BİNAR

s. binary; double; ~ sistem binary system; ~ prinsip binary principle

BİNAMUSLUQ
BİNƏ
OBASTAN VİKİ
Binar axtarış
İkilik (Binar) və ya yarıya bölməklə axtarış (ing. Binary search) — Sıralanmış massivdə müəyyən qiymətin axtarılması alqoritmidir. Xətti axtarışdan fərqli olaraq Binar axtarış sıralanmış massivlər üzərində daha tez axtarış aparmağa imkan verir. Xüsusilə böyük həcmli verilənlər bazasına sahib proqramlarda xətti axtarış texniki olaraq çox vaxt tələb etdiyindən yaramır. == İşləmə prinsipi == Alqorimtin işləməsi üçün ilk öncə massiv sıralanmış olmalıdır. Bu üsul ilə axtarış zamanı axtarılan məlumat massivin ortadakı elementi ilə müqayisə edilir. Əgər axtarılan ədəd ortadakı elementdən böyükdürsə o zaman, həmin ədəddən kiçik hissələr unudulur və axtarış böyük olan hissədə aparılır və ya əksinə. Hər belə müqayisədə axtarış yarıya endirilir. == Nümunə == a = axtarılan ədəd, M = massiv a = 4, M = 1 3 4 6 8 9 11 a ilə 6-ı müqayisə et. Kiçikdir.
Binar nomenklatura
Binominal nomenklatura (və ya binar nomenklatura, bioloji nomenklatura) — biologiya sistemində növlərin 2 sözdən ibarət adla — cinsin adı və növün adı ilə (zoologiya terminologiyaya görə), cinsin adı və növün epiteti ilə (botanika terminologiyasına görə) adlandırılması kimi qəbul olunub. Təbabətdə yayılan və bizi əhatə edən bitkilər olduqda müxtəlif forma və quruluşa malikdir. Bitki aləmində bir-birinə bütün əlamətlərilə tam oxşar olan iki müxtəlif fərd tapmaq qeyri-mümkündür. Məhz ona görə də bitki aləmini öyrənənlərin qarşısında bitki növlərini bir-birindən fərqləndirmək üçün təsnifatın yaranması bir zərurət kimi meydana çıxdı. Bu sahədə çalışan ilk alimlər ayrı-ayrı bitkilərin xüsusiyyətlərini və keyfiyyətlərini müəyyən edərək insan üçün hansılarının faydalı və hansılarının zərərli olduqlarını müəyyən etməyə çalışmışdır. Bitki aləmini öyrənmək və onlardan düzgün istifadə etmək üçün təsnifatın yaradılması həyatı tələbatdan irəli gəlirdi. Bitkilərin təsnifatı sahəsində ilk təşəbbüs Teofrast tərəfindən (b.e.ə 372–288-ci illərdə) olmuşdur. Teofrast bitkiləri aşağıdakı qruplara ayırmışdır : ağac, kol, ot, yabanı və mədəni, həmişəyaşıl və yarpağını tökən, çiçəkləyən, çiçəkləməyən və s. Onun "Bitkilərin tarix"i əsərində bitkilərin əsas orqanları kök, gövdə, budaq, yarpaq, çiçək, meyvə, toxum haqqında məlumat verilir. Bu orqanların bir və ikiləpəli bitkilərə məxsus olduğu göstərilir.
Binar opsion
Binar opsion (təyin edilmiş gəlir opsionu) – təyin edilmiş vaxtda təyin edilmiş şərtlərin həyata keçirilməsindən asılı olaraq ya gəlirin təyin edilmiş həcmini təmin edir, ya da heç bir gəlir gətirmir. Opsion əvvəlcədən təyin edilmiş qiymət üzrə alındığından ümumi nəticə ya müsbət, ya da mənfi olacaq. Qaydalara əsasən, müsbət nəticənin həcmi mənfi nəticədə olduğundan aşağıdır. Binar opsionlar müqavilə bağlanmadan öncə ödəniş həcmini və mümkün riskləri dəqiq olaraq öyrənmək imkanı verir ki, bu da çoxlu sayda ticarət əməliyyatını asanlıqla idarə etmək imkanı qazandırır. Hesablamanın