Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sara Marşallı unutmaq
Sara Marşallı unutmaq (ing. Forgetting Sarah Marshall) — Nikolas Stollerin rejissorluğu ilə 2008-ci ildə çəkilmiş amerikan romantik komediya filmi. Filmin ssenari müəllifi Ceyson Siqel, icraçı prodüseri isə Cadd Apatoudur. Filmin çəkilişləri 2007-ci ildə Havay adalarında yerləşən Turtle Bay Resort-da baş tutub. Filmin davamı və spin-offu olan "Onu Yunan Teatrına apar" 2010-cu ildə işıq üzü görüb. Musiqi bəstəkarı Piter Bretter, Sara Marşall adlı teleserial ulduzu ilə münasibətdədir. Beş il davam edən münasibətdən sonra Sara ondan ayrılır. Piter, ayrılığı unutmaq üçün Havay adalarına istirahət üçün getmək qərarına gəlir. Lakin o, tətildə olarkən təsadüfən Sara və onun yeni sevgilisinin də orada olduğunu öyrənir. Forgetting Sarah Marshall — Internet Movie Database saytında.
Alp unutma
Alp unutma (lat. Myosotis alpestris) — Çoxillik, bozumtul-yaşıl bitkidir. == Qısa morfoloji təsviri == Kökümsovu qısa, qalın, sürünən; saplağı düz, budaqsız, yarımsıxılmış tükcüklərlə sıx sallanmış, hündürlüyü 15–30 sm-dir. Gövdə yarpaqları oturaq, enli özüllü uzunsov, gövdəni yarıməhatə edən, ölçü və formasına görə müxtəlifdir, hər iki tərəfdən yumşaq, uzun tükcüklərlə sıxılmış və ya yarımsıxılmış tükcüklərlə sıx sallanmışdır. Kasacığın uzunluğu çiçəkləmə dövründə 2,5 mm, meyvəsi ilə birgə isə 4–5 mm-dir, solğunbozumtuldur. Çiçək tacı tünd-mavi, iri, diametri 7–8 (9) mm, yumurtaşəkilli-dairəvi dilimlidir. Meyvə saplağı qısa, uzunluğu 3–5 mm, yuxarı çəpəki istiqamətlənmiş, sıxılmış və yarımsıxılmış seyrək tükcüklərlə sıx sallanmışdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Meşә unutma
Myosotis sylvatica Ehrh. ex Hoffm. (M. sachalinensis M. Pop., M. sylvatica var. sachalinensis (M. Pop.) Tolm.) Hündürlüyü (12) 20-50 sm, gövdəsi tək və ya bir neçə ədəddir, düz və ya əyilib qalxandır, sadə və ya yuxarı hissədə budaqlanmış, aşağı hissədə aralanmış, üst tərəfdə sıxılmış tüklü olan ikiillik və ya çoxillik ot bitkisidir. Kökətrafı yarpaqları uzunsov və ya uzunsov-əksinəyumurtaşəkillidir, kifayət qədər uzun saplağa daralmışdır, gövdə yarpaqları uzunsov-neştərvari, küttəhər və ya sivritəhərdir,aşağı saplaqlı yarpaqlar qaidə hissəsinə doğru daralmışdır, yuxarıdakılar isə oturaqdırlar. Qıvrım çiçək qrupu çoxçiçəklidir, yarpaqsızdır. Tac tünd və ya açıq-mavi rəngli, diametri 7–8 mm-ə qədər olan yastı büküşlüdür və kasa yarpağına bərabər olan borucuğu vardır. Fındıqcaların uzunluğu 2 mm-ə yaxındır, uzunsov-yumurtaşəkillidir, üçtilli, qara və parlaqdır. (Aprel) May-Avqust İyun- Avqust BQ (Quba), BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.
