Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Valasin
Valasin — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd.
Vaksin
Peyvənd və ya Vaksin (fr. Vacca) — orqanizmin xəstəliklərə qarşı immun müqavimətini qüvvətləndirən bioloji maddə. == Haqqında == Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Vaksin həmçinin gen mühəndisliyi ilə də alına bilir. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti ilə, yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Əsas prinsipini müəyyən infeksion törədiciyə qarşı spesifik immun cavabın yaranması təşkil edir. Bu prosses isə aktiv immunizasiya adlanır. Belə spesifik əks cisimlər hazır şəkildə heyvanlardan və ya donor insanlardan alınıb orqanizmə yeridilməsi passiv immunizasiyadır.
Banger vahəsi
Banger vahəsi (Banger-Hills; ing. Bunger Hills, Bunger Lakes, Bunger Oasis) — Antarktika vahəsi. Antarktida sahillərində yerləşir. Mouson dənizinin kənarında Noks sahilində qərarlaşır. Vahə ABŞ təyyarəçisi Devid E. Banger tərəfindən 1947-ci ilin fevralında aşkarlanmışdır. Vahənin sahəsi 450 km² (65°58' və 66°20' cənub enliyi, 100°28' və 101°20' şərq uzunluğu. Bəziləri vahənin sahəsinin 750 km² və hətta 942 km²-dir) təşkil edir. Vahə buzdan tam azad olsa da, ətrafı buzlaqlarla örtülüdür. Cənubdan şərqə iri matarik buzlağının ətəyi, şimaldan isə Şellkton şelf buzlağı ilə əhatələnir. Bu buzlaq onu dənizdən ayırır.
Şirmaher vahəsi
Şirmaher vahəsi (ing. Schirmacher Oasis) — Antarktidanın Kraliça Mod Torpağı ərazisində Şahzadə Astrid sahilinin mərkəzi hissəsində yerləşir. Antarktida vahəsi buzdan azad bölgə olaraq 35 km² ərazini əgatə edir. Vahə Lazarev dənizindən bir qədər aralıda qərarlaşır. Hündürlüyü 221 metr olan sahə təpəliklərdən ibarətdir. Burada çoxlu sayda kiçik göllər vardır. Şirmaher vahəsinin iqlimi Antarktidanın ümumi iqliminə nisbədə yumşaqdır. Burada orta illik temperatyr −10,4 °C-dir. Küləyin orta illik güçü 9,7 m/s, orta illik yağıntının miqdarı 264,5 mm, günlü saatların bir ay ərzində miqdarı 350 saatdlr. Vahə ilk dəfə 1939-cu ildə alman ekspedisiyasının rəhbəri Alferd Riçer Yeni Şvabiyanı tətqiq edərkən aşkarlamışdır.
Hacıəmir-i Vanəbin (Astara, İran)
Hacıəmir-i Vanəbin (fars. حاج اميرونه بين‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 194 nəfər yaşayır (58 ailə).
Razi Vaksin və Zərdab tədqiqat İnstitutu
Razi Vaksin və Zərdab tədqiqat İnstitutu (fars. موسسه تحقیقات واکسن و سرم‌سازی رازی‎) — Kərəc şəhərində. İnstutunün əsas istehsalatları insan, heyvan və quşlar əcza ve dərmanlarıdır. == Tarixçəsı == Bu institut böyük ipək yoluün yaxinliğda olaraq, əski zamanlardan atlar, atçapanlar və karvançılərın bir darman göbəkı sayılıb. 1924-ci ildə fəaliyyətlərı təşkil edilib və modernlıgə dəyış etdi və yenı əczalar rejissorluğa yetışdı. Hazırlıkdə bu institut bir direktorlar şurası ılə idarə olunürkən bu şurada təssərüfat və səhiyyə nazirliğlərinın nümayəndələri var.
Apelsin
Portağal (lat. Citrus sinensis) – Sədokimilər fəsiləsinə aid bitki növü. == Təbii yayılması == Dünyanın subtropik rayonlarının əksəriyyətində geniş sahələrdə becərilir. Vətəni Yeni Çin və Hind - Çindir. == Botaniki təsviri == Həmişəyaşıl, 7-12 m hündürlüyündə enli-piramidal çətirli ağacdır. Qabığı bozdur, cavan budaqları tikanlıdır. Yarpaqları uzunsov-yumurtavarı, uca doğru ensizləşən, kənarları hamar və ya az dişlidir; saplaqları zəif qanadlıdır. Çiçəkləri xırda, ağrəngli, ətirli olub, tək-tək və ya qoltuqlarda dəstə ilə yerləşmişdir. Kasayarpağı dəyirmi, bəzən kənarı kirpikciklidir, ləçəkləri ağdır. Erkəkciklər 20-25-i dəstə ilə birləşir, bəzi sortlarda erkəkciklər sterildir.