asan olması üçün adətən, həyata keçirilmiş opsion üçün 100, həyata keçirilməmiş opsion üçün isə 0 təyin edilir. Əgər dəyəri 10 olan opsion alınıbsa, onun həyata keçirilməsi zamanı opsionun dəyəri 100-ə bərabər qəbul edilir və treyder məhz bu məbləği əldə edir. Yox əgər opsion həyata keçməyibsə onun dəyəri 0-dır və treyder heç nə əldə etmir. Bəzi ticarət platformalarında opsionun həyata keçməməsi halında onun alınmasına sərf edilmiş vəsaitin 15%-nin geri qaytarılması mümkündür. Əgər opsion qiymətin enmə/qalxma mərhələsində olarsa, lakin etalon qiymətə bərabər həddə bağlanarsa treyderə ilkin məbləğin hamısı və ya bir hissəsi qaytarıla bilər (bu müqavilənin şərtlərindən asılıdır). Bazarın cari vəziyyətindən asılı olaraq binar opsionun alış/satış qiyməti arasında böyük fərq ola bilər.
Applikasiya binar interfeysi
Applikasiya binar interfeysi (ing. application binary interface, ABI) — kompüter proqram təminatında iki binar proqram modulu arasındakı interfeys. Çox vaxt bu modullardan biri kitabxana və ya əməliyyat sistemi obyekti, digəri isə istifadəçi tərəfindən idarə olunan proqramdır. ABI aşağı səviyyəli, aparatdan asılı format olan maşın kodunda məlumat strukturlarına və ya hesablama prosedurlarına necə daxil olunduğunu müəyyən edir. Bunun əksinə olaraq, tətbiq proqramlaşdırma interfeysi (API) bu girişi mənbə kodunda müəyyən edir. Bu, nisbətən yüksək səviyyəli, aparatdan müstəqil, çox vaxt insan tərəfindən oxuna bilən formatdır. ABI-nin ümumi cəhəti məlumatların hesablama prosedurlarına giriş kimi təqdim edilməsini və ya çıxış kimi oxunmasını müəyyən edən çağırış konvensiyasıdır. Buna misal olaraq x86 çağırış konvensiyalarını göstərmək olar. ABI-yə riayət etmək (rəsmi olaraq standartlaşdırıla və ya standartlaşdırılmaya bilər) adətən kompilyator, əməliyyat sistemi və ya kitabxana müəllifinin işidir. Bununla belə, tətbiqi proqramçı proqramlaşdırma dillərinin qarışığında proqram yazan zaman hətta eyni dildə yazılmış proqramı müxtəlif kompilyatorlarla tərtib edərkən birbaşa ABI ilə işləməli ola bilər.
Qeyri-binar gender
Qeyri-binar və ya Gender-kvir — yalnız kişi və ya qadın olmayan gender kimliyinə malik (gender binarlığından kənar) şəxsləri bildirmək üçün istifadə edilən ümumi termindir. Adətən doğulduğu cinsin əksi olan genderlə özlərini identikləşdirdiklərinə görə, qeyri-binar genderli insanlar, çox vaxt transgender insanlarla eyniləşdirilir, lakin, bəzən qeyri-binar genderli insanlar özlərini transgender hesab etmirlər. Qeyri-binar genderli insanlar özlərini keçid cinsli və ya üçüncü cinsin nümayəndələri kimi, birdən çox cinsin nümayəndələsi identikləşdirə bilirlər, cinsə malik olmaya və ya gender flüidliyinə malik ola bilirlər. Gender identikliyi cinsi oriyentasiya və romantik oriyentasiyadan fərqlidir: qeyri-binar genderli insanlar müxtəlif oriyentasiyaya malik ola bilirlər.
Binaravan (Miyanə)
Binaravan (fars. بناروان‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 287 nəfər yaşayır (70 ailə).

Значение слова в других словарях