Unutma... (1989)
Filmin yaradıcıları bu ekran əsərində həyatla ölüm arasındakı olduqca mürəkkəb qarşılıqlı əlaqənin mənalandırılmasına çalışmışlar. Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Unutma... (film, 1989)

Unutsam, fısılda
Unutsam, fısılda — ssenaristi və rejissoru Çağan İrmaq olan, 2014-cü il istehsalı türk melodram sinema filmi. Film bir-birlərindən çox fərqli 2 bacı — Xədicə və Hənifənin həyat hekayələrindən bəhs edir. Xədicə mahnı oxumaq sevgisi olan və həyatının, xəyallarının ardınca getməyə meyilli biridir. Böyük bacısı Hənifə də həyat sevgisi ilə dolu olsa da, içinə qapanıq biridir. Bir gün qəsəbəyə yeni gələn musiqiçi Tarıkın Xədicəni kəşf etməsi, aralarında başlanan böyük sevgi və Türkiyənin ulduzları olma həvəsləri onları İstanbula qədər aparır. Uzun müddətdən sonra evinə dönən Xədicə onun qayıtmasını gözləyən və keçmişdəki yaşananlar üçün hesablaşmaq istəyən, əsəbi və incik bir Hənifəni görür. Fərəh Zeynəb Abdullah - Xədicə Bülənt Düzgünoğlu - Xədicənin atası Xülya Gülşən - Xədicənin anası Kərəm Bursin - gənc Ərhan Köksal Əngür - yaşlı Ərhan Gözdə Çığacı - gənc Hənifə İşıl Yücəsoy - yaşlı Hənifə Məhməd Günsür - Tarik Lalə Başar - Tarikin anası Rəha Özcan - Ərhanın atası Hümeyra - Aypəri Gürkan Uyqun - Kəmal Jalə Aylanç - Handənin anası Meriç Aral - Mədiha Gümeç Alpay - Handə 47. Sinema Yazarları Dərnəyi Mükafatları Ən yaxşı aktrisa performansı (Fərəh Zeynəb Abdullah) - namizəd Ən yaxşı köməkçi kadın aktrisa performansı (Hümeyra) - namizəd Ən yaxşı musiqi Ən yaxşı sənət rejissoru (Soydan Quş) 20. Sədri Alişıq Teatr və Sinema Aktyor Mükafatları İlin ən uğurlu aktrisası (Fərəh Zeynəb Abdullah) - namizəd Köməkçi rolda ilin ən uğurlu aktrisası (İşıl Yücəsoy) - namizəd 22.
Əl-ələ tutmaq
Əl-ələ tutmaq — bir çox mədəniyyətlərdə iki insan arasında mövcud olan məhəbbət ifadəsinin məşhur formasıdır. Əl-ələ tutmaq çox vaxt romantik cütlüklər arasında fiziki yaxınlığın ilk ictimai nümayişidir. Tərəfdaşlar arasında qarşılıqlı əlaqə sevginin ifadələrindən biridir. Əl-ələ tutmağın mənası və qəbulu ictimai yerlərdən və mədəniyyətdən asılı olaraq dəyişə bilər. Əl-ələ tutmaq salamlaşma ritualından, əl sıxmaqdan fərqləndirilir. 1960-cı illərə qədər Qərb mədəniyyətində ictimaiyyətdə əl-ələ tutmaq böyük ölçüdə qəbul edilmirdi, lakin sonrakı onilliklərdə bu tendensiya dəyişmişdir. 2002-ci ildə 20 ölkədən 6600 qadın və kişinin ictimai yerlərdə sekslə bağlı fikirlərini tədqiq edən Cora Romance Reporta görə, respondentlərin 78 faizi ictimai yerlərdə öpüşün və əl-ələ tutmağın geniş şəkildə qəbul edildiyini bildirmişdirlər. Yaşlılar arasında belə, əl-ələ tutmaq qəbuledilən sevgi əlaməti hesab olunur. "Lenz" jurnalının sifarişi ilə keçirilən sorğuya əsasən, sorğuda iştirak edən yaşlıların 65 faizi ictimai yerlərdə əl-ələ tutmağı məhəbbət ifadəsinin icazəli forması hesab etmişdirlər. Ərəb ölkələrində, Şimali Afrikada, Asiyanın bəzi regionlarında, bəzi Aralıq dənizi və Cənubi Avropa mədəniyyətlərində (xüsusilə Siciliyada) ənənəvi olaraq kişilər də dostluq və hörmət əlaməti olaraq əl-ələ tuturlar.
Unutsam, fısılda (film, 2014)