Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Unitar dövlət
Dövlət — vahid, ayrılmaz dövlət olub ərazisinin hər hansı siyasi müstəqilliyə malik olmayan inzibati ərazi vahidlərinə bölünməsi ilə xarakterizə edilir. Unitar dövlət (latın dilində "unus" - "vahid", "tək" deməkdir) – sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə aşağıdakı xüsusiyyətlər xasdır: Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya Yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi Ölkənin bütün ərazisinə şamil edilən yurisdiksiyası Vahid hüquqi sistem Bələdiyyə orqanlarının ümumdövlət hakimiyyət orqanlarına tabe edilməsi. Unitar dövlətin iki tipi mövcuddur: mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş. Birinci tipdə, regional orqanlar mərkəzi orqanlardan asılı olmayaraq formalaşır ona görə də onlar arasında hüquqi münasibətlər desentralizasiya (mərkəzləşdirilməmiş) əsasları üzərində qurulur. (Böyük Britaniya, Yeni Zelandiya, Yaponiya, İspaniya, İtaliya). İkinci tipə elə unitar dövlətlər aiddir ki, burada mərkəz (Niderland, Qazaxıstan, Özbəkistan) tərəfindən təyin olunan vəzifəli şəxslərin vasitəsilə regional orqanların mərkəzə tabeçiliyi həyata keçirilir. Dövlət quruluşunun unitar forması dünyada daha geniş yayılmışdır. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə-kredit və pul sistemi və s. olur.
Qızıl unitaz
Qızıl unitaz (italyanca: Bidone d’oro) — İtaliya A seriyasının ən bərbad futbolçusuna verilən mükafat. == Bütün qaliblər == İl ərzində ümidləri doğrultmayan, biabırçı səviyyədə çıxış edən oyunçuya verilən mükafat 2003-cü ildə təsis olunub. İndiyədək Rivaldo (2003-cü il), Nikola Leqrottalye (2004-cü il), Kristian Vyeri (2005-ci il), Adriano (2006-cı və 2007-ci illər) və Rikardu Kuarejma (2008-ci il) "Qızl unitaz"a "layiq görülüb". 2009-cu ildə isə bu mükafata Yuventus klubunun futbolçusu Felipe Melo layiq görülüb.
Sanitar
Sanitar tibb praktikasında köməkçi funksiyaları yerinə yetirən kiçik tibb işçisidir. Sanitar kimi işləmək tibbi təhsili tələb etmir, ancaq görülən işlərdən asılı olaraq kurslar, qısa hazırlıq və ya digər təlim şəklində ilkin hazırlıq tələb oluna bilər. Məcazi mənada sanitar təmizləyici deməkdir. == Fəaliyyətlər == Sanitarların ümumi vəzifələrinə aşağıdakılar daxildir: binaların sanitar və gigiyenik baxımdan qorunması, o cümlədən cari və son dezinfeksiya aparılması; tibbi alətlər və xəstələrə qulluq alətlərinin sterilizasiyası xəstələrə qayğı göstərmək, onları daşımaq, alt paltarları və yataq dəstləri vermək və dəyişdirmək, tibb bacıları və həkimləri xəstələrin vəziyyətindəki dəyişikliklər barədə məlumatlandırmaq; prosedurların və manipulyasiyaların aparılmasında tibb bacılarına yardım etmək Əlavə funksiyalar ixtisaslaşmış bölmələrin (radiologiya şöbəsi, meyitxana və s.) İşçiləri üçün mümkündür. Hərbi xidmətdə sanitarlar döyüş bölgəsində ilk tibbi yardım göstərmək və yaralıları təxliyə etmək məsuliyyət daşıyırlar. == Təcrübə == Sanitarlar yüksək təcrübə və qabiliyyətə sahib olan səhiyyə komandasının vacib üzvləridir. Peşə ilə məşğul olmaq üçün geniş sağlamlıq təhsili tələb olunmasa da, çevik və yaxşı ünsiyyət bacarıqları ümumiyyətlə tələb olunandır. Bədən mexanikası, qidalanma, anatomiya və fiziologiya və zehni sağlamlıq problemləri, infeksiya nəzarəti, fərdi qulluq bacarıqları və uçot qaydaları kimi sahələrdə rəsmi təhsil və ya iş yerində təlim alırlar.
Gitar
Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur. Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir == Adının mənası == "Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.