Vazelin
Vazelin – neft emalı məhsulu; Bəzi bərk karbohidrogenlərin və ya onların qarışığının sürtkü yağlarında həll edib sulfat turşusu gillə təmizləməklə alınan məlhəməbənzər bircinsli kütlədir.
Valeri Aqeşin
Valeri Aqeşin (latış. Valērijs Agešins‎; 23 iyun 1972, Liepaya) — Latviyalı siyasətçi və hüquqşünas.
Yaroslav Veşin
Yaroslav Veşin (23 may 1860[…] – 9 may 1915, Sofiya, Bolqarıstan krallığı) - çex rəssamı. == Həyatı == XIX əsrin sonları XX əsrin əvvələrində yaşayıb yaratmış Bolqarıstan incəsənətin görkəmli nümayəndələrinədən biri də Yaroslav Veşin olmuşdur.Yaroslav Veşinin yaradıcılığına böyük təsir göstərən amillərdən biri, həmin dövrun başıbəlalı dövləti olan Bolqarıstanın da iştirat etdiyi I Balkan (1912) müharibəsi olmuşdur. Veşin müharibəyə həsr etdiyi əsərində süngü, xəncərlərin təsvir olunduğu tabloda bolqar əsgərlərin qəhrəmanlığını göstərmək istəyirdi. Yaroslav Franti Veşin 23 may 1860-ci ildə anadan olmuş Bolqarıstanda işləmiş Çex rəssamı idi.O, portret janrın ustası kimi, Balkan müharibəsinə həsr etdiyi əsərində döyüş səhnələrini realistcəsinə təsvirini vermişdir. Veşin Çexiyanın Vraniya şəhərində dünyaya göz açmışdır, həmin şəhər indiki Mərkəzi Bohemiya regionun Kladno şəhəridir. O, ilk təhsilinin Praqa İncəsənət Akademiyasından alaraq sonra 1881-ci ildə təhsilini Münhen Rəssamlıq akademiyasında davam etdirmişdir.1883-cü ildə buranı bitirir. Ali təhsil alandan sonra Y.Veşin Münhendə və Slovakiyada işləməyə başlayır.Onun burada işlədiyi dövrdə Solvak kənd həyatı ilə bağlı gözəl rəsım əsərlərini yaradır. Y.Veşin 1897-ci ildə Bolqarıstana gəlir və ömrunun sonona kimi burda çalışmağa başlayır.1904-cü ilə qədər Sofiya Milli incəsənət Akademiyasında professor kimi rəssamlıq üzrə işləyir.Burada gözəl sənət əsərləri yaradır. "Kəndli" (1899), "Radomir" (1897), " Sofiyada" (1899) "At bazarı" (1899) və əsrləri omum bolqarıstanda yaşadığı dövrun məhsullarıdır. 1904-ci ildə Akademiyada Baş rəssam oldu.Ounu yaradıcılığın sonrakı əsərləri "Kömürçü" (1910), "Od doğrayanlar" (1910), "Ovçu və İtlər" (1911) və digərlərini göstərmək olar.
II Vaçenin Sasanilərə qarşı üsyanı
II Vaçenin Sasanilərə qarşı üsyanı — 457-463-cü illərdə alban hökmdarı II Vaçenin zərdüştlükdən vaz keçərək başlatdığı Sasanilərə qarşı üsyanıdır.
Sarıköynəklə Valehin nağılı (film, 1980)
"Sarıköynəklə Valehin nağılı" — Lütfi Məmmədbəyli tərəfindən 1980-ci ildə çəkilən Televiziya tamaşası.Televizya tamaşasıƏli İsmayılov səhnələşdirmişdi Azərbaycan Televiziyası tərəfindən çəkilmişdir. == Məzmun == Televizizya tamaşası uşaqlıqdan bir-birilərini sevən və ailə quran Sarıköynəklə Zemfira Nərimanbəyova Valehin İlham Əsgərov acı taleyi haqqındadır. Lakin onların bir-birinə olan məhəbbəti hər bir çətinliyə qalib gəlir və onların xoşbəxtliyinə heç bir qüvvə mane ola bilmir. == Televiziya tamaşası haqqında == Televiziya tamaşası yazıçı İlyas Əfəndiyevin eyniadlı romanı əsasında çəkilmişdir. Televiziya tamaşasında "Gün keçdi", "Alma almaya bənzər", "Həyat bizi sınayır" və. s filmlərin musiqisindən istifadə edilmişdir. Televiziya tamaşasında kinokamera ilə çəkilən səhnələr də vardı.