Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ustalar Kitabı
Ustalar kitabı (film, 2009)
Ustalar Kitabı (rus. Книга мастеров) — Walt Disney Pictures-ın birinci Rus filmi.
Ustalar-qızıl əllər (film, 1976)
Namuslu, pak, əməksevər, öz işini ürəkdən sevən adamlar üçün heç bir çətinlik qorxulu deyil. Onların ustalığı, işgüzarlığı hətta qəddar sehrbazın əməllərindən də güclüdür. Cizgi filmi tamaşaçılara bu fikri aşılayır. Kukla filmidir.
Yaxşı yol, "gənc ustalar" (film, 1968)
Film Bakıdakı 12 saylı peşə-texniki məktəbin işindən, burada kinomexaniklər, fotoqraflar, soyuducu və televizor ustaları hazırlanmasından danışır.
Uxtasar
Qılıncdağ (Uxtasar) — Qarakilsə rayonunda, Azərbaycanla sərhəddə yerləşən dağ. Qılıncdağın hündürlüyü 3500 m-dir. Qılıncdağ gölünün ətrafındakı qayalıqlarda eynilə Gəmiqaya petroqliflərinə bənzəyən təsvirlər var. Alimlər 1970-ci illərə qədər onları öz elmi əsərlərində "Qılıncdağ petroqlifləri" kimi qeyd edirdilər. 2021-ci il sentyabr ayının ortalarında Qılıncdağ zirvəsinə Azərbaycan ordusunun nəzarət etdiyi xəbərləri yayılmışdı.
Ustaşlar
Ustaşlar (xorv. Ustaše — üsyançı, qiyamçı) — 1929–1945-ci illər arasında bir təşkilat kimi fəaliyyət göstərən, rəsmi olaraq Ustaş – Xorvat İnqilabi Hərəkatı (xorv. Ustaša – Hrvatski revolucionarni pokret) kimi tanınan xorvat faşist, ultranasionalist, etnonasionalist, klerikal təşkilat. Onun üzvləri 1934-cü ildə Yuqoslaviya kralı I Aleksandrın öldürülməsinə köməklik göstərmiş və Müstəqil Xorvatiya dövlətində holokost törədərək yüz minlərlə serb, yəhudi, qaraçı, həmçinin Bosniyalı müsəlmanları və Yuqoslaviyada İkinci Dünya müharibəsi zamanı xorvat siyasi dissidentlərini qətlə yetirmişdilər. Hərəkatın ideologiyası faşizm, Roma katolikliyi və Xorvat ultramillətçiliyinin qarışığı idi. Ustaşlar Drina çayını əhatə edən və Belqrad sərhəddinə qədər uzanan Böyük Xorvatiyanın yaradılmasını dəstəkləyirdilər. Hərəkat irqi cəhətdən "təmiz" Xorvatiyanı müdafiə etmiş və nasist irqi nəzəriyyəsi, antifaşist və ya dissident xorvatlar və boşnakların təqibi yolu ilə ustaşlar anti-serb əhval-ruhiyyəsinə görə serblərə, yəhudilərə və qaraçılara qarşı soyqırımı təbliğ etmişdilər. Ustaşlar bosniyalılara " müsəlman xorvatlar " kimi baxırdı və nəticədə bosniyalılar irqinə görə təqib olunmurdular. Ustaşlar xorvatların dini kimi Roma katolikliyini və İslamı müdafiə etmiş və serblərin əsas dini olan pravoslav xristianlığının əleyhinə olmuşdular. Roma katolikliyi Xorvat millətçiliyi ilə eyniləşdirilmiş, Bosniya və Herseqovinada böyük izləyicisi olan İslam isə ustaşlar tərəfindən "Xorvatların qanını doğru tutan" din kimi təriflənmişdi.
