Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Easy internet klubu
Easy internet klubu (EASYEVERYTHİNG) — dünyadakı ən böyük internet klub. ABŞ-də, NEW YORK TIMES meydanında yerləşir. 10.000-ə yaxın kompüter olan bu klubda 800 kompüter çata girir. Bu böyük klub 5220 kvadrat metrlik ərazini tutur. Klub günün 24 saatı açıq olur. EASYEVERYTHİNG ilk vaxtlar Avropanın böyük şəhərlərində internet klublar zənciri yaratmaq istəmişdir. Almaniyada bu tip klub Berlində yerləşir. Hal-hazırda ABŞ-də olan klub isə 2000-ci il oktyabr ayının 28-də açılmışdır.
Don't Come Easy
Don't Come Easy (azərb. Asan gəlmə‎) — Avstraliyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Avstraliyanın The X Factor müsabiqəsinin qalibi Ayzeya Fayrbreys Avstraliyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində "Don't Come Easy" mahnısı ilə təmsil etmişdir. Mahnının bəstəkarları 2016-cı ildə müsabiqədə Dami İmə 2-ci yeri qazandıran "Sound of Silence" mahnısının bəstəkarlarıdır.
Ünəş
Ünəş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ünəş kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.
Abdullah ibn Üneys
Abdullah ibn Üneys (ərəb. بد الله بن انيس الجهني‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Doğulması və gəncliyi haqqında heç bir məlumat yoxdur, Abdullah bin Üneys Sellam ibn Əbil-Hukayki öldürmək üçün təyin edilmiş 4-5 nəfərlik qrup arasında olmuşdur. Useyr ibn Zaremin başçılığında üzərinə göndərilən otuz əsgərdən biri olur. O, Xalid ibn Süfyanı öldürmək üçün Məhəmməd tərəfindən tək olaraq göndərilir. Urənə bölgəsində Xalidə rast gələn Abdullah Məhəmmədin əleyhinə danışaraq onu aldadır. Daha sonra adamları ortada olmayanda onu öldürüb Mədinəyə qayıdır. Bunun üzərinə Muhəmməd ona bir əsa verərək deyir: “Bu, Qiyamət günü aramızda bir nişanə olacaq və sən cənnətdə bu əsa üzərində dayanacaqsan”. Abdullah ölənə qədər bu xatirəni qılıncı ilə daşıdı. Vəfat etdikdən sonra vəsiyyəti ilə kəfəninə büründü.