Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uzunlar
Ermənistan Uzunlar (Loru) — Borçalı qəzasında, indi Ermənistan ərazisində kənd. Rusiya Uzunlar (Arxangel) — Uzunlar (Krım) — Krım Respublikası da kənd.
Uzunoba
Aşağı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Uzunoba (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Uzunoba
Aşağı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Aşağı Uzunoba kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Uzunoba kəndi mərkəz olmaqla, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Oykonim "aşağıda yerləşən Uzunoba kəndi" deməkdir. == Tarixi == === Tarixi abidələri === Aşağı Uzunoba kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində yerləşir. == Əhalisi == === Tanınmış şəxsləri === Ziyafət Əsgərov — 2005-ci il dekabrın 2-dən Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, hüquq elmləri namizədi, professor. == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Musa Uzunlar
Musa Uzunlar (22 aprel 1959 və ya 21 aprel 1959, Antalya) – Türkiyə aktyoru. Musa Uzunlar 22 aprel 1959-cu ildə Antalyada anadan olmuşdur. 1983-cü ildə Memar Sinan Universitetinin teatr bölümünün məzunu olub. Həmin il İstanbul Dövlət Teatrına daxil olub. Otuza yaxın əsərdə rol alıb. Dostoyevskinin "Budala"sında Mışkin, hötenin "Urfaust"unda Faust, Yaqub Kadri Karaosmanoğlunun "Yaban"ında Əhməd Cəlal kimi önəmli rolları məharətlə ifa edib. Teatr sənətçisi olan aktyor “Üzləşmə”, “Ful yarpaqları”, “Yaban”, “Haydutlar”, “?frasiyabın hekayələri”, “Şərəfə XX əsr” və “Urfaust” kimi tamaşalarda rol alıb. "Qurdlar Vadisi Pusqu"da və Qurdlar Vadisi Qladio filmində İsgəndər Böyük rolunu canlandıran Musa Uzunlar daha öncə bir çox filmlərdəki uğurlu çıxışları ilə tamaşaçıların yaddaşında qalmağı bacarıb. 1981: Kösem Sultan : Turan Oflazoğlu - İstanbul Dövlət Teatrı 1983: İstanbul Efendisi : Musahipzade Celal - İstanbul Dövlət Teatrı 1983: Küçük Nasreddin : Serpil Akıllıoğlu - İstanbul Dövlət Teatrı 1983: Lysistrata : Aristophanes - İstanbul Dövlət Teatrı 1984: Sevgili Doktor : Neil Simon - İstanbul Dövlət Teatrı 1984: Düşüş : Nahit Sırrı Örik, Oyunlaştıran: Kemal Bekir - İstanbul Dövlət Teatrı 1986: Ermiş Jeanne : Bernard Shaw - İstanbul Dövlət Teatrı 1987: İnsan Maiere : Franz Xaver Roetz - İstanbul Dövlət Teatrı 1988: Oyunun Oyunu : Michael Frayn - İstanbul Dövlət Teatrı 1989: Ballar Balını Buldum (Yunus Emre) : Nezihe Araz - İstanbul Dövlət Teatrı 1990: Budala : Fyodor Dostoyevski\Simon Gray - İstanbul Dövlət Teatrı 1991: Afife Jale : Nezihe Araz - İstanbul Dövlət Teatrı 1992: Savaş Yorgunu Kadınlar : Nezihe Araz - İstanbul Dövlət Teatrı Lozan : Ataol Behramoğlu - Antalya Dövlət Teatrı Geyikler Lanetler : Murathan Mungan - Antalya Dövlət Teatrı Mahmut ile Yezida : Murathan Mungan - Antalya Dövlət Teatrı 1995: Maymun Davası : Jerome Lawrance - Robert E. Lee - Antalya Dövlət Teatrı 1997: Ölüler konuşmak İster - Melih Cevdet Anday - Antalya Dövlət Teatrı 1998: Urfaust : Goethe - İstanbul Dövlət Teatrı 1999: Merhaba 20. Yüzyıl : Steve Martin - Tiyatrokare 2000: Haydutlar : Schiller - İstanbul Dövlət Teatrı 2001: Efrasıyab'ın Hikayeleri : İhsan Oktay Anar - İstanbul Dövlət Teatrı 2003: Yaban : Yakup Kadri Karaosmanoğlu - İstanbul Dövlət Teatrı 2004: Ful Yaprakları : Civan Canova - İstanbul Dövlət Teatrı Valizdeki Kayıp Şehir : Zeynep Utku, Gülce Uğurlu - Stüdyo Drama 2008: Kara Kaplı : Jean-Claude Carriere - Tiyatro Yüzleşme 2010: Ölüleri Gömün : Irwin Shaw - İstanbul Dövlət Teatrı 1999: Hayal Kurma Oyunları 2009: Kurtlar Vadisi Gladio 1989: Geçmiş Bahar Mimozaları 1990: Bütün Kapılar Kapalıydı 1993: Süper Baba (Sinan) 1998: Ateş Dansı (Sinan) 1999: Nilgün (Sinan) 2000: Merdoğlu 2004: Yağmur Zamanı (Levent) 2007: Kurtlar Vadisi Pusu (İskender Büyük) 2010: Fatmagül'ün Suçu Ne?