Sakar
Sakar — Türkmənistan Respublikasının Lebap vilayətində şəhər tipli qəsəbə, Sakar etrapının inzibati mərkəzi. Yaşayış məntəqəsinin adı etnotoponimdir və burada məskun olan Sakar tayfasının adından yaranmışdır. Qəsəbənin təxminən 1 km qərbindən Türkmənabad – Atamurad avtomobil şossesi keçir, 10 km şimal-şərqində isə Ceyhun çayı axır. Qəsəbə ölkənin paytaxtı Aşqabaddan 700 km, vilayətin inzibati mərkəzi Türkmənabaddan isə 20 km uzaqlıqda yerləşir.
Forest Uitaker
Forest Uitaker (ing. Forest Whitaker; 15 iyul 1961[…]) — Amerika aktyoru, rejissoru və prodüseri. 2007-ci ildə "İskoçyanın Son Kralı" filmində aktyor "İdi Amin"ini reallıqla təsvir etdiyi üçün bir neçə mükafata layiq görülür. Aktyor həmçinin də, ən yaxşı kişi aktyoru kimi "Oskar", "Qızıl Qlobus", "BAFTA" və "Emmy" mükafatları ilə qiymətləndirilmişdir. == Həyatı == O, futbol komandasının oyunçusu olduğu Paliseyd məktəbini bitirir, bir müddət idmanla məşğul olduqdan sonra musiqi ilə də maraqlanmışdır. Forest 1979-cu ildə orta məktəbi bitirir, daha sonra Dilana Tomasın istehsalı ilə "Süd meşəsi kölgəsi altında" filmində ilk rolunu oynayır və bu filmlə Forest, aktyorluq sənətinə ilk addımın atır. Bir müddət sonra Pomonadaki Kaliforniya Politexnik Universitetində onurğasından ağır zədə alır və buna görə Forestə təqaüd ayrılır. Bir müddətdən sonra 1996-cı ildə Forest "Atəşi yandırdı" filmində Keyşe Neşla tanış olur və onunla evlənir. == Film kariyerası == İdmanla əlaqəni kəsdikdən sonra qərara gəlir ki, başqa sahəyə üz tutsun və ele həmin ərəfələrdə Cənubi Kaliforniya Universitetində təhsil almaq üçün konservatoriyanın teatr fakültəsinə daxil olur. Həm də Forest, London Drama Studiyasında (Berkeley şöbəsini) oxudu.
Istakan-Arıta
Istakan-Arıta — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Uzunsov formaya malikdir. Cənub-qərb sahilləri sıldırımlıdır. Adada 5 metr hündürlüyə malik təpə vardır. Səthi hamardır. Mərkəzi bataqlıqlaşmışdır. Yaxınlığında Sinniqes-Arı adası yerləşir. Ərazisində elədə böyük olmayan gölləri vardır.
Fandomun gizli ustaları
ing. SMOF (həmçinin smof kimi yazılır) "Fandomun Gizli Ustaları" mənasını verən qısaltmadır və elmi fantastika ilə məşğul olan insanların cəmiyyətində istifadə olunan termindir. Onun sikkə edilməsi uzun müddət elmi fantastika həvəskarı və müəllif Cek L. Çalkerə aid edilir. == Böyük hərflərlə yazılmış məna == Termin böyük hərflə yazılmış forması (SMOF) görünməyən təsirləri ilə fandomun hərəkətlərinə nəzarət edən fantastika pərəstişkarlarının gizli fitnələrinə istinad etmək üçün istifadə olunur. Beləliklə, bu terminin istifadəsi yüngül bir konspirasiya nəzəriyyəsi hesab olunur. == Kiçik hərflərlə yazılmış məna == Termin daha ümumi, böyük hərfsiz forması (smof) əslində fandomun çox hissəsinin arxasında təşkilati iş görən və ya fanat icmasının üzvlərinə verilən şərəfli ad hesab olunur. Buraya konvensiyalarda və fan fondlarında fəaliyyətlərinə görə başqaları tərəfindən yüksək qiymətləndirilən və ümumilikdə fandomun yaxşılığı üçün tamamilə könüllülük əsasında işləyən fanatlar və öz mövqeyini qoruyanlar daxildir. == Feil mənası == "SMOFing" (və ya "smoffing") konvensiyanın icrasında iştirak edən detalları və ya şəxsiyyətləri müzakirə etmək üçün feil kimi istifadə olunur. Təşkilatçılar öz aralarında fandomla əlaqəli bir şey haqqında danışdıqda, onlar smofing olurlar. == Tarix == Məlum olan ən erkən sitat New York Times qəzetinin 6 sentyabr 1971-ci ildə nəşr olunmuş sayındadır.
