I Just Can't Stop Loving You – Maykl Cekson və Siedah Garrett tərəfindən ifa olunmuş məşhur balladadır. Mahnı Maykl Ceksonun yeddinci solo albomu olan Baddən çıxarılmıç ilk sinqldır. Mahnının ispan dilində olan versiyası "Todo Mi Amor Eres Tú" adlanır. Fransız dilində olan "Je Ne Veux Pas La Fin De Nous" adlı versiyası isə Maykl Ceksonun ölümündən sonra "Bad 25" albomunda satışa çıxarılmışdır. Mahnının söz və musiqi müəllifi Cekson özüdür. Əvvəlcə mahnının Ceksonun seçdiyi iki qadın müğənnidən biri – ya Barbra Streyzand ya da Vitni Hyustonla birgə ifa edilməsi nəzərdə tutulmuşdu. Hətta Areta Franklin və Agnetaa Feltskoqla (ABBA qrupunun üzvü) da birgə ifa edilməsi də düşünülürdü. Lakin hər dörd qadın ifaçı o zaman başqa işlə məşğul olduğu üçün təklifi qəbul edə bilməmişdi.
"I Just Can't Stop Loving You" | ||||
---|---|---|---|---|
Maykl Cekson və Siedah Garrett tərəfindən Bad albomunda ifa olunmuş sinql | ||||
Yayımlanma tarixi | 20 iyul, 1987 | |||
Format | sinql | |||
Janr | Pop/R&B | |||
Dil | ingilis dili | |||
Müddət | 04:11 | |||
Prodüser | Maykl Cekson və Quincy Jones | |||
Bəstəkar | Maykl Cekson | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson və Siedah Garrett sinqllarının xronologiyası | ||||
|
||||
Audio nümunəsi | ||||
|
Bu zaman mahnının müəllifi və Kuinsi Cons Ceksonun "Man In The Mirror" mahnısının bəstəkarı Garrettə mahnını Ceksonla birgə səsləndirməyi təklif etdilər. Beləcə Garret 1984-cü ildə Dennis Edvardsla olan "Don't Look Any Further" hitindən sonra növbəti hiti səsləndirmək təklifi aldı.
Mahnı çox uğurlu alınmış və dinləyicilər tərəfindən sevilmişdir. Həmçinin hit paradlarda da sürətlə irəliləyən mahnı Billboard Hot 100 – də ilk beşliyə daxil ola bilmişdir. Mahnı həmçinin Billboard R&B və adult contemporary hit paradlarında birinciliyə yüksəlmişdir.
Bu mahnı Ceksonun "AC chart"da birinciliyə yüksəlmiş ikinci sinqlıdır (bu hit paradda zirvəyə yüksəlmiş ilk mahnısı Pol Makkartni ilə birgə 1982-ci ildə ifa etdiyi "The Girl Is Mine" mahnısı olmuşdur.)[1] Mahnıya klip çəkilməmişdir. 2012-ci ildə "Bad 25" layihəsi çərçivəsində mahnı yenidən sinql şəklində satışa çıxarılmışdır.
Orijinal versiyada mahnı Ceksonun danışığı ilə başlayır. Lakin sonra çıxarılmış versiyalarda və ümumiləşdirici albomlara daxil edilmiş versiyalarda həmin hissə ixtisar edilmişdi.
Maykl Cekson debüt balladası olan "I Just Can't Stop Loving You" mahnısını Barbara Streyzand və ya Vitni Hyustonla birgə ifa etmək istəyirdi. Lakin hər iki müğənni Ceksonun duet təklifini qəbul edə bilmir.[2] Bundan sonra "Temptations" qrupunun keçmiş üzvü Dennis Edvardsla birgə ifa etdiyi "Don't Look Any Further" mahnısı ilə duet təcrübəsi olan Siedah Garrettin duet ortağı olması təklif edilir. Garrett, Deco üçün elan olunmuş müsabiqədə qalib gəlməsindən sonra ilk dəfə Maykl Ceksonun prodüseri olan Kuinsi Consun diqqətini cəlb etmişdi. Bundan sonra isə o, "Warner Bros. Domestic Television Distribution"la müqavilə imzalamışdı.[2] Müğənniyə tez-tez demo mahnılar göndərilirdi və həmin mahnılardan biri də, gələcəkdə Cekson tərəfindən oxunacağı naməlum olan for "I Just Can't Stop Loving You" mahnısı idi. Səsyazma studiyasına çağırıldıqda Gerrett bunun "Man in the Mirror" mahnısının həmmüəllifi olması ilə əlaqəli olduğunu düşünürdü.[2] Lakin studiyada ona Maykl Ceksonla duet ifa etmək üççün seçildiyi bildirilmişdi. Ümumilikdə bu mahnı, Ceksonun Motown dövründə ifa etdiyi "Got to Be There" balladasını xatırladır.[2]
Mahnının orijinal albom versiyası Ceksonun danışığı ilə başlayır. O, "I just want to lay next to you for awhile. You look so beautiful tonight… A lot of people misunderstand me. That's because they don't know me at all. I just want to touch you and hold you…" sözlərini deyir.[3]