Nigar
Nigar — Azərbaycanda ad. Nigar Axundova — tarix üzrə fəlsəfə doktoru, dosent. Nigar Axundova — sənətşünaslıq üzrə fəlsəfə doktoru, sənətşünaslıq namizədi. Nigar xanım — Osmanlılar dövründə yaşayan türk şair. Nigar Əhmədova — Azərbaycanı təmsil edən sabiq qadın güləşçi. Nigar Xanlarova — Azərbaycan həkimi.
Nitra
Nitra (slovak. Nitra, alm. Neutra‎) — Slovakiyanın qərbində şəhər. Əhalisi 88 minə yaxındır. Nitra, Nitra çayı vadisində, Tribeç dağ massivinin yamacında yerləşir. Nitra bölgəsinin inzibati mərkəzidir. == Əhali == == Qalereya == == Məşhur nitralılar == Henrich Benčík (* 1978), futbolçu Ivana Bojdová (* 1985), futbolçu Igor Demo (* 1975), futbolçu Renáta Filová (* 1981), futbolçu Vilmos Fraknói (1843-1924), tarixçi Stanislav Hudec (* 1982), hokkeyçi Monika Katonová (* 1989), futbolçu Ľubomír Kolník (* 1968), hokkeyçi Tomáš Kóňa (* 1984), futbolçu Wilhelm Viktor Krausz (1878–1959), rəssam Anton Lehmden (* 1929), rəssam və qrafik ustası Jan Ivan Lelley (* 1936), mikoloq Monika Matysová (* 1981), futbolçu František Mikloško (* 1947), Politik Dušan Milo (* 1973), hokkeyçi Jan Mojto (* 1948), Mediameneceri və Filmprodüseri Ľubomír Moravčík (* 1965), futbolçu Štefan Ružička (* 1985), hokkeyçi Stefan Schwartz (1851-1924), Venalı medalist Miroslav Stoch (* 1989), futbolçu Jozef Stümpel (* 1972), hokkeyçi Leopold Szondi (1893-1986), psixiatr == Qardaşlaşmış şəhərlər == İspaniya Qvadalaxara Polşa Keltse Serbiya Baçki-Petrovats Çexiya Çeske-Budeyoviçe Avstraliya Qosford Çexiya Kromerjij ABŞ Nepervill Xorvatiya Osiek Slovakiya Spişska Nova Ves Polşa Zelyona-Qura Niderland Zutermer == İstinadlar == == Xarici keçidlər == Internetseite der Stadt Nitra NitraLive!
Sitar
Sitar — hind klassik musiqisini ifa etmək üçün istifadə olunan çoxsimli musiqi aləti. Simli-mizrablı çalğı alətləri qrupuna daxildir. == Quruluşu == Sitarın əsas 7 simi var (5 melodik və 2 burdon). Bundan əlavə , sitarda hələ 9-13 rezonans edən simlər də var ki , onların ümumi adı "tərəf" , yəni orkestrdir.Həmin simlər əsas simlərin səsinə rezonansla cavab verməklə sitarı digər alətlərdən fərqləndirən həmin unikal səslənməni yaradır. Simlərdən səsləri ifaçının adsız barmağına taxılan mizrabla çıxarırlar. Sitarın iki balqabaq çanaqlı rezonatoru var : içi boş gövdəli qrifin aşağısı və yuxarısında.Alətin dekası palisandr və fil sümüyü ilə bəzədilir.Metal pərdələr qövsvaridir.
Unity
Unity — Canonical tərəfindən Ubuntu üçün yaradılan qrafik istifadəçi interfeysdir. KDE Plasma, GNOME, Xfce, LXDE qrafik interfeyslərindən fərqli olaraq, Unity proqramlar toplusu deyil, mövcud proqramları istifadə etmək üçün sistemdir.
Uniya
Uniya (lat. unio – birlik, təşkilat) — dövlətlər arasında ittifaqın, birliyin növü. == Haqqında == Uniyanın personal və real növləri mövcuddur. Personal uniyada iki və daha çox monarxiya quruluşlu dövlətlərin bir dövlətin tərkibində birləşir, lakin hər biri özünün hakimiyyət və idarəetmə orqanlarını saxlayır. Məsələn, Millətlər Birliyinin üzvü olan 54 ölkədən 15-i şəxsi uniya münasibəti vəziyyətindədir, yəni Böyük Britaniya və və Şimali İrlandiya krallıqlarına birləşmişlər və özlərinin monarxları yoxdur. (Avstraliya, Yeni Zelandiya, Kanada, Barbadas, Yamayka və b.) İngilis kraliçası eyni zamanda bu ölkələrin hər birinin kraliçasıdır. Lakin həmin ölkələrdə onun funksiyasını əsasən hər bir ölkənin hökuməti tərəfindən namizədliyi təqdim olunmuş və kraliça tərəfindən təsdiqlənmiş general-qubernator yerinə yetirir. Real uniya öz dövlət başçısı, öz pul sistemi, birləşmiş ordusu və digər xarici siyasəti həyata keçirən vacib dövlət orqanları olan monarxiya quruluşlu dövlətlərin daha sıx birliyidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Alberto Alesina and Enrico Spolaore. 2003.