"Ağ qızıl" ustaları
"Ağ qızıl" ustaları — Muxtar Dadaşov tərəfindən 1958-ci ildə çəkilmiş Azərbaycan filmi. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur.
Kainatın ustaları (film)
Kainatın ustaları (ing. Masters of the Universe) – 1987-ci ildə istehsal olunmuş bədii filmdir. Filmin distribütori The Cannon Group kinokompaniyasıdır.
Sakar etrapı
Sakar etrapı (türkm. Sakar etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Sakar qəsəbəsidir.
Estaka de Bares
Estaka de Bares (isp. La Estaca de Bares) — İspaniyanın Atlantik okeanı sahillərində yerləşən burun. Pireney yarımadasının ən ucqar şimal nöqtəsini təşkil edir. ispaniyanın tarixi bölgəsi ola Qaıisiyanın şimal-qərbindədir. Biskay körfəzinin Atlantik okeanı ilə olan təbii sərhəddini təşkil edir. == Mənbə == Fotorreportaje: Base Americana LORAN en Estaca de Bares.
Kainatın ustaları (film, 1987)
Kainatın ustaları (ing. Masters of the Universe) – 1987-ci ildə istehsal olunmuş bədii filmdir. Filmin distribütori The Cannon Group kinokompaniyasıdır.
Neft ustaları (film, 1955)
Film "qara qızıl" çıxarmaq sahəsində hünər göstərən qabaqcıl neft ustalarına həsr olunmuşdur.
"Ağ qızıl" ustaları (film, 1958)
"Ağ qızıl" ustaları — Muxtar Dadaşov tərəfindən 1958-ci ildə çəkilmiş Azərbaycan filmi. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qabaqcıl pambıq ustalarına həsr olunmuşdur.
Azərbaycanın səhnə ustaları (film, 1965)
Azərbaycanın səhnə ustaları filmi rejissor Musa Bağırov tərəfindən 1965-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Məzmun == Film Azərbaycanın məşhur səhnə ustalarına həsr edilmişdir. Burada Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə və başqa görkəmli sənətkarlar barədə söhbət gedir.
Azəri teatrının ustaları (film, 1966)
Azəri teatrının ustaları tammetrajlı sənədli filmi rejissor Ruslan Şahmalıyev tərəfindən 1966-cı ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycan teatrı nın inkişafında böyük xidmətləri olan, tamaşaçıların rəğbət və məhəbbətini qazanmış sənət adamlarından, teatr xadimlərindən bəhs edir == Məzmun == Film Azərbaycan teatrı nın inkişafında böyük xidmətləri olan, tamaşaçıların rəğbət və məhəbbətini qazanmış sənət adamlarından, teatr xadimlərindən-Möhsün Sənani, Mustafa Mərdanov, Barat Şəkinskaya, Sofa Bəsirzadə, Mehdi Məmmədov və başqaları haqqında bəhs edir.
Azərbaycan müasir tətbiqi sənət ustaları (film, 2003)
Azərbaycan müasir tətbiqi sənət ustaları sənədli filmi rejissor Qəni Cavidan tərəfindən 2003-cü ildə çəkilmişdir. "Bravo" studiyasında istehsal edilmişdir. Film Azərbaycanın müasir tətbiqi sənətinin müxtəlif növlərindən və onun sənətkarlarından bəhs edir. == Məzmun == Film Azərbaycanın müasir tətbiqi sənətinin müxtəlif növlərindən və onun sənətkarlarından bəhs edir.
Üsyankar
Üsyan — hər hansı ictimai qrup və ya sinfin siyasi hakimiyyətə və ya dövlətə qarşı açıq silahlı çıxışı.
