Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Banyos
Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır. Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar. Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir. == Etimologiya == "Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir. Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.
Karlos
Karlos — ad və soyad. Karlos Marin — ispaniyalı bariton və İl Divo qrupunun üzvü. Karlos Alazraki — ABŞ aktyoru. Karlos — İspaniya kralı II Filipin ən böyük oğlu və varisi. Karlos Alberto Parreyra — Braziliyalı futbol mütəxəssisi Karlos Qon — Braziliya-Fransa-Livanlı bir iş adamı Karlos Mensia — ABŞ aktyoru. Karlos Slim Xel — meksikalı biznesmen Karlos Xuan Finley — sarı sətəlcəm araşdırmalarını edən kubalı elm adamı.
Maryol
Maryol (fr. Mariol) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Kyusse kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03163. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 769 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 521 əmək qabiliyyətli insan (15-64 yaş) arasında 385 nəfər iqtisadi cəhətdən, 136 hərəkətsiz (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə bu 72.6%) idi. Fəal olan 385 nəfərdən 335 nəfər (193 kişi və 142 qadın), 50 nəfər işsiz (20 kişi və 30 qadın) idi. 136 hərəkətsiz 33 nəfər arasında şagird və ya tələbə, 39 nəfər təqaüdçü, 64 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Arqos
Arqos (q.yun. Ἄργος, yun. Άργος, translit. Árgos) — Yunanıstanın cənub-şərqində şəhər. Qədim yunan şəhərlərindən biri olub, Mora yarımadasındadır. 2011-ci ildə keçirilən əhali siyahıyaalmasına əsasən şəhərdə 24.700 nəfər yaşyır.
Varis
Varis Vəliəhd Varis (film, 1988) Varis Yolçiyev — Azərbaycanlı yazıçı.
Varto
Varto (türk. Varto; kürd. Gimgim) — Muş ilinin ilçəsi. == Coğrafiya == Akdoğan gölü rayonun şərqində yerləşir.
Viryo
Viryö (fr. Virieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryö kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dü-Pen. INSEE kodu — 38560. Kommunanın 1999-cı il üçün əhalisi 940 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 384 ilə 775 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 450 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 39 km şimal-qərbdə yerləşir.
Edit Varton
Edit Varton ― 1862-1937-ci illərdə yaşamış Amerikalı yazıçı. == Həyatı == Edit Varton 1862-ci ildə Amerikada anadan olmuş qadın yazıçıdır. O, bir çox roman və hekayələr yazmışdır. Ən bilinən romanı 1920.ci ildə qələmə alınmış Məsumiyyət Çağı ( The Age Of İnnocence ) adlı romandır. Bu roman 1921.ci ildə Kolumbiya Universiteti tərəfindən Pulitser mükafatı ilə təltif olunmuşdur. O, həmçinin "Bunner Bacıları" adlı digər bir romanın da müəllifidir. 1911.ci ildən sonra həyatını daha çox Fransa da davam etdirən E. Varton 1.ci dünya müharibəsi vaxtı müxtəlif yardım fəaliyyətləri səbəbi ilə Fransa dövləti tərəfindən mükafatlandırılmışdır. Henri Ceyms, Andre Jid, Ernest Heminquey və dövrün bəzi yazıçıları ilə yaxın dostluq münasibəti qurmuş E. Varton 1937.ci il, 75 yaşında Fransada vəfat etmişdir.
Ferdinand Markos
Ferdinand Markos (Ferdinand Emmanuel Edralin Marcos; 11 sentyabr 1917[…] – 28 sentyabr 1989[…], Honolulu) — Filippin siyasətçi və kleptokratı, Yeni Cəmiyyət hərəkatının sağçı üzvü, diktator,1965-1986-cı illərdə Filippin prezidenti. == Həyatı == Ferdinand Markos 11 sentyabr 1917-ci ildə Şimali İlokos vilayətində kiçik bir şəhər olan Sarrat şəhərində anadan olub. Atası Don Mariano Markos, əyalətin əsas şəhərində - Mindanao adasında Davao əyalətinin qubernatoru - müəllim, hüquqşünas və "Pulitiko" (siyasi komandir) idi. Anası, zəngin torpaq sahibinin qızı Dona Josefa Edralin, məzun olduqdan sonra ibtidai məktəbə öyrətdi. Valideynlərinin nümunəsindən sonra Ferdinand Roma Katolik Kilsəsinin cəsarətli tərəfdarı oldu. Heç vaxt çəkməmiş, içməmiş, sağlam həyat tərzi sürmüş, Filippin adətlərinə hörmətlə əməl etmişdir. O, üç dildə danışırdı - doğma ilokan, ispan və ingilis dilləri. === Gəncliyi === 1939-cu ildə Markos Filippin Dövlət Universitetinin Hüquq Kollecini bitirmiş, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir və həmin il magistr dərəcəsi almaq üçün imtahan verənlərin siyahısında ilk olmuşdur. Markos şagird liderlərindən birinə çevrildi - o, mitinqlərdə yaxşı çıxış etdi, Malakanyanqın prezident sarayına çıxdı, o da dörddə bir əsrdən sonra həll olundu. Məktəbdə olduğu kimi, universitetdə o, demək olar ki, bütün yüksək mükafatlar - natiqliyinə görə Keson medalı, məhkəmə praktikasında mükəmməllik üçün Laurel medal, bacarıqlı polemikalara malik olduğu üçün Avansenyi kuboku və hərbi elmdə uğur qazanmaq üçün qızıl medal qazandı.