Nizar
Nizar (ərəb. نزار‎) — ərəb mənşəli ad.
Anibar körfəzi
Anibar (ing. Anibare) — Nauru adasının şərqində yerləşən körfəz. Körfəz İyuv burnu ilə Menenq burnu arasında yerləşir. Sahilləri ən yaxşı ağ qumlu mərcan çimərliyi sayılır. Ölkənin əsas turistik məkanlarından sayılır. Körfəzin cənubunda yerləşən Menenq mehmanxanası dövlətə məxsusdur. 2000-ci ildə Körfəin sahilində Anibar limanı salınmışdır.
Mxitar Qoş
Mxitar Qoş (1130, təq. 1120 və ya 1120-ci illər, Gəncə – 1213, Qoşavəng monastırı) — Qafqaz Albaniyası tarixşünaslığının və mədəniyyətinin tanınmış nümayəndələrindən biridir. Mxitar Qoş külli miqdarda pritşaların, təmsillərin, məşhur Qanunnamənin, Alban salnamələrinin və yeganə aqioqrafik əsəri olan Gəncəli Xosrovun əzablı həyatı (Gəncəli Xosrovun şəhid olması) əsərinin müəlllifidir. == Həyatı == Mxitar Qoş Gəncə şəhərində doğulmuş, öz doğma şəhərini şəhərlərin anası, metropoliya adlandırmışdır. Qoş təxəllüslü məşhur hüquqşünas Mxitar təhsilini əvvəlcə vardapet Tovuzlu Yovhannesdən almış, sonra isə Kilikiyada oxumuşdur. Mxitar Qoş böyük nüfuza malik olmuş, ehkamçılıq, kilsə mərasimləri məsələlərində, eləcə də kilsə qanun-qaydaları, monastır nizamnaməsi məsələlərində onun rəyi həlledici sayılırdı. Qoş Qafqaz Albaniyası maarifçiliyinin mötəbər ocağı sayılan Nor Qetik monastırının və monastır məktəbinin yaradıcısıdır. Nor Qetiki hətta Qoşavəng (Qoşu monastırı)da adlandırırlar. Vardan Areveltsi və Vanakan Vardapet Mxitar Qoşun tanınmış şagirdləri olmuşlar. Hazırda Mxitar haqqında əlimizdə olan məlumatların əksəriyətini Vanakanın yetirməsi, Qoşu özünün mənəvi babası adlandıran Gəncəli Kirakos yazıb qoymuşdur.
Sanitar aviasiya
Sanitar aviasiya (Hava təcili yardımı) - nəqliyyatın əlçatan olmaması və ya tibb müəssisələrindən çox uzaq məsafədə, qəzalı vəziyyətdə olan təyyarələrin və sərnişinlərin axtarışında və xilas edilməsində, habelə xəstələrin və qurbanların sürətli daşınması üçün təcili tibbi yardım göstərmək üçün hazırlanmış təyyarələrdir. == Tarixi == Sanitar aviasiya Birinci Dünya Müharibəsindən sonra yarandı. Artıq 1930-cu illərdə, SSRİ-də təyyarələrin sanitar növləri (Sh-2, K-3 və s.) hazırlandı və quruldu, təyyarənin təchiz edilməsi üçün əsas tələblər və uçuş keyfiyyətləri inkişaf etdirildi. İkinci Dünya Müharibəsi zamanı təcili yardım təyyarələri geniş yayıldı və kiçik miqyasda olsa da, bir çox döyüşən tərəflər tərəfindən istifadə edildi. Sanitar aviasiya inkişafının zirvəsi 20-ci əsrin ikinci yarısında başladı. Bu zaman vertolyotlar geniş yayıldı, yəni əvvəlcədən mümkün olmayan - məsələn, meşənin evin yaxınlığında və ya xəstəxana binasının yanında vertolyotu yerə endirmək mümkün oldu. Təyyarənin daşıma qabiliyyəti artdı, kabin hava sıxlığını aldı, bu isə daha çox xəstəni qəbul etməyə və daha az narahatlıq keçirməyə imkan verdi. == Hava Təcili Yardım == Hava təcili yardım (ing.Air ambulance) — xəstə və ya yaralı insanları uzun məsafələrə daşımaq üçün hazırlanmış hava nəqliyyatı. Ənənəvi təcili yardım maşınlarının heç biri hadisə yerinə asanlıqla və tez gələ bilmədikdə və ya xəstə hava nəqliyyatının ən praktik olduğu uzaq bir məsafədə olduqda istifadə olunur. Təcili yardım hava heyətləri avadanlıqla təchiz olunmuşdur ki, bu da xəsarət almış və ya ağır xəstələrə təcili tibbi yardım göstərmək imkanı verir.
