Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Urnayr
Urnayr — Qafqaz Albaniyasında çar. Alban arşaki hökmdarı. 313-cü ildə Urnayr xristianlığı dövlət dini elan etdi. Mənşəcə Arşakilərdən olan Urnayrın (və onun varislərinin) xristianlığı qəbul etmələri, onların daxili inamları və ya xristianlığa olan meyillərindən daha çox siyasi mülahizələrlə bağlı idi. Monoteist din olan xristianlığın köməyilə Urnayr çoxmillətli alban dövlətini yaratdı. == Həyatı == Hökmdar Urnayrın adı ilk dəfə 313-cü ildə çəkilir. Belə ki, o, Albaniya ərazisində yaşayan tayfaları uzaqgörənliklə birləşdirmək qərarına gəlmiş, bu yolda əsas vasitənin din olmasını anlamışdır. Nəticədə o, 313-cü ildə xristianlığı Albaniyanın dövlət dini elan etmişdir. Təkallahlığı qəbul etməklə o, tayfalarda olan 16 bütləri məhv edir və tayfaları vahid din ətrafında birləşdirirdi. Xristianlığın qəbul edilməsi, həmçinin quldarlıq quruluşunun yeni, feodalizm quruluşu ilə əvəzlənməsi prosesi Albaniyanı daim tabe etməyə çalışan və İran feodalları tərəfindən idarə olunan Sasani dövləti ilə, həmçinin Şərqi Roma (sonralar Bizans) dövləti ilə mübarizə şəraitində baş verirdi.
Urinboy Rahmonov
Urinboy Rahmonov (rus. Уринбой Рахмонбердиевич Рахмонов) (4 (17) mart 1910 - 5 oktyabr 1980) - Sovet Qırğızıstan aktyoru və teatr xadimi, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu, yazıçı, şair. == Həyatı == Urinboy Rahmonberdiyeviç Rahmonov 4 mart 1910-cü ildə Oş şəhəriində anadan olmuşdur. Atası Rahmonberdi Madazimov Qırğızıstan teatr hərəkatının təsisçisi və təşkilatçısı, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu və ilk bədii direktoru, yazıçı idi. == Teatr yaradıcılıq fəaliyyəti == 1927 - K.Yaşen "Dostlar". 1928 - K.Yaşen "Ərzində". 1929 - Gulom Zəfəriy "Halime", K.Yaşen "Aji-Aji". 1930 - Umarjon İsmoilov "Pambıq sahəsində tarix". 1931 - Nikolay Gogol "Evlənmə". 1932 - Mannon Uygur "Tərcüməçi".
İrinarx Zavalişin
İrinarx İvanoviç Zavalişin (1769–1821)—Rusiya hərbçisi, şair, yazıçı. == Həyatı == İrinarx İvanoviç Zavalişin peşəkar hərbçi olmuş, tanınmış rus sərkərdəsi ən yaxın silahdaşlarından sayılırdı. O, Polşada quru qoşunlarının əməliyyatlarında, İsveçə qarşı hərbi-dəniz əməliyyatlarında, Hollandiyaya hərbi-dəniz reydində, Norman adalarına dəniz səfərində iştirak etmiş, ordu və donanmanın birləşmiş əməliyyatlarının keçirilməsində böyük təcrübəyə maliik idi. İ. Zavalişin 1803-cü ildə "Həştərxan hərbi rəisi, eləcə də Xəzər dənizindən Qara dənizə qədər Qafqaz xəttinin müfəttişi, Həştərxan kazak qoşunlarının rəisi, regionun bütün hərbi və dəniz qüvvələrinin komandanı" təyin edilmiş, Həştərxan qarnizon alayının şefi vəzifəsinə təsdiq olunmuşdur. Kapitan-leytenanr İ. Veselaqo dəniz hissəsi üzrə, podpolkovnik A. Asayev quru əməliyyatlar üzrə Zavalişinin müavinləri təyin edilmişdirlər. Donanmaya daxil olan hər bir hərbi gəminin öz topları var idi, ticarət gəmilərinə isə əıavə toplar qoyulmuşdu. Lakin Bakının qalası divarlarının qalınlığını nəzərə alaraq xüsusi mühasirə toplarının gətirilməsi sifariş olundu. Sarisından və Qazandan iki ədəd mortir topu yalnız may ayında Həştərxana gətirildiyindən, əməliyyatın başlanması yubadılırdı. Desant qüvvələri Qazan muşketyor alayının altı bölüyü, 16-cı yeger alayının dörd bölüyü və 4 səhra topundan ibarət idi. Nəhayət, iyunun 23-də rus eskadrası dənizə çıxdı.
Urinboy Rahmonberdievich Rahmonov
Urinboy Rahmonov (rus. Уринбой Рахмонбердиевич Рахмонов) (4 (17) mart 1910 - 5 oktyabr 1980) - Sovet Qırğızıstan aktyoru və teatr xadimi, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu, yazıçı, şair. == Həyatı == Urinboy Rahmonberdiyeviç Rahmonov 4 mart 1910-cü ildə Oş şəhəriində anadan olmuşdur. Atası Rahmonberdi Madazimov Qırğızıstan teatr hərəkatının təsisçisi və təşkilatçısı, Babur adına Oş Dövlət akademik özbək musiqi və dram teatrının qurucusu və ilk bədii direktoru, yazıçı idi. == Teatr yaradıcılıq fəaliyyəti == 1927 - K.Yaşen "Dostlar". 1928 - K.Yaşen "Ərzində". 1929 - Gulom Zəfəriy "Halime", K.Yaşen "Aji-Aji". 1930 - Umarjon İsmoilov "Pambıq sahəsində tarix". 1931 - Nikolay Gogol "Evlənmə". 1932 - Mannon Uygur "Tərcüməçi".
Rinay Malakofauna Muzeyi
Rinay Malakofauna Muzeyi Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov 2A ünvanında yerləşir. Muzeydə nümayiş olunan eksponatlar okeanın dərinliklərindən toplanıb. == Tarixi == 1932-ci ildən Sadıq Qarayev dəniz və okean faunasını əks etdirən bu kolleksiyanı toplamağa başlayıb. 1986-ci ildə Sadıq Qarayevin oğlu, geologiya-mineralogiya elmləri namizədi, professor Tofiq Qarayev atasının yolunu davam etdirərək muzeyi yaradıb. Muzey rəsmi olaraq 1989-cu ildə təşkil edilmiş. T. Karayev 1986-ci ildə yaradılan muzeyin tarixçəsi barədə danışır: “Atam Sadiq Karayev 1932-ci ildən 1937-ci ilə qədər İngiltərədə və ABŞ-da neft üzrə ekspert işləyib. O zaman milyonçular müxtəlif pullar, markalar, şəkillər yığırdılar. Atam neftçi olduğundan molyuska qabıqları toplayırdı.Hər ezamiyyətdən gələndə bir çamadan molyuska qabığı gətirərdi. Həmin çamadan hazırda Tarix Muzeyindədir”. == Ekspozisiyası == Muzeyin ümumi kolleksiyasında 5 minə yaxın eksponat toplanıb.4 mindən çoxu Heydər Əliyev Fonduna bağışlanıb.