Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uzunbığlar
Uzunbığlar (lat. Cerambycidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Uzunbığ böcəklərin sürfələri başqa böcəklərin sürfələrindən asanlıqla seçilir. Sürfələrin bədəni yoğun, uzunsov-silindrşəkilli olub, 12 buğumdan ibarətdir. Baş, döş və qarıncıq hissələrindən ibarət olan bədənin baş hissəsi tünd rəngdə, yerdə qalan hissələr isə ağ və ya sarımtıl olur. Başdan sonrakı üç buğum sürfənin döşünü, 9 buğum isə qarıncıq hissəsini təşkil edir. Sürfənin başı möhkəm, tünd rəngdə olub, xitin örtüklə örtülmüşdür. Başın qabaq hissəsində ağız aparatı yerləşmişdir. Xitin örtükdən başın içərisinə doğru bir sıra çıxıntılar uzanır ki, bunlar da sürfənin başının daxili skeletini təşkil edir. Bir sıra növlərin başının yanlarında 1–5 cüt bəsit gözlər yerləşmişdir.
Uzunbığlı qumlaqçı
Uzunbığlı qumlaqçı (lat. Romanogobio ciscaucasicus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Azsaylı, yerli (aborigen) növdür. Bədəni nisbətən hündürdür. Boğazında 8-10 ədəd dağınıq yerləşən tünd ləkələr olur. Bığları uzundur və bədən uzunluğunun orta hesabla 10%-ni, başın uzunluğunun 50%-ni təşkil edir. Xarici görünüşünə görə Kür qumlaqçısına oxşayır, lakin ondan başının qısa olması ilə fərqlənir. Azərbaycan sularında yaşayan fərdlərinin uzunluğu 13.7 sm-ə qədər olur. Şirin su balığı olub, dibi qumlu, daşlı, axar sularda yaşayır. Ömrün uzunluğu orta hesabla 2-3 il olur.