Sanitar aviasiyası
Sanitar aviasiya (Hava təcili yardımı) - nəqliyyatın əlçatan olmaması və ya tibb müəssisələrindən çox uzaq məsafədə, qəzalı vəziyyətdə olan təyyarələrin və sərnişinlərin axtarışında və xilas edilməsində, habelə xəstələrin və qurbanların sürətli daşınması üçün təcili tibbi yardım göstərmək üçün hazırlanmış təyyarələrdir. == Tarixi == Sanitar aviasiya Birinci Dünya Müharibəsindən sonra yarandı. Artıq 1930-cu illərdə, SSRİ-də təyyarələrin sanitar növləri (Sh-2, K-3 və s.) hazırlandı və quruldu, təyyarənin təchiz edilməsi üçün əsas tələblər və uçuş keyfiyyətləri inkişaf etdirildi. İkinci Dünya Müharibəsi zamanı təcili yardım təyyarələri geniş yayıldı və kiçik miqyasda olsa da, bir çox döyüşən tərəflər tərəfindən istifadə edildi. Sanitar aviasiya inkişafının zirvəsi 20-ci əsrin ikinci yarısında başladı. Bu zaman vertolyotlar geniş yayıldı, yəni əvvəlcədən mümkün olmayan - məsələn, meşənin evin yaxınlığında və ya xəstəxana binasının yanında vertolyotu yerə endirmək mümkün oldu. Təyyarənin daşıma qabiliyyəti artdı, kabin hava sıxlığını aldı, bu isə daha çox xəstəni qəbul etməyə və daha az narahatlıq keçirməyə imkan verdi. == Hava Təcili Yardım == Hava təcili yardım (ing.Air ambulance) — xəstə və ya yaralı insanları uzun məsafələrə daşımaq üçün hazırlanmış hava nəqliyyatı. Ənənəvi təcili yardım maşınlarının heç biri hadisə yerinə asanlıqla və tez gələ bilmədikdə və ya xəstə hava nəqliyyatının ən praktik olduğu uzaq bir məsafədə olduqda istifadə olunur. Təcili yardım hava heyətləri avadanlıqla təchiz olunmuşdur ki, bu da xəsarət almış və ya ağır xəstələrə təcili tibbi yardım göstərmək imkanı verir.
Sanitar nəqliyyatı
Sanitar nəqliyyatı — xəstələrin dinc şəraitdə daşınması üçün xüsusi hazırlanmış və ya uyğunlaşdırılmış, əhali üçün müalicə, profilaktik və müalicə-evakuasiya xidmətləri, müharibə dövründə isə yaralıların və xəstələrin təxliyəsi üçün hazırlanmış nəqliyyat vasitəsidir. Sülh dövründə daşınma və ya müharibə zamanı evakuasiya edilmiş yaralılar, xəstələr tibbi heyət tərəfindən müşayiət olunur , tibb müəssisəsinə daşındıqda qayğı göstərilir, habelə yerində və hərəkət zamanı sanitar nəqliyyatında təcili tibbi tədbirlər və manipulyasiyalar aparmaq mümkündür. Bu məqsədlər üçün sanitar nəqliyyat vasitələri lazımi avadanlıqlarla, tibbi və sanitariya vasitələri ilə təchiz edilmişdir. == Növlər == Sanitar nəqliyyat vasitələrini fərqləndirir: torpaq (atlı, avtomobil, dəmir yolu), su (çay və dəniz) - xəstəxana gəmisi, hava (təyyarələr, vertolyotlar) - təcili yardım təyyarələri, sanitar aviasiya.