Uzunlar (Arxangel)
Uzunlar (başq. Оҙондар, rus. Узунларово) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Uzunlar kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 25 km, ən yaxın dəmiryol stansiyasından (Ravtau stansiyası): 14 km. Ufadan olan məsfə: 10 km. Kənd ərazisindən İnzer çayı axır.
Uzunlar (Loru)
Uzunlar — Tiflis quberniyasının Loru-Borçalı qəzasında, indi Allahverdi (Tumanyan) rayonunda kənd. Rayon mərkəzindən 12 km məsafədə yerləşir. Toponim eyniadlı tayfa adı əsasında formalaşmışdır, quruluşca sadə etnotoponimdir. Kəndin başqa adı Qaçağan. 1967-ci ildə kənd ermənicə Odzun adlandırılmışdır. XIX əsrin ortalarında Türkiyədən gəlmə ermənilər yerləşdirildikdən sonra azərbaycanlılar qovulmuşdur. 1887-ci ilə aid mə’luma görə kəndin əhalisi erməni idi. XVII əsrin əvvəllərinə aid ermənicə mənbədə Şərqi Anadoluda Uzunlu kəndinin adı çəkilir Ermənistan SSR Ali Soveti RH-nin 30.IX.1967-cı il fərmanı ilə kəndin adı dəyişdirilərək Odzun qoyulmuşdur.
Uzunlar kilsəsi
Uzunlar məbədi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Allahverdi (19. 09. 1969 – cu ildən Tumanyan) rayonunun Uzunlar (30. 09. 1968 – ci ildən Odzun) kəndində VI yüzilin sonu, VII yüzilin əvvəllərinə aid qədim alban, türk - oğuz məbədi. Günbəzli bazilika üslubunda inşa olunmuş məbəd öz adını Uzunlar kəndindən almış, "Uzunlar" toponimi isə uz // quz // oğuz formalı türk boyunun adından və türk dillərində cəm şəkilçisi olan –lar şəkilçisindən ibarətdir. Qədimdən türk boylarının yurdu olan Uzunlar kəndinə ilk ermənilər XIX əsrin əvvəllərində köçürülmüşlər. Uzunlar məbədinin əsası VI əsrdə qoyulmuş və burda ilk tikililər də həmin dövrdə inşa edilmişdir. Lakin sonrakı dövrdə Sünik kilsəsinin rəhbəri III Uzun Hovannes təxminən 717 – 728 – ci illərdə monastır konpleksini inkişaf etdirmiş və kompleksə yeni binalar əlavə etmişdir. Həmin dövrdə kompleksinəsas binası üç nefli açıq rəngli tuf daşından inşa edilmiş bazilikaidi.
Uzunlar məbədi
Uzunlar məbədi – Qərbi Azərbaycanın (indiki Ermənistan) Allahverdi (19. 09. 1969 – cu ildən Tumanyan) rayonunun Uzunlar (30. 09. 1968 – ci ildən Odzun) kəndində VI yüzilin sonu, VII yüzilin əvvəllərinə aid qədim alban, türk - oğuz məbədi. Günbəzli bazilika üslubunda inşa olunmuş məbəd öz adını Uzunlar kəndindən almış, "Uzunlar" toponimi isə uz // quz // oğuz formalı türk boyunun adından və türk dillərində cəm şəkilçisi olan –lar şəkilçisindən ibarətdir. Qədimdən türk boylarının yurdu olan Uzunlar kəndinə ilk ermənilər XIX əsrin əvvəllərində köçürülmüşlər. Uzunlar məbədinin əsası VI əsrdə qoyulmuş və burda ilk tikililər də həmin dövrdə inşa edilmişdir. Lakin sonrakı dövrdə Sünik kilsəsinin rəhbəri III Uzun Hovannes təxminən 717 – 728 – ci illərdə monastır konpleksini inkişaf etdirmiş və kompleksə yeni binalar əlavə etmişdir. Həmin dövrdə kompleksinəsas binası üç nefli açıq rəngli tuf daşından inşa edilmiş bazilikaidi.
Uzunoba (Marağa)
Uzunoba (fars. ‎‎‎اوزون اوبه‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 78 nəfər yaşayır (23 ailə).
