UNUTQANLIQ
UNUTMAQ
OBASTAN VİKİ
Alp unutma
Alp unutma (lat. Myosotis alpestris) — Çoxillik, bozumtul-yaşıl bitkidir. == Qısa morfoloji təsviri == Kökümsovu qısa, qalın, sürünən; saplağı düz, budaqsız, yarımsıxılmış tükcüklərlə sıx sallanmış, hündürlüyü 15–30 sm-dir. Gövdə yarpaqları oturaq, enli özüllü uzunsov, gövdəni yarıməhatə edən, ölçü və formasına görə müxtəlifdir, hər iki tərəfdən yumşaq, uzun tükcüklərlə sıxılmış və ya yarımsıxılmış tükcüklərlə sıx sallanmışdır. Kasacığın uzunluğu çiçəkləmə dövründə 2,5 mm, meyvəsi ilə birgə isə 4–5 mm-dir, solğunbozumtuldur. Çiçək tacı tünd-mavi, iri, diametri 7–8 (9) mm, yumurtaşəkilli-dairəvi dilimlidir. Meyvə saplağı qısa, uzunluğu 3–5 mm, yuxarı çəpəki istiqamətlənmiş, sıxılmış və yarımsıxılmış seyrək tükcüklərlə sıx sallanmışdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında alp qurşağında yayılmışdır. Çəmənlərdə bitir.
Meşә unutma
Myosotis sylvatica Ehrh. ex Hoffm. (M. sachalinensis M. Pop., M. sylvatica var. sachalinensis (M. Pop.) Tolm.) Hündürlüyü (12) 20-50 sm, gövdəsi tək və ya bir neçə ədəddir, düz və ya əyilib qalxandır, sadə və ya yuxarı hissədə budaqlanmış, aşağı hissədə aralanmış, üst tərəfdə sıxılmış tüklü olan ikiillik və ya çoxillik ot bitkisidir. == Yarpaq == Kökətrafı yarpaqları uzunsov və ya uzunsov-əksinəyumurtaşəkillidir, kifayət qədər uzun saplağa daralmışdır, gövdə yarpaqları uzunsov-neştərvari, küttəhər və ya sivritəhərdir,aşağı saplaqlı yarpaqlar qaidə hissəsinə doğru daralmışdır, yuxarıdakılar isə oturaqdırlar. == Çiçək == Qıvrım çiçək qrupu çoxçiçəklidir, yarpaqsızdır. Tac tünd və ya açıq-mavi rəngli, diametri 7–8 mm-ə qədər olan yastı büküşlüdür və kasa yarpağına bərabər olan borucuğu vardır. == Meyvə == Fındıqcaların uzunluğu 2 mm-ə yaxındır, uzunsov-yumurtaşəkillidir, üçtilli, qara və parlaqdır. == Çiçəkləməsi == (Aprel) May-Avqust == Meyvə verməsi == İyun- Avqust == Azərbaycanda yayılması == BQ (Quba), BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ mərkəzi, KQ cənub, Nax. dağ., Lənk.
Unutma... (1989)
== Məzmun == Filmin yaradıcıları bu ekran əsərində həyatla ölüm arasındakı olduqca mürəkkəb qarşılıqlı əlaqənin mənalandırılmasına çalışmışlar. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Unutma... (film, 1989)
== Məzmun == Filmin yaradıcıları bu ekran əsərində həyatla ölüm arasındakı olduqca mürəkkəb qarşılıqlı əlaqənin mənalandırılmasına çalışmışlar. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Unutmaməni
Unutmaməni (lat. Myosotis) — latın sözü olub, tərcüməsi "siçan qulağı" deməkdir. == Haqqında == Unutmaməninin yarpaqları balaca, heyvanın sallaq qulağına oxşadığına görə ona belə ad verilmişdir. Bitkinin Avropada, Asiyada, Amerikada, Cənubi Afrikada, Avstraliyada, Yeni Zelandiyada 50-yə yaxın birillik, ikiillik, və çoxillik növləri məlumdur. Yaşıllaşdırmada 10 növündən ikiillik bitki kimi geniş istifadə olunur. Azərbaycanda isə bu cinsin 9 növü bitir. Alp unutmamənisinin (M.alpestris) hündürlüyü 35 sm-ə qədər olan, çoxşaxəli, gövdəli bitkidir.Yumurtavari yarpaqları boz tükcüklərlə örtülüdür. Mavi, göy, ağ ya da çəhrayı gülləri salxım hamaşçiçəklərə yığılmışdır. Alp unutmamənisinin vətəni Orta Avropanın dağ rayonlarıdır.Toxumları əkildikdə birinci ildə bitkinin qısa rozet yarpaqları və kökləri əmələ gəlir. Bitkini qələmlə də çoxaltmaq olar.

Значение слова в других словарях

марионе́тный налакирова́ть опроща́ться отклю́чка подлеза́ть подсупо́ниться по́стнический пышно... расчека́нивать сва́нка вздира́ться дразня́щий мама́ша первосо́ртность лох atrabiliary Charity corah crow's foot damson right triangle snippety summer time visored коричневатый