Gallus varius
Yaşıl cəngəllik toyuğu (lat. Gallus varius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
II Karlos
II Karl (İspaniya kralı)
Imelda Marcos
İmelda Markos (d. 2 iyul, 1929) — keçmiş Filippin prezidenti Markos Ferdinandın dul xanımı.
Jetuliu Varqas
Getúlio Dornelles Vargas (19 aprel 1882 – 24 avqust 1954[…]) — İki dəfə Braziliya prezidenti seçilən siyasi xadim. Bəziləri üçün güclü bir diktator olan Vargas, iri torpaq sahiblərinə qarşı apardığı ədalətli siyasətlə "Yoxsulların atası" ləqəbini almışdır. == Həyatı == Rio Grande do Sul əyalətinin nüfuzlu ailələrindən birinin oğluydu. 1908 tarixində Porto Alleqre Universitetinin hüquq fakültəsini bitirdi və dərhal siyasətə atıldı. 1922 tarixində Milli Konqresə daxil oldu və 4 il burda vəzifədə qaldı. 1926 tarixində Luis Pereira rəhbərliyində maliyyə naziri oldu. 1928 tarixində Rio Grande do Sul əyalətinin icra başçısı seçildi. 1930-cu ildə keçirilən seçim kompanyasında qalib gəlmədi. Buna baxmayaraq siyasətdən çəkilmədi və oktyabr üsyanlarına qatıldı. 3 noyabr 1930 – 17 iyul 1934 tarixlərində müvəqqəti hökumətin başına keçdi.
Karlos Alazraki
Carlos Jaime Alazraqui (ing. Carlos Alazraqui; 20 iyul 1962, Yonkers, New York) — ABŞ aktyoru.
Karlos Ezquerra
Carlos Sanchez Ezquerra (d. 12 noyabr 1947 – ö. 1 oktyabr 2018, İspan cizgi roman sənətçisidir. İngiltərədə çıxan cizgi roman layihələri üçün çalışmış və həyatını Andorra şəhərində davam etmişdir.Onun ən məşhur əsəri Judge Dredd-dir. İspan cizgi roman sənətçisi Karlos Ezquerra 2018-ci il oktyabrın 1-də ağ ciyər xərçəngindən 70 yaşında ölmüşdür.
Karlos Gosn
Karlos Qon (port. Carlos Ghosn; fr. Carlos Ghosn; əsl adı Karlus Qüsn; ərəb. كارلوس غصن‎, ALA-LC transkripsiyası: Kārlūs Ghuṣn; 9 mart 1954[…]) — Braziliya-Fransa-Livanlı bir iş adamıdır. O indi, Fransada olan Reno və eyni zamanda Yaponiyanın Nissan şirkətlərinin baş aparıcı müdiri (BAM ya CEO) və başqanıdır. Onun adı Nissan şirkətinə girəndan sonra dillərə düşdü. O Yaponiyanın ən böyük şirkətlərinin biri sayılan Nissanın aparıcılığın ələ alandan sonra nəhayət dərəcəli başarılara əl tapıb və o şirkəti yerə yıxılmaqdan qurtardı. Karlos, Forçun (Fortune) Asia versiyası olan dərgisi tərəfindən "2003-cü İlin Adamı" seçilib və indi başqa işlərinin yanında, Alkoa (Alcoa), Sony və IBM şirkətlərində bord üysidir. O Nissanın baş aparıcı müdirlüyünü əlində saxlayaraq 2005-ci ildə Renonun baş aparıcı müdirü oldu və Lüis Şuvatzer mükafatını qazandı.