Uzunoba (Qoşaçay)
Uzunoba (fars. اوزون اوبه‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 788 nəfər yaşayır (173 ailə).
Uzunoba (Sərdarabad)
Uzunoba — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 10 km cənub-şərqdə, Araz çayının sol sahilində yerləşir. 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan dilində «geniş, böyük» mənasında işlənən uzun sözü ilə «kənd, yaşayış məntəqəsi, yurd», «köçərilərin, heyvandarların müvəqqəti sakin olduqları bir neçə alaçıq və ya çadırdan ibarət yer, köç yeri» mənasında işlənən oba sözünün birləşməsindən əmələ gəlib «böyük, geniş kənd» mənasını ifadə edir. Oba sözü türk dilində «tayfa», «köç ailəsi», «tayfanın yaşadığı yer» mənasında işlənir. Relyeflə bağlı yaranan toponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IV.1947-ci il fərmanı ilə adı dəyişdirilib Arqavand qoyulmuşdur.
Uzunoba (Xaçmaz)
Uzunoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Kənddə məktəb var. Lakin qəzalı vəziyyətdədir. Uzunoba kəndi.
Uzunoba bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yuxarı Uzunoba
Yuxarı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi yaradılmışdır. Oykonimin əsası uzun və oba sözlərindən ibarət olub, obaların cərgə ilə uzununa yerləşdiyini bildirir. Oykonimin birinci komponenti isə kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək, eyni zamanda onun coğrafi mövqeyini bildirmək üçün əlavə edilmişdir. Yuxarı Uzunoba kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Kənd Naxçıvançayın sahilində, düzənlikdə yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə təhsil müəssisəsi mövcud deyil. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Uzunoba su anbarı
Uzunoba su anbarı — Naxçıvan MR Babək rayonu ərazisində Naxçıvan şəhərindən şimalda yerləşir. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1961-ci ildə istismara verilmişdir. Bəndin hündürlüyü 17.5m, bəndin uzunluğu 1868 m və su anbarının ümumi həcmi 9 mln.m³-dur. Suvarma sahəsi 2400 ha-dır.
Uzunoba yaşayış yeri
Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində qədim yaşayış yeri. Yaşayış yeri rayonunun Aşağı Uzunoba kəndi yaxınlığında, Naxçıvançayın sağ sahilində yerləşir. Yaşayış yeri 2015-ci ildə Vəli Baxşəliyev və Catherine Marronun rəhbərliyi ilə beynəlxalq Azərbaycan-Fransa arxeoloji ekspedisiyası tərəfindən şurf qazıntısı ilə öyrənilmişdir. Yaşayış yerində aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, bu abidəyə aid mədəni təbəqənin üzəri 2 m qalınlığında torpaq qatı ilə örtülmüşdür. Babək rayonunun Uzun oba kəndi yaxınlığında, Naxçıvançayın sağ sahilində yerləşən bu abidə yalnız kəşfiyyat xarakterli qazıntı ilə öyrənilmişdir. Abidənin şərq yamacında 2 m uzunluğunda açılan kəşfiyyat qazıntısı zamanı alınan stratiqrafik kəsikdə 2, 5 m qalınlığında olan təbəqənin yığılma ardıcıllığını müəyyən etmək mümkün olmuşdur. Qazıntı zamanı e.ə. V minilliyin birinci yarısı ilə tarixlənən boyalı keramika parçalarının aşkar olunması mədəni təbəqənin e. ə. V minilliyin birinci yarısına aid olduğunu göstərir ki, bu da region üçün olduqca nadir haldır.
Yuxarı Uzunoba nekropolu
Yuxarı Uzunoba nekropolu — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində Antik dövrə aid arxeoloji abidə. Nekropol 1986-cı ildə aşkar edilmişdir. O, Yuxarı Uzunoba kəndindən şimalda, Naxçıvançayın sağ sahilində yerləşir. Dağıntı nəticəsində nekropolda olan küp qəbirlərin biri aşkar edilmişdir. Küp qəbir torpağın təzyiqindən qırılmışdı. Nekropolun bir hissəsi çayın yatağına düşdüyündən, buradakı qəbirlərin skeletləri pis qalmış və çürümüşdü. Küp qəbrin içərisindən insan skeletinin qalıqları və xırdabuynuzlu heyvan sümükləri aşkar olunmuşdur. Küp qəbirin ətrafından bir ədəd küpə tipli qab aşkar edilmişdir. Qab narın qum qarışığı olan gildən hazırlanaraq yaxşı bişirilmiş, xarici səthi yüngülcə cilalanmışdır. Ağzının və gövdəsinin bir hissəsi hislənmişdir.