Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Utyana
Utyana (lit. Utena) — Litvada şəhər. == Tarixi == Narkunay kurqanının ətəyində I–II əsrlərə aid olan insan fəaliyyətinin izləri tapılıb. Hesab edirlər ki, şəhərin adı içindən axan Utyanele çayından götürülüb. Daha romantik versiyası isə Narkunay kurqanının yanında qala tikən Utyanis knyazı barəsindədir. Yepiskop M.Valançyusun "Antanas Tryatininkasın hekayələri"ndə də bu barədə söz açılır. Hekayəyə görə, Areqala Lyutauras knyazının oğlu kimi Utyanis Litvanın böyük knyazı titulunu almışdı. Qalanın tikintisi zamanı işçilərdən biri dağdan yıxılıb boynunu qırmışdı. Kahinin fikrincə, bu onun əlamətidir ki, gələcək qalanı dağıtmaq istəyəni də belə aqibət gözləyir. Əslində Narkunay şəhərinin adı əhl-səliblərin yürüşlərində tez-tez çəkilir.
Tayana Tüdegeş
Tayana Tüdegeş (rus. Тайана Васильевна Тудегешева, 19 noyabr 1957, Ust-Anzas[d], Kemerovo vilayəti – 15 fevral 2022, Sankt-Peterburq) — Şor yazıçısı, şairi. O, Rusiya Yazıçılar Birliyinin üzvüdür. == Həyatı == 19 noyabr 1957-ci ildə Şor türklərinin ölkəsi Şoryanın Taştagol bölgəsi Ust-Anzas kəndində anadan olmuşdur. Atası Şor dili müəllimi Vasili olmuşdur. Tayana şer yazmağa VI sinifdə oxuyarkən başlamışdır. 1998-ci ildə Şor ədəbiyyatında ilk kitabı olan "Şoryam" nəşr edilmişdir. 2000-ci ildə Rusiya Yazıçılar Birliyinə üzv olmuşdur. Qorki adına Ədəbiyyat İnistitutundakı ədəbiyyat dərslərinə qatılmışdır. 2000-ci ildə Tayana Vasilyev qızı Tüdegeşyeva şerlərini toplu halda "Poyuşçiye strelı vremen" adlı kitabında nəşr etdirdi.