baxımından heç bir problemi olmamışdır: Hollivudda nəhəng bir Babil şəhərinin maketi tikilmişdir; İlahların nəhəng heykəlləri hazırlanmış və minlərlə əlavə fiqurlardan istifadə edilmişdir. Babil səhnələrinin bəziləri şardan (balon) çəkilmişdir. Qriffit əvvəlki filmdən əldə etdiyi bütün gəliri bu filmə yatırmış və iki illik əziyyətli işdən sonra filmin çəkilişləri 1916-cı ildə başa çatdırılmışdır.
Dözümsüzlük amerikalı tamaşaçıların diqqətini cəlb etməsə də, 1919-cu ilin əvvəllərində Moskvada nümayiş etdirilərkən, xüsusilə gənc sovetlərin böyük marağına səbəb olmuşdur.