Sanitar vaqon
Sanitar vaqon ― xüsusi qatar növü. Ən çox buxar lokomotivi (dizel lokomotivi), vaqonlar və s. daxil olmaqla hərbi əməliyyatlar zamanı yaralıların və xəstələrin təxliyəsi və tibbi yardım üçün nəzərdə tutulmuşdur. Xəsarət alanların daşınması və müalicəsi üçün xüsusi təchiz olunmuş, eləcə də mətbəx, aptek, işçi vaqonları, meyit vaqonları və sair kimi köməkçi vaqonlardan ibarətdir. Yaralıların daşınması üçün dəmiryol qatarları Amerikada vətəndaş müharibəsi (1861-1865) və 1870-1871-ci illərdə Fransa–Prussiya müharibəsi zamanı geniş istifadə edildi. Alman 36 təcili yardım qatarı ordusunda 40 minə qədər xəstə və yaralı nəql etdi. == Rusiya == 2010-cu ildən etibarən Rusiyada dəmir yolu qatarları bazasında beş səyyar konsultativ diaqnostika mərkəzi fəaliyyət göstərir: «Здоровье», «Доктор Войно-Ясенецкий — Святитель Лука», «Терапевт Матвей Мудров», «Академик Федор Углов» və «Хирург Николай Пирогов». Qatarlarda müayinədən dərhal sonra lazımi dərmanların alınması üçün aptek mövcuddur. == Malta Suveren Hərbi Ordeni == Suveren bir qurum olan Malta Suveren Hərbi Ordeninin (SMOM), Sərəncamın Hərbi Korpusu olaraq bilinən hərbi şöbəsi vasitəsilə fəaliyyət göstərən xəstəxana vaqonları qədim tarixə malikdir . Bu cür vaqonların istismarı İkinci Dünya Müharibəsində ən yüksək həddə çatdı, lakin SMOM bu gün də belə qatarların istifadəsini davam etdirir.
Suntar ulusu
Suntar ulusu (saxa Сунтаар улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Suntar kəndidir. == Coğrafiyası == Sahəsi - 57,8 min km²-dir. Ulus Vilyoy çayının orta axınında yerləşir. Şimal və şimal-şərqdə Nyurba ulusu, şərqdə Yuxarı Vilyoy ulusu, cənub-şərqdə Olyokminski ulusu, cənub-qərbdə Lena ulusu, qərbdə Mirnı ulusu ilə həmsərhəddir. Relyefi platodur. Ulusun şimalında Vilyoy yaylası, cənubunda Prilenskı yaylası yerləşir. === Təbii şərait === Meşələrində əsasən qarağac, küknar və şam ağacları üstünlük təşkil edir. Bəzi yerlərdə ağcaqayın ağacları vardır. Göllər və Vilyoy çayı sahillərindəki çəmənliklər mal-qaranın yem bazasının əsasını təşkil edir.
Uinter Lamar
Uinter Lamar (d. 14 yanvar 1979) — Kanadanı təmsil edən su poloçusu. == Karyerası == Uinter Lamar, Kanada yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Qazaxıstan yığmasını 10:4 hesabı ilə məğlub edən Kanada yığması, Afina Olimpiadasını yeddinci pillədə başa vurdu.
Unikal (jurnal)
Unikal (jurnal) — beynəlxalq ictimai fənlərarası elmi-tədqiqat jurnalı. == Jurnal haqqında məlumat == Unikal jurnalı 2014-cı ildən bir dildə – azərbaycan dilində nəşr olunur. Jurnalın təsisçisi hüquq elmləri doktoru Hacı Xaliq Bəşərdir. Jurnalın ad və ideya müəllifi hüquq elmləri doktoru Hacı Xaliq Bəşərə məxsusdur. Jurnalın məqsədi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin "neft kapitalı"nı "insan kapitalı"na çevrilməsi istiqamətində görülən işlərin məntiqi davamı kimi humanistlik, sosial, eyni zamanda praqmatik evristikdir. Jurnalı baş redaktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, məsul katibi və internet saytının rəhbəri hüquq üzrə fəlsəfə doktoru, dosent Mirafərin Seyidovdur. Jurnalda nəşr olunan məqalələrin 2 dildə - rus və ingilis dillərində rezumələri verilir. Jurnalın redaksiya şurasına ölkəmizdən hüquq el.d. Ziyafət Əsgərov, AMEA-nın vitse priezidenti İsa Həbibbəyli, tarix e.d.prof.Əli Həsənov, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva, akademik ismayıl Hacıyev, akademik Ziyad Səmədzadə, akademik Teymur Kərimli, hüq.ü.f.d. Əli Hüseynli və digər ölkələrdən Rusiya, Ukrayna, Türkiyə, Fransa bir çox məşhur alimlər Bülent Arınç, professor Dr.