Sputnikmusic tənqidçisi mahnıya beşdən dörd ulduz verir və qeyd edir: "Bu heç də albomun ən çox diqqət çəkən mahnılarından biri deyil. Lakin mən onu daha çox dinlənildiyinə və xüsusilə instrumentasiyasının diqqət çəkməsinə görə qiymətləndirirəm. Bu həqiqətən də yaxşı mahnıdır, sözləri sanki musiqiyə sarılmışdır, lakin mahnı indi də alboma xüsusi bir fərqlilik verir və vocal ifaları ilə diqqəti cəlb edir."[4] "Los Angeles Times"dan Riçard Kromleyn mahnı haqqında mənfi fikir bildirərək yazır: "Monoloq yüngül, kövrək və incə səslənsə də, onun arxasınca gələn titrək və unudulmaz musiqi bir qədər tük ürpədici təsir bağışlayır və bu Norman Bitsin "Psixo IV" filmindəki sürətlənməsini xatırladır."[3] "Rolling Stone"dan mahnını şərh edən Devitt Sigerson yazır:
"Kobud insanlar kədərlənir ki, Ceksonun adı heç də tez-tez xatırlanmayan Siedah Garrettlə birgə ifa etdiyi 'I Just Can't Stop Loving You' mahnısı onun ikinci uğursuz çıxışı idi. Musiqidə MakKartizmin azalması və hər kəsdə səhvlərin axtarıldığı bir dövrdə çırtma və timpani ifasında yanlışlıq axtaranlardan soruşmaq lazımdır ki, son vaxtlar hansı mahnıda xorun ifasında yanlışlıq axtarıblar?"[5]
"I Just Can't Stop Loving You" Ceksonun "Bad" albomuna daxil olan mahnılar arasında ən çox uğur gözlənilən mahnılardan biri idi. Sinql U. S. Billboard Hot 100 hit paradında 8 avqust 1987-ci ildə 37-ci ildə debüt etmişdir. Sinql 1987-ci ilin ən yüksək debüt nəticəsini göstərməklə, ikinci həftəsində 16-cı, yeddinci həftəsində, 19 sentyabr 1987-ci ildə isə birinciliyə yüksəlmişdir.
Lakin albomun eyni adlı mahnısının tezliklə sinql kimi satışa çıxarılması ("Bad" sinqlı "I Just Can't Stop Loving You" ilə eyni həftədə 40-cı yerdə debüt etmişdi.) mahnının hit parad liderliyinə tez son qoymuş və cəmi beş həftə sonra mahnı 40-cı pilləyə qədər enimiş, ümumilikdə on bir həftə top 40-da qalmışdır. Billboard, 1987-ci ilin yekun "Hot 100 chart"ında mahnını 43-cü yerdə qərarlaşdırmışdır.
Sinql üç həftə "Billboard's Adult Contemporary" hit paradında birinci yerdə qərarlaşaraq Ceksonun hit paradın zirvəsinə yüksəlmiş ikinci mahnısı olmuşdur. Birləşmiş Krallığın "UK Singles Chart"ında mahnı 11 avqust 1987-ci ildə birinciliyə yüksəlmiş, ilin sonunda isə 30-cu yerdə qərar tutmuşdur.
Avtobioqrafik əsəri olan "Moonwalk"da cekson qeyd edir ki, mahnı fikrində tutduğu kiməsə həsr edilməmişdir, lakin mahnını hər dəfə canlı ifa edərkən fikrində mütləq kimisə tutur.
Hit-parad (1987) | Yüksəldiyi yer |
---|---|
Australian Singles Chart | 10 |
Austrian Singles Chart | 5 |
Belgium Singles Chart | 1 |
Canadian Singles Chart | 2 |
Danish Singles Chart | 1 |
Dutch Singles Chart | 1 |
Eurochart Hot 100 Singles | 1 |
French Singles Chart | 12 |
German Singles Chart | 2 |
Irish Singles Chart | 1 |
Japan Singles Chart (International Singles) | 3 |
New Zealand RIANZ Singles Chart | 3 |
Norwegian Singles Chart | 1 |
Spanish Singles Chart | 1 |
Swedish Singles Chart | 4 |
Swiss Singles Chart | 2 |
UK Singles Chart | 1 |
US Billboard Hot 100 | 1 |
US Billboard Hot Adult Contemporary Tracks | 1 |
US Billboard Hot Black Singles | 1 |
US Billboard Hot Latin Songs (Spanish Version) | 11 |
Hit-parad (2009) | Yüksəldiyi yer |
Swiss Singles Chart | 40[6] |
UK Singles Chart | 78 |
Cekson, "Bad World Tour" çərçivəsində mahnını arxa fon ifaçısı Şeril Krou ilə, "Dangerous World Tour" çərçivəsində isə Siedah Garretlə birgə ifa etmişdir. Bruneydəki Kral Konsertində isə Cekson mahnını Marva Hickslə birgə ifa etmişdir. "This Is It" konsertlərində isə Cekson mahnını Cudi Hillə birgə ifa etməli idi, lakin müğənninin qəfil ölümü bu konsertləri yarımçıq qoydu. Buna baxmayaraq mahnı "This Is It" filmində istifadə edildi. Ceksonun ölümündən sonra, Cudi Hill, "I Will Always Be Missing You" adı ilə mahnının sekvelini yazaraq ifa edib.
