Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mədətsiz dağı
Mədətsiz dağı - Orta Toros (Tavr) dağlarında, Bolkar dağları üzərində yerləşən 3524 metr (11.562 ft) yüksəkliyində dağ. Bolkar dağları Orta Torosların ən hündür dağlarıdır. Mədətsiz dağı Bolkarların şimal-şərq hissəsində yerləşir. Niğdənin Uluqışla vilayəti ilə Mersinin Çamlıyayla rayonlarının sərhədləri Mədətsiz dağında kəsişir. Zirvə Çamlıyayla sərhədində yerləşir. Ağdənizə uzaqlığı kuş uçuşu ilə 65 km-dir. Tarsus rayonu Gülək kəndindən Mədətsiz zirvəsinə qalxarkən Türk İstiqlal Müharibəsi türk-fransız çatışmasına ithafən 37°18′04.16″K 34°43′29.36″D koordinatında Qarboğazı şəhidliyi yaradılmışdır. Mədətsiz dağı dağçılıq baxımındn çox populyardır. Əksər hallarda dırmanış Uluqışla istiqamətindən başlanır.
Göyçay vələsi
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. == Ümumi yayılması == İranın şimal-qərb hissəsində yayılmışdır. == Azərbaycanda yayılması == Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. == Statusu == Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. == Bitdiyi yer == Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. == Təbii ehtiyatı == Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir.
Şuşa vələsi
Şuşa vələsi (lat. Carpinus × schuschaensis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. İranın şimal-qərb hissəsində yayılmışdır. Kiçik Qafqaz daglarında, əsasən Şuşa, Laçın, Kəlbəcər dağları və həmçininTalış dağlarında rast gəlinir. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR A2 abc;C1. Çox kölgəli olmayan, əhəngli və mergelli suxurlar üzərində əmələ gəlmiş torpaqlarda yaxşı bitir. Yamaclarda yayılmış Şuşa vələsinin arealı geniş deyildir. Alçaqboylu ağac və ya iri koldur. İlk dəfə Azərbaycanda Şuşa rayonu meşələrindən təsvir edilmişdir.
Şərq vələsi
Şərq vələsi (lat. Carpinus orientalis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin vələs cinsinə aid bitki növü. Macarıstan, cənub-şərqi Avropadan Krıma, eləcə də Türkiyədən İran və Qafqaza qədər yayılmışdır. Hündürlüyü nadir hallarda 10 m-i keçən boz qabıqlı balaca ağac və ya koldur. Yarpaqları uzunluğu 1 sm-ə qədər olan saplaq üzərində olub, oval-ellipsvaridir və uzunluğu 2-5 sm, eni 1,5-3 sm-dir. Qədəh 1,5-2,3 sm uzunluğunda, eni 7-18 mm-dir, bütövdür, bölümsüzdür, kənarları qeyri-bərabər dişlidir və arxa tərəfdən 5-8 ədəd nəzərə çarpan damarları vardır.Fındıqcalar oval-yumurtavari və biraz yastıtəhərdir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, KQ cənub, Lənk. dağ., Lənk. oval.
Aedesia
Aedesia (lat. Aedesia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Aedesia engleriana Mattf. Aedesia glabra (Klatt) O. Hoffm. Aedesia spectabilis Mattf.
Genesiz
Vəfasız (film, 2002)
Vəfasız (ing. Unfaithful) — 2002-ci ildə televiziya ekranlarında nümayiş etdirilmiş ABŞ filmidir. Bu film 1969-cu ildə çəkilmiş Fransa filmi olan Vəfasız qadın filminin Amerika remeykidir. == Süjet xətti == Edvard və Konni Samner həsəd aparılacaq bir həyat yaşayırlar: onlar səkkiz yaşlı oğulları, itləri və xadimələri ilə bərabər Nyu-Yorkun sakit bir hissəsində həyatlarından həzz alırlar. Lakin Konninin Manhettenin Soho ərazisində qarşılaşdığı bir gəncin timsalında “Amerika arzusu”nun bu təcəssümünə və cütlüyün bir qədər monoton olsa da, xoşbəxt ailə həyatına zərbə vurulur.