Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsgərlər unudulanda ölürlər
Əsgərlər unudulanda ölürlər — 2018-ci ildə Azərbaycanda istehsal olunmuş tammetrajlı sənədli film. Jurnalist Arif Əliyevin "Yalama" povesti əsasında ekranlaşdırılmış bu film Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuşdur. Film ARB televiziya kanalının "Aranfilm" Kino Mərkəzində hazırlanmışdır. Filmin çəkilişləri dörd ay davam etmişdir. Çəkilişlər Bakıda, Yalamada, Xaçmazda, habelə Gürcüstanda, Türkiyədə, Rusiyada aparılmışdır. Filmdə 1920-ci ildə Azərbaycana təcavüz etmiş 70 minlik XI Qırmızı Ordunun qarşısına birinci çıxan və son nəfəsinədək düşmən qarşısından çəkilməyən Yalama qarnizonunun 350 igid əsgərinin taleyindən bəhs edilir. Qarnizonun 350 əsgəri 70 minlik işğalçı ordunun zərbəsi qarşısında Yalama döyüşü zamanı iki saat duruş gətirmiş və son nəfəsinə qədər mövqeyindən çəkilməmişdir. Bəstəkar Vaqif Gərayzadə film üçün orijinal musiqi bəstələyib. Belə ki, filmdə istifadə olunan mahnıların mətnləri şəhid əsgərlərin son məktublarında yazdıqları şeirlər əsasında tərtib olunmuşdur. Ssenari müəllifi: Arif Əliyev Rejissor: Rövşən Almuradlı Baş operator: Rafiq Əliyev Bəstəkar: Vaqif Gərayzadə Montaj və qrafika: Pərviz Səlimov İcraçı direktor: Nicat Məmmədov Prodüser: Arif Əliyev 20 noyabr 2018-ci il tarixində Nizami Kino Mərkəzində filmin təqdimatı keçirilmişdir.
Əsgərlər unudulanda ölürlər (film, 2018)

Unudulmaq hüququ
Unudulmaq hüququ — Avropa İttifaqında və 2006-cı ildən Argentinada tətbiq edilən konsepsiya. Müvafiq məsələnin gündəmə gəlməsi insanların "keçmişdə etdikləri hər hansı xüsusi hərəkətə və ya fəaliyyətə görə bütün ömrü boyu və ya zaman-zaman damğalanmadan, qınaq obyektinə çevrilmədən müstəqil şəkildə özünü inkişaf etdirmək və həyatına davam etmək" istəklərindən irəli gəlirdi.:231 Unudulmaq hüququna beynəlxalq insan hüquqları statusu verilməsinin praktikliyi ilə bağlı çoxsaylı mübahisələr mövcuddur: bu, bir tərəfdən informasiyaya çatımlılıq ilə bağlıdırsa, qismən də belə bir hüququn tətbiq edilməsi ilə əlaqədar hazırkı tənzimləmənin qeyri-müəyyənliyi ilə izah edilir. Bundan əlavə, qeyd edilən hüququn ifadə azadlığına təsiri, şəxsi həyata hörmət hüququ ilə əlaqəsi, eləcə də unudulmaq hüququnun yaradılmasının senzura və neqasionizm vasitəsilə internetin keyfiyyətini azaldıb-azaltmayacağı ilə bağlı narahatlıq yaradan suallar mövcuddur. Unudulmaq hüququnun tərəfdarları onun əhəmiyyətini bir sıra məsələlərlə əsaslandırırlar: məsələn, axtarış sistemində şəxsin adı üzrə axtarış edərkən pornoqisas saytlarının aşkarlanması; eləcə də şəxsin keçmişdə törətdiyi böyük ictimai təhlükə törətməyən cinayətlərlə bağlı məlumatların üzə çıxması və s. Əsas narahatlıq yaradan məsələ, silinmədiyi təqdirdə həmin məlumatların şəxsin onlayn nüfuzuna qeyri-müəyyən müddətə potensial olaraq təsir etmək ehtimalının olmasıdır. Avropada məlumatların mühafizəsi üzrə qanunvericilik fərdlər barədə şəxsi məlumatların potensial zərərdən müdafiəsi məqsədi daşıyır. "Unudulmaq hüququ" anlayışı Avropada daha əvvəl mövcud olan çoxsaylı fikirlərdən qaynaqlanır. Birləşmiş Krallıqda uzun müddət, xüsusilə də Cinayətkarların Reabilitasiyası haqqında qanunvericilikdə belə bir müddəa mövcud olmuşdur ki, müəyyən vaxtdan sonra cinayətə görə ittihamlar "ödənilmiş" olur; bu da o deməkdir ki, ittiham edilənlər haqqında məlumatlar onlar sığorta olunarkən və ya iş axtararkən nəzərə alınmamalıdır. Eynilə Fransada bu hüquqa (fr. le droit à l'oubli — unudulmaq hüququ) diqqət yetirilir və 2010-cu ildə Fransa qanunvericiliyində təsbit edilmişdir.
Unudulmaz (film, 2010)
Azərbaycan – unudulmaz ölkə (film, 2013)