Unimak adası
Unimak (ing. Unimak Island) — Aleut adaları qrupuna daxil olan ən şərqdə yerləşən və ən iri adasıdır. Adanın sahəsi 4069,9 km² təşkil edir. Üstəlik ABŞ-yə məxsus olan 9-cu, dünyada isə 132-cidir. == Təsviri == Adada altı vulkan vardır. Üstəlik adada dünyanın ilk onluğuna daxil olan vulkandan biri burada yerləşir — Şişaldin vulkanı (aleutca adı — Xaqinak). İnzibati cəhətdən Amerikanın Alyaska ştatı ərazisinə daxildir. Əhalisi cəmi 64 (2000) nəfər təşkil edir. Yeganə yaşayış məntəqəsi Fels-Pass qəsəbəsidir. 1903-ci ildə adada mayak inşa edilmişdir.
Unimak boğazı
Unimak boğazı - Berinq dənizində yerləşir, Kreniçin və Unimak adalarını ayırır. Boğaz Aleut, Komandor adaları hövzəsinin şərqində yerləşir. Boğazın eni 19,6 km, dərinliyi isə 72 m təşkil edir. Ərazisi 1,18 km² təşkil edir. Boğazın suyunun temperaturu 3,5 °C-dən aşağı düşmür. Suyun duzluluğu isə 32‰ təşkil edir.
United Airlines
United Airlines Inc (adətən sadəcə "United" adlandırılır) — İllinoys ştatının Çikaqo şəhərində yerləşən böyük bir Amerika hava yolu şirkəti.. 2010-cu ildə 3 milyard dollarlıq bir ortaqlığın ardından United tamamilə United Continental Holdingsə məxsus olmuşdur. Aviaşirkət bir vaxtlar dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan Boeing şirkətinə məxsus idi.
İnfitar Surəsi
82-ci surə əl-İnfitar (Parçalanma) surəsi (Məkkədə nazil olmuşdur, 19 ayədir). Surənin adı ilk ayətdə işlənən infitar sözündən götürülmüşdür.
Qreq Uinter
Qreq Uinter (14 aprel 1951, Lester) — Britaniyalı biokimyaçı və biotexnoloq, zülal mühəndisliyi üzrə mütəxəssisdir. 2018-ci il üçün kimya üzrə Nobel mükafatı laureatı. Kembric Universitetinin professoru, London Kral Cəmiyyətinin (1990il) və Britaniya Tibb Elmləri Akademiyasının (2006il) üzvü. 2004-cü ildən Knight Bakalavr. 2012–2019-cu illərdə Kembric Triniti Kollecinin rəhbəri olub. == Bioqrafiyası == Q. Uinter Qərbi Afrikada böyüyüb. 1973-cü ildə Kembricdəki Trinity Kollecini bitirib. 1976-cı ildə Kembricdə fəlsəfə doktoru dərəcəsi almışdır. London İmperial Kollecində və Kembric Genetika İnstitutunda postdoktur (gənc mütəxəssis) idi. Onun tədqiqat karyerası əsasən 1981-ci ildə qoşulduğu, şöbə müdiri (1994–2006 illərdə), direktor müavini (2006–2011) və Zülal Mühəndisliyi Mərkəzində işlədiyi Molekulyar Biologiya Laboratoriyasında keçib.
İnfitar surəsi
82-ci surə əl-İnfitar (Parçalanma) surəsi (Məkkədə nazil olmuşdur, 19 ayədir). Surənin adı ilk ayətdə işlənən infitar sözündən götürülmüşdür.
UNIVAC
UNIVAC ( Universal Avtomatik Kompüter ) ing. Universal Automatic Computer Eckert-Mauchly Kompüter Korporasiyasının məhsulları ilə başlayan elektron rəqəmsal saxlanan proqramlı kompüterlər xətti idi. Daha sonra bu ad Remington Rand şirkətinin bölməsinə və onun davamçısı təşkilatlara şamil edildi. Eckert-Mauchly Kompüter Korporasiyası tərəfindən qurulan BINAC kommersiya məqsədli ilk ümumi təyinatlı kompüter idi, lakin bu , uğur qazanmadı. Sonuncu UNIVAC nişanlı kompüter 1986-cı ildə istehsal edilmişdir.