Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asiya (Fironun arvadı)
Asiya — Fironun arvadı. == Həyatı == Allah "Qurani-Kərim"də onun adını çəkmişdir. Onun əri ən qəddar fironlardan biri idi. Asiya fərqli gözəlliyə və incə hisslərə malik bir qadın idi. O, ərinin əhaliyə verdiyi zülmə, istibdada qarşı çıxırdı. Asiyanın əri Fironun təkəbbürü və lovğalığı o həddə çıxdı ki, rəblik iddiası etməyə başladı. O, belə deyirdi: "Mən sizin uca rəbbinizəm". O, əhalini qorxu altında saxlamağa başladı. Camaat çarəsizlikdən ona boyun əydi və Allaha yox, Firona səcdə etdi. Firon həddini aşmışdı.
Boyar arvadı Morozova
Boyar arvadı Morozova (rus. Боярыня Морозова) — rus rəssamı Vasili Surikov (1848–1916) tərəfindən 1887-ci ildə tamamlanmış, XVII əsrdə Rus kilsəsinin parçalanmasını təsvir edə tablo. == Tarixçə == Vasili Surikovun köhnə təriqətçilər mövzusuna olan maraqları onun Sibirdəki uşaqlığı ilə bağlıdır. Köhnə təriqətçilərin olduğu Sibirdə, "Boyar arvadı Morozova haqqında povest" də daxil olmaqla dini rəvayətlər geniş yayılmışdı. Surikovun "Boyar arvadı Morozova" tablosu da buradan qaynaqlanır. == Rəsmin etüdləri == == Ədəbiyyat == Жуковский В. И., Пивоваров Д. В. Зримая сущность: (визуальное мышление в изобразительном искусстве). — Свердловск: Изд. Урал, ун-та, 1991. — 284 с. — 1000 экз.