Karlos Kastanyeda
Karlos Kastanyeda (25 dekabr 1925[…] – 27 aprel 1998[…], Los-Anceles, ABŞ) — yazıçı. == Həyatı == Karlos Kastanyeda adı ilə tanınan Sezar Salvador Aranyanın doğum tarixi və məkanı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəzi mənbələr onun 1925-ci il 25 dekabrda Perunun Kaxamarka şəhərində, digərləri isə 1935-ci ildə Braziliyanın San Paulo şəhərində dünyaya gəldiyi qənaətindədir. Anadan olarkən anasının on beş, atasının on yeddi yaşı olmuşdur. Aranyanı xalalarından biri böyütmüşdür. Lakin onu altı yaşında olarkən itirmişdir. İyirmi beş yaşında isə doğma anası vəfat etmişdir. On beş yaşında ikən valideynləri Aranyanı ABŞ-yə göndərmişlər. Orta təhsil almaq üçün ona San-Fransiskoda ailə də tapmışlar. Məktəbi bitirdikdən (Hollywood High School) sonra Aranya Milana İncəsənət Akademiyasında təhsil almaq məqsədilə getsə də, istəyi baş tutmamış, Kaliforniyaya qayıtmalı olmuşdur.
Karlos Kastenada
Karlos Kastanyeda (25 dekabr 1925[…] – 27 aprel 1998[…], Los-Anceles, ABŞ) — yazıçı. == Həyatı == Karlos Kastanyeda adı ilə tanınan Sezar Salvador Aranyanın doğum tarixi və məkanı ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Bəzi mənbələr onun 1925-ci il 25 dekabrda Perunun Kaxamarka şəhərində, digərləri isə 1935-ci ildə Braziliyanın San Paulo şəhərində dünyaya gəldiyi qənaətindədir. Anadan olarkən anasının on beş, atasının on yeddi yaşı olmuşdur. Aranyanı xalalarından biri böyütmüşdür. Lakin onu altı yaşında olarkən itirmişdir. İyirmi beş yaşında isə doğma anası vəfat etmişdir. On beş yaşında ikən valideynləri Aranyanı ABŞ-yə göndərmişlər. Orta təhsil almaq üçün ona San-Fransiskoda ailə də tapmışlar. Məktəbi bitirdikdən (Hollywood High School) sonra Aranya Milana İncəsənət Akademiyasında təhsil almaq məqsədilə getsə də, istəyi baş tutmamış, Kaliforniyaya qayıtmalı olmuşdur.
Karlos Kavai
Karlos Kavai (30 iyul 1969) — Braziliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Karlos Kavaiy Braziliyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Karlos Kavaiy Braziliyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Karlos Santana
Karlos Auqusto Alves Santana (isp. Carlos Augusto Alves Santana; d.20 iyul 1947) — Meksika əsilli məşhur ABŞ rok-gitaraçısı. 10 Qremmi mükafatına və 3 Latın Qremmi mükafatına layiq görülmüşdür. 1960-70-ci illərdə artıq klassikaya çevrilmiş "Black Magic Woman" və "Oye Como Va" kimi mahnıların ifası ilə məşhurluq qazanmışdır. 1999-cu ildə "Smooth" və "Maria Maria" mahnılarının yer aldığı "Supernatural" albomu ilə yenidən pop-çartların zirvəsinə qalxdı. Bu albom "İlin ən yaxşı albomu" nominasiyasında Qremmi mükafatı ilə təltif edilmişdir.o dünyada məşhurlar sırasında olub. Dünyanın 100 ən böyük gitar ustadlarından biri.
Karlos Sarate
Karlos Zareyt (ing. Carlos Zarate Santa; 23 may 1951) — Meksikalı boksçu. Karlos keçirtdiyi 70 döyüşün 63 döyüşünü nakautla qalib olmuşdur. Cəmi 4 dəfə məğlubiyyətə uğrayıb. Dünyada ən peşəkar boksçularından biridir. O, WBC çempionatında yüngül çəki üzrə 28 dekabr, 1976-cı ildə Norveçdə qalib gəlmişdir. WBC döyüşü 8 may 1976-cı ildə başlamış və 3 iyun 1979-cu ilə qədər davam etmişdir. O, Lup Pindora qalib gəlmiş lakin, finalda Con Ovenə uduzan Karlos son saniyələrdə vurduğu zərbələr nəticəsində hesab dəyişmiş və qalib olmuşdur. Zareyt 100 idmançı arasında, 1999-ci ildə Askeytid Press tərəfindən 20-ci əsrin 1 saylı idmançısı (Raben Alviz yanaşı) kimi seçilib.
