Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uinston
Uinston — R. J. Reynolds Tobakko (digər adı ilə RJR Nabisko) və onun filialları tərəfindən istehsal olunan Amerika siqaret markası. Uinston 1954-cü ildə yaranıb. 1966–1972-ci illəri əhatə edən satış uğurunda "Uinston, bir siqaretdən gözlənilən dad" şüarı təsirli olmuşdur. Brend, R. J. Reynoldsun Şimali Karolina ştatının Uinston-Salemdə biznesinə başladığı şəhərin şərəfinə almışdır. Xəstəliklərə nəzarət və qarşısının alınması mərkəzləri və Maksvell hesabatına görə, Uinston 2017-ci ildə bütün siqaret markaları arasında yeddinci ən yüksək ABŞ bazar payına (2 faiz) sahibdir. 1980-ci illərdə Uinston, "Winston y Puerto Rico: No hay nada mejor" reklam şüarı sayəsində Puerto Rikoda ən çox seçilən siqaret markası olub. (Uinston və Puerto Riko: Bundan yaxşısı yoxdur). Bundan sonra Uinston ABŞ-dən kənarda Yaponiyada çəkilən ikinci siqaret oldu. 12 iyun 2015-ci ildə Reynolds Amerikan və Lorillard birləşmələrini tamamladılar və Uinston rəsmi olaraq İmperial tütün məhsulu ITG brendlərinin mülkiyyətinə keçdi.
Patrik Uinston
Patrik Henri Vinston (ing. Patrick Henry Winston) — amerikalı alim, kompüter elmləri mütəxəssisi. Vinston Marvin Minskinin yerinə Massaçusets Texnologiya İnstitutunda süni intellekt laboratoriyasının direktoru vəzifəsini icra etdi və 1972-ci ildən 1997-ci ilə qədər rəhbərlik etdi. Sonradan laboratoriya İnformatika və Süni İntellekt MİT Laboratoriyasında İnformatika Laboratoriyası ilə birləşdirildi Patrick Vinston proqramlaşdırma və süni intellekt sahəsində bir sıra nəşrlərin müəllifidir. Vinston, "Necə danışmaq" (ing. How to Speak) mövzusunda illik açıq mühazirələr seriyasını təşkil etdi, bu müddət ərzində tədris prosesində təsirli və spesifik təqdimat qaydalarına töhfə verən bir çox praktik tövsiyələr təqdim etdi.
Ueston (Vayominq)
Ueston qraflığı (ing. Weston County) — ABŞ-nin Vayominq ştatında yerləşən qraflıq. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2010-cu ildə bu rayonun əhalisi 7,208 nəfər olmuşdur. Rayonun paytaxtı Nyukasl şəhəridir. Onun şərq sərhədi Cənubi Dakota ştatının qərb xəttinə bitişikdir. Ueston qraflığı Vayominq ərazisinin qanunverici məclisi tərəfindən 12 mart 1890-cı ildə Kruk qraflığından ayrılan torpaqlar əsasında qurulmuşdur. Qraflıq geoloq və geodezist Con Uestonun şərəfinə adlandırılmışdır. 1887-ci ildə Cefferson Ueston və Frenk Mondell, Nyukaslın şimalında zəngin kömür yataqlarını tapmağa nail oldular və nəticədə əraziyə dəmir yolu çəkildi. 1911-ci ildə Ueston və Kruk qraflığların ərazisindən alınaraq Kampbel qraflığı yaradıldı. O vaxtdan bəri, Ueston qraflığının sərhədləri sabit olaraq qaldı.
Uinston Corc
Vinston Corc (19 may 1987-ci ildə Qayananın Corctaun şəhərində anadan olub) — Qayanalı yüngül atlet. Corc ölkəsini 2012 Yay Olimpiya Oyunlarında 400 m məsafəyə qaçış yarışlarında təmsil etmişdir. O, 2012 Yay Olimpiya Oyunlarının açılış mərasimində Qayananın bayraqdarı olmuşdur. Vinston Corc 2011 və 2013-cü illərdə Qayana Atletika Assosiasiyası tərəfindən Qayanada İlin kişi atleti seçilmişdir.
Uinston Çörçhill
Ser Vinston Leonard Spenser Çörçill (ing. Sir Winston Leonard Spencer-Churchill; 30 noyabr 1874[…] – 24 yanvar 1965[…]) — ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı, 1940–1945 və 1951–1955-ci illərdə Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biri. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 46-cı şəxs olaraq daxil edilib. Vinston Çörçill 1874-cü il noyabrın 30-da Blenheym şəhərində dünyaya göz açmışdır. O, ata tərəfdən hersoq Marlboronun nəslindən idi. Ana tərəfdən isə admiral Frensis Dreykə qohumluğu çatırdı. Çörçill 1895-ci ildə orduya daxil olmuş, Hindistan və Sudanda hərbi ekspedisiyalarda iştirak etmişdir. 1899–1902-ci illərdə İngilis-Bur müharibəsi zamanı "Morninq Post" qəzetinin hərbi müxbiri vəzifəsində olarkən əsir düşmüşdür. Əsirlikdən qaçmağı bacaran Vinston siyasi fəaliyyətə başlayır. Mühafizəkarlar partiyasından parlamentə seçilir, lakin 1904-cü ilin aprelində Çemberlenə etiraz olaraq liberalların tərəfinə keçmir.
Uinston Çörçil

Uinston Çörçill

Piter Henri Ueston
Piter Henri Ueston (ing. Peter Henry Weston; 22 oktyabr 1956) — Avstraliya botaniki. Piter Henri Ueston toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. 100-ə yaxın bitki cins və növünü təsnif etmişdir. Weston P. H. Systematics and biogeography of the Persooniinae (Proteaceae). — 1983. — 357 p. "Weston, Peter Henry (1956-)". JSTOR. ITHAKA. İstifadə tarixi: 2017-11-06.
Total Nonstop Action Wrestling
Total Nonstop Action Wrestling (TNA), amerikan peşəkar güləş federasiyasıdır. Jeff Jarrett və atası Jerry Jarrett tərəfindən 2002 Mayında təsis edilmişdir. TNA əvvəl NWA'nın üzvü idi və bu səbəbdən adı NWA-TNA idi. Amma TNA,2007 Mayında NWA'dan ayrıldı.WWE'nin tək rəqibi sayılır. Hər həftə 1300 nəfərlik studiyada TNA Impact adı ilə, Destination America kanalında şou təqdim edir.
Stop the War Coalition
Stop the War Coalition (azərb. Müharibəni Dayandırın İttifaqı‎) — Britaniyada yaranmış anti-müharibə hərəkatı.
Transatlantic non-stop (albom)
Transatlantic non-stop - Çili qrupu Altiplano və Səyavuş Kəriminin birgə layihəsi olan musiqi albomu. Albomda Altiplano qrupu və Azərbaycanın görkəmli muğam ifaçıları tərəfindən müasir miks olunmuş Çili, Ekvador və Azərbaycan xalq mahnıları yer tutub.
Don't Stop 'Til You Get Enough
Don't Stop 'Til You Get Enough — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
I Just Can't Stop Loving You
I Just Can't Stop Loving You – Maykl Cekson və Siedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta Franklin və Agnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi. Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.