Məhəbbət üsyankar quşdur
Məhəbbət üsyankar quşdur (fr. L'amour est un oiseau rebelle Fransızca tələffüz: [lamuʁ ɛt‿œ̃n‿wazo ʁəbɛl]) — fransız bəstəkar Jorj Bizenin "Karmen" operasının 1-ci pərdəsindən habanera şəklində çox məşhur bir mahnı. Bu mahnı messo-soprano üçündür.
Ertuğrul Şakar
Ertuğrul Şakar (25 avqust 1977, Sivas)-25 avqust 1977 anadan olub Türk oyunçu == Həyat == 1977-ci ildə Çeçen ailəsinin övladı olaraq Sivasda dünyaya göz açan Ərtoğrul Şakar Sivasda ibtidai və orta təhsilini başa vurduqdan sonra Əskişəhər Dəmiryolu Peşə Liseyini və Hacettepe Universiteti Dövlət Konservatoriyası Teatr Bölümünü bitirib. Müxtəlif seriallarda, filmlərdə və reklamlarda rol alan Şakar aktyorluqla yanaşı, Hacettepe Universitetində müəllim kimi diksiya və teatr dərsləri də verir. == Aktyorluq həyatı == Şakar 2010-cu ildə yayımlanmağa başlayan və əsgərlərin terrorla mübarizəsindən bəhs edən Şefkat Tepe serialının 143-cü bölümünə qədər rol alıb. Şakar serialda canlandırdığı sərt xasiyyətli astsubay Kordon Celilin hərəkət səhnələri ilə çox qısa müddətdə tamaşaçıların rəğbətini qazanıb. Körpüdən axan və sürətlə axan suya tullanmaq və ya kəndirlə binalardan enmək kimi səhnələr aktyora tamaşaçılar arasında və daha sonra serial ekranında əfsanə ləqəbi qazandırıb. O, Şakar Şefkat Tepe serialından əlavə Eyvah xala serialında Seyfi rolunda, Dört Osman serialında Naci rolunda, Tombala filmində, müxtəlif reklamlarda rol alıb. və qısametrajlı filmlər. Kanal Ddə yayımlanan Kurtlar Vadisi Pusu serialında Kara yerinə Qara Sancak Komandiri oldu. 18 sentyabr 2015-ci ildən Kurtlar Vadisi Pusu serialında Qara Sancak Komandasının komandiri Yasin obrazını canlandırıb.
Camal Şakar
Camal Şakar- Türkiyə ədəbiyyatı tədqiqatçısı,yazıçı == Həyatı == Camal Şakar 1962-ci ildə Türkiyənin Balıkəsir /Gönen viyalətində doğulub. Karesi İlkokul (1973), Atatürk ortaokul (1976), Muharrem Nasbi Liseyi (1979), GÜ iqtisadi və İdarəetmə fakültəsini bitirmiş (1983). 1982-ci ildən Aylıq dərgidə yayımlanmış " bir İnsan ölər, bir ulduz düşər" adlı hekayəsi ilə ədəbiyyata gəlir. Bəzi mənbələrdə isə ilk hekayənin adı "ağ köynək" olduğu qeyd edilir. Balikesirdə ailə şirkətində işə başlamış, bu günə qədər də bu istiqamətdə fəaliyyətini davam etdirir. == Hekayəçilik fəaliyyəti == 1982-ci ildən Aylıq dərgidə yayımlanmış " bir İnsan ölər, bir ulduz düşər" adlı hekayəsi ilə ədəbiyyata gəlir. Bəzi mənbələrdə isə ilk hekayənin adı "ağ köynək" olduğu qeyd edilir. Hekayələri "Aylık Dərgi", "Mavera", "Yedi iklim", "Hece" və "Hece öykü" jurnallarında çap olundu. "Esenlik zamanları" kitabı Türkiyə Yazıçılar Birliyi tərəfindən 1999- cu ildə mükafata layiq görüldü. == Hekayə kitabları == Gidenler Gidenler, Yedi İklim Yayınevi, İstanbul, 1990.