Karlos Sayns
Karlos Sayns (isp. Carlos Sainz Vázquez de Castro; 1 sentyabr 1994, Madrid) — İspan yarış sürücüsü, Formula-1 pilotu, Ralli üzrə ikiqat dünya çempionu Karlos Saynsın oğludur.Hal-hazırda Ferrari komandasında çıxış edir.
Karlos Verdexo
Karlos Verdexo (2 Oktyabr 1934 – 24 Yanvar 2017) — Hücumçu kimi çıxış etmiş peşəkar Çili futbolçusudur.
Karlos Çaves
Karlos Çaves (əsl soyadı və adı Padua Çaves-i-Ramires Karlos Antonio de; (13.6.1899, Mexiko yaxınlığındakı Kalsado-de Takula – 2.8.1978, Mexiko) — Meksika bəstəkarı, dirijor, pianoçu, pedaqoq və ictimai xadim. == Həyatı == P.L. Oqason və M. Ponsedən fortepianoda çalmaq dərsləri almış, kompozisiyanı müstəqil surətdə öyrənmişdir. 1925–26-cı illərdə Mexikoda müasir musiqidən ibarət konsertlər təşkil etmişdir. 1928-ci ildə Mexiko simfonik orkestrini yaratmış (sonralar Milli simfonik orkestr) və 1949-cu ilə qədər ona rəhbərlik etmişdir. Milli Konservatoriyanın direktoru (1928–34), Meksika musiqi nəşriyyatını yaradanlardan biri (1945), “Nuestra Musica” jurnalının təsisçisi (1946), Zərif Sənətlər Milli İnstitutunun baş direktoru (1947–52) olmuşdur. Meksika və Latın Amerikası bəstəkarlarının yaradıcılığını təbliğ edərək, dirijor kimi Amerika və Avropa ölkələrində konsertlər vermişdir. Musiqi tənqidçisi kimi mətbuatda çıxış etmişdir. == Fəaliyyəti == Bir çox xarici akademiya və institutların fəxri üzvü seçilmişdir. S. Revueltasla bərabər Meksika müasir bəstəkarlıq məktəbinin banisi, Latın Amerikası aparıcı bəstəkarlarından olmuşdur. 20–30-cu illərdə yaratdığı əsərlərdə Meksika xalq musiqisinin, hindi musiqisinin elementləri (asteklərin həyatından götürülmüş süjetlərə yazılmış baletlər, “Hindi simfoniyası”) üstünlük təşkil edirdi.
Karlos Klaveriye
Karlos Klaveriye (19 sentyabr 1996) — Venesuelanı təmsil edən üzgüçü. Karlos Klaveriye Venesuelanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karlos Klaveriye birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.13 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Daryuş İqbali
Daryuş İqbali - Müğənni == Həyatı == 1951-ci il fevralın 4-də İranın Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində mülkədar ailəsində anadan olub. Uşaqlıq illərini həmin şəhərdə keçirən Daryuş 9 yaşındaykən məktəbdə musiqi və tamaşa proqramlarında iştirak edib. Orta təhsilini Tehranda davam etdirən müğənni 1971-ci ildən musiqi ilə ciddi şəkildə məşğul olmağa başlayıb. Həmin il o, «Be mən nəqu ke duset darəm» («Demə ki, sevirəm səni») mahnısı ilə məşhurlaşıb. 1975-ci ildə o, mahnılarında şah rejimini hədəfə aldığı üçün 9 ay həbsdə olub. İran mətbuatı ölkənin keçmiş təhlükəsizlik idarəsinin (SAVAK) diktəsi ilə həbsi Daryuşun «narkoman olmasıyla» əlaqələndirib. Sonralar təhlükəsizlik qüvvələri müğənninin siyasi məzmun daşıyan «Cəngəl» («Meşə»), «Pəriya», «Rəhai» («Qurtuluş») mahnılarına görə tutulduğunu etiraf edib. İran İslam Respublikası bərqərar olmazdan (1979-cu il) az əvvəl ölkəni tərk edən müğənni əvvəlcə Böyük Britaniyada, bir müddət sonra isə ABŞ-də məskunlaşıb və musiqi fəaliyyətini davam etdirib. Xaricdə yaşadığı son 30 ildə müğənni dəfələrlə dünyanın müxtəlif ölkələrində, o cümlədən də ABŞ, İngiltərə, Almaniya, Yaponiya və Kanadada çoxlu konsertlər verib. Daryuş İran inqilabından əvvəl bir müddət narkotik maddələrə qurşandığına etiraf etsə də, sonralar narkomanlıqdan qurtardığını, bu bəlaya qarşı ictimai fəaliyyət aparıb.