"I Just Can't Stop Loving You" | ||||
---|---|---|---|---|
Maykl Cekson və Siedah Garrett tərəfindən Bad 25 albomunda ifa olunmuş sinql | ||||
B tərəfi | "Don't Be Messin' 'Round" | |||
Yayımlanma tarixi | 5 iyun 2012 | |||
Format | sinql | |||
Janr | Pop/R&B | |||
Dil | ingilis dili | |||
Müddət | 04:25 | |||
Prodüser | Maykl Cekson və Quincy Jones | |||
Bəstəkar | Maykl Cekson | |||
Sözlərin müəllifi | Maykl Cekson | |||
Studiya | Epic Records | |||
Maykl Cekson və Siedah Garrett sinqllarının xronologiyası | ||||
|
5 iyun 2012-ci il tarixində "Bad 25" layihəsi çərçivəsində mahnı yenidən sinql şəklində təqdim edilmiş və "Walmart" mağazalarında satışa çıxarılmış, lakin, dijital satışdan imtina edilmişdir.[12] Sinqla "I Just Can't Stop Loving You" mahnısının 1987-ci ildə çıxarılmış "Bad" albomuna daxil olan tam versiyası (bu versiyada mahnının əvvəlində Ceksonun nitqi də verilsə də, sonrakı versiyalarda bu hissə kəsilmişdir), "Don't Be Messin' 'Round" mahnısının 1986-cı ildə yazılmış demo versiyası daxil edilmişdir. "Billboard"ın ən yaxşı satış nəticələrinə görə sıralamaya əsaslanan "Hot Singles Sales Chart"da "I Just Can't Stop Loving You" mahnısı 5,000 nüsxə satışla birinci yerdə debüt etmişdir. "One More Chance" mahnısının 2003-cü ildə "Hot R&B/Hip Hop Singles Sales Chart"da üç həftə birinciliyi saxlamasından sonra bu Ceksonun Billboard hit paradlarında birinciliyə yüksəlmiş ilk mahnısı idi.[13][14] Vinil sinql ABŞ-də 26 iyun 2012-ci ildə satışa çıxarılmışdır.[15]
Hit-parad (2012) | Yüksəldiyi yer |
---|---|
Hungarian Singles Chart | 6[16] |
Japan Hot 100 | 94[17] |
Japan Oricon Singles Chart | 39[18] |
US Billboard Hot Singles Sales Chart | 1[13] |
Canadian Physical Singles Sales Chart | 1[19] |
Spanish Physical Singles Chart | 1[20] |
French Singles Chart | 64[21] |
Ölkə | Tarix | Format |
---|---|---|
Fransa | 4 iyun 2012[22] | CD Sinql |
Yaponiya | 6 iyun 2012[23] | |
Almaniya | 1 iyun 2012[24] | |
Birləşmiş Krallıq | 12 iyun 2012[25] | |
ABŞ | 5 iyun 2012 | |
26 iyun, 2012 | 7" Sinql |
Sələfləri Los Lobos - "La Bamba" |
BK nömrə bir sinql 9 avqust 1987 - 23 avqust 1987 |
Xələfləri Rick Astley - "Never Gonna Give You Up" |
Sələfləri Dionne Warwick & Jeffrey Osborne - "Love Power" |
Billboard Adult Contemporary nömrə bir sinql 29 avqust 1987 |
Xələfləri Vitni Hyuston - "Didn't We Almost Have It All" |
Sələfləri Los Lobos - "La Bamba" |
Billboard Hot 100 nömrə bir sinql 19 sentyabr 1987 |
Xələfləri Vitni Hyuston - "Didn't We Almost Have It All" |
Sələfləri Force M.D.'s - "Love is a House" |
Billboard Hot Black Singles nömrə bir sinql 19 sentyabr 1987 - 25 sentyabr 1987 |
Xələfləri LL Cool J - "I Need Love" |